Qarnın aşağı nahiyyəsində ginekoloji mənşəlli ağrılar
EBM Klinik protokolları
24.08.2018 • Sonuncu dəyişiklik 24.08.2018
LaureMorin-Papunen
Əsas məqamlar
- Qarnın aşağı nahiyyəsində təsadüf edilən ağrılar ginekoloji deyil, daha çox bağırsaq mənşəli olur.
- Tsiklik ağrılar, qanaxma pozğunluqları və ya pis qoxulu vaginal ifrazat səbəblərin ginekoloji xarakterli olmasına işarə edir.
Status
- Abdominal palpasiyanı diqqətə alın (differensial diaqnostikada appendisiti nəzərdən keçirin).
- Ginekoloji statusu qiymətləndirdikdə aşağıdakı faktorları nəzərdən keçirin
- uşaqlıq boynunun irinli ifrazatı
- uşaqlıq boynunun hərəkəti ağrıya səbəb olurmu
- uşaqlıqda gərginlik.
Laborator testlər
- Hamiləlik testləri, sidiyin analizi, CRP, qanın trombosit sayı da daxil olmaqla, qanın ümumi analizi, xlamidiya və qonoreya infeksiyasına yoxlamaq üçün nümunələr (ilk sidikdən götürülən nümunə).
Digər müayinələr
Fertil yaşda olan xəstələr
İnfeksiya
- Çanaq üzvlərinin iltihabi xəstəlikləri
- Kəskin endometrit
- Son doğuşdan sonra yaranan infeksiya, spontan və ya planlı şəkildə həyata keçirilmiş abort və yaxud da orqanizmə uşaqlıqdaxili cihazın (İUD) yerləşdirilməsi və ya digər instrumental müayinələrin aparılması.
- Etioloji orqanizmlər əsasən uşaqlıq yolunun (vaginanın) normal florasını təşkil edən mikroorqanizmlər, aerobik və ya anaerobik kokklardır.
- Pis qoxulu ifrazat anaerobik infeksiyaya işarə edir.
- Simptomlar
- Alətin yerləşdirilməsindən və ya doğuşdan bir neçə gün sonra yaranan kəskin gedişli xəstəlik
- Soyuqdan titrəmə
- Qarnın aşağı nahiyyəsində ağrı
- Yorğunluq
- Temperatur 39-40ºC
- Bəzən halsızlıq
- Bəzən baş ağrıları və ya əzələlərdə sızıltı
- Əlamətlər
- Qarnın aşağı nahiyyəsinin palpasiyası zamanı uşaqlıq ətrafında və uşaqlıq artımlarında meydana gələn ağrı. Qarnın yuxarı hissəsi yumşaq və ağrısız olur.
- Çanaq nahiyyənin müayinəsi zamanı uşaqlıq həssas, sərt və hərəkətli olur.
- Adneksa (uşaqlıq artımları) normal ölçü daxilindədir.
- Diaqnoz
- Uşaqlıq daxilində aparılan əməliyyatlara dair anamnez və səciyyəvi klinik mənzərə.
- Müalicə
- Antibiotiklər (sefalosporin və daha çox hallarda metronidazol), adətən xəstəxana şəraitində.
- Xlamidiya mənşəlli infeksiyalar, adətən yalnız bir neçə simptomun yaranmasına səbəb olur.
Uşaqlıqdan kənar (ektopik) hamiləlik
- Nəzər yetirin 5.
- Ağrı və qanaxmanın kəskinliyi dəyişir.
- Öncəki tsikl nizamsız ola bilər və ya qanaxmanın miqdarı çox ola bilər. Amenoreyaya hər zaman təsadüf edilmir.
- Hamiləlik testinin müsbət olub, uşaqlıq daxilində hamiləliyi sübut edən ultrasonoqrafik dəlil olmadıqda, hər zaman nəzərdən keçirilməlidir.
- Ultrasəs müayinəsi
- Əgər qan zərdabına insan xorionik qonadotropin konsentrasiyası (HCG) ≥ 1000 IU/l olsa, hamiləliyin uşaqlıqda təsbit edilməsi lazımdır. Hamiləlik bəzən keysəriyyə kəsiyi nahiyyəsində lokalizə oluna bilər.
- Əgər uşaqlıq boşluğu boşdursa və ya yalnız kiçik bir maye yığıntısı (psevdosist - hamiləliyin yalançı kisəsi) görülürsə, ektopik hamiləlikdən şübhələnmək lazımdır. Bu hallarda adətən boru və ya yumurtalıq hamiləliyi təsbit edilir.
- Səciyyəvi görüntü dəyirman daşını xatırladır; homogen plasental toxuma, əks olunmayan mərkəzi boşluğun ətrafında qalın bir halqa formalaşdırır. Bəzən bir anlıq, mərkəzi boşluqda döl və ya ürək döyüntüsü müşahidə edilə bilər.
- Hamiləliyin erkən dönəmlərində abdominal hamiləliyin ultrasəs müayinəsi zamanı aşkar edilməsi çox çətin, bəzi hallarda isə hətta mümkünsüz ola bilər.
- Ektopik (uşaqlıqdankənar) hamiləliyə həmçinin servikal kanalda və ya uşaqlıq borusununun mənfəzində də təsadüf edilə bilər.
Ovulyasiya
- Tsiklin ortasında adətən 24 saat ərzində sakitləşən kəskin, əksər hallarda birtərəfli (unilateral) ağrı.
Yumurtalıq və ya yumurtalıq sistinin burulması və ya cırılması
- Məqalə 6 nəzər salın
- Məsələn, boulinq oyunu, göbək rəqsi və ya döşəmənin diz üstə oturaraq silinməsi də daxil olmaqla, anamnezə bədənin bükülməsi halları qeyd oluna bilər.
- Ultrasəs müayinəsində sist qeyri-bərabər şəkildə təzahür edə və periton boşluğunda sərbəst maye izlənə bilər.
- Sarı cismin partlaması
- Hamiləlik testinin neqativ olmasına baxmayaraq simptomlar uşaqlıqdankənar hamiləliyi xatırladır.
- Periton boşluğunda qan izlənilir.
- Ağrıların şiddətli olması halında müalicə cərrahi yolla aparılır.
- Endometrioz sistinin partlaması
- Simptomlar kəskin gedişli olur və peritonun çox kəskin qıcıqlanması ilə özünü biruzə verir.
- Müalicəsi adətən təcili əməliyyatın tətbiqi edilməsindən ibarət olur.
- Dermoid sistin cırılması
- Nadir hallarda təsadüf edilir
- Ağrılar şiddətli olur çünki sebum (yağ mayesi) periton boşluğunda güclü qıcıqlanmaya səbəb olur.
- Yumurtalığın və ya borunun burulması
- Səbəb adətən sist olur.
- Ginekoloji müayinələrdə yumşaq və hərəkətli kütlə aşkar edilir.
- Ultrasəs müayinəsində yumurtalıqlar ödemli və hiperexogen (parlaq) görünüşə malik ola bilərlər. Burulmuş Fallop boruları (lat. tuba uterina) maye boşluqlarının yaranmasına səbəb ola bilər. Çoxsaylı burulmalarda rəngli Dopler adətən yumurtalıq toxumasının damar keçiriciliyini təyin etməkdə çətinlik çəkir.
Yumurtalıqların hiperstimulyasiyası sindromu (OHSS)
- Məqalə 7 nəzər yetirin
- Ovulyasiyanı stimulyasiya etmək məqsədiylə istifadə edilən bütün dərman maddələri (letrozol, nadir hallarda) OHSS -in yaranmasına səbəb ola bilər. Bu hallarda yumurtalıqlar hormonal dərman preparatlarına aşırı həssas reaksiya göstərə bilər.
- Sindrom adətən stimulyasiyadan 3-10 gün sonra meydana gəlir.
- Simptomlara abdominal ağrı, ödem, ürəkbulanma və ağır dispnoye halları aid edilir.
- Yumurtalıqların ultrasəs müayinəsi və qanın trombosit sayı da daxil olmaqla qanın ümumi analizi əsas testlər sayılır. CRP -nin təyini isə differensial diaqnostikada istifadə edilir.
- OHSS-dan şübhələnməyə tutarlı səbəblər olduqda ginekoloji müayinələrdən qaçınmaq lazımdır.
- Düşünmədən sonsuzluğun müalicəsi ilə məşqul olan həkimə və ya tibb mərkəzinə müraciət edin.
Uşaqlığın saplı miomasının burulması və nekrozu
- Simtomlara doğuş ağrılarını xatırladan tsiklik ağrıları aid etmək olar.
- Mioma uşaqlıq boynundan vaginaya doğru inkişaf edə bilər.
- CRP adətən yüksəlmiş olur.
- Ultrasəs müayinəsi: nekroz hallarında miomanın forması və strukturu dəyişə bilər və miomanın yığılaraq kiçilməsi müşahidə edilə bilər.
Bədxassəli neoplazmalar
- Məqalə 6 nəzər yetirin.
- Cırılma və qanaxmalar zamanı çanaq nahiyyəsində kəskin ağrılara səbəb ola bilər. Lakin, bu nadir görülən bir haldır.
- Xəstədə, qarnın aşağı nahiyyəsində yumşaq kütləyə, əksər hallarda isə assit təsadüf edilir.
- Ultrasəs müayinəsi
- Yumurtalıqda şiş inkişaf etdikcə qansızma, ya şişin daxilində ya da onu əhatə edən toxuma daxilində müşahidə edilə bilər. Şiş burula bilər. Bədxassəli şişlər adətən qarın nahiyyəsinin qəfil və əhəmiyyətli dərəcədə şişməsiylə müşahidə edilən assitlə birgə təsadüf edilə bilir.
Doğuş
- Ani, şiddətli kəskin çanaq ağrısı, nə hamilə qadının, nə də yaxınlarının hamiləlikdən xəbəri olmadığı halda doğuşdan qaynaqlana bilər.
Vaginanın perforasiyası
- Ümumi etiologiyaya cinsi əlaqə (xəstə adətən içkili olur) və ya xarici cismin təsirindən qaynaqlanan travma aid edilir.
Mensturasiya (aybaşı) olmayan gəncyaşlı xəstələr
Struktur anomaliyaları
- Qanaxma zamanı qanın normada xaric olunduğu yolun tıxanması.
- Simptomlar
- Ağrı, qarnın aşağı nahiyyəsində yaranan mülayim tsiklik ağrıdan və bəzən də tsiklik sidik ləngiməsindən qaynaqlanır.
- Ani kəskin çanaq ağrısı, güclü peritonal qıcıqlanma
- Səbəb
- Əksər hallarda, deşilməmiş qızlıq pərdəsi (lat. hymen).
- Uşaqlıq anomaliyaları (məs, ikiləşmiş uşaqlıq, qan bir hissəsində toplanarkən, digər hissəsindən vaginaya boşalır).
- Müalicə cərrahi yolla aparılır.
Yumurtalıq sistinin burulması və ya cırılması
- Ani başlayan ağrılar
- Müalicə cərrahi yolla aparılır.
Postmenopauza dövründə olan qadınlar
İrinli endometrit (piometrium)
- Səbəb adətən uşaqlıq boynu xərçənginin müalicəsindən (məs, ilgək elektrocərrahiyyəsi, krio- və ya lazer konizasiyası) qaynaqlanan uşaqlıq boynunun (serviks) daralaması olur.
- Simptomlar
- Tədricən başlayır.
- Qanlı və irinli ifrazatın meydana gəlməsi və ağrıyla temperaturun yaranması zamanı vəziyyət kəskinləşir.
- Müalicə
- Mütəxəssiz konsultasiyasından asılı olaraq təyin edilir.
Uşaqlığın bədxassəli neoplazmaları
- Məqalə 6 nəzər yetirin.
- Simptomlara qanaxma və ağrı aid edilir.
Yumurtalıq neoplazmaları
- Məqalə 6 nəzər yetirin.
- Simptomlara abdominal ağrı, qanaxma pozğunluqları, daxili hemorragiya və sidik problemləri aid edilir.
Qarnın aşağı nahiyyəsinin xroniki ağrıları
Səbəblər
- Endometrioz
- Adenomioma
- Yenitörəmə
- Xroniki servisit
- Mənşəyi bilinməyən ağrılar və bəyaz ifrazat (leykorreya)
- İnfeksiyon və dəri-zöhrəvi xəstəliklərin diaqnostikası məqsədiylə nümunələr götürün.
- Uşaqlıq artımları venalarının varikoz genəlməsi
- Gün ərzində, xüsusilə də ayaq üstə duranda şiddətlənən mənşəyi bilinməyən ağrılar
- Premenstrual gərginlik
Müvafiq resurslar
- "Koxreyn" icmalları
- Ədəbiyyat