Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Quru göz sindromu

Mündəricat

Quru göz sindromu

EBM Klinik protokolları
24.08.2016 • Sonuncu dəyişiklik 23.10.2009
TeroKivelä

Əsas məqamlar

  • Gözlərin quruluğu , hormonal dəyişikliklər və yaşlanma ilə əlaqədar , gözyaşı ifrazatının azalması səbəbiylə ortaya çıxan geniş yayılmış simptomdur. 
  • Quru göz sindromu adətən sistemik xəstəlik və ya dərman müalicəsi ilə bağlı olur. 
  • Əsas diaqnostik tədbirlərə qələm fənəri ilə müayinə və Şirmer testi daxildir. 
  • Müalicə simptomatikdir:gözün quruluğunu şiddətləndirən amillərdən yayınılır və nəmləndirici vasitələr (suni gözyaşları) istifadə edilir. 

Epidemiologiya

  • Gözlərin quruluğu çox geniş yayılmış simptomdur. 
    • Yaşın artması ilə gözyaşı ifrazı  azalır. 
    • Hormonal amillər səbəb olur ( klimaks:bu dönəmdəki qadınlarda , kişilərə nisbətən 2-3 dəfə daha sıx görülür)
  • . Quru göz sindromu başqa bir xəstəliyin və ya onun müalicəsinin nəticəsi ola bilər.
    • Romatoid artrit kimi birləşdirici toxuma xəstəlikləri lakrimal vəziləri (keratoconjunctivitis sicca) və tüpürcək vəzilərini (Sjögren sindromu) zədələyir.
    • Psoriaz, atopik dermatit, seboreik dermatit, üzdəki sızanaqlar, eritema multiform, okulyar pemfigoid və Lyell sindromu kimi dəri xəstəlikləri.
    • Endokrinoloji xəstəliklər (Qreyv xəstəliyi)
    • Amiloidozlar
    • Bəzi dərmanlar
      • Səbəb olan ən yayğın maddələr beta-blokatorlardır
      • Xəstənizin dərmanının ortaya çıxa biləcək əks təsirlərini yoxlayın. 

Simptomlar və tapıntılar

  • Gözlərdəki yanğı və qumlanmış (qumla doluymuş kimi) hissi, paradoksal olaraq periodik bol göz yaşı ifrazı ilə müşayiət olunur.
    • Qıcıqlanmanın artışı göz yaşı ifrazının həddindən artıq yaranmasına səbəb olur.
  • Simptomlar aşağıda göstərilən hallarda kəskinləşir
    • səhər ( gecə vaxtı göz yaşı ifrazı azaldığından)
    • küləkli havada ( buxarlanma ) 
    • tüstülü(hisli) və ya tozlu havada (göz yaşları gözü qorumur)
    • Digər yandan , birçox asimptomatik xəstələrdə hava kondisioneri olan yerlərdə simptomlar ortaya çıxa bilər , məsələn işyerlərində ,  (ofis göz sindromu ; hava axımı göz yaşı buxarlanmasına səbəb olur) 
  •  Konyuktiv membran qıcıqlara həssas hala gəlir və qanlanır(qızarır)

Diaqnostika

  • Diaqnostika üçün xəstəlik tarixçəsi diqqətlə alınmalıdır
  • Göz fənəriylə (qələm fənər) müayinə
  • Göz yaşı yuvası (göz yaşlarının yığıldığı , aşağı göz qapağının kənarı) mövcud deyil və bu səbəblə göz quruluğu yaranır.
  •  Kornael işıq refleksi nizamsız olur və daha ağır hallarda kornea səthində liflər , qurumuş epitel hüceyrələrindən ibarət yumaqlar görülə bilər
  •  Şrimer testi 5 dəqiqə ərzində 5-10 mmdən az nəticə göstərir

Şrimer testi

  • Xüsusi hazırlanmış kağız filter striplərindən istifadə edin 
  •  Quru göz sindromu aşkar edilərkən , təməl göz yaşı ifrazı ölçülür. Reflektiv göz yaşı ifrazının qarşısı almaq məqsədiylə , keyidici olan oksibuprokain göz damcılarından istifadə olunur və bir neçə dəqiqə sonra test həyata keçirilir.
  • Strip aşağı sallanacaq şəkildə , çəntiyi aşağı göz qapağının orta xətti ilə çöl üçdə biri arasına qoyulur.Xəstə gözlərini açıq və ya bağlı tuta bilər.
  • 5 dəqiqə sonra stripi götürün və çəntiyin işarələnmiş yerindən nəmlənmiş yerə qədər olan məsafəni millimetrlərlə ölçün.

Müalicə

  • Müalicənin məqsədi simptomları ən aza endirməkdir
  • Mümkün olduğu qədər qıcıqlandırıcı amilləri uzaqlaşdırın
    • Xəstəyə küləkli , tozlu və hava kondisioneri olan mühitlərdən uzaq durmasını məsləhət verin
    • Xəstənizi səhər gözlərini su ilə yumamağı məlumatlandırın. Müsbət duyğu hissetdirməsinə baxmayaraq , quru göz sindromunu uzunmüddətli şiddətləndirə bilər.
  • Hava nəmləndiriciləri kömək edir və ağır hallarda göz yaşı buxarlanmasını minimuma endirmək üçün üzgüçülük eynəklərindən istifadə edilə bilər
  • Nəmləndirici göz damcıları və gellər (süni göz yaşları) simptomları yüngülləşdirir.
    • Onlarla fərqli preparat növü mövcuddur.Hər bir xəstənin bir neçə növ preparatı istifadə edərək ,simptomları ən effektiv şəkildə yüngülləşdirəni seçmələri məsləhət görülür , çünki preparatlər fərdi təsirlərində fərqlilik göstərir.Süni göz yaşları əsla təbiilərlə eyni tutula bilməz.
    • Uzunmüddətli istifadədə və ya gözlər çox quru olduğu halda , tərkibində qoruyucu olmayan tək istifadəlik pipetlərə və ya qoruyucu olaraq benzalkonyum xlorid olmayanlar damcısalanlara (pipetlərə) üstünlük verin.
    • Bir qatı və bir maye alternativi preparatla başlayın.Bunların hamısı reseptsiz əldə oluna bilər.
  • Süni göz yaşları yetərli olmadığı halda , tıxanmış göz yaşı kanallarının açılması üçün , mütəmadi və ya müvəqqəti punktasiyanın (nöqtə masajı) məsləhətli olub-olmadığını oftalmoloqunuzla məsləhətləşin