Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Fever in a child

Mündəricat

Fever in a child

EBM Klinik protokolları
20.10.2016 • Sonuncu dəyişiklik 20.10.2016
MarjoRenko SirkkaKeinänen-Kiukaanniemi

Əsas müddəalar

Xüsusi hallar

  • ​Yerli simptomatikası və ya fokal dəyişikləri aydın olmayan hərarət
    • pnevmokok infeksiyasının və ya digər septisemiyanın olması ehtimalı unudulmamalıdır.
    • ən çox rast gəlinən və təhlükəsiz olan vəziyyət - uşaq roseolası və ya “altıncı xəstəlikdir” (exanthema subitum), onun yeganə simptomu hərarətdir;  ən çox rast gəlinən və müalicə tələb edən vəziyyət -sidik yollarının infeksiyasıdır. 
  • 3- 6 aylıq uşaqda hərarət/qızdırma olması.
    • Kəskin və ildrım sürətli bir xəstəliyin olması ehtimalını nəzərdən keçirin.
    • Uşağın ümumi vəziyyətinə, nevroloji simptomlarına və aktiv olmasına diqqət yetirin.
    • Əgər ümumi vəziyyəti kafidirsə və CRP konsentrasiyası aşağıdırsa, yalnız müşahidə lazımdır.
  • Hərarət və səpmə
    • Xüsusən,  meningokokal septisemiya və Kawasaki xəstəliyi ola bilməsi ehtimalını unutmayın.
  • Hərarət, abdominal ağrılar və qusma
    • appendisitin, sidik yollarının infeksiyasının mümkün olmasını yaddan çıxartmayın.
  • Hərarət, baş ağrıları və ya boyun ağrları
    • mərkəzi sinir sisteminin infeksion xəstəlikləri olması ehtimalını yada salın.
  • Hərarət və oynaq ağrıları
    • irinli artrit olmasını unutmayın
  • Davamiyyətli hərarət
    • Təkrar yoluxma ilə gedən və davamiyyətli qızdırma illüziyası yaradan müxtəlif virus infeksiyalarının və ya həqiqətən davamiyyətli olan yalnız bir virus infeksiyasının olmasını araşdırın. 
    •  Bir çox hallarda virus infeksiyası keçirdikdən sonra uşaqlarda axşam saatlarında bədən temperaturunun yüngül şəkildə qalxmasına rast gəlinir və belə hallar, uşağın ümumi vəziyyəti kafi olduğu təqdirdə, əlavə araşdırmalar aparılmasını tələb etmir.
    • Əgər lazım olarsa, əlavə müayinələr aparılmasını təyin edin.
  • Dövri olaraq təkrarlanan qızdırma
    • Uşaqda dəqiq bir izahatı olmayan və bir neçə həftəlik fasilələrlə müntəzəm olaraq təkrarlanan yüksək hərarətin olması qeyd edilirsə, PFAPA (periodic fevers with aphthous stomatitis, pharyngitis, and adenitis) (dövri hərarət, aftoz stomatit, faringit, adenit) sindromu ola bilər və  pasiyent tonzillektomiyadan faydalana bilər.
Uşaqda hərarət və səpmənin olması: diaqnostik meyarlar. Şərti işarələr: 1) =  təxirəsalınmadan hospitalizasiya edilməlidir ; 2) = ilkin səhiyyə xidməti səviyyəsində müalicə edilə bilər 
 Dominant simptom, xəstəlik Səciyyəvi xüsusiyyətləri Laborator müayinələrin nəticələri
Petexiyalar- nöqtəvi qan sızmalarıdır və üstünə təzyiq etdikdə rəngi dəyişmir (ağarmır)

Meniqokok septisemiyası1)

Dərhal qıcıqlanır, əzələ zəifliyi, ümumi vəziyyəti qeyri-kafidir CRP yüksəlmişdir

Şenleyn -Henox purpurası (IgA vasculiti)

Sağrı nahiyələrində və aşağı ətraflarında petexiyalar, abdominal və oynaq ağrıları CRP aşağıdır, trombositlərin sayı normaldır
İdiopatik trombositopenik purpura (İTP) Ümumi vəziyyət adətən yaxşıdır, əksər hallarda temperatura normaldır Trombositlərin sayı azalmışdır
 Leykemiya1) Pasiyent əksər hallarda yorğun görünür, rəngi ağarmışdır, bəzi hallarda sümük ağrıları mövcuddur Trombositlərin miqdarı azalmışdır, leykositlərin miqdarı əsasən qeyri-normaldır, hemoqlobin əksər hallarda azalmışdır
 Limfa düyünlərinin böyüməsi, konyunktivanın eritemsaı, ağız boşluğu və udlaq simptomları
Kavasaki xəstəliyi 1) Qıcıqlanma artmışdır CRP yüksəlmişdir , leykositoz 
Skarlatina 2) Tonzillit Əkmə zamanı streptokok tapılmışdır
İnfeksion mononukleoz 2) Əksər hallarda tonzillit, bəzən hepatosplenomeqliya, amoksasillin kursundan sonra səpmələr meydana çıxa bilərlər Bir çox hallarda mononuleoz üçün olan ekpres - test müsbətdir (4 yaşından yuxarı olan uşaqlarda)
 Xırda olçülü səpmələr (< 3 mm)

Qəfil ekzantema (Exanthema subitum)

Hərarət səpmədən 2-4 gün əvvəl başlayır CRP  aşağıdır 
Digər virus ekzanteması2)   CRP  aşağıdır 
Dərman preparatlarına qarşı reaksiya2) Əvvəlki dərman qəbulu (ola bilər ki, dərman qəbulu artıq dayandırılmışdır)  
 Kavasaki xəsətliyi 1)  Artmış qıcıqlanma, xəstəliyin digər spesifik meyarları  CRP yüksəlmişdir, leykositoz 
 Yanaqlarda qırmızı ləkələr var
 İnfeksion eritema2) Orta dərəcəli hərarət, faringit, baş ağrıları, xəstənin ümumi vəziyyəti kafidir. CRP Aşağıdır
 Dəri və ya selikli qişa səthində vezikulalar
 Suçiçəyi2) Əksər hallarda infekiya mənbəyi məlumdur  
Vezikulyar enterevirus xəstəliyi "Əl-ayaq-ağı sindomu"2) Əllərdə, ayaqlarda  və aöız boşluğunu selikli qişasında suluqlamalar  
 Stivens -Conson sindromu1)  Həmçinin, selikli qişanın simptomları, çoxformalı (eksudative) eritema)  
 Birincili herpes infeksiyası2) Əgər pasiyentin həm həm ağız boşluğunun selikli qişasında və həm də dodaqlarında stomatit müşahidə edilirsə  
Adi olan öskürək və rinit
 Adenovirus infeksiyası2)  pasiyentlərin 2-8%-də səpmələr meydana çıxır  
 Övrə
 Virus infeksiyaları2) İnfeksiyanın digər yerli simptomları CRP aşağıdır
 Birinci tip dərman allergiyası2) Dərman qəbulundan sonra baş verir CRP aşağıdır
 Övrə və Artirit2) Oynaqların ödemi və səpmələr; əvvəlki mikrob əleyhinə müalicə (pensilinlər və sefalosporinlər ilə) CRP aşağıdır
 Qayıdan qızdırma ( temperaturanın zirvəsində qırmızı makulyar səpmlər)
 Kavasaki xəstəliyi1) Qıcıqlanma və xəstəliyin digər spesifik əlamətləri  CRP yüksəlmişdir. Leykositoz 
 Sistem yuvenil artiriti (yuvenil idiopatik artiriti-Stil xəstəliyi) 1)  Əksər hallarda bədən səthinin yuxarı hissələrində olan səpmələr  CRP və EÇR yüksəlmişdir, leykositoz.

Ümumi vəziyyətin qiymətləndirilməsi

  • Çox ciddi olan bakterial infeksiyanın əlamətləri və simptomları aşağıdakılardan ibarətdir.
    • qeyri-kafi ümumi vəziyyət;
    • oral maye qəbulundan imtina etmə;
    •  artmış qıcıqlanma (uşağa toxunan kimi ağlamağa başlayır);
    • Laqeydlik/apatiya;
    • şıltaqlıq;
    • şüur pozğunluqları;
    • dəri səthində petexiyalar (təzyiq etdikdə ağarmayan xırda  hemorragik ləklər).

Müayinələr

  • A sample for chemical urinalysis should be collected from all children with a high temperature but no clear focus of infection.
  • Maxillary sinusitis is rare in children under school age. For imaging studies, see .
  • Fiziki müayinə zamanı uşağın ümumi vəziyyətinə, dərisinə (cədvələ bax), tənəffüs yollarına və limfa düyünlərinə xüsusi diqqət yetirilir.
  •  Qulaqlar pnevmatik otoskop və timpanometr vasitəsi ilə orta qulağın otitinin olmasına görə müayinə olunur.
  • Daha ciddi bir infeksiyanın olmasına dair ən kiçik bir şübhə olarsa, CRP və sidiyin biokimyəvi analizi (və mümkünsə, qanın əsas elementlərinin sayılması) aparılmalıdır. Uşağın ümumi vəziyyəti yaxşı olarsa, biokimyəvi sidik analizi birinci xətt araşdırması kimi kifayət edəcəkdir. Qızdırma davam edərsə, CRP analiz edilməsi təyin olunmalıdır. Ancaq, müayinə uşaqda qızdırma başlamasından sonrakı ilk 8 saat ərzində edilərsə, bakterial infeksiyalara görə CRP-nin yüksəlməsi üçün vaxt kifayət deyildir.
  • Pnevmoniya: bax______
  • Qızdırması yüksək olan və lakin,  infeksiyanın dəqiq lokalizasiyası müəyyən edilməyən bütün hallarda sidiyin biokimyəvi analizi aparılmalıdır.
  • Məktəb yaşına çatmayan uşaqlarda qaymoritlərin olması nadir haldır. Şüa diaqnostikası üçün baxın________.

Hərarətin aradan götürülməsi

 Simptomatik müalicə üçün göstərişlər

  • İnfeksiya ilə əlaqədar yaranmış hərarət özlüyündə elə bir müalicə tələb etmir, ancaq uşaqda əzələ ağrıları, baş ağrısı, ürək bulanması, digər ağrılar, yorğunluq və ya halsızlıq olan hallarda antipiretik maddələr istifadə edilə bilərlər.
  • Antipiretik dərmanların məqsədi uşağı normotermiyə halına gətirmək deyildir, ancaq uşağın özünü daha yaxşı hiss etməsi üçün hərarətin azaldılmasıdır.
  • Febril qıcolmalara meylli olan uşaqlarda qızdırmanın müalicə edilməsi, digər uşaqlarda olanlardan fərqlənmir

Ümumi qayğı göstərilməsi 

  • Adekvat maye qəbulu həyata keçirilir. Nəzəri olaraq, cəkisi 10 kq olan bir uşağın mayeyə olan gündəlik  (24 saatlıq) ehtiyacı 1000 ml və 20 kq-lıq uşağın isə 1500 ml-dir. Hərarətin, qusmanın və ishalın mayeyə olan ehtiyacın artırdığına diqqət yetirin.
  • Uşağın sevdiyi yüngül yeməklərə üstünlük verilməlidir. Çöx vaxt uşağın iştahı itmiş olur, lakin, bu narahatlığa səbəb olmamalıdır.
  • Yüksək enerji itkisi tələb edən fiziki fəaliyyətin (məsələn, idman məşqlərinin edilməsinin) qarşısını almaq lazımdır  
  •  

Dərman müalicəsi

  •  
  • Antipiretik dərmanlar yalnız lazım olduqda istifadə olunmalıdır.
    • Birinci xətt dərmanı parasetamoldur.
    • Dozası: 15 mq / kq-dır (bir dəfəlik), maksimal doza 60 mq / kq / 24 saatdır. Qəbul etdikdən 1-2 saat sonra temperaturu 1,5 ° C-ə qədər azalmalıdır. Təsir müddəti 5-6 saatdır.
  • Uşaqlar üçün istifadə edilən digər antipiretiklərə ibuprofen (çəkisi > 6 kq-dan yuxarı olanlara verilir) və naproksen (yaşı > 12 aydan yuxarı olanlara verilir) aiddirlər. Bu preparatların antipiretik təsiri parasetamolun təsirinə yaxındır, lakin daha uzun müddətli təsirə malikdirlər.
    • İbuprofenin bir dəfəlik dozası 10 mq / kq, maksimal dozası 40 mq / kq / 24 saatdır.
    • Naproksenin bir dəfəlik dozası 5 mq / kq, maksimal dozası 10 mq / kq / 24 saatdır.
  • Aspirin (asetilsalisil turşusu) uşaqlarda antipiretik dərman kimi istifadə edilməməlidir, çünki onun istifadəsi Reye sindromunun inkişaf riskinin artması ilə əlaqələndirilir.
  • Digər antipiretik dərmanlarla müqayisədə parasetamolun üstünlükləri:
    • Yaxşı tolerantlıq xüsusiyyətinə malikdir (əks –göstərişləri və yan təsirləri azdır).
    • Tövsiyə olunan dozalarda istifadə edildikdə cüzi yan təsirlərə malikdir.
    • Qanaxma yaratmır və ya laxtalanma amillərinə təsir göstərmir.
    • Allergiyaya səbəb olması nadir hallarda olur.
    • Antipiretik təsiri sübut olunmuşdur və yaxşı sənədləşdirilmişdir. 

Əlaqədar mənbələr

 

  • Koçran icmalları
  • Digər sübut icmalları
  • Digər internet resursları