Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Əzələ zədələnmələri

Mündəricat

Əzələ zədələnmələri

EBM Klinik protokolları
12.05.2016 • Sonuncu dəyişiklik 12.05.2016
MinnaKääriäinen

Əsaslar

  • Partlayış, artıq yüklənmə, gərilmə və ya kəskin kəsici alətlər, hamısı  oxşar xarakterli əzələ zədələnmələrinə səbəb olur.
  • Əzələ toxuması, yaxşı sağalma qabiliyyətinə malikdir.
  • Təcili yardım, soyuq tətbiqinə, dik tutulma pozisiyasına, sıxılma və zədələnmiş nahiyəyə istirahət verilməsinə əsaslanır.
  • Qısa immobilizasiyadan sonra erkən mobilizasiyaya tədricən başlanılır (zədədən 1 - 6 gün sonra).

Əzələ zədələnmələrinin klasifikasiyası

  • Dərəcə I: Bir neçə əzələ lifi qopmuşdur, fascia sağlamdır, əzələ qüvvəsi saxlanılmışdır; simptomlara, ağrı və əzələ spazmları aiddir.
  • Dərəcə II: Orta miqdarda əzələ lifi qopmuşdur, fascia sağlamdır, intramuskulyar hematoma mövcuddur, əzələ qüvvəsi azalmışdır.
  • Dərəcə III: 25-50 % əzələ lifi qopmuşdur, fascia yırtılmışdır, intramuskulyar hematoma mövcuddur, əzələ qüvvəsi azalmışdır.
  • Dərəcə IV: Çox miqdarda və ya bütün əzələ lifləri qopmuşdur, fascia yırtılmışdır, əzələdə heç bir funksiya yoxdur.

Diaqnoz

  • Klinik diaqnostika adətən kifayət edir.
  • Xəstədən yaralanma mexanizmi, ağrının başlanması və lokallaşması, zədələnmə anında zədələnmiş nahiyədən hər hansı bir şaqqıltı və ya pop səsinin eşidilməsi haqqında məlumatlar almaq lazımdır. 
  • Zədələnmiş nahiyədə şişkinlik və suluqlanma müşahidə edilir (zədələnməmiş nahiyə ilə müqayisə edilməlidir). Daha ağır zədələnmələrdə və bəzən də orta dərəcəli zədələnmələrdə palpasiya zamanı yırtılmış əzələ sonlarının geri çəkilməsi əlaməti olaraq çökəkliklər yarana bilər.
  • Zədələnmiş əzələlərin funksiyası, həm müqavimət olmadan, həm də xarici gücə qarşı yoxlanılır. Əzələnin qüvvəsində və funksiyasında müşahidə edilən azalma, zədənin ağırlıq dərəcəsindən asılı olaraq korrelyasiya edir.
  • Zədənin ağırlıq dərəcəsi, erkən mərhələdə bəzən düzgün qiymətləndirilməyə bilər çunki, zədələnmiş şəxs, ağrı və zədəyə baxmayaraq ətraflarını demək olar ki, normal bir şəkildə hərəkət etdirmək qabiliyyətinə malik ola bilər.
  • Xəstənin travmadan və ya əzələdə ağrının başlamasından dərhal sonra aparılan klinik müayinəsi zamanı əzələ qıcolmaları, diferensial diaqnostika zamanı problemlər yarada bilər.
  • Daha ağır zədələnmələrdə ultrasəs müayinəsi, zədənin dərəcəsini (hissəvi / tam qopmalar) və hematomanın təbiətini (intramuskulyar / intermuskulyar, bərk / maye) daha dərindən müəyyənləşdirmək məqsədi ilə klinik müayinələrlə yanaşı aparıla bilər. Maqnit rezonans tomoqrafiya (MRT), daha dəqiq və daha asan şərh edilə bilən müayinə üsuludur.

Müalicə

  • İlkin yardım: soyuq tətbiqi, dik tutulma pozisiyası, sıxılma və zədələnmiş nahiyyənin istirahəti.
  • Sonrakı müalicə: qısa immobilizasiya və daha sonra 1 gündən (dərəcə I) 6 günə qədər (dərəcə II -dən III-ə) tədricən mobilizasiyaya başlamaq. Təlim, ilk öncə yük olmadan başlanılır, daha sonra isə yüklə davam etdirilir.
  • Xəstə, əzələ gücləri arasındakı balanssızlığın qarşısının alınması məqsədi ilə antaqonist əzələlərin məşq edilməsi üçün təlimatlandırılır.
  • Məşqlər zamanı ətraflar, elastik bandajlarla dəstəklənir.
  • Dartılma, əvvəl passiv dartılma ilə başlanılır və daha sonra isə aktiv dartılma ilə davam etdirilir. Bu proseslərin aparılmasına ağrı, dərəcə I zədələrində bir gündən sonra, dərəcə II və III zədələrində isə 3 - 6 gün sonra imkan verir.
  • Güclü əzələ səylərini tələb edən fəaliyyətlərə, əzələ qüvvəsinin və həssaslığının normal səviyyəyə qayıtmasına qədər (təxminən 3 - 6 həftə çəkir) başlanılmamalıdır.
  • Əgər reabilitasiya zamanı heç bir proqres müşahidə edilmirsə, daha ağır əzələ zədələnmələrindən şübhələnmək lazımdır.
  • Yalnız ağır simptomlara səbəb olan geniş yırtıqlar və intramuskulyar hematomalar, əməliyyat müalicəsi tələb edə bilərlər.

Ağırlaşmalar

  • Çox kobud və erkən başlayan səfərbərlik (hərəkət etmək), təkrari yırtıqlara səbəb ola bilər çünki, çapıq toxuma hələki lazımi gərilmə gücünə malik deyildir.
  • Əzələdaxili çapıq toxuması və birləşmələr elastikliyin azalmasına səbəb ola bilər.
  • Hematoma əzələ daxilində toplana bilər.
  • Bəzən zədələnmiş nahiyədə heterotopik sümük formalaşmasına (əzələnin sümükləşməsi) rast gəlinə bilər. Bu, həm ultrasəs müayinəsində, həm də adi rentgenoqrafiyada qeydə alına bilər. Simptomlara, zədələnmiş nahiyədə müşahidə edilən hərəkət məhdudiyyəti və təkrarlanan ağrılar aid edilir.

Adiyyatı mənbələr

  • Digər dəlillər icmalı
  • Ədəbiyyat

Järvinen TA, Järvinen TL, Kääriäinen M et al. Əzələ zədələnmələri: bioloqiyası və müalicəsi. Am J Sports Med 2005;33(5):745-64. Järvinen TA, Järvinen TL, Kääriäinen M et al. Əzələ zədələnmələri: bərpanın optimallaşdırılması. Best Pract Res Clin Rheumatol 2007;21(2):317-31.