Amöb absesi
EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
SakariJokiranta
HeliSiikamäki
Törədici
- Amöb absesi və bağırsaq amöbiazı patogen protozoa olan Entamoeba histolytica tərəfindən törədilir. Əvvəllər səhvən E. histolytica kimi öyrənilən ona yaxın olan E. dispar patogen deyildir.
Yayılması
- Dünyanın hər yerində, xüsusi olaraq tropik və subtropik bölgələrdə. Dünyada amöbiazın yayılma tezliyi ildə 40-50 milyon xəstələnmə hallarına bərabərdir. Amöb koliti olan xəstələrin təxminən 4%-də amöb absesi inkişaf edir.
Yayılması
- E.histolytica insasnın yoğun bağırsağında yaşayır, harada ki, nəcis ilə ifraz olunan sistlər əmələ gətirir. İnfeksiyaya yoluxma protozoanın sist formasının udulması ilə baş verir. Sist uzun müddət canlı qalır və adətən nəcislə bulanmış qida və ya içki ilə orqanizmə daxil olur.
- Bağırsaqda çoxaldıqdan sonra E.histolytica amöbləri bağırsaq divarına daxil olaraq kraterəbənzər xoraya səbəb olurlar, hansı ki, onun vasitəsilə venoz qan axınına giriş əldə edirlər. Sonradan qaraciyər və digər sahələrə yayıla və amöb kistaları əmələ gətirə bilərlər.
Dünya səhiyyəsində əhəmiyyəti
- Amöbiazda ölüm göstəricisi 0.1-0.2%-dir. Ölümlərin böyük hissəsi amöb absesinin inkişafı səbəbindəndir.
- Amöb absesində ölüm göstəricisi 2-5%-dir.
- Əgər febril temperaturu olan xəstə tropik regiondan qayıdıbsa və qarnın yuxarı hissəsində ağrı varsa və ya radioloji müayinələr qaraciyərin absesini düşündürürsə diferensial diaqnostikada amöb absesindən şübhələnmək lazımdır.
Əlamət və simptomlar
- İnfeksiyaya yoluxmada simptomların ortaya çıxmasına qədər olan inkubasion dövr 2 həftədən 5 aya qədər aralıqda dəyişir. Səyahət edənlərdə, simptomlar adətən geri qayıtdıqdan 2-3 ay sonra başlayır.
- Qaraciyər absesinin simptomları qızdırma və yuxarı qarın nahiyyəsində və ya böyürdə olan ağrıdır. Ləng proqressivləşən xəstəliyin yarımkəskin formasında simptomlar həmçinin ürəkbulanma və çəki itirilməsindən ibarət ola bilər.
- Qızdırmaya əlavə olaraq fiziki müayinədə qarnın yuxarı hissəsində həssaslıq və hepatomeqaliya aşkar edilir.
- Leykositozla yanaşı qələvi fosfataza, alanin aminotransferaza və CRZ (C-reaktiv zülal) konsentrasiyasının yüksəlməsinə tez-rez rast gəlinir.
Diaqnostika
- Amöb absesinin diferensial diaqnostikasına digər bakterial abseslər, xolesistit, şiş, exinokokkoz və sistlərdən ibarətdir.
- Diaqnostika qaraciyərin radioloji müayinələrinə və qan zərdabında E. histolytica əleyhinə anticismlərin təyin edilməsinə əsaslanır.
- Əgər bakterial abses istisna edilə bilinmirsə və ya amöb əleyhinə dərmanlar effekt vermirsə diaqnostik perkutan aspirasiya göstərişdir. Aspirasiya edilmiş nümunə bakteriya üçün əkilməli, mikroskop altında və ya nuklein turşularının və ya antigenlərin tapılması ilə amöb üçün müayinə olunmalı və əgər şiş düşünülürsə sitoloji müayinə edilməlidir.
- Amöb absesi olan xəstələrin nəcis nümunəsi həmişə analiz üçün göndərilməlidir, çünki xəstə bağırsaq amöbiazından əziyyət çəkə və ya asimptomatik daşıyıcı ola bilər və buna görə də protozoanın sist forması əleyhinə effektiv dərman tələb edə bilər. Amöb absesi olan xəstələrin 1/3-nün bağırsağında amöb tapılır.
Müalicə, müşahidə və proqnoz
- Amöb absesi adətən dərman müalicəsi ilə sağaldıla bilər və cərrahi müdaxilə qarın boşluğuna yayıla bilmə riski səbəbindən əks-göstəriş kimi düşünülmüşdür.
- Ən effektiv müalicə metronidazoldur (kəskin xəstəlikdə venadaxili 500 mq gündə 3 dəfə; uşaqlar üçün 3 dozaya bölünməklə 35-50 mq/kq; hansı ki, sonradan gündə 3 dəfə olmaqla 400-800 mq metronidazolla davam etdirilir). Müalicənin müddəti 10 gündür və maksimum gündəlik doza 2400 mq-dır. Dərman müalicəsinə əlavə olaraq, absesin perkutan drenajı göstəriş ola bilər. Ehtimal edilən bağırsaq sistinin eradikasiyası üçün əlavə dərman müalicəsi tələb oluna bilər, baxın.
- E. histolyticanın asimptomatik daşıyıcılarının müalicəsində məqsəd protozoanın bağırsaqdan kənar sahələrə yayılmasının və müvafiq simptomatik xəstəliyin inkişafının qarşısını almaqdır. Eyni zamanda müalicə xəstəliyin ətraf mühitə yayılmasının qarşısını alır.
- Amöb absesinin sağalması klinik və radioloji müayinələrlə izlənilir (müşahidə edilir). Radioloji tapıntıların normallaşması 3-12 ay çəkə bilər.
- Əgər E.histolytica nəcis nümunəsində təyin edilmişdirsə, müalicənin amöba sistinə təsiri müalicədən 2 həftə sonra nəcis nümunəsinin müayinəsi ilə idarə edilməlidir.
Profilaktika
- E.histolytica standart yodlaşmış suya davamlıdırlar, lakin su təminatından sistlər adekvat filtrasiya, yodlaşma, -20oC-yə qədər soyudulma və ya qaynadılmaqla (+50oC-də 5 dəq) eradikasiya edilə bilər.
Müvafiq resurslar
- Digər internet resursları
- Ədəbiyyat
Pritt BS, Clark CG. Amebiasis. Mayo Clin Proc 2008;83(10):1154-9; quiz 1159-60.