Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Genital herpes

Mündəricat

Genital herpes

EBM Klinik protokolları
06.06.2018 • Sonuncu dəyişiklik 26.05.2017
EijaHiltunen-Back

Əsas məqamlar

  • Genital nahiyyədə mənşəyi bəlli olmayan residivləşən simptomlara malik xəstələrdə differensial diaqnostika zamanı genital herpesi nəzərə almaq lazımdır.
  • Antiviruslar simptomların aradan qaldırılmasında və xəstəliyin ötürülməsinin (transmissiyasının) qarşısının alınmasında effektiv təsirə malik olur. 

Etiologiya

  • Əksər hallarda genital herpes Herpes simpleks virus 2 (HSV-2) tərəfindən yaradılan cinsi yolla ötürülən xroniki infeksiya hesab edilir. Bununla belə, günümüzdə infeksiyaların üçdə birindən çoxunun səbəbi HSV-1 tərəfindən törədilir. İnfeksiyadan sonra virus hər zaman bədəndə latent şəkildə qalmış olur.

Epidemiologiya

  • Virus xüsusilə simptomatik fazada yoluxucu xarakter daşıyır; bununla yanaşı virusun asimptomatik olaraq yayılması da mümkündür. Virusa yoluxmalarından xəbərsiz olan tərəfdaşlar 50% hallarda virusu digərlərinə ötürür.
  • Ağız nahiyyəsində olan herpes infeksiyası cinsi tərəfdaşının genital bölgəsinə oral seks zamanı ötürülə bilər.
  • İnfeksiyanın qadından kişiyə keçməsi ilə müqayisədə kişidən qadına keçməsi riski daha yüksək olur.

Simptomlar

  • Genital herpesin klinik mənzəri adətən tipik xarakter daşıyır və diaqnozu asan qoyulur.
  • Xəstəliyin təzahürü atipik olduğu təqdirdə problemlər yaranır, məsələn, genital nahiyyədə sporadik qaşınma, çatlar və eritema. Uyğun müalicəni təyin etmək və xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə bunları herpesin simptomları olaraq qəbul etmək vacibdir.

Birincili herpes

  • Simptomlar infeksiyadan 4-14 gün sonra meydana gəlir.
  • Ümumi simptomlara aid edilir
    • qızdırma
    • baş ağrısı
    • miyalgiya.
  • Genital simptomlara aid edilir
    • vezikullar və xoralar (şəkil)
    • dalayıcı ağrılar
    • disuriya
    • inquinal (qasıq) limfadenopatiya
    • uşaqlıq boynunun xoralaşması 
  • Yaralar bilateral olur.
  • Simptomlar 2-3 həftə ərzində müşahidə edilir.
  • Birincili herpes infeksiyasının da asimptomatik olması mümkündür.
  • Virus sekresiyası təxminən 2 həftə davam edir.
  • Hamiləlik dövründə infeksiyanın dölə keçmə riski birincili herpes zamanı 50%, residivləşmiş herpes zamanı isə 5%-dən də az olur.

Residivləşən herpes

  • Yaralar unilateral (birtəfəfli) olur.
  • Yaralar və simptomlar adətən yalnız genital nahiyyədə mövcud olur (şəkil); qadınlarda xarici cinsiyyət üzvləri və daha az hallarda uşaqlıq boynu. Herpesə həmçinin uretrada təsadüf edilə bilər.
  • Ümumi simptomlara nadir hallarda təsadüf edilir.
  • Residivləşmənin tezliyi fərdi xarakter daşıyır.
  • İnfeksiya fiziki və psixi stresdən sonra residivləşə bilər. Residivləşmə qadınlarda müntəzəm olaraq menstruasiya dövründə baş verir.
  • Simptomların davam etmə müddəti təxminən 7 gündür.

Diaqnoz

  • Herpes simpleks virusunu yaradan ya viral kultura, ya da nuklein turşusunun təyin edilməsi testi vasitəsilə ayırmaq olar. Hər iki metod vasitəsilə HSV 1 və 2 tiplərini differensasiya etmək mümkündür. Diaqnozun qoyulmasında antigen təyinindən də istifadə edilə bilər.
  • Yaradan nümunə pambıq çubuğunu yaraya sürtməklə götürülür.
  • Anticismlərin təyini testi HSV-1 və HSV-2 seropozitivliyi, məsələn daşıyıcı statusu təyin edir, lakin infeksiyanın lokalizasiyasını müəyyən etmir.
  • Nuklein turşusunun təyin edilməsi testi beyin-onurğa beynin mayesinin müayinəsinə əsasən neonatal herpesin təyin edilməsi üçün xüsusi olaraq uyğun bir metod hesab edilir.

Müalicə

  • Birincili herpesdə oral dərman preparatları virusun yoluxuculuğunu məhdudlaşdırır, sağalmanı sürətləndirir və ağrını azaldır. Klinik olaraq yaranan şübhə dərman preparatlarına başlamağın səbəbi sayılır: asiklovir 200 mq × 5 dəfə  və ya 400 mq  × 3 dəfə, valasiklovir 500 mq  × 2 dəfə və ya famsiklovir 250 mq  × 3 dəfə; hər üç dərman preparatı üçün müalicənin davam etmə müddəti 5-10 gündür. İntravenoz təyin üçün göstərişlər aşağıdakılar sayılır:
    • ağır klinik təzahürlər
    • baş ağrısına səbəb olan meningial qıcıqlanmalar
    • neonatal herpes.
  • Residivləşən herpesdə oral antivirus dərman preparatları simptomları azaldır və simptomatik fazanın müddətini qısaldır:
    • asiklovir 200 mq  × 5 və ya 400 mq  × 3 dəfə, 5 gün ərzində (və ya 2 gün ərzində 800 mq  × 3 dəfə)
    • valasiklovir 500 mq × 2 dəfə, 3-5 gün ərzində və ya
    • famsiklovir 125 mq × 2 dəfə, 5 gün ərzində (və ya 1 gün 1 q × 2 dəfə).
  • Xüsusi hallarda qısa müddətli müalicə təyin edilə bilər, məsələn, bayram vaxtı.
  • Periodik və mürəkkəb xarakterli residivlərin müalicəsi üçün uzun müddətli profilaktik dərman preparatları təyin edilir (6 ay-): asiklovir 400 mq × 2 dəfə, valasiklovir 500 mq × 1 dəfə və ya famsiklovir 250 mq × 2 dəfə.
  • Profilaktik olaraq təyin edilmiş dərman preparatları virusun sekresiyanı əhəmiyyətli dərəcədə azaldır. Buna baxmayaraq, yoluxma hələ də mümkün sayılır. 
  • Hazırki zamanda virusun neyro-sensor qanqlionlardan eradikasiyasını təmin edən dərman preparatı mövcud deyildir. 
  • Erkən simptomları təyin etmək və beləcə yoluxma riskini azaltmaq üçün xəstəyə infeksiyanın təbii seyri və yoluxuculuğu barəsində məlumatlar verilməlidir.

 

Müvafiq resurslar

 

  • Ədəbiyyat

Patel R, Alderson S, Geretti A et al. European guideline for the management of genital herpes, 2010. Int J STD AIDS 2011;22(1):1-10. Kortekangas-Savolainen O, Orhanen E, Puodinketo T et al. Epidemiology of genital herpes simplex virus type 1 and 2 infections in southwestern Finland during a 10-year period (2003-2012). Sex Transm Dis 2014;41(4):268-71.