Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Tənəffüs yollarının xarici faktorlarla törədilmiş kəskin reaksiyaları

Mündəricat

Tənəffüs yollarının xarici faktorlarla törədilmiş kəskin reaksiyaları

EBM Klinik protokolları
16.04.2018 • Sonuncu dəyişiklik 12.04.2017
Eija-RiittaSalomaa

Əsas məqamlar

  • Qıcıqlandırıcı kimyəvi maddələrin qəflətən təsirinə məruz qalma  tənəffüs yollarının keçici olaraq qıcıqlanmasına, daha ağır hallarda isə ağciyər ödemi və hətta ölümə səbəb ola bilər.
  • Zərərçəkmiş şəxslərdə dərhal inhalyasion qlükokortikoidlərin təyini ilə astma və ya ağciyər ödeminin qarşısı alına bilər.
  • Əgər təsirin güclü olması ehtimal olunarsa, xəstə bir neçə günlük olaraq xəstəxanada müşahidə altında olmalıdır.
  • Növbəti müayinələrin  ağciyər xəstəlikləri üzrə ixtisaslaşmış ambulatoriyalarda aparılması məsləhətdir.
  • Qıcıqladırıcı maddələrin emalı aparılan iş yerlərində inhalyasion qlükokortikoidlər  mövcud olmalıdır.

Təsirlər

  • Yanğınlar 
    • xüsusi maddələrin və müxtəlif qazların qarışığı
    • məsələn, yanan neft məhsulları və plastik məhsullardan akrolein ayrılır
  • İstehsalat zərərləri 
    • istehsalat  prosesləri zamanı xaric olunan qazlar
    • qazın nəqli zamanı və  sənaye müəssisələrində  qaz sızması

 Səbəbləri

  • Güclü qələvilər (məsələn ammonyak və  kaustik soda (natrium hidroksid) və turşular, həmçinin güclü oksidləşdirici maddələr  (məs. hidrogen peroksid və ozon)  və qeyri - üzvi xlor və kükürd birləşmələri  tipik səbəblərdəndir.
  • Hər hansı bir qıcıqlandırıcı qaz  əgər intensiv və  uzun müddət təsir edərsə həyati-təhlükəli alveolyar zədələnməyə səbəb ola bilər.
  •  Yüksək dərəcədə suda həll olan qazlar (ammonyak, hidrogen xlorid turşusu, kükürd turşusu, formaldehid, asetaldehid, sirkə turşusu ) yuxarı tənəffüs yollarının selikli qişalarından sorularaq intensiv öskürək, yanğı hissiyyatı, qırtlaq qapağı və ya qırtlağın ödeminə səbəb olur. Orta dərəcədə  (hidrogen flüorid turşusu, kükürd-2-oksid, xlor, xlor-2-oksid, yod, brom, flüor)  suda həll olan qazlar da həmçinin bronxial obstruksiya, bəlğəm ifrazının artması və öskürəyə səbəb olaraq bronxları zədələyir. Suda pis həll olan qazlar (fosgen, ozon, azot-2-oksid, metil bromid, akrolein, dimetil sulfat, sink xlorid) alveollara qədər çataraq,  dərhal və ya 24 saatdan artıq zaman keçdikdə potensial olaraq ağciyər ödeminə səbəb olur. Məsələn, azot-2-oksid təsirə məruz qaldıqdan sonra  3 saatdan 30 saat ərzində tipik olaraq ağciyər ödeminə səbəb olur. Qıcıqlandırıcı qazın təsirindən əmələ gəlmiş ağciyər ödeminin simptomları quru öskürək, qanlı bəlğəm, xışıltı, dispnoe, ürəkbulanma, qusma,  bəzən qızdırma və hipotenziya simptomlarından ibarətdir. 

Klinik təzahürləri

  • Təsirə məruz qaldıqdan sonra yaranan simptomlar müxtəlif formada təzahür edə bilər. Aşağıda onlar ən yüngül formadan ən kəskin formaya qədər olmaqla sıralanmışdır. 
    • Reaktiv Yuxarı Tənəffüs yollarının Disfunksiyası Sindromu (RYTDS)
      •  Kəskin rinit
      •  Kəskin maksillyar sinusit
      •  Udlağın qıcıqlanması, boğazın təmizlənməsinə ehtiyac olması və   öskürəklə  müşayiət olunan laringit və ya bronxit
    • Obliterasiyaedici  bronxiolit
      • Simptomlar kəskin başlayır, daha sonra azalır, lakin, 1 həftədən 3 həftəyədək yenidən pisləşir.
    • Qıcıqlanmanın törətdiyi  astma (əvvəllər, RTYDS, reaktiv tənəffüs yolları disfunksiyası sindromu)
      • Astmayabənzər  simptomlar, xüsusilə, öskürək.
      •  Bir neçə ay içində simptomlar sönə bilər, lakin xronik formada da qala bilər.
    •  Kəskin  toksik pnevmonit
      • Təsirdən yalnız 4 - 72 saat sonra yarana bilən dispnoe
      •  Çox zaman ağciyər ödeminə bənzər həyati təhlükəli vəziyyətə səbəb olur.

Müayinələr

Təxirəsalınmaz müayinələr

  •  Döş qəfəsinin rentgen müayinəsi
  • Oksigenin saturasiyası və ya arterial qan nümunəsi
  • Pikfloumetriya
  • CRZ, qanın ümumi analizi
  • Yuxarı tənəffüs yollarının klinik vəziyyəti
  • Tam qan və sidik nümunələrin dondurulmalı

Daha sonrakı müayinələr

  • Xəstənin vəziyyəti imkan verərsə aparılır:
    • spirometriya və  bronxodilatasiya  sınağı
    • histamin  və ya metaxolin sınağı
    • 24 saatlıq pikfloumetriya  nəzarəti 

Müalicə

Kəskin dövrün müalicəsi

  • İlk 5 gün: Xəstə təsirə məruz qaldıqda mümkün olan kimi (15 dəqiqə ərzində verilməsi arzuolunandır)  inhalyasion boru istifadə etməklə  800 - 1 200 µq budesonid və ya  beklometazon  inhalyasiyası  və ya  500 µq  flutikazon,  və ya nebulayzerin köməyilə 2 ml budesonid 0.5 mq/ml   verilir. Doza 6 saatlıq intervalla təkrarlanır.
  • 5 gündən sonra: müalicə dayandırılır, ağciyərdə dəyişikliklər  olduqda isə müalicə tam sağalana qədər davam olunur.  
  • İntensiv təsirə məruz qalma zamanı venadaxili və ya tabletlər ( 24 saatda 4 dəfə, 40 - 80 mq )  şəklində yüksək dozada qlükokortikoid terapiyası tələb olunur.
  • Ehtiyac olduqda simptomatik terapiya 
    • Öskürək və  dispnoe olduqda  beta-adrenergik  aqonistlər  
    • Əlavə oksigen dispnoe zamanı 
    • Qırtlağın obstuksiyası zamanı  rasemik adrenalin (S2® Rapinefrin  2.25 %) inhalyasiyası 
    • Tənəffüsə dəstəkləyici müalicə 

Sonrakı  müalicə 

  • İnhalyasion  qlükokortikoidin dozası azaldılır: budesonid və ya  beklometazon 800 µq gündə 2 dəfə  flutikazon 500 µq  gündə 2 dəfə 
  • Əgər müşahidə dövründə xəstədə simptomlar olmazsa və tənəffüsün  ilkin funksional sınaqları, o cümlədən histamin və metaxolin təsiri sınaqları normal olarsa, müalicənin dayandırılması nəzərdə tutula bilər.

Ağciyər ödeminin profilaktikası.  Ağciyər ödeminin qarşısının alınması məqsədilə kortikosteroidlərin təyini, onun istifadəsindən  çəkinməkdən daha təhlükəsizdir. Profilaktik  manipulyasiya.  İlk 5 gün: Təsirə məruz qaldıqda, mümkün olan kimi xəstəyə (15 dəqiqə ərzində daha arzuolunandır)  inhalyasion olaraq, inhalyasion boru ilə 800 - 1 200 µq budesonid və ya  beklometazon  verilir. Doza 6 saatlıq intervalla təkrarlanır.  5 gündən sonra: Əgər ağciyərlərdə dəyişikliklər olmazsa, müalicə təxirə salınır, əks halda tam sağalmaya qədər davam etdirilir. Intensiv təsirlərə məruz qalma olduqda yüksək dozada venadaxili kortikosteroid  müalicəsi lazımdır. (40 - 80 mq 4 dəfə, 24 saatda). Belə terapiya və ya təsdiqlənmiş ağciyər ödemi intensiv terapiya tələb edir. 

Astmanın profilaktikası. İnfeksiyanın istisna olunması və ya müalicəsi. Astmanın kəskinləşməsinin  müalicəsi  kimi: çox zaman oral və inhalyasion kortikosteroidlər göstərişdir. Müalicəyə artıq başlanmış olunsa belə, gecikdirilmədən  obstruksiyanın diaqnostikası (spirometriya, pikfloumetriya, histamin və ya  metaxolinlə təsir sınağı  ) 

Bronxial obstruksiya və öskürəyin müalicəsi. Beta-adrenergik agonistlər Əlavə oksigen

 Qırtlaq və qırtlaq qapağının ödeminin müalicəsi. Rasemik  adrenalin (S2 Rapinefrin 2.25 %®), inhalyasiya 

 Tibbi yardımın mərhələləri

  •  Minimal təsirə məruz qalma və yüngül simptomlar ambulator olaraq müalicə olunur.
    • minimum  5 gün  və ya ağciyərlərin funksional sınaqları icra olunanadək  yüksək dozada inhalyasion qlükokortikoid 
    • 1 - 2 həftədən sonra ağciyərlərin funksional sınaqları da daxil olmaqla kontrol baxış, əgər vacib hesab edilərsə, ağciyər xəstəlikləri üzrə  mütəxəssislə məsləhətləşmə
  • İntensiv təsirlər və kəskin simptomlar olduqda  
    • İnhalyasion qlükokortikoidlər
    • Bronxgenişləndirici dərmanlar, əlavə oksigen, ehtiyac olduqda  sistem  qlükokortikoidləri, mütəxəssis yardımına yönəldilmə
    • Pulmonoloji şöbədə sonrakı müalicə və müayinələr  

Müvafiq resurslar

  • Ədəbiyyat