Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Öyrənmə pozuntuları

Mündəricat

Öyrənmə pozuntuları

EBM Klinik protokolları
08.02.2017 • Sonuncu dəyişiklik 08.02.2017
HeikkiLyytinen

Əsaslar

  • Öyrənmə pozuntuları oxumaq və yazmaqda çətinliklər, riyazi bacarıqların pozulması, danışma və dildə pozğunluqlar, motor funksiyalarında inkişaf pozğunluqları daxildir.
  • Müalicə edilməzsə əgər, öyrənmə pozğunluqları daha geniş problemlərə səbəb ola bilər və ya məktəb illərində tədris irəliləyişini əhəmiyyətli dərəcədə poza bilər.

Məktəbə hazırlıq

  • Məktəbə yeni başlayanların koqnitiv və motor bacarıqları hədində çox fərqlənə bilir. Az sayda uşağa bir il erkən və ya bir il gec başlamasına icazə verilir. Bu qərar uşağın valideynləri və məktəbə hazırlığı qiymətləndirən mütəxəssislər arasında aparılan məsləhətləşmədə qəbul edilir.
  • Məktəbə gec başlamaq qərarına gəlmək çətin ola bilər. Çünki məktəb evdə əldə edilə bilməyən stimullar və təcrübələr təklif etməklə uşağın inkişafına təkan verə bilir.
  • Məktəbə qəbulu gecikmiş bir uşaq intensivləşdirilmiş məktəbəqədər təhsildən yararlana bilər. Uşaqların demək olar ki, dörddə biri, uşaqlıq dövrü və erkən məktəb illərində koqnitiv və ya motor sahədə inkişaf ləngiməsi səbəbindən xüsusi inkişafa ehtiyac duyurlar.
  • Bəzi ölkələrdə bütün uşaqlar üşün məktəbəqədər təhsil verilir. Bu ümumiyyətlə, öyrənmə təcrübəsi əldə etmək imkanlarını şaxələndirir. Məktəbəqədər təhsil inkişafın ləngiməsi, dil bacarıqlarının pozulması, və ya özünə nəzarətin pozulması kimi problemləri əsas alacaq şəkildə planlaşdırılır.
  • Ailə üzvlərindəki öyrənmə pozğunluqları uşağın öyrənmə çətinliyi riskini artırır, lakin bu erkən profilaktik tədbirlər sayəsində azala bilər.

Oxumaq və yazmaqda çətinliklər

  • Oxumada (disleksiya), imla və yazmadakı çətinliklər çox vaxt birlikdə olur.
  • Bu pozuntular geriləməyə bərabər deyil.
  • 10%-dən çox uşaqlar əsas sxolastik bacarıqlara və oxuma bacarığına yiyələnməkdə çətinlik çəkirlər.
  • Yetkin şəxslərin isə demək olar ki, 6%-i oxumaqda xüsusilə sərbəst şəkildə axıcı oxumaqda əziyyət çəkirlər.
  • Disleksiya bir çox hallarda genetik olaraq göstərilir. Valideynlərində disleksiya olan uşaqların üçdə birindən daha çox sayda uşaqda oxuma ilə bağlı çətinliklərə rast gəlinir.

Riyazi bacarıqlarda xüsusi pozuntular

  • Uşaqların təqribən 10–15%-də riyaziyyatı öyrənməklə bağlı problem və bunların da 3%-də ağır diskalkulyasiya problemi vardır.
  • Diskalkuliyadan əziyyət çəkən uşaqlar ümumilikdə əsas ədədi anlayışları, nömrələrin düzgün yerləşdirilməsi və sıralanmasında, məkan qavrayışında və vizuomotor funksiyalarda çətinlik çəkirlər.

Dildə və nitqdə xüsusi pozuntular

  • Disfaziyadan əziyyət çəkənlər hətta artıq inkişafın ilk mərhələlərindən nitq və dil bacarıqlarına yiyələnmədə problem yaşayırlar.
  • Əgər uşaq 2 yaşına qədər ilk sözü, 3 yaşına qədər isə ilk cümləni qurmursa onda disfaziyadan şübhələnmək olar.
  • Differensal diaqnostika baxımından ilk öncə problemin dil pozuntusu və ya eşitmə ilə bağlı problem olmasını aydınlaşdırmaq vacibdir.
  • Dildəki bu pozuntular yetkinlik yaşına qədər davam edə bilər və dili istifadə etmək və başa düşmək kimi çətinliklərlə nəticələnə bilər.
  • Əhalinin təqribən 3%-i disfaziyadan əziyyət çəkir.
  •  2–5 yaşında dil bacarıqlarında gecikmə olan və ailə tarixşəsində dislekiya, nitqin gecikməsi kimi problemlər həmin uşaqda dil pozuntusu olma riskini artırır. 
    • Dilin inkişafını dəstəkləyən müdaxilələr mümkün qədər erkən başlanılmalıdır.

Motor fəaliyyətdəki imkişaf pozğunluqları

  • Uşaqların təqribən  2–5%-i koordinasiya pozğunluqlarından, dispraksiyadan əziyyət çəkir.
  • İnkişaf edən koordinasiya pozuntusu intellektual geriləməyə və ya ümumi sağlamlıq vəziyyəti ilə əlaqəli olmayan motor disfunksiya kimi özünü göstərir.
  • Motor disfunksiya DƏHP (diqqət əksikliyi və hiperaktiv pozuntu) kimi daha böyük bir problemin bir hissəsi ola bilir.

Diaqnoz və müalicə

  • Diaqnoz həm psixoloq, həm də neyropsioloqun müayinəsini tələb edir. Eləcə də terapiya xüsusi bir müəllim tərəfindən qiymətləndirilməlidir.
  • Öyrənmə pozuntuları xüsusi tədris növüylə müalicə edilə bilər.
  • Müalicə olunmamış xüsusi öyrənmə pozuntuları uşağın gələcəyinə zərərli təsir edəcəkdir.
  • Uşaq əgər səy göstərməyə yetəri qədər təşviq olunmazsa, bu pozuntu daha geniş problemlərə səbəb ola bilər, eləcə də məktəb həyatında irəliləməyə əhəmiyyətli dərəcədə mane ola bilər.
  • Öyrənmə pozuntularında erkən dəstək, ikinci dərəcəli problemlərin yaranmasının qarşısını effektiv şəkildə almaq üçün əvvəldən tapılmalıdır. Oxumağı öyrənməkdə şətinlik çəkdikdə, yardım göstərmək üçün ən yaxşı vaxt məktəbə başladıqdan dərhal sonra və ya bundan biraz əvvəldir.
  • Əgər uşağın dil inkişafı normaldırsa, ancaq məktəbəqədər yaşda (təxminən 6 yaş) hərflərin adlarını yadda saxlamaqda çətinlik çəkirsə, əsas oxu bacarıqlarını məktəb başlamazdan bir neçə ay əvvəldən tətbiq etməyə başlamaq tövsüyə olunandır. Bu xüsusən disleksiyası olan qohumları olan uşaqlara aiddir.
  • Kompüter vasitəsi ilə bacarıqların uşağa intensiv şəkildə treyninqinin çox köməyi dəyə bilər. Xüsusilə əgər uşaq hədəfə çatana qədər onun diqqətini cəlb edə biləcək şəkildə hazırlanıbsa.

 

Müvafiq mənbələr

Lyytinen H. Children at risk of reading problems – from identification to prevention. International Journal for Research in Learning Disabilities. 2014:2(1);2-17. Richardson U, Lyytinen H. The Graphogame method: The theoretical and methodological background of the technology-enhanced learning environment for learning to read. Human Technology. 2014:10(1);39–60