Ptoz

EBM Klinik protokolları
21.11.2016 • Sonuncu dəyişiklik 21.11.2016
Editors

Əsas məqamlar

  • Kəskin inkişaf edən ptozlu pasiyent daha sonrakı müalicə üçün ilk növbədə nevroloqa olmaqla təxirəsalınmaz qaydada göndərilməlidir.
  • Anadangəlmə ptoz uşaq xəstəxanalarında ən geci ilk baxışlar zamanı aşkar edilməli və körpə qiymətləndirilmə üçün təcili olaraq oftalmoloqa göndərilməlidir.
  • Ptozu bir kosmetik problem olan və təxirəsalınmaz müalicə tələb etməyən blefaroxalazisdən ayırd etmək vacibdir.  

Etiologya və klinik xüsusiyyətlər 

  • Ptoz bir və ya ikitərəfli ola bilər.
  • Əgər yuxarı göz qapağını qaldıran əzələlər (m. levator palpebrae, m. tarsalis) müvafiq qaydada fəaliyyət göstərmirsə yuxarı göz qapağının ptozu baş verir. Ptoz göz alması əzələlərinin iflici ilə yanaşı ola bilər. Müstəqil bir xəstəlik və ya bir sindromun tərkib hissəsi ola bilər.  
  • Ptozun ən çox rast gəlinən səbəbi anandangəlmə ptozdur. 
    • Bu adətən birtərəflidir və doğuşdan etibarən davamlı olaraq mövcuddur. 
    • Səbəbin əzələ mənşəli  və ya nevroloji anormallıq olması məlum deyil.
    • Patoloji vəziyyətin ağırlığı çətinliklə görülə bilən dərəcədən bəbəyin tamamilə örtülməsinə kimi dəyişir. Əgər bəbək örtülübsə görmə qabiliyyəti normal qaydada inkişaf etmir və gözdə ambliobiya yaranır.  
  • İkincili ptoz
    • Bir əzələ xəstəliyinin simptomu ola bilər (myasthenia gravis , proqressiv xarici oftalmoplegiya, distrofik miotoniya, poliradikulit ).
    • Bu simptom göz-hərəki sinirin parezi ilə yanaşı ola bilər. Bu halda pasiyentdə ptozla yanaşı həmişə digər simptomlar qeyd olunur.  
    • Hörner sindromunda simpatik yol zədələnmişdir.  
    • Gözə müxtəlif cərrahi müdaxilələr də həmçinin ikincili ptoza səbəb ola bilər.

Pasiyentin müayinə edilməsi 

  • Asimmetriya adətən asanlıqla görülə bilir. Gözlər arasındakı fərq ölçülməlidir. Pasiyent yuxarı baxdıqda ptozlu yuxarı göz qapağı normal qaydada qalxmır və buynuz qişa göz qapağının altından sürüşür. 
  • Bəbək reaksiyalarını müayinə edin (göz-hərəki sinirin iflicində midriaz müşahidə edilir).
  • Hörner sindromu pasiyentdə eyni zamanda həm ptozun, həm də miozun olduğu bir simpatik innervasiya pozğunluğudur.
    • Hörner sindromunun bir mümkün nadir səbəbi boyun nahiyəsində iri bir qan damarının disseksiyasıdır ki, bu da tamamilə ağrısız ola bilər.
  • Göz hərəkətlərini müayinə edin (göz-hərəki sinirin iflicində adətən xarici çəpgözlük, eləcə də digər ortoqonal baxış istiqamətlərində məhdudlaşmış göz hərəkətləri).  

Müalicə

  • Kəskin yaranmış ptoz nevroloq və ya oftalmoloqla təcili konsultasiyanı tələb edir. 
  • Cərrahi müalicə ilk növbədə ptoz nəticəsində yaranan və pasiyentin görməsinə təsir göstərən hər hansı bir funksional pisləşməni korreksiya etməyə doğru yönəlmişdir.
  • Əgər kosmetik problemlərə səbəb olmursa yüngül ptozun heç bir müalicəyə ehtiyacı yoxdur.
  • Kosmetik cəhətdən qeyri-məqbul olan ptoz cərrahi yolla müalicə olunmalıdır.
  • Anadangəlmə ptoz zamanı əgər bəbəyin üzəri görmənin normal inkişaf etməsinə imkan verərək azaddırsa əməliyyat məktəb yaşına kimi təxirə salına bilər. Əgər bəbəyin üzəri örtülürsə ambliopiyanın qarşısını almaq üçün əməliyyat erkən körpəlik dövründə həyata keçirilməlidir.  
  • Ptozu blefaroxalazisdən ayırd etmək vacibdir. Blefaroxalazis çox zaman yalnız kosmetik bir problemdir və təxirəsalınmaz müalicə tələb etmir.  Lakin həmçinin funksional pisləşmə, məsələn, görmə sahəsinin məhdudlaşması ilə əlaqəli də ola bilər.

 

  •