Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qırmızı və ya sulu göz

Mündəricat

Qırmızı və ya sulu göz

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
Editors

  • Gözdə və gözətrafında ağrı: həmçinin nəzər salın"?>
  • Kontakt linza istifadə edənlərdə xəstə göz: nəzər salın

Qırmızı göz

  • Şəklə baxın.

Konyunktival qızartı

  • Ən aydın şəkildə konyuktival forniksdə görünür; perikorneal sahə xarakterik olaraq açıq rəngdə qalır.
  • Adətən bilateral olur
  • Gözün müayinəsi zamanı konyuktiva hərəkət etdikdə genişlənmiş damarlar onunla birlikdə hərəkət edir.
    • Episklerit zamanı sklerada yasəmən rəngli damarlar  görünür: bunlar, konyuktiva ilə birlikdə hərəkət etmirlər.
  • Ən çox rast gəlinən səbəb, mikrob (bakteriya, virus) və ya atopiyanın (şəkil)  səbəb olduğu konyuktivitdir. Müxtəlif dərəcəli konyuktival ifrazata, gözdə yad cismə və ya yandırıcı\ağrılı hissiyata, allergiya zamanı isə qaşınmaya rast gəlinir.
  • Konyuktivalar, quru gözdə  həmçinin qırmızı və asanlıqla qıcıqlanan olurlar. 
  • Konyuktivit "?>

Perikorneal qızartı

  • Göyümtül qırmızı, buynuz qişanın ətrafında dairəvi sahə, unilateral. 
  • Gözün ön siliar arteriyaları, buynuz qişa, qüzehli qişa və ya siliar cism, iltihabının əlaməti olaraq  genişlənir.
  • Kəskin irit
    • İşığa qarşı həssaslıq, göz ağrısı
    • Kiçik və qeyri-müntəzəm bəbək
    • Görmə itiliyi pozulmuş ola bilər
    • Təzyiq zamanı ağrı"?>
      • Sulu göz
    • Kəskin bağlı bucaqlı qlaukoma
      • Okulyar bölgədə kəskin ağrı
      • Ürəkbulanma və qusma
      • Pozulmuş görmə itiliyi
      • Buynuz qişanın bulanıqlığı
      • Orta-ölçülü, reaksiya verməyən bəbək
      • Xəstə, işıqlandırılmış obyektin ətrafında rəngli dəlik görə bilər
      • Okulyar təzyiqin yüksəlməsini aydın bir şəkildə müşahidə etmək mümkündür. O, 50 mmHG qədər yüksələ bilər.

Yerli qızartı

  • Subkonyuktival hemorragiya (ekximoz)
    • Həm spontan olaraq, həm də travma nəticəsində yarana bilər. Travma qaynaqlı ekximozu, əksi sübut edilmədikdə perforasiya olaraq qəbul etmək lazımdır.
  • Yad cismin səbəb olduğu qızartı da həmçinin ən azından başlanğıcda yerli xarakter daşıyır.
  • Buynuz qişanın iltihabı (keratit) və xorası
    • Anomaliyanın mövcud olduğu istiqamətdə qırmızılıq
    • İşığa qarşı orta dərəcəli həssaslıq
    • Okulyar sahədə dəyişkən tipli ağrılara, bəzən də yad cism hissinə təsadüf edilir
    • Flüoressensiya ilə rənglənə bilən buynuz qişa xorası
    • Buynuz qişanın kiçik xoralarında göz qırmızı və ağrılı olur, görmə qabiliyyətində pozğunluq görülmür və buynuz qişada fluoressent-adsorbsiyalı xora görünür
  • Episklerit (şəkil)
    • Göz yaşında artım görülmür
    • Ağrı və yad cism hissi, bəzən də işığa qarşı həssaslıq
    • Palpasiyada yerli həssaslıq
    • 1-2 həftə ərzində spontan olaraq sağalma

   Qıcıqlı sulu göz və ya yad cism hissi

  • Qapaq kənarında itdirsəyi (hordeolum externum)
  • Xalazion-meybomi vəzisinin ətrafındakı qığırdağın proliferasiyası
  • Buynuz qişada və ya konyuktivada yad cism (şəkil)
  • Buynuz qişanın xorası və ya iltihabı
  • Trixiaz
  • Entropiya və Ektropiya
  • Quru göz, paradoksal olaraq təsadüfən bol miqdarda göz yaşının istehsalı ilə birgə təsadüf edilə bilər.

 Müvafiq resurslar

  • Ədəbiyyat