Atrofik rinit və ozaena
EBM Klinik protokolları
11.05.2016 • Sonuncu dəyişiklik 11.05.2016
JuraNumminen
Əsasları
- Atrofik rinit burnun selikli qişasının və onun altındakı sümüklərin atrofiyasının proqressivləşməsi nəticəsində burun boşluqlarına təsir göstərdiyi xroniki bir haldır.
- İxtisaslaşmış tibb işçisi yekun diaqnozun qoyulmasına və müalicənin planlaşdırılmasına cavabdehdir.
- Konservativ müalicə (xalq təbabəti) nəmləndirici damcılar və spreylər vasitəsilə burnun nəmləndirilməsindən və gecə vaxtı otağın müvafiq qaydada nəmləndirilməsindən ibarət olur.
Epidemiologiya
- Atrofik rinit birincili və naməlum etiologiyalı ola bilər və ya burun əməliyyatlarından, travmadan, qranulomatoz vəziyyətlərdən və ya infeksiyalardan sonra ikincili olaraq meydana gələ bilər və yaxud rinit zamanı tətbiq edilən dərmanlardan və ya radioterapiyadan qaynaqlana bilər.
- Atrofik rinitə əksər hallarda orta yaşlı qadınlar arasında təsadüf edilir. O, kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir (6:1.5).
- Atrofik rinit inkişaf etmiş ölkələrdə artıq nadir hallarda rast gəlməyə başlamışdır, lakin ona immiqrant populyasiyalarda hələ də rast gəlinir.
- Burun boşluğunun selikli qişasının yaşla əlaqədar olaraq orta dərəcəli atrofiyasına geniş hallarda təsadüf edilir.
Əlamətlər və simptomlar
- Burnun selikli qişasının atrofiyası selik axınının pozulması ilə əlaqədar meydana gəlir. Nəticədə burun boşluğunda yapışqan sekresiya və quru, yaşılımtıl pulcuqşəkilli qaysaqlar formalaşır.
- Burundan pis qoxunun gəlməsi (ozena) atrofik rinitin proqressivləşmə mərhələsində olduğuna işarə edir. Digər simptomlara epistaksis (burun qanaması), qoxu hissinin itməsi, kakosmiya (hətta normal qoxular belə pis iy kimi hiss edilir) və burun tutulması aid edilir.
- Xəstəlik proqressivləşdikcə burun boşluğu daha da genişlənə bilər. Hətta bu halda belə burun tutulması adətən tək subyektiv simptom olaraq mövcud olur.
Müayinələr
- Rinoskopiya
- Bakterial kultura ozaena (intranazal qaysaqlanma, atrofiya və kəskin qoxu ilə xarakterizə olunan xəstəlik) diaqnozunu təstiqləyir; nümunədə Klebsiella ozaenae və tez-tez həmçinin digər çöpşəkilli bakteriyalar da inkişaf edir.
- Laborator müayinələr: trombosit sayımı ilə qanın ümumi analizi, qlükoza, Treponema pallidum-a qarşı anticisimlər
- Paranazal sinusların sadə rentgen müayinəsi
Müalicə
- Bilinən hər hansı bir müalicə vasitəsi mövcud deyildir.
- Nəzarət altında aparılan randomizə tədqiqatlardan bir müalicə modelinin digəri üzərində üstünlüyünü göstərən heç bir nəticə əldə edilməmişdir. Bu səbəblə də müalicə hər bir xəstə üçün orqanizmin müalicəyə verdiyi cavaba əsasən fərdi olaraq seçilməlidir.
- Konservativ müalicənin əsas məqsədləri aşağıdakılardır: selikli qişanı nəmləndirilməsi, qaysaqların yağlanması və təmizlənməsi.
- Xüsusilə burunu yumaq məqsədilə düzəldilmiş burun yuma flakonlarından istifadə edərək natrium xlorid məhlul ilə yumaq.
- Nəmləndirici nazal spreylərdən istifadə etmək və gecələr otağın havasını nəmləndirmək.
- Nazal yağ spreyləri və damcıları
- Qeyd: hətta xəstə burnun tutulmasından şikayət etsə belə, atrofik rinit zamanı burun kortikosteroid spreyləri və ya digər burun dekongestantları təyin edilməməlidir.
- İnfeksiyaya xas simptomların ağırlaşması halında kulturanın nəticəsindən asılı olaraq müəyyən edilmiş bakteriyaya qarşı antibiotik müalicəsi göstəriş hesab edilir.
Əlavə müayinələr və müalicə
- Atrofik rinitdən əziyyət çəkən hər bir yeni xəstə konservativ müalicənin planlaşdırılması, mümkün cərrahi əməliyyat və təkrari müayinə qrafikinin tərtib edilməsi məqsədilə mütəxəssis konsultasiyasına müraciət etməlidir.
- Mütəxəssisin nəzarəti altında aparılan müayinələr
- Vəziyyətin histopatologiyasını müəyyən etmək məqsədilə biopsiya
- Konus şüalı kompyuter tomoqrafiya
Monitorinq
- Simptomlardan və müalicəyə olan ehtiyacdan asılı olaraq ilkin tibbi yardım şöbəsində ildə bir neçə dəfə olmaqla aparılan müntəzəm görüşlər (nəmləndirmək, qaysaqların kənarlaşdırılması)
Jiang C, Shi R, Sun Y. Study of inferior turbinate reconstruction with Medpor for the treatment of empty nose syndrome. Laryngoscope 2013;123(5):1106-11.