Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Baş beyin əzilməsi (kontuziya)

Mündəricat

Baş beyin əzilməsi (kontuziya)

EBM Klinik protokolları
04.05.2017 • Sonuncu dəyişiklik 04.05.2017
TimoKoivisto TeemuLuoto

Əsas məqamlar 

  • Baş beyin əzilməsi radioloji müayinə ilə aşkar olunan ən çox yayılmış baş beyin zədələnmələrindəndir. Beyin əzilməsi aşağıdakı hallarda müəyyən edilir:
  • beyin zədələnməsi almış xəstələrin 10%-də aparılmış KT görüntüləməsində
  • Orta və ağır dərəcəli beyin zədələnməsi almış xəstələrin yarısında. Beyin əzilməsi əksər hallarda alın və ya gicgah paylarında lokalizasiya olunur.
  • Əgər başın zədələnməsi olan pasiyentdə sadalananlar olarsa baş beynin kontuziyasından şübhələnmək lazımdır: 
    • huşun pisləşməsi (QKŞ <15, baxın )
    • Əgər başın zədələnməsi olan pasiyent bir neçə dəqiqə və ya daha çox müddət ərizndə huşsuzdursa və yaddaşın itməsinin davam müddəti bir saatdan artıqdırsa"?>
    • nevroloji defisitə dəlalət edən simptomlar (hemiparez, bəbək asimmetriyası, afaziya) və ya epileptik qıcolmalar.
  • Baş beyin kontuziyasının kəskin dövrdə diaqnozu başın KT görüntüləməsi əsasında aparılır.
  • KT görüntüləməsi hər bir huşsuz pasiyentdə dərhal )"?> , əgər baş beyin kontuziyasına şübhə varsa təxirəsalınmaz qaydada həyata keçirilir. 
  • Baş beyin kontuziyası (əzilməsi) ilə olan pasiyentdə huşun səviyyəsi və nevroloji vəziyyəti xəstəxanada monitorinq edilir. 
  • Baş beyin əzilməsi ilə nəticələnmiş zədələnmələrin müalicəsi ilə əlaqədar neyrocərrahla konsultasiya aparılır. 
  • Baş beyin kontuziyası və huş pozulması olan pasiyentlər əvvəlcə reanimasiya və intensiv terapiya bölməsində müalicə edilirlər.   

Diaqnostika

Kəskin mərhələdə müalicə

Sonrakı müalicə 

 

Müvafiq resurslar

 

  • Koxreyn icmalları
  • Digər elmi sübutların icmalları
  • Ədəbiyyat

Brandstack N. Detection of pathologic changes following traumatic brain injury using magnetic resonance imaging [Thesis]. Annales Universitatis Turkuensis D 1061, 2013

Brain Trauma Foundation. Guidelines for the management of severe traumatic brain injury. 3rd edition. Journal of neurotrauma; vol. 24, Supplement 1, 2007 .

Yang Y, Zheng F, Xu X et al. Levetiracetam Versus Phenytoin for Seizure Prophylaxis Following Traumatic Brain Injury: A Systematic Review and Meta-Analysis. CNS Drugs 2016;30(8):677-88. Alahmadi H, Vachhrajani S, Cusimano MD. The natural history of brain contusion: an analysis of radiological and clinical progression. J Neurosurg 2010;112(5):1139-45. Danish SF, Barone D, Lega BC et al. Quality of life after hemicraniectomy for traumatic brain injury in adults. A review of the literature. Neurosurg Focus 2009;26(6):E2.