Ear wax
EBM Klinik protokolları
22.04.2016 • Sonuncu dəyişiklik 19.02.2013
Editors
Əsas məqamlar
- Qulaq kiri (kükürd) qulaq kanalını infeksiyadan qoruyur.
- Qulaq kükürdü çıxarılmamalıdır, əgər:
- eşitmə qabiliyyəti zəifləməyib və ya digər simptomlara səbəb olmur
- qulaq kanalının və timpanik membranın müayinəsinin qarşısını almır.
Simtomlari
- Qulağın tutulması hissi ilə yanaşı, qulaq küylərinin yaranmasına, eşitmə qabiliyyətinin pozulmasına və bəzən baş gicəllənməsinə səbəb ola bilər.
Qulaq kiri tıxacının çıxarılması
- Yumşaq qulaq tıxacı, adətən qulaq güzgüsündən istifadə edərək, sorucu uc və ya kiçik pambıqlı zond vasitəsi ilə asanlıqla çıxarılır.
- Bərkimiş tıxaclar əksər hallarda alliqator tipli sıxac vasitəsi ilə xaric edilə bilir. Adi gulaq sıxaclarının bu məqsədlə istifadə edilməsi çətin olur.
- Bərkimiş qulaq tıxacının çıxardılması bəzən xeyli çətin olur. Əgər tıxacı ya qulaq zondu, ya tıxac üçün küretlə tıxacın arxasına yerləşdirərək onu xaricə çəkməklə və ya da kiçik alliqator sıxacı ilə çıxartmaq mümkün deyilsə, onda həmin tıxac bədən temperaturuna qədər isidilmiş fizioloji məhlul (yaxud su) ilə irriqasiya edilir. Bunun üçün şprisin ucu qulağın arxa yuxarı divarına yönəldilir və qulaq seyvanını (auricle) barmaqla çəkərək, qulaq kanalı düz vəziyyətə gətirilir. İrriqasiya şırnağı timpanik membrana yönəldilməməlidir.
- Əgər timpanik membrananın perforasiyası varsa, irriqasiya əks-göstərişdir. Qulaqdan irinli ifrazatın gəlməsi istisna təşkil edir.
- Tixac, irriqasiya edilməzdən əvvəl, aptekdə reseptsiz satılan səthi-aktiv maddələr tətbiq edilərək yumşaldıla bilər. Belə maddələr bir neçə dəqiqə ərzində təsir edirlər və onların tətbiqi irriqasiya edilməsindən qabaq və evdə olarkən mümkündür.
- Qulaq tıxacı yaranmasına meyilli olan pasiyentlər ildə1-2 dəfə onu çıxartdırmalıdırlar.
- Aptekdə reseptsiz satılan maddələr, məsələn, dəri üçün istifadə olunan sprey şəkilli müxtəlif cür yağlı maddələr, bəzən tıxac yaranmasının qarşısının alınması üçün istifadə edilə bilər.