Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Böyüklərdə qeyri - iradi çəki itkisi

Mündəricat

Böyüklərdə qeyri - iradi çəki itkisi

EBM Klinik protokolları
26.04.2018 • Sonuncu dəyişiklik 28.06.2017
Editors

Əsas məqamlar

  • Qeyri - iradi, davam edən çəki itkisi çox vaxt ciddi somatik və ya psixoloji pozğunluqların əlamətidir.
  • Əhəmiyyətli dərəcədə arıqlama 6 ayda bədən kütləsinin ən azı 5 - 10 %-nin azalması deməkdir. İradi çəki itkisi ilə birlikdə, qeyri - iradi çəki itkisi ya kalori qəbulunun azalması, ya da enerji sərfinin çoxalması nəticəsində baş verir.
  • Ən vacib somatik səbəblərə endokrinopatiya (şəkərli diabet və hipertireoz), mədə - bağırsaq pozğunluqları və bədxassəli şişlər daxildir.
  • Ən çox rast gəlinən psixoloji səbəblərə isə depressiya və anoreksiya daxildir.
  • Yaşlı xəstələrdə digər tədqiqatlar aparmamışdan qabaq dişlərin vəziyyəti, yemək yemə qabiliyyəti və yemək yemə sıxlığı yoxlanılmalıdır.

Xəstəliyin səbəbləri

Endokrinoloji səbəblər

  • 4 - 18% hallarda
  • Hipertireoz
    • Dissimilyasiyanın artması, bağırsaqda hərəkətliliyin artması və həmçinin malabsorbsiya sindromu arıqlamağa səbəb olur.
    • Şəkərli diabet
      • Yenicə başlamış 1-ci tip şəkərli diabetdə qlükozuriya arıqlamağa və dehidratasiyaya səbəb olur.
      • Əgər şəkərli diabetə yaxşı nəzarət olunmazsa, qlükozuriyaya əlavə olaraq, əhval - ruhiyyənin dəyişməsi və mədə-bağırsaq simptomları da çəki itkisi ilə nəticələnə bilər (mədə iflicinin gecikmiş fəsadlarının ola bilməsi də yadda saxlanılmalıdır). Lakin 2-ci tip şəkərli diabetdə çəki artımına daha çox rast gəlinir.
    • Digər endokrinoloji səbəblər
      • Addison xəstəliyi
      • Hiperparatireoz (olduqca nadir əlamət)

Mədə - bağırsaq pozğunluqları

  • 10 - 20% hallarda xoşxassəli mədə - bağırsaq pozğunluqlarına rast gəlinir.
  • Mexanizmlərə ağrı, udmada çətinlik, ishal və malabsorbsiya daxildir.
  • Qlüten xəstəliyi
    • Qlüten xəstəliyi böyüyən uşaqlarda çəki artımının az olması ilə əlaqəlidir, lakin böyüklərdə çəki itkisi heç də tez - tez rast gəlinən əlamət deyil. Daha çox xəstələrdə qan azlığı və malabsorbsiyanın digər əlamətləri müşahidə edilir.
  • İltihablı bağırsaq xəstəlikləri
    • Kron xəstəliyinin artıq erkən mərhələsində və xoralı kolitin sonrakı mərhələsində çəki itkisi özünü biruzə verir .

Bədxassəli şiş xəstəlikləri

  • Xəstələrin 19 - 36 %-da qeyri - iradi çəki itkisinin səbəbi bədxassəli şişlər olur.
  • Xərçəng zamanı kaxeksiya bir çox metabolik dəyişikliklər ilə əlaqəlidir və kalori qəbulunun artırılması kaxeksiyanı aradan qaldırmır.
  • Digər mexanizmlərə anoreksiya, ağrı, ürəkbulanması, malabsorbsiya, müalicənin əks təsirləri daxildir.
  • Adətən bədxassəli şiş xəstəliyinin mövcud olmasının mümkünlüyünə dair nəticə çıxarmaq üçün ilkin qiymətləndirmə (ümumi sağlamlıq, ümumi qan analizləri, döş qəfəsinin rentgeni, aşağı bax) kifayətdir. Əgər ilkin yoxlanışların nəticələri normal olarsa, xərçəng nadir hallarda çəki itkisinə səbəb olur.

İnfeksiyalar

  • 4 - 8% hallarda
  • İİV
  • Hepatit C və onun müalicəsi
  • Digər xroniki infeksiyalar, məsələn, vərəmin yenidən aktivləşməsi

Digər somatik xəstəliklər

  • Bir çox hallarda əsas vəziyyətin artıq diaqnozu qoyulur və çəki itkisi diaqnostik problemlər yaratmır.
  • Yaşlılıq dövründə qida pozğunluğu çəki itkisinin əsas səbəbidir.
  • İrəliləmiş ürək və ya ağciyər xəstəlikləri (9 - %), böyrək xəstəlikləri (4%)
  • Serebrovaskulyar xəstəliyin fəsadları, yaddaş pozğunluqları, Parkinson xəstəliyi, amiotrofik lateral skleroz (ALS) kimi nevroloji xəstəliklər 
  • İltihabi autoimmun xəstəliklər (7%). Bəzən çəki itkisi müvəqqəti artrit və ya artritin bəzi digər növlərinin diaqnozuna gətirib çıxaran simptom ola bilər.

Psixiatrik xəstəliklər

  • 9 - 24% hallarda
  • İnsanların yaşından və qrupundan asılı olaraq bədxassəsli şiş kimi depressiya da çəki itkisinin ən çox rast gəlinən səbəbi ola bilər.
  • Anoreksiya cavan insanlarda çəki itkisi kimi müəyyən edilməlidir.
  • Çəki itkisi həmçinin bipolyar affektiv pozuntunun və psixoz hallarının da xarakterik əlaməti ola bilər.

Dərmanlar

  • Xəstədən arıqlamaq məqsədilə bilərəkdən istifadə etdiyi və həkim resepti olmadan qəbul etdiyi dərmanlar barədə məlumat almaq lazımdır, əksər dərmanların təsirinə dair məlumat çox azdır.
  • Digər dərman vasitələri ilə birlikdə, aşağıda qeyd edilmiş resept əsasında qəbul edilən dərmanlar da çəki itkisi ilə nəticələnir: epilepsiyaya qarşı dərmanlar, əhval - ruhiyyəni dəyişən dərmanlar və şəkərli diabet əleyhinə dərmanlar. Çox vaxt xəstəliyin səbəb olduğu çəki itkisini həmin xəstəliyin müalicəsinin səbəb olduğu çəki itkisindən fərqləndirmək çətin olur.

Digər maddələrin sui - istifadəsi

  • 8% hallarda
  • Alkoqolun yüksək kalorili olmasına baxmayaraq, alkoqolizm çox vaxt kifayət qədər yeməməyə gətirib çıxardır. Çəki itkisi assit və qaraciyər serrozunda maye yığılması ilə nəticələnə bilər.
  • Çoxlu siqaret çəkmə çox vaxt çəki itkisinə və siqaret çəkməyi dayandırma isə çəki artımına səbəb olur.
  • Çəki itkisinə səbəb olan qanunsuz narkotik vasitələrinə əsasən amfetamin və digər psixomodulyatorlar, opioidlər, kokain və bir çox yeni sintetik dərmanlar daxildir.

Diaqnostik meyarlar

  • Cədvələ baxın .
Qeyri - iradi çəki itkisinin qiymətləndirilməsində diaqnostik meyarlar
Klinik təzahürlər Xəstəlik
Tarixçə
Qarın ağrısı Peptik xora, infeksiya, şiş, qlüten xəstəliyi, laktoza dözümsüzlüyü
Qusma Peptik xora, tıxanma
Udmada çətinlik Qida borusunda şiş və ya xora, ağızın selikli qişasının xorası
İshal İltihabi bağırsaq xəstəlikləri, qlüten xəstəliyi
Qəbizlik Anoreksiya, şiş
Nəcisin rəngi Qara: qatranabənzər; açıq rəngli (və üzən); malabsorbsiya
Siqaret çəkmə Ağciyər xərçəngi, peptik xora, xroniki obstruktiv ağciyər xəstəliyi
Spirtli içki istehlakı Qaraciyər sirrozu

Çəki artımından qorxmaq, az çəkili olma arzusu, dəyişmiş bədən forması

Anoreksiya nervoza
İştahın yüksək olmasına baxmayaraq, çəki itkisi Hipertireoz, yenicə başlamış şəkərli diabet, malabsorbsiya, fiziki hərəkətin həddən artıq artması
Psixotrop dərmanların qəbulu, yaxın qohumun ölümü, digər şəxsi itkilər, stress, psixoloji vəziyyət, maliyyə problemləri, iştahın az olması Depressiya
Unutqanlıq Yaddaş pozğunluqları
Öksürək, təngnəfəslik Şiş, infeksiyalar, ürək çatışmazlığı, sarkoidoz
Qızdırma, tərləmə, yorğunluq İnfeksiyalar, hipertireoz
Menstruasiya Əgər normal olarsa normal, əhəmiyyətli dərəcədə çəki itkisi nadir hallarda olur
Sümük ağrısı Metastaz, mieloma
Hematuriya Sidik yollarının şişi
Klinik əlamətlər
Dərinin temperaturu və rəngi  
Hipertireoz
Addison xəstəliyi
Mədəaltı vəzi xərçəngi, qaraciyər xəstəlikləri
Trombositopeniya, sirroz, xərçəng
Anoreksiya
Protez dişlər, dişlərin olmaması Kifayət qədər yeməmə
Qarın boşluğunun palpasiyası Hepatomeqaliyaya və ya qarın kütləsinin artmasına səbəb olan hallar
Limfa düyünlərinin palpasiyası Limfoma
Düz bağırsağın barmaq ilə müayinəsi, nəcisin növü Düz bağırsaq şişi
Ginekoloji müayinə Şişlər

Araşdırma strategiyası

  1. Tarixçə
  2. Klinik tapıntılar
  3. Döş qəfəsinin rentgen müayinəsində aşağıdakılar təyin edilir
  4. Vəziyyətdən asılı olaraq, yəni, fərdi olaraq seçilmiş laboratoriya sınaqları
  5. Simptomlar mədə - bağırsaq etiologiyasını və ya yuxarıda qeyd edilmiş araşdırmaların çəki itkisinin səbəbini müəyyən etmədiyini göstərir.
  6. Xəstəlik tarixçəsi və yuxarıda qeyd edilmiş araşdırmalar çəki itkisinin səbəbini müəyyən etməyib

Mütəxəssis ilə məsləhətləşmə 

 

Müvafiq resurslar