Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Xroniki pankreatit

Mündəricat

Xroniki pankreatit

EBM Klinik protokolları
15.05.2017 • Sonuncu dəyişiklik 15.05.2017
PauliPuolakkainen

Əsasları

  • Xəstəlik ortaya çıxmadan alkoqoldan imtina etmək.
  • Xroniki pankreatiti residivləşən yuxarı abdominal ağrının, çəki itkisinin və ishalın səbəbi olaraq nəzərdən keçirin.
  • Xroniki pankreatitdən əziyyət çəkən xəstələrdə diabet xəstəliyini erkən mərhələdə aşkara çıxarın. İnsulində olan xəstələrdə hipoqlikemiyanı induksiya etməmək üçün diqqətli olun.
  • Xroniki pankreatit, pankreatik xərçəngin artmış riski ilə müşahidə edilir.

Etiologiya

  • Residivləşən kəskin pankreatit xroniki pankreatitin yaranmasına səbəb ola bilər.
  • 90%-ə qədər hallarda alkoqol, səbəb amili hesab edilir.
    • Bəzi istisna hallarda pasiyent, xəstəlik başlamazdan əvvəl 10 - 15 ildən çox bir müddət ərzində gündəlik olaraq 150 - 175 q təmiz spirt qəbul edən bir spirtli içki alüdəçisi olur.
  • Öd daşı xəstəliyi
  • Metabolik xəstəliklər (hipertriqliseridemiya, hiperparatiroidizm)
  • İrsi xroniki pankreatit (irsi pankreatik klassifikasiya)
  • Xroniki pankreatitin autoimmun forması birincili sklerozlaşan xolangit, birincili biliar sirroz və Şeqren sindromu ilə əlaqədar olur.

Simptomlar

  • Yuxarı abdominal nahiyədən başlayıb  kürək nahiyəsinə ötürülən ağrı, əksər hallarda ürəkbulanma və qusma ilə müşahidə edilir.
  • Ağrı, artmış duktal təzyiq və nevrit səbəbilə meydana gəlir.
  • Təxminən 8 il ərzində xəstələrin 50%-də steatorreya, çəki itkisi və diabet şəklində özünü biruzə verən endokrin və ekzokrin pankreas çatışmazlığı inkişaf edir.

Diaqnoz

İlkin tibbi yardımda həyata keçirilən müayinələr

  • Ağrı həmlələri zamanı plazma / sidikdə amilaza, sidikdə tripsinogen-2, qanda leykositlərin miqdarı və CRZ yüksələ bilər.
  • Alkalin fosfatazanın və bilirubinin plazmadakı konsentrasiyası biliar obstruksiya zamanı yüksəlmiş olur.
  • Diabetin aşkarlanması məqsədilə acqarına qanda qlükoza təyin edilməlidir.
  • Diferensial diaqnostik analiz olaraq  CA 19-9 antigeni təyin edilir.
  • Fekal elastazan-1 təyin edilməsi xroniki pankreatitdən şübhələnildiyi zaman tətbiq edilən ən asan müayinə üsulu hesab edilir.
  • Ekzokrin pankreatik funksiyanın yoxlanılması məqsədilə həyata keçirilən analizlər üçün nəzər yetirin.
  • Mədəaltı vəzidə kalsifikasiyanı aşkar etmək və mədəaltı vəzin axacağının vəziyyətini qiymətləndirmək məqsədilə ultrasonoqrafiya həyata keçirilir. KT və maqnit rezonans xolangiopankreatoqrafiya (MRXP) isə sonrakı müayinələr zamanı tətbiq edilir.

Konservativ müalicə üsulları

  • Xəstə, spirtli içki qəbulunu dərhal və tamamilə dayandırmalıdır.
  • Diabetin müalicəsi
    • İnsulinin dozası adətən aşağı olmalıdır (hipoqlikemiya asanlıqla inkişaf etməyə meyilli bir haldır).
  • Ağrının olması və steatorreya hallarında yemək porsiyalarının kiçildilməsi faydalıdır. Pəhriz, lifsiz və yağsız olmalıdır. MCT-yağlar (orta zəncirli triqliseridlər) istifadə edilə bilər. 24 saatlıq nəcisdə yağ > 15 q olduqda ferment əvəzləyicisi təyin edilir. Ferment əvəzlənməsinin ağrı üzərindəki təsiri öz təsdiqini tapmamışdır.
  • Müvafiq analgeziklər
  • Xroniki pankreatit zamanı kəskin həmlələr
    • Birinci yüngül kəskin pankreatit kimi müalicə edilir, nəzər salın.
    • Konservativ müalicə kifayət miqdar rehidratasiyadan ibarət olur.
    • Analgeziklər.
  • Residivləşən şiddətli ağrı və psevdokista kimi ağırlaşmalar xroniki pankreatit zamanı endoskopik və ya cərrahi müalicə üçün göstəriş hesab edilir.

Mütəxəssis konsultasiyasına göstəriş

  • Xroniki pankreatitin diaqnostikası vizualizasiya metodlarının (KT, MRXP, ERXP (endoskopik retroqrad xolangiopankreatoqrafiya),  PET (pozitron emission tomoqrafiya), endoskopik ultrasəs müayinə) tətbiqinə əsaslanır.
  • Şiddətli ağrının təkrarlanan həmlələri
    • Xəstəxana şəraitində müalicə: ERXP və stendləmə / Puestovun lateral virsungojejunostomiyası (eng. Puestow's lateral virsungojejunostomy)
  • Şübhələnilən ağırlaşmalar
    • Pankreatik psevdokista
      • Simptomlar:  ağrı, bağırsaq obstruksiyası, biliar obstruksiya
      • Müalicə: ERXP və stendləmə / endoskopik və ya operativ psevdokista / pankreatik rezeksiya
    • Pankreatik psevdokista / qanayan psevdoanevrizma
      • Müalicə: endovaskulyar spiral və ya cərrahi müalicə
    • Pankreatik fistula
      • Müalicə: endoskopik / cərrahi
    • İnfeksiyaya yoluxmuş pankreatik psevdokista
      • Müalicə: drenaj və antibiotik
    • Biliar obstruksiya
      • Müalicə: ERXP və stendləmə