Bud-çanaq oynağının anadangəlmə çıxığı
EBM Klinik protokolları
18.03.2016 • Sonuncu dəyişiklik 12.05.2013
YrjänäNietosvaara
Əsas məqamlar
- Budun anadangəlmə çıxığı müalicə edilməmiş qaldıqda, ciddi inkişaf anomaliyaları və disfunksiyaya səbəb ola bilər ki, bəzi pasiyentlərdə bu, böyük yaş dövrünün erkən mərhələsində osteoartritə gətirə bilir.
- Evə yazılmamışdan öncə keçirilən müayinədə bud çıxığı ilə bağlı şübhə yaranırsa, yenidoğulmuş 2 həftəlik ikən pediatrik ortopedik klinikada yenidən müayinə edilməlidir ki, oranın personalı, göstəriş olduğu halda, gələcək müalicəni yönəldəcək.
- Müalicənin gecikdirilməsi proqnoza mənfi təsir edir.
- Pediatrik klinikada bud-çanaq oynağının klinik müayinəsi mütəmadi olaraq həyata keçirilməlidir. Bud-çanaq oynağında hər hansı qeyri-sabitlik və hərəkətlərin məhdudluğu, 6 həftəliyində və 4 aylığında həkim qəbulu zamanı qeydə alınmalıdır. Həmçinin, yeriməyə başladıqdan sonra, uşaq axsamanın meydana çıxmasına görə müşahidə edilməlidir.
Yayılması
- Bud çıxığı təxminən yüz yenidoğulmuşdan birində diaqnostika olunur. Hadisələrin əksəriyyətində, qeyri-sabit bud-çanaq oynağı hər hansı müdaxilə edilmədən həyatın ilk həftələri ərzində sabit vəziyyətə gəlir.
- Bud çıxığı üçün risk faktorlarına qadın cinsi, bu pozğunluğun ailə anamnezində qeyd edilməsi, çanaq gəlişi və aşağı ətrafların inkişaf qüsurları aiddir.
Budların müayinəsi
- İlıq əllərlə zərif müayinə ağrıya səbəb olmur və bu zaman uşaq ağlamayacaq.
- Əlinizin baş və işarət barmağını uşağın dizi ətrafına və orta barmağınızı böyük burma üzərinə yerləşdirin.
- Uşağın uzanmış vəziyyətində dizləri 90° bükün və budların uzunluğunda fərqin olub-olmadığını qeyd edin, hərəkətlərin amplitudasını (uzaqlaşdırdıqda) və bud-çanaq oynaqlarının sabitliyini yoxlayın.
- Hər bud-çanaq oynağının sabitliyini ayrılıqda müayinə edin.
- Uzaqlaşdırma hərəkəti sayəsində bud çıxığı yerinə salınacaq və bud sümüyünün başı öz yerinə qayıtdığı zaman müayinə edən adətən “sürüşmə” hiss edəcək (Ortolani +). Bununla yanaşı, sirkə kasası anomal olaraq genişdirsə,"sürüşmə" hiss edilməyə bilər.
- Qeyri-sabit bud-çanaq oynağı düzgün pozisiyasında ikən, budun içəri tərəfində yerləşdirilmiş baş barmaqla, buda lateral istiqamətdə ehtiyatla təzyiq edilməsi ilə bud başı sirkə kasasından çıxarıla bilər (Barlou +). Digər əlamətlərin olmadığı hallarda, asimmetrik qasıq dəri büküşləri və müayinə ərzində şaqqıltılar patoloji əlamət baxımından əhəmiyyət kəsb etmir.
- Budun çıxığı bir neçə ay ərzində yaxınlaşdırıcı əzələlərin qısalmasına gətirəcək, bu da uzaqlaşmanın məhdudlaşması şəklində təzahür edəcək. Bu halda, çıxığın yerinə salınması həmişə mümkün olmur və qeyri-sabitlik qeydə alına bilməyəcək.
- Uşaq yerimə dövrünə çatdıqda, çıxıq yerişin pozulması şəklində özünü biruzə verəcək.
- Bud-çanaq oynaqlarının abduksiyası zamanı asimmetrik və ya ikitərəfli məhdudluq nümayiş etdirən uşaq, və nəzərə çarpan axsama ilə olan uşaq mütləq pediatrik ortopedik klinikaya yönləndirilməlidir. Görüntüləmə müayinələrinə ehtiyac olması ilə bağlı qərar pediatrik ortopedik cərrah tərəfindən verilir.
Müalicə
- Doğulduqdan 2 həftəliyinə qədər, qeyri-sabit bud-çanaq oynağı zamanı, budların təxminən 60° uzaqlaşdırılması və 90° bükülməsi vasitəsilə budun başını sirkə kasasına salıb, oynağın bu vəziyyətdə qalmasını təmin etmək mümkündür. Müalicə çox zaman 6-8 həftə müddətində Rozen şinasının qoyulmasından ibarət olur.
- Diaqnoz gecikdirildikdə, immobilizasiya üçün tələb olunan müddət uzanacaq və çıxığın qapalı üsulla salınması artıq mümkün olmaya bilər.
Müvafiq resurslar