Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Perioral dermatit

Mündəricat

Perioral dermatit

EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 27.11.2017
PekkaAutio

Əsasları

  • Naməlum etiologiyaya malik bu xəstəlik adətən qadınlarda müşahidə olunur.
  • Etioloji faktor olaraq üz nahiyyəsinə tətbiq edilən kosmetik vasitələrdən və yerli qlükokortikoidlərdən şübhələnilir.
  • Tetrasiklinlərdən (tetracyclines) ibarət kifayət qədər uzun bir müalicə kursu ən effektiv müalicə vasitəsi hesab edilir.

Klinik əlamətlər

  • Kiçik eritematoz papulalar və tək kiçik pustula, lakin komedon (qara və ya ağ nöqtələr) və ya çapığa rast gəlinmir (şəkillər).
  • Gənc və ya orta yaş qadınlarda burun və ya ağız ətrafında (şəkil) meydana gəlir; bəzən həmçinin göz ətrafında (periokulyar dermatit; (şəkillər)), hansı ki qlükokortikoid kremlərinin təsiri nəticəsində proses daha da ağırlaşa bilər (şəkil).

Müayinələr

  • Diaqnostik testlər mövcud deyildir.

Müalicəsi

  • Tetrasiklin 500 mq/gün adətən 2-3 həftə ərzində effektiv təsir göstərir.
  • Təkcə yerli müalicənın aparılması  adətən daha az effektlidir
    • Metronidazol kremi və ya geli gündə 1-2 dəfə 3-4 ay ərzində tətbiq edilir.
    • Pimekrolimus kremi gündə 1-2 dəfə 1-2 ay ərzində (rəsmi göstəriş deyildir) tətbiq edilir.

 

Adiyyatı mənbələr

 

  • Digər internet mənbələri
  • Ədəbiyyat

Malik R, Quirk CJ. Topical applications and perioral dermatitis. Australas J Dermatol 2000 Feb;41(1):34-8.