Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Nummular dermatitis

Mündəricat

Nummular dermatitis

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 18.09.2013
AlexanderSalava

Əsas müddəalar

  • Nummulyar dermatit (nummulyar ekzema və diskoid ekzema kimi də tanınır) ekzemanın adi xroniki formasıdır.
  • Diaqnoz xəstənin anamnezinə və klinik əlamətlərə görə əsaslandırılır. 
  • Müalicə simptomatik terapiyadan və profilaktikadan ibarətdir. 

Etiologiyası və yayılması

  • Numulyar dermatit endogen və çoxfaktorlı xəstəlikdir.
  • Uşaqlar arasında nummulyar tipli körpə ekzeması ola bilər.
  • Xəstələrin böyük əksəriyyətində atopik diatez var.
  • Ahıl yaşlı xəstələrdə əksər hallarda dəri quruluğu (sabun və aşındırıcı süngər ilə yuma, hər gün saunadan istifadə, üzügüçülükə bir hobbi kimi məşğul olmaq) provokasiya-edici amildir.
  • Bəzi ölkələrdə belə vəziyyəti səhv anlama verən bir terminlə "yoluxucu ekzema" adlandırırlar, baxmayaraq ki, bu xəstəliyin hər hansı bir yoluxucu etiologiyasını meydana çıxarmaq mümkün deyildir (şəkil).
  • Ən yüksək xəstələnmə halları əsasən 40-60 yaşlılar arasında qeyd edilir, kişilərlə müqayisədə qadınlarda daha az rast gəlinir.

 Klinik əlamətləri

  • Əvvəlcə xəstədə yalqız olan papula və ya vezikula meydana çıxır və daha sonra onların ətrafında yeni papulalar əmələ gəlməyə başlayır. Tədricən onlar birləşərək, yaxşı demarkasiya edilmiş, dəyirmi və adətən yüksək irinliliyə malik lezionlar (şəkillər) əmələ gətirirlər .
  • Adətən aşağı ətraflarda birtərəfli olaraq başlayır, lakin sonradan simmetrik olurlar.
  • Digər tipik yerlər bud nahiyəsi, yuxarı ətrafların və kürək nahiyəsnin xarici səthləridir.
  • Nömulyar dermatitin gedişi xroniki olur və kəskinləşmə ilə residivləşmə verir.
  • Xəstəlik  qış aylarında daha da ağırlaşır, ancaq yay günəşinin təsiri ilə yaxşılaşır.

Diaqnoz

  • Diaqnoz xəstənin anamnezinə və klinik əlamətlərinə görə əsaslandırılır.
  • Dermatofitiyanı istisna etmək məqsədilə lezionlardan alınmış nümunədə göbələk miselilərini tapmaq üçün əkmə aparılması göstərilə bilər.
  • Bakterial kulturada adətən Staphylococcus aureus bitir, onun klinik əhəmiyyəti mübahisəlidir.
  • Dəri biopsiyası nadir hallarda edilir, adətən heç bir fayda vermir.
  • Uzunmüddətli və müalicəyə davamlı nummulyar dermatitdə kontakt allergiyasını istisna etmək üçün applikasiya testindən  (patch testing) istifadə etmək tövsiyə olunur.

Differnsial diaqnoz

Müalicə

  • Hər hansı bir dental infeksiya ocağı və ya digər infeksiya ocağı müalicə edilməlidir"?>.

Topik müalicə

  • Yerli müalicəyə kəskinləşmələrin müalcəsi və profilaktika məqsədlə təyin edilən dəstəkləyici müalicə daxildir.
  • Dərinin və qızaran yerlərinin mülayim təsirli maye ilə müntəzəm olaraq yuyulması məsləhət edilir.
  • Əsas topikal məlhəmlərin təyini və xüsusən dəri yuyulduqdan dərhal sonra müntəzəm olaraq tətbiq edilməsi, kəskinləşmələrin sayının azaltdığını göstərir.
  • Əgər səpmlər nəmləyirsə (şəkil), qlukokortikoid kremləri ilə birlikdə nəmliyi götürən sarğı müalicəsi tətbiq oluna bilər.
  • Orta dərəcədə və ya güclü qlükokortikoid kremləri ilə kifayət qədər uzunmüddətli müalicə  üçün tətbiq edilir: məs.  gündə1 dəfə, (gecə vaxtı sürtülür) 2-3 həftə, sonra isə 1-2 ay ərzində həftədə bir və ya iki dəfə bu kremlərdən istifadə edilir.
  • Antiseptiklərin / mikrob əleyhinə maddələrin və  hər hansı bir qlükokortikoidin kombinasiyasını da sınamaq olar.
  • Takrolimus kremi, xüsusən də atopik şəxslərdə nummulyar dermatitin müalicəsində potensial olaraq effektivdir.

Sistem müalicəsi

  • Nummulyar dermatitdə mikrob əleyhinə preparatlara çox nadir hallarda ehtiyac duyulur.
  • Əgər dermatitdən ikincili infeksiya (impetiginizasiya) qaynaqlanırsa, mikroblara qarşı sistem preparatları təyin edilə bilər: məsələn. sefaleksin 500 mq, gündə üç dəfə; 7-10 gün ərzində. Mikrob əleyhinəl maddələr və onların dozaları impetigo üçün tətbiq olunan hallarla eynidır.
  • Mikrob əleyhinə preparatlar birinci xətt müalicəsi deyildirlər və yerli müalicəni əvəz etmirlər.
  • Oral qlükokortikoidlər kəskinləşmələr zamanı qısa müddətli müalicə üçün verilə bilərlər: məsələn, prednizolon təyin edilir- 20-40 mq, 1-2 həftə (səhərlər). Kəskin vezikulyar dermatitlərə qarşı xüsusilə effektivdir, lakin xroniki dermatitdə heç bir faydası yoxdur.
  • Qaşınmaya görə qeyri-sedativ antihistamin preparatlar vermək olar və ya gecələr sedativ təsirə malik histamin əleyhinə preparatları qəbul etmək olar, məsələn, hidroksizin 25 mq, gündə bir və ya iki dəfə.

Mütəxəssis məsləhəti

  • Müalicəyə davamlı və xroniki nummular dermatit diaqnozun təsdiq edilməsi və mümkün kontakt allergiyalarının qiymətləndirilməsi üçün mütəxəssis cəlb edilə bilər.
  • Geniş yayılmış dermatitlərin müalicəsində alternativ olaraq fototerapiya (ultra bənövşəyi B -inglicə ultravioletB-UVB  və ya günəş terapiyası- SUB inglicə sun ultraviolet phototherapy) və sistem immunosupressiv maddələrin tətiq edilir daxildir.
  • Müalicəya cavab böyük dəyişkənliyə malikdir və xəstəlik uzun illər davam edən remissiyadan sonra yenidən aktivləşə bilər.

Tanaka T, Satoh T, Yokozeki H. Dental infection associated with nummular eczema as an overlooked focal infection. J Dermatol 2009;36(8):462-5.