Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Travmatik beyin zədələnməsinin nəticələri

Mündəricat

Travmatik beyin zədələnməsinin nəticələri

EBM Klinik protokolları
24.05.2016 • Sonuncu dəyişiklik 16.06.2014
AarneYlinen

Əsas məqamlar

  • Uzun müddətli nəticələrin qiymətləndirilməsi və reabilitasiyanın planlaşdırılmasına yardım üçün kəskin mərhələdə diaqnozun təyininə zəruri diqqətin ayrılması olduqca vacibdir. 
  • Kəskin mərhələdə qiymətləndirmə və idarəetmə: baxın 
  • Tərifə əsasən travmatik beyin zədələnməsi  və ya TBZ üçün (çox zaman kəllə-beyin travması termini ilə sinonim kimi istifadə olunur) mütləq başın travmasından sonra aşağıdakılardan ən azı biri daxil olmalıdır:
    • hər hansı bir müddətə huşun itirilməsi 
    • hadisədən həmən öncəki və ya sonrakı hadisələr üçün hər hansı amneziya 
    • hadisə zamanı psixi statusda hər hansı dəyişiklik və ya  
    • baş beynin fokal travmasını göstərən (ötəri ola bilən və ya olmayan) nevroloji əlamət və ya simptom . Həmçinin, travma baş beynin görüntüləmə müayinələrində patoloji dəyişikliklərlə də nümayiş oluna bilər. Başın zərbə alması TBZ diaqnozu üçün kifayət deyil.  
  • Travmadan ən azı 1 il keçməyənədək TBZ-nin yekun qalıq nəticəsi qiymətləndirilməməlidir. 
  •  

Prinsiplər 

  • Ağırlaşmaların idarə edilməsində və reabilitasiyanın planlaşdırılmasında vacib rol oynadığı üçün travma ilə bağlı birincili məlumatlar diqqətlə sənədləşdirilməlidir. Huşitirmənin davam müddətinin qeyd edilməsi ilə yanaşı posttravmatik amneziyanın (PTA) qeydə alınması da vacibdir. PTA fasiləsiz yaddaş bərpa olunanadək aktiv surətdə müşahidə edilməlidir.
  • Yüngül TBZ-dən sonra uzun çəkən simptomlar çox zaman travmadan öncə olan amillərlə əlaqəlidir. Faktiki olaraq kəskin mərhələdə pasiyentə verilən dəqiq və ümidləndirici informasiya yüngül travmaların proqnozu ilə bağlı ən çox təsir göstərici faktor kimi müşahidə edilmişdir. 
  • Psixonevroloji müayinə və reabilitasiya aşağıkıların qiymətləndirilməsi üçün vacibdir: simptomların tam əhatəliyi, pasiyentin funksional və iş qabiliyyəti, daha sonrakı reabilitasiya üçün ehtiyac və əlillik dərəcəsi. 
  • Adətən travmadan bir il ötəndən sonra pasiyentin funksional qabiliyyətində əlavə heç bir yaxşılaşma gözlənilmir. Uşaqlar bir istisnadır, çünki travmadan əhəmiyyətli bir zaman ötdükdən sonra belə, onlarda yaxşılaşmanı müşahidə etmək mümkündür. 
  • Koqnitiv simptomların tipi və dərəcəsi, eləcə də pasiyentin emosional və psixososial bacarıqları qismən travmadan sonra tətbiq edilən reabilitasiya tədbirlərindən asılıdır. Pasiyent müntəzəm gündəlik situasiyalar və fəaliyyətlərlə üz-üzə gəlməyənə qədər, onun bu bacarıqlarının yekun həcmini qiymətləndirmək mümkün deyil.  

Baş beyin zədələnməsinin ağırlıq dərəcəsinin qiymətləndirilməsi 

  • Baş beyin zədələnməsinin ağırlıq dərəcəsi qiymətləndirilərkən ilkin məlumalar, yəni travma mexanizmi, mümkün huşitirmənin və PTA-nın davam müddətləri (baxın ), xəstəxanaya gəliş zamanı huşun səviyyəsi (Qlazqo koma şkalası üzə bal; baxın) və nevroloji müayinədəki tapıntılar mütləq nəzərdən keçirilməlidir.   
  • Həmçinin, qiymətləndirmə zamanı pasiyentin travmadan öncəki sağlamlıq vəziyyəti, KT və MRT nəticələri, psixonevroloji test nəticələri, eləcə də pasiyentin sosial və peşə fəaliyyəti nəzərdən keçirilməlidir.
  • KT və MRT nəticələrinin qiymətləndirməsində bu tədqiqatların aparılma vaxtları mütləq nəzərə alınmalıdır və bu qiymətləndirmənin xəstənin təqibi zamanı çəkilmiş təkrar görüntüləmələri ilə müqayisə əsasında edilməsi məqsədəmüvafiqdir. 

Baş beyin zədələnməsi və rehabilitasiya

  • Yüngül zədələnmələrdə kəskin mərhələdə dəqiq və ümidləndirici məlumat olduqca vacibdir. 
  •  Mötədil və ya hətta ağır baş beyin zədələnməsi ilə olan pasiyentlərin əksəriyyəti əmək fəaliyyətinə qayıtmağa kifayət edəcək dərəcədə bərpa olunurlar. 
  • Pasiyentin vəziyyəti stabilləşənə və reabilitasiyanın əsas hədəfləri əldə edilənə kimi pasientin davamlı təqibinə xəstəxananın ixtisaslaşmış bölmələri ("baş beyin zədələnməsi üzrə klinikalar") cavabdeh olmalıdır. Misal olaraq, psixonevroloji reabilitasiya kimi bəzi reabilitasiya tədbirləri ilkin səhiyyə xidməti çərçivəsində aparıla bilər, lakin bu tədbirlər pasiyentin müalicəsinə cavabdeh olan ixtisaslaşmış bölmə (klinika) ilə yaxın əməkdaşlıq şəraitində və bu qurumların rəhbərliyi altında aparılmalıdır. 
  • Posttravmatik epilepsiya mütləq müalicə edilməlidir. Ağır baş beyin zədələnməsində posttravmatik epilepsiyanın riski xüsusilə əhəmiyyətli dərəcədə ola bilər. Lakin bu risk həm də müəyyən dərəcədə mötədil zədələnmədə vardır. Tədqiqatlara əsasən baş beynin yüngül zədələnmələrindən sonra qıcolma simptomları adətən epileptik mənşəli deyil. Lakin, məsələn, posttravmatik stresslə əlaqəli ola bilər.
  • TBZ pasiyentlərinin təqibi ixtisaslaşmış baş beyin zədələnməsi klinikalarında, xüsusi tibb mərkəzlərinin reabilitasiya bölmələrində və ya nevroloji ambulator klinikalarda aparıla bilər. İxtisaslaşmış stasionar əsaslı reabilitasiya yardımı və fərdi fiziki terapiyalar özəl sektor və qeyri-hökumət, gəlirsiz təşkilatlardan da əldə edilə bilər. 

Müvafiq resurslar 

  • Koxran icmalları