Poqosta xəstəliyi
EBM Klinik protokolları
17.05.2016 • Sonuncu dəyişiklik 14.06.2013
SatuKurkela
OlliVapalahti
Əsasları
- Xəstəlik kliniki mənzərəsinə əsasən müəyyən edilir. Gərəksiz müayinə və müalicə cəhdlərindən yayınmaq üçün xəstəlik seroloji olaraq təsdiq edilməlidir.
- Poqosta xəstəliyi xroniki oynaq zədələnmələri ilə assosasiya oluna bilər.
Epidemiologiya
- Etioloji faktor Sindbis-virusdur (Togaviridae ailəsi, Alphavirus cinsi). Bu virus yayın sonlarında milçək növləri vasitəsilə yayılır. Xəstəlik Avqust-Sentyabr aylarında Finlandiyanın əksər ərazilərində aşkar edilə bilər.
- Bəzən Filandiyada ildə onlarla və ya yüzlərlə hallar diaqnostika olunur. Vaxtaşırı alovlanaraq bir neçə min xəstələnmə halları qeydə alınır.
- Kliniki olaraq bənzər xəstəlik Isveçdə Okelbo xəstəliyi və Rusiyanın Kareliya bölgəsində Kareliya qızdırması adı ilə məlumdur.
Simptomları
- Tipik kliniki əlamətləri artrit, gövdədə və ətraflarda qaşınan makulopapular səpgi, əzələ ağrısı və subfebril temperaturdur (Şəkillər ).
- Digər simptomlara yorğunluq, başağrısı və ürəkbulanma aiddir.
- Adətən bilək, topuq, barmaq və diz oynaqlarını əhatə edən poliartrit (tipik olaraq 3–5 oynaq). Oynaq simptomları digər simptomlarla birgə müşahidə edilir.
- Artrit oynaqlarda gərginlik, ağrı və ödem ilə müşayət edilir.
Diaqnostika
- İlin vaxtı: Finlandiya Poqosta xəstəliyinə əsasən yayın sonunda rast gəlinir, lakin bəzi hallarda İyun əvvəlində belə müşahidə edilə bilər.
- Xəstəlik qışda rast gəlinmir.
- Uzanmış oynaq simptomları hətta epidemik fəsildən sonra da aşkar edilə bilər.
- Poqosta xəstəliyindən şübhələnəndə diaqnoz seroloji olaraq təsdiq edilməlidir.
- Serodiaqnostika immunoferment müayinə (ing., enzyme immunoassay EİA) metodu vasitəsilə Sindbis virusa (SINV) qarşı IgG və IgM anticismlərinin aşkarlanmasına əsaslanıb.
- IgM-nəticəsinin müsbət olması və/və ya SINV anticism səviyyəsinin dörd dəfə artması diaqnoz üçün həlledicidir.
- Simptomların başlamasından bir həftədən az vaxt keçibsə anticismlərin neqativ olması infeksiyanı inkar etmir və belə hallarda ikinci analizə ehtiyac yaranır.
- Sinovial mayedəki hüceyrələrin əksəriyyəti mononuklear yaxud polinukleardır; leykositlərin sayı adətən < 10 000-dir.
- Trombositlərin sayı da daxil olan qanın ümumi sayımı və SRZ adətən normaldır.
- Differensial diaqnostika: parvovirus infeksiyası, rubella, varicella, revmatoid artrit.
Müalicə və proqnoz
- Simptomatik müalicə. Lazım olan hallarda QSİƏP təyin edilə bilər.
- Səpgi və qızdırma adətən bir neçə gündən sonra ortadan qalxır.
- Oynaq simptomları adətən bir neçə həftə davam edir. Lakin, xəstələrin əhəmiyətli hissəsində artrit əlamətləri aylar və illərlə davam edir.
- Naməlum etiologiyalı oynaq simptomları Poqosta xəstəliyinin uzunmüddətli simptomu ola bilər.
Əlaqəli mənbələr