Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
İlkin səhiyyə xidməti səviyyəsində antiaqreqant (antitrombositar) vasitələr

Mündəricat

İlkin səhiyyə xidməti səviyyəsində antiaqreqant (antitrombositar) vasitələr

EBM Klinik protokolları
08.09.2017 • Sonuncu dəyişiklik 08.09.2017
PirjoMustonen

Əsas məqamlar

  • Müasir antitrombotik terapiya çoxlu müxtəlif alternativlərdən ibarətdir.
  • Bu məqalə ən vacib antitrombositar vasitələrin əsas xüsusiyyətlərini vurğulamaqla ümumi praktika həkiminin nəzər nöqtəsi baxımından tərtib edilmişdir. 

Prinsiplər

  • Antitrombositar terapiyanın məqsədi arterial və venoz trombların formalaşmasının qarşısının alınması, mövcud trombların daha da böyüməsinin qarşısının alınması və ya trombların in situ həll olunmasıdır.  
    • Arterial tromboz turbulent qan axını olan sahələrdə cırılmış aterosklerotik düyünlərin səthində yaranır. Bu trombun tərkibində az miqdarda fubrin olduğu halda trombositlər çoxlu miqdardadır.    
    • Venoz tromboz ləng qan axını olan sahələrdə yaranır. Tromb əsasən fibrin və eritrositlərdən ibarətdir; trombositlərin nisbəti daha az əhəmiyyətlidir.  
  • Dərman qrupları 
    • Antikoaqulyantlar: laxtalanma sisteminin normal funksiya göstərməsinin qarşısını alır (fibrinin yaranmasını azaldır) 
    • Antitrombositar dərmanlar (antiaqreqantlar): trombositlərin aqreqasiyasını azaldır
    • Trombolitik dərmanlar: məqsəd mövcud trombu həll etməkdir   
Antitrombositar vasitələrin təsnifatı 
Antikoaqulyantlar Antitrombositar dərmanlar Trombolitik dərmanlar 
İlkin səhiyyə xidmətində istifadə edilən vasitələrə əlavə olaraq bu cədvəldə həmçinin xəstəxana şəraitində istifadə edilən bəzi vasitələr də daxildir və bu vasitələr bu məqalədə heç bir yerdə müzakirə edilmir. 
 K vitaminindən asılı laxtalanma faktorlarının sintezinin inhibitoru  
  • Varfarin

Heparinlər
  • Aşağı molekulyar çəkili heparinlər (AMKH)
    • Enoksaparin
    • Dalteparin
    • Tinzaparin
  • Fraksiyalaşdırılmamış heparin
  • Danaparoid

X faktorun birbaşa inhibitorları
  • Apiksaban
  • Rivaroksaban
  • Edoksaban

X faktorun dolayı inhibitorları
  • Fondaparinuks

Trombinin birbaşa inhibitorları
  • Arqatroban
  • Bivalirudin
  • Dabiqatran

Laxtalanma sisteminin digər hissələrini hədəfə alan vasitələr 
  • Antitrombin
  • Protein C"?>
  • Aspirin (asetilsalisil turşusu)
  • Dipiridamol
  • Aspirin+dipiridamol kombinə olunmuş tablet

Trombosit ADF reseptoru antaqonistləri
  • Klopidoqrel
  • Prasuqrel
  • Tikaqrelor

Trombosit qlikoprotein IIb/IIIa reseptoru antaqonistləri
  • Absiksimab
  • Eptifibatid
  • Tirofiban
  • Alteplasa
  • Reteplasa
  • Tenekteplasa
  • Antikoaqulyantlar üçün əsas göstərişlər aşağıdakı hallarda trombozun və daha sonrakı tromboembolik hadisələrin qarşısının alınması və müalicəsidir:   
    • qulaqcıqların fibrilyasiyasında
    • protez ürək qapaqları olan pasiyentlərdə 
    • geniş miokard infarktından sonra, ağır dəcərəli ürək çatışmazlığında və ağır ürək xəstəliyində (məsələn, dilatasiyalı kardiomiopatiya) 
    • venoz trombozda (aşağı ətraflar, yuxarı ətraflar, daxili orqanların venaları, qapı venası, qaraciyər venaları, müsariqə venaları, baş beynin venoz sinusları) və ağciyər emboliyalarında.
  • Antitrombositar dərmanlar istifadə edilir:
    • arterial tombozların ikincili profilaktikasında və yüksək riskli pasiyentlərdə arterial trombozların birincili profilaktikasında 
    • kəskin arterial trombozun müalicəsində 
    • arteriyalarda aparılan invaziv prosedurlar zamanı.
  • Antikoaqulyant və antitrombositar dərmanın kombinasiyası istifadə edilir:
    • kəskin arterial trombozun müalicəsində 
    • arteriyalarda aparılan invaziv müalicəvi prosedurlar zamanı 
    • digər səbəblərə görə trombozun yüksək riski olan pasiyentlərdə (məsələn, protez ürək qapaqları və ya antifosfolipid anticisim sindromu olan bəzi pasiyentlərdə).  
  • Yerli və sistem trombolitik terapiya aşağıdakı halları idarə etmək üçün istifadə edilir: 
    • həyata təhlükəli geniş ağciyər emboliyası  
    • aşağı və ya yuxarı ətrafların massiv venoz trombozu
    • kəskin miokard infarktı və ya baş beyin infarktı və 
    • ətrafların arterial trombozu 
    • dializ üçün lazım olduqda və ya pasiyentin uzun müddətli kateterə ehtiyacı olduğu digər hallarda okklüziyanın aradan qaldırılması ilə damara çıxışın açıq saxlanması üçün     

Qanaxma riski 

  • Antitrombositar terapyanın başlanmasını baxışdan keçirən zaman qanaxma üçün risk faktorları nəzərdən keçirilməldir.
    • Pisləşmiş böyrək və qapaciyər funksiyası 
    • Müalicə olunmayan və ya pis nəzarət edilən arterial hipertenziya (xüsusilə, sistolik təzyiq > 160 mm c.süt əhəmiyyətli bir risk faktorudur) 
    • Ağır anemiya (hematokrit < 30%)
    • Ağır trombositopeniya (trombositlər < [50]–100 × 109/l)
    • Anamnezdə ağır qanaxma və ya belə qanaxmanın yüksəlmiş riski (hemorragik xəstəlik, baş beyinə qansızma, mədə-bağırsaq qanaxması, metastazlaşmış xərçəng xəstəliyi, damarların inkişaf qüsuru, qida borusunun varikozları)  
    • Ahıl yaş 

Varfarin

  • Varfarin 3 mq və 5 mq həblər (tabletlər) şəklində mövcuddur.
  • Dozalar pasiyentdən pasiyentə fərqlənir və Beynəlxalq Normallaşdırılmış Nisbətin (BNN) monitorinq edilməsini tələb edir. Xüsusi alqoritmlər mövcuddur və bu alqoritmlər varfarinin dozasının tənzimlənməsi üçün istifadə edilməlidir. 
  • K vitaminindən asılı laxtalanma faktorların sintezinin qarşısını alır.
  • Göstərişlər: dərin venoz tromboz və ağciyər emboliyasının qarşısının alınması və müalicəsi, qulaqcıqların fibrilyasiyası, protez ürək qapaqları və ciddi ürək xəstəlikləri ilə əlaqəli kardiogen tromboemboliyaların qarşısının alınması və müalicəsi.
    • Kəskin trombozun müalicəsində terapevtik dozalarda AMKH-lər varfarinlə eyni zamanda istifadə edilir. Aralarında ən azı 24 saat olmaqla iki ardıcıl BNN göstəriciləri terapevtik intervalda olması əldə edilməyənə qədər heparin istifadəsi kəsilmir. Adətən varfarin və heparinin yanaşı istifadəsi ən azı 5 gün ərzində davam olunur 2.
  • Varfarin qaraciyərdə laxtalanma faktorlarının sintezinə təsir göstərir və dərmanın qəbulundan sonra təsiri özünü gec biruzə verir (dozanın verilməsi ilə tam təsir göstərməsi arasında təxminən 5-6 gün vaxt keçmiş olur).
  • Varfarinin qida maddələri və dərmanlarla bir sıra qarşılıqlı təsirləri vardır (daha çox təfsilat üçün farmakopeyaya  və müvafiq məlumat bazalarına baxın).
  • Ciftdən keçir və dölün zədələməsinə səbəb ola bilər. Bir ümumi qayda olaraq hamiləlik zamanı istifadə edilməməlidir. Ana südünə ekskresiya olunmur, buna görə də ana südü ilə qidalanmanın dayandırılması gərəkli deyil.  
  • Dərmanın təsiri K-vitamini, protrombin kompleksi konsentratı (PKK) və ya təzə dondurulmuş plazma ilə geri çevrilə bilər.   
  • "Varfarin terapiyası" məqaləsinə baxın.

Aşağı molekulyar çəkili heparinlər (AMÇH-lər)

  • Enoksaparin, dalteparin və tinzaparin
    • Mütləq yadda saxlanılmalıdır ki, AMÇH məhsulları identik deyil və onların göstərişləri azca fərqlənir. Bu məhsulların lazım olmadan qarşılıqlı dəyişdirilməsi tövsiyə edilmir.   
    • Tinzaparin akkumulyasiya etmədiyi üçün böyrək çatışmazlığında yaxşı bir seçimdir.    
  • Gündə bir və ya iki dəfə dəri altına təyin olunur. Həmçinin, vena daxilinə də verilə bilər. Dərialtı təyin edilən AMÇH-lər fraksiyalaşdırılmamış heparini demək olar ki, tamamilə əvəz etmişdir. 
  • Adətən laborator monitorinq tələb olunmur, lakin məsələn uşaqlarda, hamiləlik zamanı, böyrək çatışmazlığında, piylənməli və çəkisi az olan pasiyentlərdə, eləcə də qanaxma üçün yüksək riski olanlarda anti-FXa analizlərinə göstəriş ola bilər.  
  • Göstərişlər: venoz tromboz və ağciyər emboliyalarının profilaktikası və müalicəsi, kəskin koronar sindromun, ətraflarda arterial trombozun və seçilmiş hallarda serebrovaskulyar hadisələrin müalicəsi.     
  • Hamiləlik zamanı və eləcə də varfarin terapyasına baxmayaraq trombun yarana bildiyi, tromboz üçün yüksəlmiş riskə malik pasiyentlərdə (xüsusilə, xərçəngli pasiyentlərdə venoz trombozun və ağciyər emboliyalarının müalicəsində və bəzən isə məsələn, antifosfolipid sindromunda) varfarinin əvəzinə uzun müddətli terapiya göstərişdir. 
  • Protamin-sulfat dalteparin (50%) və enoxaparin (40%) preparatlarının təsirini yalnız qismən geri çevirir; tinzaparin preparatının təsiri isə daha yaxşı (80%) çevrilir. 
  • Heparinl mənşəli trombositopeniyanın (eng. HİT, heparin induced thrombocytopenia) yaranması mümkündür, lakin müqayisədə bu risk  fraksiyalaşdırılmamış heparinlə bağlı riskin yalnız 1/10-ni təşkil edir.    
    • Əgər HİT inkişaf edərsə pasiyentə hər hansı bir formada heparin qətiyyən təyin olunmamalıdır (məsələn, kanyulaların mənfəzinin saxlanması üçün heparin şırnaqlarının istifadəsi əks-göstərişdir). 
    • Daha sonrakı müalicələr zamanı heparin qısa müddətli ürək anesteziyası istisna olmaqla istifadə edilməməlidir.   
    • Alternativ antikoaqulyant (danaparoid, arqatroban, fondaparinuks və ya bivalirudin) pasiyent üçün fərdi qaydada seçilir. Baxın.
    • Varfarin yalnız trombositopeniya korreksiya olunduqdan sonra başlanıla bilər. Stabil BNN səviyyəsi əldə edilənə kimi varfarinlə yanaşı alternativ parenteral antikoaqulyant preparatı təyin edilir. 
  • Əgər HİT inkişaf edərsə pasiyentə hər hansı bir formada heparin qətiyyən təyin olunmamalıdır (məsələn, kanyulaların mənfəzinin saxalanması üçün heparin şırnaqlarının istifadəsi əks-gəstərişdir). Alternativ antikoaqulyant (lepirudin, danaparoid, arqatroban, fondaparinuks) pasiyent üçün fərdi qaydada seçilir. Baxın."?>

Apiksaban

Rivaroksaban

Edoksaban

  • Edoksaban X faktorun birbaşa inhibitoru olub apiksaban və rivaroksaban ilə eyni bir qrupa aiddir.  
  • Göstərişlər: qeyri-valvulyar qulaqcıq fibrilyasiyası olan pasiyentlərdə tromboemboliyaların qarşısının alınması, eləcə də dərin venaların trombozunun və ağciyər emboliyasının müalicəsi 

Fondaparinoks

  • Fondaparinoks gündə bir dəfə dərialtı təyin edilir.
  • X faktorun dolayı inhibitoru 
  • Göstərişlər: terapiyanın ilk bir neçə günü ərzində varfarinlə yanaşı olaraq venoz trombozun və ya ağciyər emboliyasının müalicəsi, xüsusilə yüksək risk faktorlarının mövcudluğunda və kəskin koronar sindromda trombozun qarşısının alınması.  
    • Fondaparinoks preparatının yarımparçalanma dövrü 17 saat olduğu üçün hədəf BNN intervalı əldə edildikdə preparat dərhal dayandırılır. AMKH-lərin yarımparçalanma dövrü 4 saatdır.  
  • Həmçinin, HİT zamanı da istifadə edilə bilər.
  • Əsasən sidikdə eliminasiya olunur. Akkumulyasiya riskinə görə mötədil böyrək çatışmazlığında doza azaldılmalıdır. Ağır böyrək çatışmazlığında  istifadə (ən azından, uzun müddətə) tövsiyə edilmir. Məhsulun Xüsusiyyətlərinin Xülasəsində (dərmanın annotasiyası) qeyd edilən məlumata  əsasən əgər YFS göstəricisi 30 ml/dəq-dən kiçikdirsə fondaparinuks istifadə edilməməlidir.    
  • Hamiləlik və ana südü ilə qidalandırma zamanı tövsiyə edilmir.

Dabiqatran

  • Dabiqatran 75 mq, 110 mq və 150 mq-lıq tabletlər şəklində mövcuddur. 
  • Trombinin birbaşa inhibitoru
  • Heç bir müntəzəm laborator monitorinq tələb edilmir. aPTT və ya Aktivləşdirilmiş hissəvi tromboplastin müddəti və trombin müddəti əldə edilmiş antikoaqulyasiya intensivliyinin təqribi göstəricisi ilə təmin edir.  Əgər trombin müddəti normaldırsa demək dabiqatranın effekti yoxdur. Dərman maddəsinin daha dəqiq farmakoloji təsirini ölçmək üçün xüsusi metodlar tələb olunur.   
  • Göstərişlər: bud-çanaq oynağı və ya diz oynağının artroplastikası əməliyyatı aparılmış pasiyentlərdə venoz trombozun qarşısının alınması, qeyri-valvulyar qulaqcıq fibrilyasiyası olan pasiyentlərdə tromboemboliyaların qarşısının alınması, eləcə də dərin venaların trombozunun və ağciyər emboliyalarının müalicəsi. 
  • Dabiqatran hamiləlik və ana südü ilə qidalandırma zamanı qətiyyən istifadə edilməməlidir. 
  • Sidikdə eliminasiya olunur və eliminasiya yarımparçalanma dövrü 12-17 saat olub kifayət qədər uzundur. 
  • Böyrək çatışmazlığında akkumulyasiya olunur. Böyrəklərin funksiyalarının ağır pozulmalarında istifadə edilməmlidir. Mötədil böyrək çatışmazlığında doza azaldılmalıdır.   
  • Varfarin terapiyası ilə müqayisədə kəllədaxili qansızmaların rastgəlmə tezliyi daha az, mədə-bağırsaq qanaxmalarının tezliyi isə 50% daha yüksəkdir.
  • Əhəmiyyətli olan və doza təyinində nəzərdə tutulmalı olan dərman qarşılıqlı təsirləri həqiqətən də qeyd edilir, lakin varfarinlə müqayisədə daha az rast gəlnir. Əlavə təfsilatlar üçün baxın. 
  • Dərman qarşılıqlı təsirləri mütləq diqqətə alınmalıdır."?>
  • Bir sıra laxtalanma faktorları testlərinə və onların şərhinə təsir göstərir (məsələn, BNN). 
  • Yüksək qanaxma riski olan planlı prosedurlardan ən azı 48 saat əvvəl, aşağı qanaxma riski olan prosedurlardan isə ən azı 24 saat əvvəl mütləq dayandırılmalıdır. Dərmanın kəslimə müddətləri böyrək çatışmazlığında daha uzundur. Əgər mümkündürsə, təcili prosedurlar və sonuncu doza arasında zaman intervalı ən azından 12 saat olmalıdır. 
  • Təxirəsalınmaz yardım şəraitində dabiqatran preparatının antikoaqulyasiya effekti spesifik bir antidotla (idarusizumab) geri çevrilə bilər.  Əgər qanaxma həyati təhlükəlidirsə protrombin kompleksi konsentratının təyini və ya rekombinat aktivləşdirilmiş VII faktorun (rFVIIa) təyini nəzərdən keçirilə bilər. Lakin onların effektivliyi barəsində heç bir sübut mövcud deyil.   

Aspirin (asetilsalisil turşusu)

  • Aspirin müxtəlif ticarət adları altında satışdadır. 
  • Doza gündə bir dəfə  peroral 50–100 mq-dır; effekti sürətləndirmək məqsədilə kəskin koronar sindromda 250-500 mq çeynənilir.  
  • Göstərişlər: Koronar arteriyaların xəstəliyində, serebrovaskulyar pozğunluqlarda və periferik damalraın xəstəliyində  arterial trombozun qarşısının alınması.  TİH (tranzitor işemik həmlə), qeyri-stabil stenokardiya, miokard infarktının və ya serebral infarktın təkrarlanmasının qarşısının alınması, eləcə də koronar arteriyaların revaskulyarizasiya prosedurları edilmiş pasiyentlər də daxil olmaqla arterial trombotik və tromboembolik hadisələrin riskinin artdığı vəziyyətlər. Həmçinin, periferik arteriyaların xəstəliyində və aşağı tromboemboliya riskli qulaqcıqların fibrilyasiyasında istifadə olunur."?>
  • Arterial trombozun yüksəlmiş riski də olan pasiyentlərdə venoz tromboz üçün antikoaqulyasiya müalicəsindən sonra təqib müalicəsi kimi də həmçinin  faydalı ola bilər. 
  • Terapiyanı dayandırdıqdan sonra effekt təcrübədə təxminən 5 gün ərzində davam edir (trombositlərin tam əvəzlənməsini əldə edilyi təxminən 10 gündən sonra effekt tamamilə yoxa çıxır).

Dipiridamol

  • Dipiridamol 75 mq-lıq tabletlər, 200 mq-lıq modifikasiya edilən buraxılışlı tabletlər, eləcə də aspirinlə kombinə olunmuş tablet şəklində mövcuddur.   
  • Kombinə olunmuş tablet gündə iki dəfə qəbul edilir və digər göstərişlərlə yanaşı işemik insultun və TİH-nin ikincili profilaktikası üçün istifadə edilir.   
    • Müalicənin başlanğıcı zamanı şiddətli baş ağrıları olarsa pasiyent yuxudan qabaq bir kombinə olunmuş tablet və səhər isə aşağı dozada aspirin qəbul edə bilər. Gündə iki dəfə bir kombinə edilmiş tabletdən ibarət olan adəti rejim bir həftədən sonra bərpa edilməldir.    
  • Damar genişləndirici və trombosit funksiyasının inhibitoru kimi təsir göstərir.  
  • Effekt təxminən 10 saat çəkir.   

Klopidoqrel

  • Klopidoqrel 75 mq və 300 mq-lıq tabletlər şəklində mövcuddur.  
  • Peroral istifadə üçün; yükləmə dozası 300-600 mq-dır, ardından isə 75–150 mq/gün saxlama dozası 
  • Trombosit ADF reseptorunun antaqonisti 
  • Göstərişlər
    • Aspirinə allergiyalı şəxslər üçün aspirinin əvəzinə
    • Kəskin koronar sindromu zamanı və kəskin koronar sindromundan sonra, eləcə də stent trombozunun profilaktikası üçün  müəyyən bir müddət ərzində aspirinlə birgə təyin edilməklə
    • Aspirin+dipiridamol kombinasiyana bir alternativ olaraq serebrovaskulyar hadisələrin ikincili profilaktikası   
    • Periferik arteriya xəstəliyi 
  • Maksimal effekt dərman başlandıqdan 5-6 gün sonra əldə edilir. Klopidoqrel preparatını dayandırdıqdan sonra onun trombositlərə geridönməz inhibə edici effekti yoxa çıxmasə eyni müddətə çəkəcək (təxminən 10 gün keçəndən sonra, trombositlərin təzələnməsindən sonra effekt tamamilə bitir).
  • Cərrahi müdaxilədən öncə dərman maddəsini kəsmək üçün ehtiyac dərman terapiyası üçün olan göstəriş və prosedurla əlaqəli qanaxma riskinin əsasındadır.  

Prasuqrel

  • Prasuqrel 5 mq və 10 mq-lıq tabletlər kimi mövcuddur.   
  • Yükləmə dozası 60 mq, ardınca isə 10 mq və ya 5 mq. 
  • Trombosit ADF reseptoru antaqonisti
  • Həmişə aspirinlə birlikdə təyin edilir. 
  • Perkutan Koronar Müdaxiləyə (PKM) aparan kəskin koronar sindromun ilkin və təqib müalicəsində bir alternativ vasitə kimi istifadə edilir. 
  • Effekt yükləmə dozasında sonrakı bir saat ərzində olmaqla aydın surətdə klopidoqreldən  daha tez başlanır.
  • Effekt geridönməz olub dərmanı dayandırdıqdan 7-10 gün sonra yoxa çıxacaq. 
  • Klopidoqreldən daha qüvvətlidir, lakin daha çox qanaxma ağırlaşmaları vardır. 
  • Bu dərmanla terapiya zamanı cərrahi müdaxilələr klopidoqrel müalicəsinə nisbətən qanaxmanın daha böyük riski ilə əlaqədardır.
  • Prasuqrel müalicəsinə fərdi cavab dəyişkəndir. Lakin bu variasiya və dərmana qarşı rezistentlik klopidoqrellə müqayisədə aydın surətdə daha az əhəmiyyətlidir.   
  • Əks-göstərişlərə TİH və ya insult tarixçəsi daxildir; yaşı ≥ 75 olan pasiyentlərə yalnız diqqətlə düşündükdən sonra təyin olunmalıdır.  
  • Əgər pasiyent prasuqrel istifadə edirsə trombolitik terapiya əks-göstərişdir.
  • Həyati təhlükəli və ya ağır qanaxmada prasuqrelin farmakoloji effektinin bir hissəsi trombositar kütlə transfuziyası ilə geri çevrilə bilər.  

Tikaqrelor

  • Tikaqrelor 90 mq-lıq tablet kimi mövcuddur.  
  • Yükləmə dozası 180 mq-dır, ardınca isə gündə iki dəfə 90 mq. 
  • Trombosit ADF reseptoru antaqonisti
  • Aspirinlə birgə təyin edilməklə kəskin koronar sindromun ilkin və təqib müalicəsində (məhdud müddət ərzində) istifadə olunur.  
  •  Klopidoqrelə nisbətən effekt daha tez başlanır və daha tez aradan qalxır; effektin davam müddəti təxminən 12 saatdır. 
    • Reseptora geri dönə bilən bağlanma nümayiş etdirir və ona görə də bu dərmanın effekti klopidoqrel və ya prasuqrel ilə müqayisədə daha cəld aradan qalxır. Lakin buna baxmayaraq tikaqrelor preparatının məsələn, koronar şuntlama əməliyyatından 5 gün öncə dayandırılması tövsiyə edilir.     
  • Klopidoqrel terapiyası ilə müqaysədə tikaqrelor terapiyası zamanl aparılan cərrahi müdaxilələr qanaxmanın daha böyük riski ilə əlaqəlidir.   
  • Təngnəfəslik mötədil miqdarda rast gəlinən bir xoşagəlməz təsirdir.   
  •  Hətta əgər klopidoqrel və ya prasuqrel preparatının təsirini geri çevirməklə müqayisədə daha az effektiv olsa da həyati təhlükəli və ya ağır qanaxmada trombositar kütlə infuziyası nəzərdən keçirilməlidir. 

Alteplaza

  • Göstərişlər:  ST elevasiyası ilə kəskin miokard infarktı, ölümün yüksək riski ilə əlaqəli olan və hemodinamik kollapsa (şok, hipotenziya) aparan kəskin ağciyər emboliyası və kəskin işemik insult.  
  • Alteplaza bədən çəkisi əsasında təyin olunur; venadaxili bolyus doza, ardınca isə infuziya verilir. 
  • 4-8 dəqiqə çəkən qısa yarımparçalanma dövrü infuziyadan tezliklə sonra invaziv prosedurların aparılmasına imkan verir. 

Reteplaza

  • Reteplaza  ST elevasiyalı kəskin miokard infarktı üçün göstərişdir. Əlavə olaraq bu dərman ölümün yüksək riski ilə əlaqəli və hemodinamik kollapsa aparan ağciyər emboliyasında alteplaza preparatına bir alternativ kimi (rəsmi təyinatdan kənar) istifadə edilir. 
  • Venadaxili bolyus kimi 10 vahid , ardınca isə pasiyentin çəkisindən asılı olmayaraq 30 dəqiqədən sonra ikinci bolyus kimi təyin edilir.  
  • Yarımparçalanma dövrü təxminən 14-18 dəqiqədir.  

Tenekteplaza

  • Tenekteplaza kəskin ST elevasiyalı miokard infarktında göstərişdir. Əlavə olaraq bu dərman ölümün yüksək riski ilə əlaqəli və hemodinamik kollapsa aparan ağciyər emboliyasında alteplaza preparatına bir alternativ kimi (rəsmi təyinatdan kənar) istifadə edilir. 
  • Bədən çəkisi əsasında tək venadaxili bolyus kimi təyin edilir.   .
  • Yarımparçalanma dövrü 20 dəqiqədir.

 Müvafiq resurslar

Heidbuchel H, Verhamme P, Alings M et al. Updated European Heart Rhythm Association practical guide on the use of non-vitamin-K antagonist anticoagulants in patients with non-valvular atrial fibrillation: Executive summary. Eur Heart J 2016;():.