Polinevropatiyalar
EBM Klinik protokolları
03.10.2016 • Sonuncu dəyişiklik 03.06.2014
EsaMervaala
MariAuranen
JuhaniV.Partanen
Əsas məqamlar
- Periferik sinirlərin (hərəki və hissi) və/və ya vegetativ sinir sisteminin adətən simmetrik xəstəliyi
- Etiologiyaya periferik sinirlərin zədələnməsinə səbəb olan bir faktor daxildir.
- Polinevropatiyanın ən çox rast gəlinən səbəbləri şəkərli diabet, alkohol, hipotiroidizm və B12 vitamini çatışmazlığıdır. Həmçinin, reanimasiya və intensiv yardım bölməsində olan pasiyentlərdə də polinevropatiya yarana bilər. Digər səbəblər isə daha nadirdir.
- Etiologiya aydın olduğu zaman pasiyent ilkin səhiyyə xidməti klinikasında müalicə edilə bilər. Əgər səbəb qeyri-aydın olaraq qalırsa və simptomlar sürətlə inkişaf edirsə ixitsaslı xəstəxanaya göndərilmə tələb edilir.
- ENMQ (elektroneyromioqrafiya) vacib bir diaqnostik müayinə vasitəsi olub həmçinin, xəstəliyin inkişafının monitorinqi üçün də istifadə edilə bilər.
- Müalicə əsas səbəbə doğru yönəldilir: etioloji faktorun uğurlu müalicəsi polinevropatiyanın inkişafını dayandıra bilər. Həmçinin, simptomatik dərman vasitələri də təyin edilə bilər.
Diaqnoz
- Sadalanan testlər ilkin səhiyyə xidmətində aparıla bilər: qanda qlükoza, ehtiyac olduqda, qlükozaya tolerantlıq testi, tormbositlərin sayı ilə birgə qanın ümumi analizi, plazmada vitamin B12-TC2 (transkobalamin-birləşmiş), EÇS, plazmada qlutamil-transferaza, zərdabda TSH və plazmada kreatinin.
- Əgər anamnez və ilkin testlər əsasında etiologiya müəyyən edilə bilməzsə pasiyent nevroloqa yönəldilməlidir.
- Diaqnoz ENMQ ilə təsdiq edilə bilər. Həmçinin, bu müayinə polinevropatiyanın tipi və ağırlıq dərəcəsi barədə məlumatla təmin edəcək.
- Xırda lifli nevropatiyanın diaqnostikasında isti və soyuq stimullar üçün qıcıq qapılarının müayinəsi (hissiyyatın kəmiyyət müayinəsi), eləcə də xırda sinir liflərini rəqəmlə ifadə etmək üçün perforativ biopsiya istifadə edilir.
- İrsi polinevropatiyaların hədəfli diaqnostikası üçün molekulyar genetik testlər mövcuddur (aşağıda baxın: İrsi nevropatiyalar).
- Polinevropatiyanın iltihabi mənşəli olması, toplanma xəstəliyi ilə əlaqəli olması barədə şübhələr və/və ya sürətlə inkişaf etməsi sinir (n.suralis) və əzələ biopsiyası ilə davam etmək barədə bir göstərişdir.
- Pasiyentlərin təqribən 25%-də hətta ətraflı klinik müayinədən sonra da etiologiya naməlum olaraq qalacaq.
Toksik nevropatiyalar
Alkohol polinevropatiyası
- Ən çox rast gəlinin toksik nevropatiya
- Klinik olaraq alkoholiklərin təqribən 20%-də təsdiqlənir; bundan əlavə onların təqribən 30%-də subklinikdir (yəni, anormallıqlar yalnız ENMQ ilə aşkar edilir)
- Kəskin polinevropatiya çoxlu miqdarda içki qəbulu dövrü zamanı çox zaman əvvəlcə baldırlarda olmaqla ətrafların distal hissələrində meydana çıxır. Simptomlara şiddətli hiperalgeziya, eritema və yerişə mane ola bilərək bəzi hallarda qeyd edilən ödem daxildir.
- ENMQ zamanı tipik tapıntı hissi-hərəki polinevropatiyadır. Yüngül hallarda hissi simptomlar (ayaqların yanması və ağrılı paresteziya) üstünlük təşkil edir, daha ağır vəziyyətlərdə isə həmçinin hərəki pisləşmə də simptomlara daxil olur.
- Xroniki polinevropatiya zamanı xəstəliyin inkişafı və bərpa ləngdir.
- Müalicə alkoholdan imtina və B qrupu vitaminlərindən istifadə edilməsindən ibarətdir.
Ağır metallar və həlledici kimyəvi maddələr səbəbindən baş verən polinevropatiya
- Arsen, qurğuşun, tallium, civə və qızıla məruz qalmaq klinik polinevropatiya yarada bilər.
- Yapışqanlarda olan heksan, rənglərdə və şellaklarda olan MBK (metil-butil keton) və kağızların örtülməsi üçün istifadə edilən akrilamid kimi həlledici kimyəvi maddələr peşə ilə bağlı məruzqalmanın nəticəsi olaraq, bəzən isə bilərəkdən sui-istifadə (toksikomaniya) nəticəsində polinevropatiyaya səbəb ola bilər. Digər səbəblər karbon-disulfid və üzvi fosfatlardır.
Dərmanla induksiyalaşan polinevropatiya
- Bir çox sitotoksik dərmanlar (xüsusilə, sisplatin, vinkristin və taksanlar) periferik nevropatiyaya səbəb ola bilər.
- Nitrofurantoin, izonikotin turşusunun hidrazidi (INH - izoniazid) səbəbindən baş verən polinevropatiyalar nisbətən tez-tez rast gəlinən problemlərdir. Adətən, INH polinevropatiyasının başlanğıcında ağrı qeyd edilir.
- Disulfiram (Antabuse®) nevropatiyaya səbəb ola bilər və bu alkohol sui-sitifadəsinə aid hesab edilə bilər.
- Piridoksin (B6 vitamini) böyük dozalarda polinevropatiyaya (hissi simptomlar üstünlük təşkil edir) səbəb ola bilər. B qrupu vitaminləri spesifik etiologiya diqqətə alınmadan polinevropatiya üçün təyin edildiyindən bu hal diaqnostik problemlərə gətirib çıxara bilər.
- Misal olaraq digər səbəblərə statinlər, xloramfenikol, klioxinol, dapson, metronidazol, bəzi antiaritmik dərmanlar (amiodaron, propafenon), xlorprotiksen və zalsitabin (antiretrovirus dərman vasitəsi) daxildir.
Metabolik nevropatiyalar
Diabetik nevropatiya
Kövrək sinir-syndromu
- Mielin qişanın kövrəkliyi səbəbindən yaranan təkrarlanan parez və paresteziyalar
- Azalmış sinir keçiriciliyi sürətləri (xüsusilə sinir kompressiyası sahələrində)
- Autosom dominant yolla irsən keçmə; adətən PMP22 geninin pozulması səbəbindən baş verir.
İmmunoloji pozğunluqlarla əlaqəli polinevropatiyalar
Kəskin poliradikulit = Giyen–Barré–sindromu
Laym borreliozinda nevropatiya
Paraproteinemiyalarla əlaqəli polinevropatiya
- Xoşxassəli paraproteinemiya və ya mieloma periferik sinirlərdə zülalların birləşməsi səbəbindən yaranmış hissi-hərəki polinevropatiya ilə əlaqəli ola bilər.
- Əgər bu vəziyyət əhəmiyyətli dərəcədə simptomlara səbəb olursa immunosuppressiyadan (kortikosteroidlər və ya sitotoksiki dərmanlar) və ya ağır hallarda plazmafarezdən ibarət olan müalicə aparılır.
Vaskulit və sistemli xəstəliklərlə əlaqəli polinevropatiyalar
- Vaskulit səbəbindən yaranan nevropatiyalar çox zaman əsasən aşağı ətraflarda birtərəfli simptomlarla təqdim olunur.
- Sistem Qırmızı Qurdeşənəyi bir çox nevropatiyalar, Giyen-Barré-bənzər və ya distal hissi-hərəki polinevropatiya ilə əlaqəli ola bilər.
- Şeqren sidromu mononevropatiyalardan başqa distal hissi-hərəki polinevropatiya ilə əlaqəli ola bilər.
- Qarışıq birləşdirici toxuma xəstəliyi və ya sarkoidoz da həmçinin, nevropatiyalarla əlaqəli ola bilər.
Polinevropatiyaların müalicəsi, proqnozu və təqibi
- Etiologiya müalicədə və proqnozda həlledici əhəmiyyətə malikdir. Müalicə əsas səbəbə qarşı yönəlir.
- Nevropatik ağrını müalicə etmək üçün simptomatik dərmanlar
- Elektroneyromioqrafiya müayinəsində dəyişikliklər klinik simptomlarda dəyişikliklərdən sonra meydana çıxdığı üçün polinevropatiyaya nəzarət məqsədilə ENMQ həddən artıq tez-tez sifariş edilməməlidir. Müayinələr arasında tövsiyə edilən interval təqribən 6 aydır.
Nevropatik ağrının müalicəsi
- Ağrı hissiyyatı olan toxumada zədələnmə səbəbindən yaranan nosispetiv ağrı zamanı sinirlərin özləri sağlamdır. Səbəbə doğru yönəlmiş müalicə ilithab əleyhinə ağrıkəsicilərlə idarə edilə bilən ağrını aradan qaldırır.
- Nevropatik ağrı sinirin özünün toxumasında zədələnmə olduğunu göstərir.
- Küt ağrılar, hiperalgeziya, yuxuya mane olan kəskin ağrılar: amitriptilin və ya nortriptilin, əvvəlcə günə 10–25 mq (axşamlar), 2-3 həftə ərzində günə 100 mq dozasına qədər qaldırılır.
- Alternativ dərman vasitələrinə preqabalin, qabapentin və serotonin və norepinefrinin təkrar udulmasının inhibitoru sinfinə aid ağrını aradan qaldıran antidepressantlar (məsələn, venlafaksin və duloksetin) daxildir.
- Elektrik vurmasına bənzəyən və ya güllə kimi atan ağrılar : karbamazepin 200 mq gündə 2–3 dəfə (üç gündən bir doza artımı 100 mq)
- Həmçinin, baxın: Xroniki ağrı.
Müvafiq resurslar