Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağciyərlərin funksional testləri

Mündəricat

Ağciyərlərin funksional testləri

EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 20.03.2017
AnssiR. A.Sovijärvi

Nəfəsvermənin maksimal sürəti (PEF)

  • Bax proqram .

Əsas məqamlar

Göstərişlər

PEF ölçülməsi

Bronxial astmanın diaqnostikasında PEF monitorinqi

İş yerində PEF monitorinqi

  • PEF ölçülməsi
    • PEF göstəricisinin ölçülməsi ilk olaraq səhər oyandıqda, gün ərzində təxminən hər 2 saatdan bir, axşam yatağa getməzdən öncə və simptomlar meydana çıxdığı halda, ehtiyac yarandıqca yerinə yetirilir.
    • Monitorinq ən azı 2 həftə müddətində həm iş, həm də qeyri-iş günlərində davam etdirilməlidir; daxil edilənlərin sayı bərabər olmalıdır.

Spirometriya

Əsas məqamlar

  • Spirometriya ağciyərlərin funksional testləri arasında ən önəmlisidir.
  • Spirometriya ventilyasiya qabiliyyəti və ağciyər həcmlərinin qiymətləndirilməsi üçün istifadə olunur.

Göstərişlər

  • Ağciyər funksiyasının dəyərləndirilməsi (cib-spirometri)
  • Respirator simptomların (dispnoe, öskürək, xırıltı) səbəblərinin araşdırılması
  • Obstruktiv ağciyər xəstəlikləri (bronxial astma, XOAX) zamanı diaqnostika və kontrol nəzarət
  • Restriktiv ağciyər xəstəlikləri (məs., ağciyər toxuması xəstəlikləri, sinir-əzələ xəstəlikləri) zamanı diaqnostika və kontrol nəzarət
  • Ağciyər xəstəliyi ilə olan pasiyentlərin işləmə qabiliyyəti və əmək qabiliyyətinin itirilmə dərəcəsinin dəyərləndirilməsi
  • Cərrahi əməliyyatlar və digər müdaxilələr üçün funksional rezervin dəyərləndirilməsi
  • Şüa terapiyası, cərrahi müalicə və farmakoterapiya effektlərinin monitorinqi

Müayinəyə hazırlıq

  • Müayinədən əvvəl
    • 2 saat ərzində siqaret çəkməmək
    • 4  saat ərzində qəhvə, çay, kola və digər stimuləedici içkilərdən imtina
    • 4 saat ərzində ağır qidalar qəbul etməmək
    • 2 saat müddətində ağır fiziki hərəkətlər və soyuq hava ilə nəfəs almaqdan çəkinmək.
    • 24 saat müddətində alkoqollu içkilər qəbulundan çəkinmək.

Spirometriyadan əvvəl dərman preparatları

  • Müayinə diaqnostik məqsədlə aparıldıqda, bronxlara təsir edən dərman preparatları aşağıdakı tövsiyələrə müvafiq şəkildə dayandırılmalıdır:
    • qısamüddətli təsirə malik betasimpatomimetiklər və antixolinergik preparatlar, həmçinin leykotriyen reseptorları antaqonistləri: 12 saat – 3 gün
    • teofillinlər, öskürək əleyhinə preparatlar: 3 gün
    • uzunmüddətli təsirə malik betasimpatomimetiklər və antixolinergik preparatlar: 2–12 gün
    • kombinə olunmuş preparatlar (qlükokortikoid üstəgəl formoterol və ya salmeterol):
      • təkcə simpatomimetik effektinin aradan qalxması üçün 48 saat
      • eyni zamanda qlükokortikoidin təsirinin aradan qalxması üçün 4 həftə
    • Diaqnostik spirometriyadan əvvəl antihistamin preparatların dayandırılmasına ehtiyac olmur.
  • Spirometriya ağciyər preparatının effektivliyinin, işləmə qabiliyyətinin və ya cərrahi risklərin dəyərləndirilməsi üçün yerinə yetirilirsə, dərman preparatı sınaqdan öncə dayandırılmamalıdır.

Əks göstərişlər

  • Əvvəlki 2 həftə ərzində kəskin respirator infeksiya
  • Ürəyin ağır işemik xəstəliyi
  • Ağır formalı aritmiyalar (bronxodilatator testi ilə təşviq edilə bilən)
  • Kəskin pnevmotoraks (diskresion)
  • Yoluxucu ağciyər vərəmi (bəlğəm yaxması müsbət)

Cihazlar

  • Həkim kabineti şəraitində istifadə üçün cib spirometrləri (yalnız FEV1 və FVC (ing. forced vital capacity, forsirə olunmuş həyat tutumu) ölçülməsi üçün)
  • Laborator şəraitdə istifadə üçün axın-həcm spirometrləri (ATS (Amerika Torakal Cəmiyyəti) /ERS (Avropa Respirator Cəmiyyəti) keyfiyyət meyarları)
    • Axın-həcm spirometrlərinin kalibrlənməsi, onların istifadə edildiyi hər gün kalibrasiya şprisi (pompası) vasitəsilə yerinə yetirilməlidir.
  • Tibb heyəti spirometrlərin düzgün istifadə edilməsi istiqamətində təlim keçməlidir.

Metodlar və parametrlər

  • Pasiyentin boyu və çəkisini ölçün.
  • Qəbul edilən hər hansı dərman preparatı ilə bağlı qeyd aparın (sonuncu doza nə zaman qəbul edilmişdir).
  • Pasiyentdən belini düz saxlamaqla oturmasını xahiş edin. Burun klipsi yerləşdirin.
  • Pasiyentdən dodaqlarını müştük ətrafında kip yummasını xahiş edin.
  • Pasiyentdən maksimal nəfəs almasını və ardınca mümkün qədər tez və tam nəfəs verməsini xahiş edin.
  • Məqsəd 3 eyniformalı axın-həcm əyrilərinin  və ya cib spirometri vasitəsilə mümkün maksimal oxşar 3 FEV1 göstəricisinin əldə olunmasından ibarətdir (bax təkrarlanma meyarları).
  • Ayrı-ayrı əyrilərin məqbul hesab edilməsi üçün meyarlar
    • Kəsilməz əyri
    • Nəfəsvermə müddətində öskürəyin olmaması
    • Nəfəsvermənin maksimal sürətinin tez əldə olunması üçün nəfəsvermənin yetəri qədər sürətli başlanğıcı
    • Yetəri qədər uzun nəfəsvermə ("hamısı xaric edilməli")
  • Sınağın təkrarlanma meyarları
    • FEV1: iki ən yüksək göstəricinin arasında fərq 150 ml-dən çox olmamalıdır
    • FVC: iki ən yüksək göstərici arasında fərq 150 ml-dən çox olmamalıdır
  • Parametrlər (şəkil )
    • Forsirə olunmuş həyat tutumu (FVC (ing. forced vital capacity); istənilən məqbul əyrinin ən yüksək göstəricisi)
    • Bir saniyədə forsirə olunmuş nəfəsvermənin həcmi (FEV1 (ing. forced expiration in one second); istənilən məqbul əyrinin ən yüksək göstəricisi)
    • FEV1/FVC (maksimal göstəricilərin nisbəti)
    • Nəfəsvermənin maksimal sürəti (ing. PEF, peak expiratory flow) və nəfəsvermənin ortası və sonunda sürət (MEF50 (ing. maximal expiratory flow at 50%, ağciyərlərin forsirə olunmuş həyat tutumunun 50% səviyyəsində maksimal ekspirator axın) və MMEF (ing. maximal mid-expiratory flow, maksimal orta-ekspirator axın)) FEV1 + FVC cəminin maksimum olduğu əyridən çap edilir.

Spirometriya nəticələrinin qiymətləndirilməsi

  • Spirometriya nəticələri əldə edilmiş göstəricilərin referens ölçülərlə müqayisəsi və alınan əyrinin formasının təhlili ilə qiymətləndirilir (şəkil ).
  • Fin referens göstəriciləri Finlandiya əhalisi üçün tətbiq edilir . Finlandiya üçün yeni, FEV1 xaricində bütün parametrlərdə əhəmiyyətli dəyişikliklərin edildiyi referens göstəricilər tezliklə dərc ediləcəkdir."?>
  • Yeni multi-etnik referens göstəricilər tövsiyə edilir . Bir sıra ölkələr (məs., Finlandiya) öz populyasiyaları üçün spesifik referens göstəricilərə malikdir.
  • ,"?>Yeni referens  göstəricilərdən istifadə edən zaman, normal FEV1 və FVC variasiyalarının aşağı limitləri z-göstərici və ya z-score (SD standart deviasiya ilə eyni) ilə təyin edilir. Bütün parametrlər üçün normanın aşağı həddi z-score –1,65 olaraq təyin edilir, bu da o deməkdir ki, sağlam şəxslərin 95%-dən çox hissəsi bundan yüksək göstəricilərə malik olacaq.
    • FEV1 üçün, z-score –1,65 ölçüsü 40-yaşlı şəxslərdə referens göstəricilərin 80%-nə, 70-yaşlılarda isə referens göstəricilərin təxminən 70%-nə ekvivalentdir, bu da daha yuxarı yaş qruplarında ölçmə nəticələrinin daha geniş variasiyası ilə əlaqədardır.
  • Tənəffüs yollarının obstruksiyası meyarı: FEV1/FVC üçün z-score –1,65-dən aşağı FEV1/FVC referens göstəricinin 88%-dən aşağı və ya 0,7-dən kiçik MEF50 referens göstərici ilə müqayisədə azalmış, FVC göstəricisi isə normada (konveksiya əyrisi)"?>
  • Obstruksiyaya işarə edən məlumatlar: PEF, MEF50 və ya MMEF göstəricisi azalmış (z-score –1,65-dən aşağı) ikən, FVC normada (bu halda əyri oyuqlu formaya malikdir).
  • Ağciyər həcminin kiçilməsi, yəni restriksiya meyarları
    • Həyat tutumu (həm FVC, həm də ləng həyat tutumu [ing. SVC, slow vital capacity]) azalmışdır (z-score –1,65-dən aşağıdır).
    • Bronxial obstruksiya ilə olan pasiyentlərdə, kiçik tənəffüs yollarında havanın tutulub saxlanılması ilə əlaqədar FVC çox zaman azalır (dinamik restriksiya).

Bronxodilatasion test

Göstərişlər

  • Geri dönə bilən obstruksiyanın aşkar edilməsi (bronxial astma? XOAX?)
  • Bronxial astma üçün dərman terapiyası uyğunluğunun dəyərləndirilməsi: pasiyent öz standart dərman preparatlarını təlimata müvafiq istifadə etməlidir (dərman preparatının həqiqətən istifadə edildiyini dəqiqləşdirin və qəbul vaxtını hesabatda qeyd edin).

Sınağın aparılması

  • Spirometriya simpatomimetikin inhalyasiyasından əvvəl (0,4 mg salbutamol) və ondan 10-15 dəq sonra aparılır.

Nəticələrin interpretasiyası

  • Bronxial astma üçün diaqnostik əhəmiyyətə malik dəyişikliklər:
    • FEV1 və/və ya FVC 12% və 0,20 l-dən az olmayaraq artmışdır
  • Bronxial astma mövcudluğuna işarə edən dəyişikliklər:
    • MMEF 33% və/və ya 0,4 l-dən az olmayaraq artmışdır
    • MEF50 artımı 36% və/və ya 0,3 l/s-dən az deyil 
    • PEF 23% və/və ya 1,0 l/s-dən az olmayaraq artmışdır
  • Axın sürətində dəyişikliklər xətalarla bağlı ola bilər ki, bunların aşkarlanması üçün xüsusi professional hazırlıq tələb olunur.

Tipik nəticə profilləri

  • Ağciyərlərdə müxtəlif növ dəyişikliklər zamanı axın-həcm əyriləri şəkildə təqdim edilmişdir .

Bronxial astma

  • FEV1, FEV1/FVC, PEF, MEF50 və MMEF azalmışdır (obstruksiya), yaxud yüngül və ya yaxşı nəzarət altında saxlanılan bronxial astmada müvəqqəti normaldır.
  • Həmçinin FVC da azala bilər (dinamik restriksiya) lakin VC (həyat tutumu, ing. vital capacity) çox zaman FVC ilə müqayisədə yuxarıdır.
    • FVC ağır bronxial astma zamanı azalmış ola bilər (dinamik restriksiya) və belə hallarda VC göstəricisi əhəmiyyətli dərəcədə FVC səviyyəsini üstələyə bilir.
  • Bronxodilatator sınağı zamanı göstəricilərdə əhəmiyyətli irəliləyiş müşahidə edilir (yuxarıda bax).

Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)

  • FEV1 və FEV1/FVC azalmışdır. Xəstəliyin erkən mərhələsində, yalnız MMEF və ya MEF50 azalmış ola bilər (xırda tənəffüs yollarının obstruksiyası).
  • Xüsusilə emfizemada, MMEF və MEF50 çox aşağı ola bilər (kollaps-tipli nəticə).
  • FVC çox zaman azalmış olur (dinamik restriksiya).
  • Bronxodilatasion test zamanı əhəmiyyətli dərəcəli cavab reaksiyası müşahidə edilmir.

Restriktiv ağciyər xəstəliyi

  • FEV1, FVC və VC azalmışdır, lakin FEV1/FVC normadadır.
  • Səbəblərə ağciyərdə parenximal proseslər (alveolit, fibroz), plevra üzərində fibroz yığıntılar, plevral effuziya, döş qəfəsi və ya onurğanın döş hissəsinin deformasiyası, piylənmə, xroniki ürək çatışmazlığı və aorta-koronar şuntlama əməliyyatının fəsadları aid ola bilər.
  • Bronxodilatasion test zamanı əhəmiyyətli dərəcəli cavab reaksiyası müşahidə edilmir.

Ağciyərlərin funksional qiymətləndirilməsi üçün digər testlər

  • Ağciyərlərin funksiyasının dəyərləndirilməsi üçün geniş istifadə edilən digər testlərə aiddir
    • ağciyərlərin diffuzion qabiliyyətinin ölçülməsi, bu ağciyər toxuması funksional pozğunluqlarının daha detallı müayinəsi üçün istifadə oluna bilər (məs., ağciyər fibrozu və ya emfizema zamanı) 
    • bronx əzələlərinin yığılma qabiliyyətinin ölçülməsi (histamin və ya metaxolin təsirinə məruz qalma) ki, bu bronxial astmanın diaqnostikası üçün vacibdir
    • nəfəs verilən havada azot oksidinin ölçülməsi, tənəffüs yollarında eozinofil iltihab olmasını aşkar edir, bu da əksərən bronxial astma ilə assosiasiya olunur
    • ağciyər həcmlərinin He-spirometriya və ya bodipletizmoqrafiya vasitəsilə ölçülməsi (ümumi tutum və qalıq hava).

Viljanen AA, Halttunen PK, Kreus KE, Viljanen BC. Spirometric studies in non-smoking, healthy adults. Scand J Clin Lab Invest Suppl. 1982;159:5-20 Quanjer PH, Stanojevic S, Cole TJ et al. Multi-ethnic reference values for spirometry for the 3-95-yr age range: the global lung function 2012 equations. Eur Respir J 2012;40(6):1324-43. Kainu A, Timonen KL, Toikka J et al. Reference values of spirometry for Finnish adults. Clin Physiol Funct Imaging 2016;36(5):346-58.