Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Aşağı ərtaflarda əzələ qıcolmaları

Mündəricat

Aşağı ərtaflarda əzələ qıcolmaları

EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
Editors

Əsasları

  • Aşağı ətraflarda əzələ qıcolmaları əsasən gecələr və ya yuxudan oyandıqda aşağı ətraflarda baş verən ağrılı, məcburi və davamlı əzələ yığılmalarına aid edilir.
  • Yalnız bir qıcolma baş verərsə, simptomlar adətən xoşxassəli olur.
  • Adətən əlavə müayinələrə ehtiyac duyulmur. Müalicəsi üçün əzələnin dartılması və masajı kifayət edir.

 Tərifi: Aşağı ətraflarda meydana gələn ağrılı və davamlı əzələ yığılmaları

Etiologiya

  • Aşağı ətrafların əzələ qıcolmaları aşağıdakı hallarla əlaqəli olaraq meydana gəlir
    • elektrolit balansının pozulması (xüsusilə hiponatremiya)
    • əzələlərdə hipoksiya
    • aşağı ətrafların davamlı və ya anormal gərginləşməsi
    • uzunmüddətli istirahətdən sonra qəfil hərəkət etmək
    • hamiləlik
    • dehidratasiya
    • diuretik və ya statin qəbulu
    • aşağı ətrafların ödemi
    • periferik neyropatiya
  • Xəstənin bədən proporsiyası təşviqedici faktor olaraq qəbul edilmir. Aşağı ətraflarda əzələ qıcolmaları xüsusilə böyüklərdə heç bir xüsusi səbəbin olmadığı halda tez - tez müşahidə edilə bilər. 

Müayinələr

  • Aşağı ətrafların klinik müayinəsi (şişkinlik, varikoz genişlənmə, staz dermatiti, aşağı ətrafların arterial sirkulyasiyası, hissiyat, əzələ atrofiyası)
  • Plazmda natrium, kalium, kalsium və maqnezium səviyyələri, TSH,  ac halda qan şəkəri və kreatin kinaza.
  • Əlavə simptom və əlamətlər mövcud olmadıqda aşağı ətraflarda əzələ qıcolmaları zamanı əlavə müayinələrə ehtiyac duyulmur.

Müalicə

  • Aşağı ətraflarda qıcolmalar zamanı göstərilən ilkin tibbi yardıma böyük əzələlərin passiv şəkildə dartılması və masaj edilməsi aid edilir. Profilaktikası təşviqedici faktorların aradan qaldırılması və alkoqol və kofein qəbulunun məhdudlaşdırılmasından ibarət olur.
  • Ağır hallarda diazepam və ya klonazepam təyin edilə bilər, lakin xəstəyə müalicənin effektivliyini və əks təsirlərin meydana gəlməsini yoxlamaq məqsədilə nəzarət edilməlidir.
  • Böyüklərdə və hamilə qadınlarda aşağı ətraflarda qıcolmalar zamanı maqneziumun effektiv təsir göstərməsi müşahidə edilməmişdir.