Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sistem xəstəliklərindən əziyyət çəkən xəstələrin kontrasepsiyadan (hamiləliyə qarşı vasitə) istifadə etməsi

Mündəricat

Sistem xəstəliklərindən əziyyət çəkən xəstələrin kontrasepsiyadan (hamiləliyə qarşı vasitə) istifadə etməsi

EBM Klinik protokolları
06.06.2018 • Sonuncu dəyişiklik 21.08.2017
SeppoSaarikoski

Ürək-damar (kardiovaskulyar) xəstəlikləri.

Qapaq xəstəlikləri (ciddi mitral qapaq prolapsı da daxil olmaqla); erkən miokard və ya serebral infarkt.

  • Dərialtı (subkutan) progestogen tərkibli implantlar və progestogen həblər, eləcə də progestin və mis tərkibli UDV-lər (uşaqlıdaxili vasitələr, [stabil cinsi partnyorluq şərtdir]).
  • Kombinə olunmuş oral kontraseptivlər (KOK-lar) yüksək tromboemboliya riski səbəbilə tövsiyə edilmir.

Xroniki hipertenziya

  • Mis və ya progestogen tərkibli UDV-lər və ya yalnız-progestogen tərkibli həblər, implantlar və ya inyeksiyalar alternativ vasitələr hesab edilir.
  • Xəstəliyə nəzarət zəifdirsə, KOK-lar tamamilə əks göstəriş hesab edilir. Aşağı estrogen dozalı kombinə olunmuş preparatlar yalnız qan təzyiqinin yüngül dərəcədə yüksəlməsi və xəstəliyə nəzarətin yaxşı olması hallarında tətbiq edilə bilər'.
  • Tərkibində drospirenon olan dərman preparatları qan təzyiqinə müsbət təsir göstərir. Buna baxmayaraq, bu dərman preparatının hipertenziv xəstələr üzərindəki təsirini nümayiş etdirən tədqiqatlara az sayda təsadüf edilir.

Tromboembolik xəstəliklər.

  • KOK-lar əks göstəriş hesab edilir.
  • Ailə anamnezində tromboemboliya olduğu hallarda, hətta xəstədə erkən tromboembolik ağırlaşmalar müşahidə edilməsə belə bu məhsulların tətbiqindən əvvəl hemostazın laborator müayinələri göstəriş hesab edilir.

Metabolik xəstəliklər.

Diabet

  • KOK-lar orqanizmin insulinə qarşı reaksiyanı pisləşdirə bilər. Buna görə də KOK-ların tətbiqinə başladıqdan qısa bir müddət sonra qlükoza balansının tənzimlənməsi vacibdir.
  • Aşağı dozalı KOK-lar cavan heç vaxt doğmamış (nulliparous ) qadınlar  üçün təhlükəsiz hesab edilir; həmçinin mis tərkibli və hormon ifraz edən UDV-lər mümkün alternativ vasitələr hesab edilir.
  • Mis tərkibli və hormon ifraz edən UDV-lər və ya sterilizasiya yaşlı qadınlar üçün alternativ vasitələrdir.

Dislipidemiya

  • Tərkibində dezogestrel, gestogen və ya drospirenon olan KOK-lar, eləcə də hormon ifraz edən  və ya mis tərkibli UDV-lər və progestogen tərkibli subkutan implantlar uyğun hesab edilir. Əgər koronar arteriya xəstəliyi ilə yanaşı dislipidemiya müşahidə edilərsə, KOK-lar əks göstəriş hesab edilir.

Polikistoz Yumurtalıqlar Sindromu (PKYS)

  • Tərkibində dezogestrel, drospirenon, gestoden və ya progestogenin törəməsi kimi siproteron asetat (cyproterone acetate ) olan KOK-lar uyğun hesab edilir. Bax...

 Ciddi qaraciyər xəstəlikləri

  •  Mis tərkibli UDV və baryer üsulları.

Tiroid pozuntuları

  • Kontraseptiv metodların seçilməsinə heç bir təsir göstərmir.

Nevroloji xəstəliklər

Miqren

  • KOK-lar hər üç xəstədən birində miqrenə xas simptomların daha da ağırlaşmasına səbəb olur. UDV və ya yalnız progestin tərkibli kontraseptiv üsullar bu kimi hallarda alternativ vasitə olaraq tətbiq edilir.
  • Trombozun artmış riski səbəbilə KOK-lar auralı miqreni olan qadınlar və ya 35 yaşdan yuxarı aurasız miqrendən əziyyət çəkən qadınlar üçün əks göstəriş hesab edilir.

Epilepsiya

  • Mis UDV və ya hormon ifraz edən UDV əsas seçim hesab edilir.
  • Phenobarbital, phenytoin, carbamazepine  və paramethadion steroid-metabolizə edən fermenti stimullaşdırır, böyük ehtimalla hamiləlik riskini də artırır.
  • Benzodiazepines və ya valproate qəbul edən xəstələr rahatlıqla KOK-lar qəbul edə bilər.

Psixoz, dərman alüdəçiləri

  • Mis tərkibli və hormon ifraz edən UDV-lərə, eləcə də progestogen implantlara etibarlılığı və istifadəsi asan olduğu üçün üstünlük verilir.
  • KOK-lar bəzi xəstələrdə depressiyaya meyilliliyi artırır. Buna baxmayaraq onların tətbiqi əks göstəriş hesab edilmir.

Digər xəstəliklər

Revmatik xəstəliklər

  • KOK-lar revmatoid artritdə simptomları yüngülləşdirə bilir.
  • İkinci nəsil progestinlərdən ibarət kombinə olunmuş oral kontraseptivlərin yüngül və stabil antifosfolipid anticisim neqativ qırmızı qurd eşənəyində  (SLE, Systemic Lupus Erythematosus) xəstəliyin aktivliyinə təsir etmədiyi görünür. Bu səbəblə də SLE zamanı UDV  ən uyğun seçim hesab edilir. Yalnız progestin tərkibli üsullar da mümkün sayılır.

Piylənmə

  • Mis  və progestogen ifraz edən UDV-lər tətbiq edilə bilər.
  • Bədən çəkisinin 85-90 kq-dan yuxarı və/və ya bədən kütləsi indeksinin (BKİ) 30-dan yuxarı olduqda KOK-ların effektivliyinin azaldığı güman edilir. Prospektiv tədqiqatlardan əldə edilən sübutlar hələ də kifayət qədər deyildir.
  • Artıq çəki də həmçinin hipertenziya və dolayı yolla tromboz riskinin artmasına təsir edə bilər.

Xərçəng

  • KOK-lar süd vəzilərinin hormonal-asılı  törəmələrinin residivləşməsi riskini artıra bilər və ya xəstəliyin yayılmasını təşviq edə bilər.
  • KOK servikal karsinomalı xəstələr üçün əks göstəriş hesab edilmir.

Böyrək xəstəlikləri

  • Böyrək xəstəlikləri ilə əlaqəli hipertenziya kontraseptiv üsulların seçilməsinə təsir edə bilər.

Astma

  • Kontraseptiv üsulların seçilməsinə təsir göstərmir.

Bonnema RA, McNamara MC, Spencer AL. Contraception choices in women with underlying medical conditions. Am Fam Physician 2010;82(6):621-8. Curtis KM, Chrisman CE, Peterson HB, WHO Programme for Mapping Best Practices in Reproductive Health. Contraception for women in selected circumstances. Obstet Gynecol 2002 Jun;99(6):1100-12. Pitts SA, Emans SJ. Controversies in contraception. Curr Opin Pediatr 2008 Aug;20(4):383-9.