Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ankilozan spondilit və aksial spondiloartrit

Mündəricat

Ankilozan spondilit və aksial spondiloartrit

EBM Klinik protokolları
17.03.2017 • Sonuncu dəyişiklik 17.03.2017
DanNordström

Ümumi məlumat

  • Xəstəliyin ayrılmaz xüsusiyyəti, bağ nahiyələrindəvə onurğanın faset oynaqlarında habelə sakroiliak (Sİ) oynaqlarında olan iltihabdır.
  • Vəziyyət əsasən HLA-B27 nəticəsi müsbət olan şəxslərə təsir göstərir və aşağıdakılar ilə birlikdə seronegativ spondiloartropatiyalar qrupuna aid olur:
    • reaktiv enteroartrit və uroartrit
    • entezitlə bağlı artrit (ERA),  yetkinlik yaşına çatmayan uşaqlarda meydana gələn idiopatik artrit növü
    • psoriatik artrit
    • iltihablı bağırsaq xəstəliyi ilə əlaqəli artropatiya.
  • Yuxarıda göstərilən xəstəliklər eyni ailənin üzvlərində rast gəlinə bilər və hamısı ankilozan spondilitə səbəb ola bilər.
  • Bu hal reaktiv artritdən fərqli olaraq xroniki hala gəldikdə və heç bir səbəbkar maddə aşkar edilmədikdə  idiopatik adlanır.
  • Aksial spondiloartrit və ankilozan spondilit eyni xəstəliyin davamı sayılır, lakin aksial spondiloartriti olan bütün xəstələr ankilozan spondilitlə üzləşmirlər.

Anlayış və hadisə

  • Aksial spondiloartrit və ankilozan spondilit eyni xəstəlik spektrinin bir hissəsidir; aksial spondiloartritdə iltihablı dəyişikliklər Sİ oynaqlarında və beldə də maqnet rezonans tomoqrafiyası (MRT) ilə görünə bilər, ancaq radioqrafik dəyişikliklər olduqda vəziyyət artıq ankilozan spondilit halına gəldi.
  • Aksial spondiloartrit bəzi (təxminən üçdə birində) hallarda ankilozan spondilitə çevrilir və bu xəstələr mümkün qədər tez aktiv müalicə almalıdırlar.
  • Ankilozan spondilit, revmatoid artrit kimi geniş yayılmışdır, lakin xəstələrin üçdə birindən daha azına kliniki xəstəlik diaqnozu qoyulur. Qadınlarda vəziyyət demək olar ki, kişilərdə olduğu kimi olur, ancaq xəstəxana müalicəsi tələb edən kəskin ankilozan spondilitə əsasən kişilərdə rast gəlinir.
  • Xəstəlik 25 yaşda daha da kəskinləşir, lakin diaqnostika adətən gecikir. Aksial spondiloartritin ən yeni diaqnozu diaqnostika gecikməsini azaldır çünki diaqnostikada MRT-dən istifadə edilir. 

Kliniki müayinə

  • İltihablı bel ağrısının təyin edilməsi çox vacibdir, bel ağrısı olan şəxsdə 3 aydan artıq aşağıdakı 5 meyardan ən azı 4-ü olarsa bu xəstəliyin olduğunu göstərir:
    • simptomlar 40 yaşdan daha tez yaranır
    • gizli bel ağrısının başlaması
    • gecələr yaranan ağrı
    • hərəkət etdikdə simptomlar artır
    • dincəldikdə isə simptomlarda artış olmur.
  • Sakroiliit: gecənin ikinci yarısında xəstəni oyadan bel və sağrı nahiyələrindəki ağrı
  • Dincəldikdən və oturduqdan sonra rigidlik 
  • Onurğada sərtlik və ağrı, boğazın qığırdaqlarında incə ləkələr
  • Əsasən aşağı ətrafların böyük oynaqlarına təsir edən periferik artrit
  • Entezit əsasən aşağı ətradflarda olur. (dabanın altında ağrı olur)
  • Daktilit
  •  Xəstələrin 20%-də kəskin uveit (uveit xəstəliyin ilk əlaməti ola bilər )
  • Bəzən xroniki iltihablı bağırsaq xəstəliyi (Kronn xəstəliyi və ya xoralı kolit)
  • Ürək və aortitdə bəzən ötürücülük pozğunluqları  baş verə bilər (auskultasiya, şübhələndikdə isə EKQ lazım olur)

Diaqnostika

  • Kliniki nəticə (yuxarı baxın)
  • Kliniki tapıntılar
    • SI oynaqlarında sıxılma, palpasiya və manipulyativ stres testləri nəticəsində yaranan həsaslıq (Patrik test )
    • irəli əyilərək barmaq uclarını döşəməyə dəydirmək
    • Şober testi (normal > 4 sm)
    • Bel fleksiyası
    • Oksiputal divar məsafəsi (normal 0 sm)
    • Chest expansion (the normal difference in the chest circumference is over 5 cm at the nipple level)
  • EÇS və CRZ səviyyəsi yüksələ bilər.
  • Sİ oynaqlarının MRT müayinəsi, erkən dəyişiklikləri aşkar etmək üçün 35 yaşdan kiçik xəstələrdə ilkin görüntüləmə metodu olaraq tövsiyə olunur; Yaşlı xəstələrdə olkin araşdırma üçün rentgen şüaları  uyğundur.
  • Rentgen şüaları bel  (ilk dəyişikliklər əsasən torakal və  bel arasındakı sərhəddə görünür) və SI oynaqları üzərində tətbiq edilir. Radioqrafik sakroilitin inkişafı  2-8 il çəkir.
  • Radioloji dəyişikliklər rentgen şüalarında görünməzdən əvvəl sakroiliiti yoxlamaq üçün MRT istifadə edilə bilər və beləliklə bu da, iltihabın dərəcəsini müəyyənləşdirməyə imkan verir. Sİ oynaqlarının rentgen şüaları normal olduqda, kliniki nəticə iltihablı bel ağrısı meyarlarınuyğun gələrsə (yuxarıda bax) MRT tövsiyə olunur. Onurğadakı oedematoz dəyişikliklər (Romanus və Andersson tipli lezyonlar) da diaqnozu dəstəkləyir. Anormal MRT tapıntıları ümumiyyətlə simptom başlanandan 2 ay sonra mövcud olur. Tomoqrafiyaya ehtiyac olduqda, ankilozan spondilitin başlanğıc simptomunun 45 yaşdan daha erən meydana gəldiyi unudulmamalıdır.
  • Diaqnostikada HLA-B27 antigen testi, iltihablı bel ağrısı amilləri və 40-45 yaşdan əvvəl başlayan simptomları olan xəstələr üçün olmalıdır.
  • BSCD tərəfindən müyyənləşdirilən aksial spondiloartritin təsnifat meyarları (Beynəlxalq SpondiloArtrit cəmiyyətinin dəyərləndirilməsi), cədvələ baxın.

Differensial diaqnostika

  •  rentgen şüalarında osteit kondensasn ili
  • Degenerativ onurğa xəstəlikləri
  • Rentgen şüalarında diffuz idiopatik skelet hiperostoz (DİSH)
  • Siyatika
  • Digəər spondilartropatiya
    • Reaktiv artrit
    • Psoriatik artropatiya
    •  İltihablı bağırsaq xəstəlikləri ilə əlaqəli artopatiya
BSCD-nin müəyyən etdiyi,  ≥ 3 ay davam edən bel ağrısı olan və xəstəlik  < 45 yaşda başlayan xəstələrdə aksial spilondiloartritin(SpA) təsnifləndirilmə amilləri
Mənbə: Rudwaleit M, van der Heijde D, Landewé R et al. Beynəlxalq Spondiloartrit Cəmiyyətinin dəyərlənidirilməsinin aksial spondiloartritin təsnifat meyarları( II hissə ): təsdiqləmə və son seçim. Ann Rheum Dis 2009;68(6):777-83.
Sakroilit (MRT və ya rentgen şüalarında) + ≥ 1 SpA əlaməti
 
və ya
 
HLA-B27 + ≥ 2  digər SpA əlaməti
SpA əlamətləri
  • İltihablı bel ağrısı
  • Artrit
  • Entezit (dabanda)
  • Uveit
  • Daktilit
  • Psoriatiya
  • Kron xəstəliyi/ xoralı kolit
  • QSİƏP-lərə müsbət reaksiya verməsi
  •  Genetik SpA tarixçəsi
  • müsbət HLA-B27 nəticəsi
  • Artan CRZ konsentrasiyası

Müalicə

  • Fizioterapiya onurğanın struktur zədələnməsinin qarşısını almaq üçün müalicənin əsas hissəsidir. Mütəmadi olaraq onurğa ekstensiyası məşqlərini təşviq etmək vacibdir və xəstəyə təhlükəsiz bir məşq proqramı verilməlidir (rigid osteoporotik beldə sınıq riski nəzərə alınmalıdır).
  • QSİƏP vasitəsi  (mütəmadi olaraq istifadə olunan COX-2 ilə), belin degenerativ xəstəliklərdən daha yaxşı simptomları aradan qaldırır və terapevtik müayinə differensial diaqnozda faydalıdır. Müalicə kursları aylarla da davam edə bilər və xəstəliyin radioloji gedişatını yavaşladır.
  • EÇS və / və ya CRZ yüksəldildikdə və ya xəstənin periferik oynağında ağrı varsa,  çox güman ki, xəstəliyin erkən mərhələsində sulfasalazine   faydalı olacaqdır.
  • Metotreksatın effektivliyi mübahisəli məsələdir, lakin periferik xəstəlikdə müəyyən fayda göstərə bilər.
  • Yerli kortikosteroid enjeksiyonları periferik artrit, sakroiliit və ensezit üçün faydalıdır.
  • Bioloji maddələr (TNF(şiş əleyhinə nekroz faktoru)  inhibitoru və ya IL-17 inhibitoru secukinumab)yalnız aşağıdakı hallarda istifadə edilə bilər:
    • Bath Ankilozan Spondilit Xəstəliyi Fəaliyyəti İndeksi (BASDAI, kalkulyator) nəticəsi > 4 , MRT-də yüksələn CRZ və ya aktiv sakroiliit olduqda, səhər orta dərəcədə ağrı və onurğada sərtlik, aktiv onurğa xəstəliyi olduqda, maksimum dozada QSİƏP və sulfasalazin qəbulu uğursuz nəticələndikdə

 

Müvafiq mənbələr

 

  • Kliniki qaydalar
  • Ədəbiyyat

Sieper J, van der Heijde D, Landewé R ym. New criteria for inflammatory back pain in patients with chronic back pain: a real patient exercise by experts from the Assessment of SpondyloArthritis international Society (ASAS). Ann Rheum Dis 2009;68(6):784-8Rudwaleit M, van der Heijde D, Landewé R ym. The development of Assessment of SpondyloArthritis international Society classification criteria for axial spondyloarthritis (part II): validation and final selection. Ann Rheum Dis 2009;68(6):777-83.