Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaq poliklinikasında tibbi müayinə

Mündəricat

Uşaq poliklinikasında tibbi müayinə

EBM Klinik protokolları
02.12.0002 • Sonuncu dəyişiklik 08.04.2009
ElinaHermanson

Qeyd: bu məqalə bundan sonra yenilənməyəcəkdir. 

Ümumi məlumat

  • Finlandiyada uşaqlar doğum evindən evə yazılmamışdan əvvəl rutin olaraq müayinə olunurlar. Uşaq poliklinikasında həkim uşağı yenidən 6-8 həftə, 4 ay, 8 ay, 18 ay və 5 yaşında və 3 yaşında mümkün olan vaxtda müayinə edir. Bu müayinələr bu məqalədə təsvir edilmişdir. Həkimin uşaq üççün sərf etməli lduğu məsləhət görülən vaxt 30 dəqiqədir. 
  • Həkimin əsas tapşırığı istənilən şübhə olan anomaliyalar, risk faktorları, mənbələr və uşağın ümumi sağlamlığı barədə nəticə çıxartmaqdır. Sonra uşağa və ailəsinə bu tapıntıları iah etməli və birlikdə sonrakı hər hansı lazım olan müayinələri planlaşdırmalıdır.   
  • Uşaq poliklinikasında planlı müayinələrin məqsədi yalnız xəstəlik və patologiyaların skrininqi deyil, lakin həmçinin bütün ailənin sağlamlığının möhkəmləndirilməsidir. Bu məqalənin əsasən uşağın fiziki əlamət və simptomlarına istiqamətlənməsinə baxmayaraq, uşağın psixi vəziyyətinə, onun sosial əhatəsinə (ailə) və risk faktorlarına fikir verilməlidir; istənilən şübhə yoxlanılmalıdır.
  • Gözlərin və görmənin müayinəsi üçün həçinin baxın  . 
  • Hər görüş zamanı patronaj işçisi olmalıdır. Əgər poliklinikanın qanunlarına görə uşaqlar 3 yaşında yalnız patronaj işçisinin yönəldilməsi zamanı müayinə edilməlidirsə, o zaman bu müayinələr üçün kifayət qədər vaxt ayrılmalıdır. Poliklinikada işləyən həkimdən normadan kənara çıxamları təyin edə bilməsi gözlənilir. Buna görə də o hətta bu xüsusi yaş qrupunda olan uşaqları rutin olaraq müayinə etməsə belə bütün yaşlarda uşaqların normal inkişafını bilməlidir, . 
  • Finlandiya təlimatlarına görə patronaj işçisi uşaq və onun ailəsini həkimdən daha tez-tez görür: 6 ayına qədər ən azı ayda bir dəfə, sonradan ildə bir dəfə. Tez-tez görüşlər lazımdır, məsələn, uşağın inkişafını müşahidə etmək üçün və sağlam həyat tərzinin təbliği ilə bağlı problemləri müzakirə etmək üçün (pəhriz məsləhəti, tərbiyə ilə bağlı məsləhət, peyvənd edilməsi). Bu problemlər məqalədə əhatə olunmayıb. 
  • Planlı görüş zamanı həkim ilə patronaj işçisinin tapşırıqların bölüşdürülməsi hər iki mütəxəssisin təcrübə və ixtsasını nəzərə alaraq diqqətlə düşünülməlidir. 
  • Klinik müayinədən əvvəl həkim və patronaj işçisi birlikdə poliklinikaya müraciət edən ailənin sağlamlıq qeydlərini nəzərdən keçirtməlidirlər. 

6-8 həftə

Məqsədlər

  • Bu yaşdan gec olmamaq şərtilə bud-çanaq oynağının inkişaf displaziyasının diaqnostikası
  • Anadangəlmə kataraktanın təyin edilməsi
  • Kəskin serebral iflic, eşitmə və gözrmə pozuntularının təyini
  • Uşaq ilə ananın münasibətlərində hər hansı problemlər qeyd olunmalıdır, anada mümkün olan depressiya da həmçinin qeyd olunmalıdır. 

Tibbi müayinə

  • Patronaj işçisinin istənilən qeydlərini (ailənin vəziyyəti, ümumi müayinələr) ilə yanaşı, doğum evində mama-ginekoloqun qeydlərini oxuyun. Hamiləliyin müddətini, hər hansı müşahidə edilmiş anomaliya və risk faktoralrını qeyd edin. 
  • Valideynlərlə danışın. Doğuşdan sonrakı depressiyaya tez-tez rast gəlinir və ana və körpənin faydassı üçün müdaxilə vacibdir, çünki qarşılıqlı münasibət problemlərinin çox böyük təsirləri ola bilər. Əgər lazımdırsa yeni göörüş təyin edin. 
  • Əgər müayinə zamanı uşağın inkişafında anormallıq olmasından şübhələnilərsə qısa zaman fasiləsindən (2 həftə) sonra müayinə təkrarlanmalıdır.
  • Uşağı müayinə etməmişdən əvvəl sahə tibb bcısının əldə etdiyi ölçülərdən uşağın uzunluğu, çəkisi və başın çevrəsinin inkişafını yoxlayın. 
  • Uşaq müayinə stolunda arxası üstə uzanmalıdır.
    1. Ümumi görünüş, əzələ tonu, ayıqlıq. Əgər uşağın ümumi vəziyyəti qeyri-normal təzahürlər göstərirsə (təcili yönəldilmə) və ya çəki artımı  zəifdirsə sonrakı müayinələrə yönəldilmə vacibdir. Ürək problemlərini düşündürən əlamətlərə qida qəbulu zamanı tükənmə, atipik solğunluq və tərləmə ilə yanaşı tənəffüs sayının yüksəlməsi (40 nəfəsalmadan çox) daxildir.
    2. Valideynlərlə münasibətlər və əlaqələr. Uşaq əldə özünü rahat hiss etməli və gülümsəməyə cavab verməlidir. Valideynlərin uşağa cavabı empatik və isti olmalıdır. 
    3. Oral motor funksiyaları müşahidə edin və soruşun və hər hansı səs çıxartmanı qeyd edin:  uşaq heç bir problem olmadan sora bilir və qısa səslər çıxarır. 
    4. Gözlərin işığa doğru fiksasiyasını müşahidə edin. Uşaq qısa göz əlaqəsi yaratmalı və  gözlərini ən azı bir tərəfdən digərinə doğru 90 dərəcə və orta xəsttə ətrafında çevirə bilməlidir. Fiksasiyanın olmaması və ya nistaqm görmə zədələnməsinin əlaməti ola bilər. 
    5. Bəbəklərin ölçüsünü və işığa reaksiyasını yoxlayın və oftalmoskopda qırmızı refleksin varlığını təsdiqləyin. 
    6. Ürəyə qulaq asın və bud arteriyası nəbzini palpasiya edin. Bud arteriyasında nəbzin olmaması aşağı ətraflarda qan təzyiqinin ölçülməsi üçün göstərişdir. 
    7. Ürək və kəllə ytikişlərilə yanaşı qarnı palpasiya edin: qaraciyər, dalaq, mümkün kütlələr. Dərini təftiş edin. 
    8. Xayalığı palpasiyaedin və ya xarici cinsiyyət orqanları sahəsini təftiş edin. Əgər xayalar enməyibsə: valideynləri məlumatlandırın və növbəti müayinə zamanı xayaları yoxlayın. 
    9. Uşağın duruşunu (asimmetrik tonik boyun refleksinin normal fenomen olduğunu yadda saxlayın) və spontan hərkətlərini müşahidə edin. Bədəni bükməklə əzələ tonusunu və oynaqlardan bükməklə ətrafların tonusunu müayinə edin. Topuqların yüngül təzyiqlə bud-çanaq oynaı və dizlərin dartıldığı halda büküldüyünə və bud-çanaq oynağının passiv olaraq tamamilə açıldığına əmin olun. Ayaqları mümkün struktur anomaliyaları üçün müayinə edin. 
    10. Qollarının altında uşağı tutmaqla dəstəkləyici və addımlayıcı refleksləri yoxlayın. Bütün bədən çıkisini dəstəkləyə bilmək bacarığı heç də həmişə hipertoniyanın əlaməti deyildir. 
    11. Başın idarə edilməsini yoxlayın: sağlam və çevik uşaq bədənin horizontal vəziyyətdən 45 dərəcədə dəstəklənməsi zamanı başını dik tuta bilir. Uşaq oturulu vəziyyətdə tez başını dik saxlaya bilməlidir. İstənilən səviyyədə başını saxlaya bilinməməsi uşaq nevroloqu tərəfindən sonrakı müayinələrə ehtiyac vardır. 
    12. Uşağın uzanmış vəziyyətdən burnunu azad etməsi üçün başını qaldıra bilməsini müşahidə edin. 
    13. Biləkdən əlin açılmasını müşahidə edin və soruşun. Bu müəyyən vaxtlarda baş verə bilər. 
    14. Bud-çanaq oynağının dislokasiyası üçün Ortolani və provokasiya testini tətbiq edin. Ayaqların uzunluğunda uyğunsuzluğu və dəri büküşlərinin asimmetriyasını müayinə edin. Əgər birindən şübhələnilirsə, amma Ortolani testi neqativdirsə daban-sağrı testini tətbiq edin. Bud-çanaq oynağının anadangəlmə dislokasiyasına dair ən kiçik şübhə belə mütəxəssis konsultasiyası üçün göstərişdir. 
    15. Uşağın səsə (kiçik zəng və s) qorxu, gözlərini açıb-yummaq və ya dayanıb qulaq asmaqla cavab verə bilməsini yoxlayın. Əgər hər hansı reaksiya aşkar edilmirsə evdəki səsə (gecə yatan zaman) reaksiyaları barədə soruşun. Əgər hər hnsı şübhə yaranırsa və ya valideynlər eşitmə problemlərindən şübhələnirlərsə uşağı 1-2 həftədən sonra yenidən müayinə edin və əgər lazımdırsa  sonrakı müayinələr üçün yollayın otorinolarinqoloqa yönəldin. 
    16. Rotavirus infeksiyası əleyhinə peyvəndin mümkünlüyü (milli peyvən proqramının bir hissəsi deyildir) barədə ailəyə məlumat verin.

Dörd ay

Məqsədlər

  • Hipertoniya, qyeri-normal bədən duruşu və ya hərəkətlərini və yaxud fizioterapiya başlamaq məqsədilə asimmetriyanın təyin edilməsi. 
  • İnfantil spazmlara şübhə yaradan birbaşa oyandıqdan sonra baş verən kəskin hərəkərləri təyin edin. Əgər belə bir şeydən şübhə varsa sonrakı müayinələrə yönəldin. 
  • Ailənin əlavə dəstəyə ehtiyacının olmasını təyin edin və əgər lazımdırsa yardımı təşkil edin. 
  • Xayalığı enməmiş oğlan uşaqlarını uşaq cərrahına yönəldin. 

Tibbi müayinə

  • Birinci valideynlərlə evəd olan vəziyyət və ya valideynlərin hər hansı xüsusi narahatlıqlarının olub-olmaması barədə danışın. 
  • Uşağın uzunluğunun, çəkisinin və baş çevərsinin inkişafını müayinə edin və patronaj işçisinin qeyd etdiyi hər hansı qeydləri (peyvəndlər, ümumi müayinələr) oxuyun.
  • Əgər müayinə uşağın inkişafında hər hansı anormallığın olmasına şübhə yaradarsa kiçik zaman intervalından sonra (4 həftə) müayinəni təkrar edin. 
    1. Ümumi təəssürat və zirəklik
    2. Valideynlə qarşılıqlı münasibət və əlaqə. Uşaq gülüşə və ya səsə gülümsəməklə cavab verməlidir. Danışığa cavab olaraq müxtəlif səslər çıxartmaqla yanaşı o qarmaqarışıq danışa, qışqıra və bərkdən bülə bilməlidir. 
    3. Uşaq arxası üstə və geyimsiz uzanmalıdır. Uşağın görmə sahəsində qırmızı əşyanı və ya öz üzünüzü hərəkət etdirməklə uşağın gözlərini fiksasiya edə bilmə qabiliyyətini yoxlayın. Əgər uşaq gözlərini fiksasiya eə bilmirsə onun anasından göz əlaqəsinə dair müşahidələri barədə soruşun. Uşağın müayinə vaxtı və ya valideynlərin təsvirinə əsasən   əşyaları izləyə bilməməsi sonrakı müayinələr tələb edən anomaliyaya işarədir. 
    4. İşıq (Hirşberq testi) və qızrmızı refleksi yoxlayın. Strabizm və qırmızı refleksin olmaması ixtisaslı müdaxilə tələb edir. 
    5. Eşitməni yoxlayın (kiçik zəngi eşitmək üçün dayanır və s).   Əgər uşaq az səs çıxarırsa, valideynlər eşitmə qüsurundan şübhələnirsə və ya ailə və yaxud hamiləlik anamnezində eşitmə qüsuru riskinə (inkişafdan qalma, asfiksiya, infeksiyalar) dair şübhə varsa eşitməyə xüsusi diqqət yetirin. 
    6. Ürəyi auskultasiya edin və bud nəbzini yoxlayın. 
    7. Yuxarı ətrafların istifadəsini müşahidə edin və onun haqqında soruşun: istirahət vaxtı əllər yumruq şəklində olmur, kürəyi üstə uzandıqda əllər bir yerdə, əlini ağzına aparır, əşyalara uzadır və yarı açıq əllə əşyaları tutmağa çalışır. 
    8. Uşağı horizontal vəziyyətdən 45 dərəcə qaldırmaqdla başının idarə edilməsini yoxlayın. Baş bədəni izləməli və ya 10-15 dərəcədən çox olmamaq şərtilə geri qalmalıdır. Uşaq oturulu vəziyyətdə dəstək verildikdə başını və bədəninin yuxarı hissəsini düzgün saxlamağı bacarmalıdır. Başın idarə edilməsi zəif olarsa müayinə tezliklə təkrarlanmalıdır və əgər inkişaf yoxdursa uşaq yönəldilməlidir. 
    9. Uşağın duruşunu müşahidə edin və neonatal refleksləri (Moro  refleksi, tutma refleksi, asimmetrik tonik boyun refleksi və yerimə refleksi) yoxlayın.  Əgər bu reflekslər tam aşkar edilmirsə sonrakı müayinələr göstərişdir. Ətrafların əzələ tonlarını yoxlayın və topuqların yüngül təzyiqlə bud-çanaq oynağı və dizlərin uzadılması ilə birlikdə açıldığına əmin olun. 
    10. Dərini müayinə edin. Qida allergiyası (süd) hər hansı davamlı, yayılan və ya pisləşən atopik ekzemanın səbəbi kimi istisna edilməlidir. Digər dəri və bağırsaq şikayətlərinə gəldikdə isə birinci simptomun anormal olduğunu və sonrakı müayinələr tələb etdiyini və yaxud normal uşaqlıq dövrü təzahürü olub-olmamasını qiymətləndirin. 
    11. Qarını palpasiya edin: qaraciyər, dalaq və mümkün kütlə. Qadın xarici cinsiyyət orqanları sahəsini və ya xayalığı müayinə edin. Əgər xayalıq kisəsində xaya yoxdurs, qasıq kanalı boyunca palpasiya edin və xayaları aşağı salın. Əgər ayaları az bir müdddətdə belə xayalıq kisəsinə salmaq mümkün oldusa vəziyyətin sonrakı müşahidəsi kifayətdir, lakin əgər xaya tapılmadısa və ya kanalda daha yuxarı hissədə hiss olundusa uşağı uşaq cərrahına yönəldin. 
    12. Uşağı üzü aşağı vəziyyətdə uzadın və bədəninin yuxaı hissəsini necə dəstəklədiyini müşahidəe edin. Normalda uşaq dirsəklərini çiyin oynaqları ilə birlikdə vertikal xətt üzrə və ya öz qabaqlarında yerləşdirməklə özlərini dəstəkləyə bilirlər. Qarının altında dirsəklərin və yuxarı ətrafların bükülməsi yönəldilmə üçün göstərişdir. 
    13. Bud-çanaq oynağının uzaqlaşmasını yoxlayın və Ortolani testini edin. Əgər bud-çanaq oynağında sərtlik qeyd olunarsa (dizlər müayinə masasına doğu yaxınlaşdırıla bilmir) və ya uzaqlaşma aşkar olaraq asimmetrikdirsə, ayaqların uzunluğunda uyğunsuzluq aşkar edilirsə və yaxud Ortolani testində "çırtma - şaqqıltı" eşidilirsə uşaq uşaq cərrahına yönəldilməlidir. 

Səkkiz ay

Məqsədlər

  • Ən son bu yaşda enməmiş xayalar müəyyən edilir. 
  • Fizioterapiyaya başlamaq (kifayət qədər erkən) məqsədilə hərəki anormallıqlar təyin edilir. Asimmetriya artıq diaqnostika olunmalıdır! 
  • Çəpgözlük təyin edilir. 
  • Görmə və ya eşitmənin çatışmazlığı (patronaj xidməti işçisi təyin edir) təyin edilir. 
  • Nitqin formalaşması problemlərini təyin etmək. Uşaq kifayət qədər kobud qidanı yeyə bilməli, səsləri imitasiya etməli və qarışıq səslər çıxara bilməlidir. Əgər lazımdırsa uşağın eşitməsinin normal olduğu vəziyyətdə loqopedə yönəldilməlidir. 
  • Kəskin qarşılıqlı əlaqə pozuntularını təyin etmək. Uşağın valideynlə təmasdan (qucaqlndıqda, göz kontaktı) qaçıb-qaçmamasını qeyd edin; qeyri-normal vaideyn - uşaq əlaqəsi və ya psixososial məhrumiyyətin mümkün göstəricisi. 
  • Ailənin əlavə dəstəyə ehtiyacının olmasını təyin edin və əgər lazımdırsa yardımı təşkil edin. 

Tibbi müayinə

  • Birinci valideynlərlə evdə olan vəziyyət və ya valideynlərin hər hansı xüsusi narahatlıqlarının olub-olmaması barədə danışın. 
  • Uşağın uzunluğunun, çəkisinin və baş çevərsinin inkişafını müayinə edin və patronaj işçisinin qeyd etdiyi hər hansı qeydləri (peyvəndlər, ümumi müayinələr) oxuyun.
  • Əgər müayinə uşağın inkişafında anormallıq ortaya çıxararsa müvafiq mütəxəssislərlə (məsələn, fizioterapevt) konsutasiya edilməlidir. Onlar adətən uşağın inkişafı barədə valideynlərə məsləhət verə bilirlər. Müayinə qısa zaman intervalından (4 həftə) sonra təkrarlanmalıdır. İzolə edilmiş tapıntıların nadir hallarda böyük əhəmiyyəti olur. 
  1. Ümumi təəssürat və zirəklik
  2. Uşağın ünsiyyət bacarıqlarını müşahidə edin: tutmaq istəyi, göz əlaqəsi, cavabverici səs çıxartmaq, tanış və tanış olmayan şəxslərin fərqləndirilməsi. 
  3. Oral hərəki funksiyaları müşahidə edin və soruşun və hər hansı səs çıxartmanı qeyd edin: Uşaq qaşıqdan yeyə, çeynəyə və uda bilməlidir. Qarışıq cavabverici səsçıxartma. 
  4. Çəpgözlüyü təyin etmək üçün Hirşberq və örtük testi. əgər çəpgözlük təyin edildisə və ya şübhə varsa uşağı oftalmoloqa yönəldin. Əşyanı yuxarı, aşağı və yanlara hərəkət etdirməklə gözlərlə onun izlənməsini yoxlayın. 
  5. Hər iki əli ilə əşyaların bərk tutulmasını müşahidə edin və bu bardə soruşun. Əşyaların bir əldən digərinə ötürülməsi. Cisimlərin ağıza qoyulması. Bu yaşda əllərin istifadəsində asimmetriya nadir hallarda olur, əgər müşahidə edildisə uşaq sonrakı müayinələrə yönəldilməlidir. 
  6. Ürəyi uskultasiya edin. 
  7. Dəriyə baxın və qarını, xayaları palpasiya edin. Əgər xayalığın yuxarı duruşu və ya kriptorxizm müşahidə edilirsə uşaq təcili olaraq yönəldilməlidir. 
  8. Bud-çanaq oynağı və dizlər açıldıqdaeyni zamanda topuqların simmetrik olaraq geriyə açıldığını müayinə edin (adətən spontan geriyə açılma haqqında soruşulduğu halda yalnız passiv geriyə açılma müayinə zamanı aşkar edilir). Geriyə açılmanın olmaması və ya asimmetrik olması yönəldilmə üçün göstərişdir. 
  9. Uşağın üzüüstə uzanmış vəziyyətdə əllərini uzatmaqla bədəninin yuxarı hissəsini dəstəkləyə bilməsini və bir əlini əşyaya (balansı itirmədən hədiyyəni tuta bilmək) uzatdıqda digər əli ilə bədən kütləsini saxlaya bilməsinə baxın. Əgər bu uğurlu deyilsə sonrakı müayinələr göstərişdir. 
  10. Başın önə və yanlara olan qooruyucu reflekslərini müayinə edin. Qoruyucu reflekslər tamamilə yoxdursa müayinə bir aydan sonra təkrarlanmalı və əgər onlar hələ də yoxdursa uşaq sonrakı müayinələrə yönəldilməlidir. Əgər uşaq tək döşəmədə beli düz və başı yuxarı şəkildə dəstəksiz oturursa, bu kifayətdir və sonrakı müayinələrə ehtiyac yoxdur. 
  11. Ayaqları düz saxladıqda kütlə saxlama. Simmetriyanı və uşağın bədən kütləsini dabanlarında yoxsa barmaqları üzərində saxladığını və ayaqlarının bir-biri ilə kəsişib-kəsişmədiyini müayinə edin. Barmaqları üzrəində dayanmaq normal uşaqların 10-də olur, lakin ayaqların kəsişməsi və yaxınlaşdırmanın spazmı həmişə qeyri-normaldır. Əgər uşaq öz kütləsini normal saxlaya bilmirsə müayinə təkrarlanmalıdır və yaxşılaşma olmadıqda yönəldilmə lazımdır. 
  12. Arxadan gələn səsə tərəf uşağın çevrilib-çevrilmədiyini müşahidə etməklə eşitmə testi edin. Əgər uşaq kiçik audiometrin səsinə cavab vermirsə, kiçik zəng istifadə etməklə eşitməni yoxlayın. Əgər uşağın səsin mənbəyini təyin etməkdə çətinliyi varsa test 1-2 həftədən sonra təkrarlanmalıdır. Təbil pərdələrini müayinə edin. Əgər problem varsa və təbil pərdəsinin arxasında maye yoxdursa uşaq otorinolarinqoloqa yönəldiməlidir. 
  13. Görmə: uşaq masadan düşən əşyanı izləməli, oyuncağa əlini uzatmalı və 30 sm məsafədə 8 mm-lik şarda diqqətini cəmləməlidir. 

18 ay

Məqsədlər  

  • Çəpgözlüyün təyin edilməsi. 
  • Psixi inkişafda böyük (kobud) çatışmazlıqlar.
  • Erkən müayinədə gecikmiş nitqin təyini. 
  • Allergiyası olan uşağa qoyulmuş qida məhdudiyyətlərinin yenidən yoxlanması. Bu yaşdan etibarən bəzi məhdudiyyətlər aradan qaldırıla bilər. 
  • Ailənin əlavə dəstəyə ehtiyacının olmasını təyin edin və əgər lazımdırsa yardımı təşkil edin. 

Tibbi müayinə

  • Birinci valideynlərlə evdə olan vəziyyət və ya valideynlərin hər hansı xüsusi narahatlıqlarının olub-olmaması barədə danışın. 
  • Uşağın uzunluğunun, çəkisinin və baş çevərsinin inkişafını müayinə edin və patronaj işçisinin qeyd etdiyi hər hansı qeydləri (peyvəndlər, ümumi müayinələr) oxuyun.
  1. Ümumi təəssürat və zirəklik 
  2. Uşağın qarşılıqlı əlaqə yaratma qabiliyyətini müayinə edin: qucaqlanmaq istəyi, göz əlaqəsi. Uşaq ən gec bu yaşda yad insanlarla disstres yaşayır. 
  3. Nitq: uşağın düzgün istifadə olunan bir neçə sözü olmalıdır. 
  4. Qidalanmaq üçün qaşıq istifadə edir və problemsiz çeynəyir (valideyn müşahidəsi).
  5. Tutqac şəklində tutmaq
  6. İki kərpicdən qüllə düzəldə bilir (istənilən problemlər əzələ tonusu, əl-göz koordinasiyası və ya imitasiya edə bilməməklə assosiasiya olunur)
  7. Əşyaların düzgün ötürülməsi 
  8. Yeni əşyaya maraq (görmə müşahidəsi və məumatların işlənməsi qabiliyyətinin qeyri-spesifik əlaməti)
  9. Qarşılıqlı ünsiyyat yarada bilmək qabiliyyyəti (top oyunu, "al və ver" oyunu) 
  10. Gözləri ilə izləməni və çəgözlüyü yoxlayın: əşyanı yuxarı, aşağı və kənarlara hərəkət etdirin.
  11. Hirçberq testi
  12. Səsin yerinin təyin edilməsi. Uşaq onun adını çəkən şəxsə tərəf başını çevirməlidir. 
  13. Dəstək olmadan gəzə bilmək 
  14. Yardım olmadan ayaq üstə dayan bilmək, məsələn, döşəmədən topu qaldırarkən. 
  15. Spontan hərəkətlər, otuuruş forması, əzələ tonusu: görmə problemləri ilə əlaqədar olaraq asimmetriya və əyriboyunluluğa fikir verin. 
  16. Dəri, ön yuxarı dişlərin vəziyyəti, ürək tonları, qarın nahiyyəsi, bud nəbzləri, xayalıqlar
  17. Ailəyə əgər uşaqda xəstəlik olmayıbsa quş qripi əleyhinə peyvəndin edilməsi barədə məlumat verin (milli peyvənd proqramının bir hissəsi olmadan). 

Üç yaş

Məqsədlər

  • Çəpgözlüyün ən son olaraq təyin edilməsi
  • Psixi inkişafda kiçik qeyri-normallıqların təyin edilməsi
  • Linqvistik problemlərin təyin edilməsi
  • İnkişafa təsir edən xronik xəstəliklərin təyin edilməsi
  • Ailənin əlavə dəstəyə ehtiyacının olmasını təyin edin və əgər lazımdırsa yardımı təşkil edin. 
  • Patronaj işçisi üçün yuxarıdakı problemləri təyin etmək mümkündür. Bu yolla yerli görüşlər razılaşdırıla bilər, məsələn, həkim 3 yaşa qədər bütün uşaqların tibbi qeydlərinə baxır və sonra patronaj işçisi ilə uşaqlar və onların ailələrini müzakirə edir. Həkimin məqsədi uşağın inkişafının monitorinqini və 18 ayla 5 yaş arasında hər hansı risk faktorlarının qeyd olunması  bütün məsuliyyəti daşıyan patronaj işçisinə dəstək vemrək olmalıdır. Bütün naməlum vəziyyətlərdə tibbi müayinə edilməlidir.  

Tibbi müayinə 

  • Birinci valideynlərlə evdə olan vəziyyət və ya valideynlərin hər hansı xüsusi narahatlıqlarının olub-olmaması barədə danışın. 
  • Uşağın uzunluğunun, çəkisinin və baş çevərsinin inkişafını müayinə edin və patronaj işçisinin qeyd etdiyi hər hansı qeydləri (peyvəndlər, ümumi müayinələr) oxuyun. Uşaq bağçasında əldə olunmuş istənilən qeydlər də həmçinin nəzərə alınmalıdır. 
  • Əgər xəstə xüsusi  skrininq testini keçə bilmirsə bu onun əhvalına, yorğunluğuna və ya həra hansı keçici faktora görə ola bilər. Test sonrakı mərhələlərdə təkrarlanmalıdır. Əgər uşaq bağçaya gedirsə əməkdaşlarla əlaqə yaradılmalıdır. 
  1. Ümumi vəziyyət, qeyri-normal hərəkətlər
  2. Psixososial inkişaf: uşaq qısa müddətdə gözləyə bilir və valideynlərin aısamüddətli yoxluğuna dözə bilir. O onunla əlaqəli (hekayədə mən; məni, mənim özüm, mən) olan hadisələr haqqında danışa bilməli, digər uşaqlara maraq göstərməli, reallıq və uydurma arasında fərqli deməli və "o" sözünü düzgün istifadə etmə qabiliyyətində olmalıdır. 
  3. Kobud hərəki qabiliyyətlər: yeriş, barmaqlarda yerimə, bir ayaq üstə dayanma, tullanma və topu atma. Yerimə məqsədyönlü, ritmik, sıçrayışla və rahat olmalıdır. Uşaq hətta ətrafa baxdıqda belə istiqaməti saxlaya bilməlidir. Əgər kobud hərəki qabiiliyyətləri yoxlayarkən 3 tapşırıqda qeyri-normal vəziyyət aşkar edildisə uşaq sonrakı qiymətləndirmə üçün fizioterapevt və ya uşaq nevroloquna yönəldilməlidir. Əgər uşaq iki tapşırığı edə bilmədisə müayinə qısa müddətdən sonra təkrarlanmalıdır. Eyni yanaşma istifadə edilməklə digər sahələr də qiymətləndirilə bilər.  
  4. Nitqi başa düşmək: sadə əmrlərə tabe olur, əllərini və üzünün hissələrini göstərə bilir
  5. Nitq yaranması: düzgün sadə qrammatika ilə qısa cümlələri istifadə edir
  6. Nitqi başa düşmə və qavrama: Şəkildə böyük ilə kiçik arasındakı fərqi deyə bilir, müxtəlif rəngli hissələri qeyd olunmuş yerə qoya bilir  (test patronaj işçisi tərəfindən yerin yetirilə bilər) 
  7. Eşitməni başa düşmək: müxtəlif məna verən sadə sözlərin mənasını başa düşür (test patronaj işçisi tərəfindən yerinə yetirilmələ bilər)
  8. Əl-göz kordinasiyası: yeddi kərpici qoya bilir, dairə, horizontal və vertikal xəttləri köçürə bilir, qapağı aça bilir (test patronaj işçisi tərəfindən yerinə yetirilmələ bilər)
  9. Görmə: müvafiq görmə cədvəlləri vasitəsilə yaxın və uzaq görməni yoxlayın (məsələn LH və ya LEA cədvəli). (Teat patronaj işçisi tərəfindən yerinə yetirilə bilər. Əgər uşaq əlaqə yaratmırsa test növbəti görüş zamanı yerinə yetirilə bilər). Çəpgözlüyü vizual, örtük testi və Hirçberq testi ilə yoxlayın. 
  10. Əgər uşaqda nitqi başa düşmək və ya yaranmasını kiçik audiometr və ya uşağın adını 2 metr məsafədən uşağın hər iki tərəfindən çağırmaqla eşitməni yoxlayın. Uşağın nitqi anlaşılmaz və ya kasad olduqda, əgər onun kiçik əmrləri başa düşməkdə problemləri varsa, suallara cavab vermək əvəzində mövzunu dəyişirsə və yaxud eşitmək üçün diqqətini cəmləyə bilmirsə onu loqopedə yönəldin.
  11. Dəri, ön-yuxarı dişlərin vəziyyəti, üz simmetriyası, üəryin auskultasiyası, qarın, bud nəbzləri, xayalar. 

Beş yaş

Məqsədlər

  • Bu kiçik anormallıqları cərrahi olaraq müalicə etmək üçün yaşxı yaşdır. Uşaq psixi olaraq kifayət qədər yetkindir, məsələn, valideynlərindən qısa müddətdə ayrı qalmağa tab gətirə bilir. 
  • Uşağın məktəblə bacara biləcəyi qədər yetkin olmasının qiymətləndirilməsi və xüsusi ehtiyacların təyin edilməsi. Məktəbdə öyrənmə çətinliklərilə nəticələnəcək bir çox nevoloji problemlər bu yaşda aşkardır və müvafiq dəstək başlanmalıdır. 
  • Gecə enurezinin təyin edilməsi və müalicəyə başlanması. 
  • Ailənin əlavə dəstəyə ehtiyacının olmasını təyin edin və əgər lazımdırsa yardımı təşkil edin. 

Müayinə

  • Proseduraya valieynlər üçün olan sorğu daxil edilməlidir. Valideynllər müayinədən əvvəl sorğunu tamamlamalıdırlar; ideal olaraq o evə göndərilməlidir. Sorğuya əlavə olaraq formaya beş yaşlı uşağın normal davranışının təsviri daxil olmalıdır. 
  • Əgər uşaq bağçaya gedirsə bağçanın işçi heyəti uşağın vəziyyəti, bacarıqları və mümkün problemlərinə dair müzakirələrə daxil edilməlidir. 
  • Patronaj işçisi əksər müayinələri yerinə yetirir. Həkim fizikal müayinə edir və kobud nevroloji vəziyyəti qiymətləndirir. Ancaq həkimin əsas tapşırığı hər hansı şübhəli anormallıqlar, risk faktorları, resurslar və uşağın ümumi vəziyyəti barədə nəticə çıxartmaqdır. Həkim sonradan öz tapıntılarını uşaq və ailəsinə izah etməli və ailə ilə hər hansı lazım olan sonrakı tədbirləri planlaşdırmaq üçün birlikdə işləməlidirlər. 

Patronaj işçisi tərəfindən müayinə

  1. Ümumi təəssürat; boy, çəki və başın çevrəsi
  2. Kobud hərəki bacarıqlar: daban və barmaqlar üzərində yerimək, barmaqlar üzərində 5 metr düz xətt üzrə yerimək, tək ayaq üzərində dayanmaq (ən azı 10 saniyə ciddi qeyd olunan sürüşmə olmadan) və bir ayaqda tullanmaq (ən azı 10 dəfə ritmik olaraq edə bilməlidir). Hava yastığını əlləri bədəndən tam açıq olmaq şərtilə 2 metr məsafəyə ata və tuta bilməlidir. 
  3. Qarşılıqlı əlaqə, diqqət və motivasiya: müayinənin tapşırıqlarında diqqətini davamlı olaraq cəmləyə bilməlidir (təxminən 25-30 dəqiqə). Nitq adekvat olmalıdır, hər iki hissə nəzərə alınmalıdır. Bir tapşırıqdan digərinə keçə bilməmək diqqət əksikliyi üçün göstərici ola bilər. 
  4. Nitq və dil bacarıqları müvafiq. standartlaşmış testlər vasitəsilə yoxlanmasına üstünlük verilir. Təsviri nitqi, nitqi başa (cümlə strukturu, zamanlar) düşməni, nitqin hərəki idarə edilməsi, ardıcıl eşitmə yaddaşını, cümlə yaddaşı və söz təsvirini, əşyaları tanımaq və adını deməklə yanaşı əsas anlayışları və müxtəlif təlimatları başa düşməsini qiymətləndirin. Əgər nitq sərbəst və dil bacarıqları bu yaş üçün uyğundursa bir və ya iki səsdən ibarət nitq çətinliyi narahatlıq üçün əsas deyil. 
  5. Görmə qavrayışı: uşaq 6 kərpicli struktur yarada bilməlidir. 
  6. Əl-göz koordinasiyası: fiqurları (üçbucaq və üçbucaqla kvadratın kombinasiyası) kopyalaya bilir, qayçı ilə dairə kəsə bilir,  5-6 muncuğu (1 sm) 1 dəqiqədə plastik ipə keçirə bilir.
  7. Görmə: müvafiq cədvəllə yaxın və uzaq görməni yoxlayın (məsələn ). Vizual olaraq çəpgözlüyü yoxlayın. Normal görmə itiliyi (təkgözlü və ikigözlü müayinə) 0.7-dən yuxarıdır və testin nəticəsi iki göz arasında bir xəttdən çox fərqlənməməlidir. 
  8. Eşitməni audiometr vasitəsilə müayinə edin. Normal eşitmə 0.25 - 4 kHz-də 20 dB-dir. 
  9. Qan təzyiqi. 

Həkimin müayinəsi

  • Tibbi qeydlər və analiz nəticələri ilə tanış olun, valideynlərlə söhbət edin və uşağı müayinə edin. Əgər patronaj işçisi hər hansı müayinənin nəticəsinə əmin deyilsə yuxarıdakı testlərdən bəzisi tibbi müayinəyə daxil edilməlidir. 
  • Əgər uşağın hal-hazırda problemi (məsələn, enurez) varsa bu görüş zamanı həll olunmalıdır. Pəhrizdən mümkün qaçmalar, onlara ehtiyacla yanaşı ssəbəblərini müəyyən edin. 
  1. Ümumi təəssürat: boy, çəki və baışn çevrəsinin inkişafı. 
  2. Diadoxokineziya (yuxarı ətrafları hərəkət etdirmədən eyni tempdə 5 dəfə təkrarlaya bilmək)
  3. Barmaq-burun testi (tremor və ya kompulsiv hərəkət olmadan yerinə yetirə bilməlidir)
  4. Görmə: görmə itiliyi testi, Hirçberq testi, örtük testi, konvergensiyadan alınan nəticələri yoxlayın
  5. Dəri, ön-yuxarı dişlərin vəziyyəti, üz simmetriyası, üəryin auskultasiyası, qarın, bud nəbzləri, xayalar. 
  6. Uşaqla söhbət edin: ö öz sağlamlığını necə qəbul edir, onun dostları kimlərdir, sevimli oyunları hansılardır. Uşağın fikirlərinə qulaq asmaq və onun ünsiyyət və diqqətini cəmləmək bacarıqlarını qiymətləndirmək vacibdir. 
  7. Hər hansı şübhə yaradan anomaliyalar, risk faktorları, mənbələr və uşağın ümumi vəziyyətinə dair nəticə əldə edin. Ailə ilə birlikdə gələcəkdə mümkün olan tədbirləri planlaşdırın. 

Avadanlıq

Lazım olan

  • Stetoskop
  • Şpatel
  • Projektor (qulaq hissəsi olmayan otoskop)
  • Oftalmoskop
  • Alın fənəri
  • Pnevmatik otoskop + müxtəlif qulaqcıqlarla
  • Qulaqdan mumu təmizləyən avadanlıqlar
  • Refleks çəkici
  • Sfiqmomanometr (5 sm və 7.5 sm manjetlərlə)
  • Görmənin müayinəsi üçün cədvəllər (məsələn, LEA simbolları ilə) 
  • Eşitmənin müayinəsi üçün avadanlıq: kiçik zəng, miniatur audiometr
  • Nevroloji müayinə üçün avadanlıq (məsələn, kitablar, şəkillər, qırmızı yun toplar, zəng, rətl, kərpiclər, top, hava yastığı, qələm, qayçı, kişmiş)

Məsləhət görülən

  • Dopler stetoskop
  • Timpanometr və ya akustik reflektometr

 

Müvafiq mənbələr

 

  • Koxran icmallar
  • Digər sübutların icmalları