Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Böyüklərdə seborreik dermatit

Mündəricat

Böyüklərdə seborreik dermatit

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 12.12.2017
AlexanderSalava

Əsasları

  • Diaqnoz səpkinin səciyyəvi təzahürünə və yerləşməsinə əsasalanır.
  • Seborreyalı dermatit müxtəlif klinik təzahürə malikdir.
  • Prosesin tənzimlənməsi simptomatik müalicədən ibarətdir.
  • Dəstəkləyici müalicə vacibdir

Epidemiologiya və etiologiya

  • Rast gəlmə tezliyi 3-5%-dir.
  • Endogen və multifaktorlu.
  • Artmış sebum (piy vəzilərinin ifraz etdiyi piy) istehsalı (seborreya), sebumun xüsusiyyətləri və xəstənin immunoloji cavabı Malassezia maya göbələklərinin (Malassezia yeasts) və digər mikrobların inkişafına səbəb olur. Malassezia maya göbələkləri sebumu yağ turşularına qədər parçalayır və  bu da, öz növbəsində, dəri qıcıqlanmasına səbəb olur.
  • Qəfil başlanğıc və ya kəskinləşmə ilə bəlli vəziyyətlər (məs. immunsupressiya, QİÇS infeksiyası, Parkinson xəstəliyi) və dərman maddələri (litium, haloperidol, antiepileptik dərman vasitələri, qlükokortikoidlərin sistemli təyinatı) arasında əlaqənin mövcud olması haqqında məlumatlar vardır.

Simptomlar və əlamətlər

  • Yaxşı demarkasiya olunmuş, qabıqlı və eritematoz ləkəli törəmələr birləşərək üzdə və digər nahiyyələrdə daha böyük törəmələr əmələ gətirə bilir.
  • Sebumla zəngin dəri nahiyələrində simptomların fasilələrlə meydana gəlməsi 
    • Baş dərisi (scalp )
    • Üz (şəkil), qaşlar, burun-dodaq (nazolabial) büküşləri (şəkillər), qulaqönü nahiyələr("sideburn" areas, şəkillər)
    • Qulaq seyvanı və  xarici qulaq keçəcəyi
    • Döş qəfəsinin mərkəzi yuxarı hissəsi və bəzən kürək nahiyyəsi  (tərləmənin yüksək olduğu bölgələr: döş üçbucağı və çiyinlə kürək sümüyü arasında üçbucaq bölgə, şəkil)
    • Qoltuqaltı (şəkil)
    • Bel-oma rombu (Gluteal cleft) (şəkil), qasıq (şəkillər), genital bölgə (penis başı, xayalıq; şəkil)
    • Qoltuqaltı (şəkil)"?>
  • Müxtəlif klinik təzahürlərə aid edilir
    • baş dərisinin yağlı və ya quru kəpəklənməsi, bəzən isə qalın pulcuqlar (şəkil)
    • xarici qulaq keçəcəyinin və qulaqların seborreyalı dermatiti
    • göz qapağı dermatiti, seborreyalı blefarit
    • gövdənin yuxarı hissəsinin çox tərləyən nahiyələrdə ləkəli törəmələr 
    • büküş bölgələrində yaxşı demarkasiya olunmuş eritema və ekskoriasiya  (= bişməcə)
    • Penisin distal hissəsinin (gland penis) və ya xayaların seborreyalı dermatiti (balanit) 

Diaqnoz

  • Diaqnoz səpkinin səciyyəvi təzahürünə və yerləşməsinə əsaslanır.
  • Bəzi hallarda dəmrovu istisna etmək üçün göbələk nümunələrinin müayinəsi (mikroskopik və kultural) göstərişdir

Differensial diaqnostika

  • Psoriaz: qabıqlar daha qalın olur, meylli nahiyələri fərqlidir məs. dirsək və diz, əlin içi və ayağın altı. Dırnaqda dəyişikliklər və psoriaz əksər hallarda ailəvi xarakter daşıyır. 
  • Atopik dermatit: müxtəlif səciyyəvi lokalizasiya.
    • Baş dərisinin zədələnmələri bəzən seborreyalı dermatitə oxşar görünüşə malik olur 
  • Dəmrov (tinea): ehtimalı mütləq düşünülməlidir, məsələn, qasıq dermatiti zamanı
  • Rəngbərəng dəmrov: gövdə nahiyyəsində

Müalicə

  • Adətən müalicə yolu ilə daimi nəticələr əldə etmək mümkün olmur. Müalicəsi simptomatik xarakter daşıyır və simptomlar kəskinləşdikdə müalicəni vaxtaşırı olaraq təkrarlamaq ehtiyacı duyulur (müalicə kursu 1-2 həftə davam edir).
  • Kəskinləşmənin qarşısını almaq məqsədilə dəstəkləyici terapiya bəlkə həftədə bir və ya iki dəfə təkrarlanmalıdır.
  • Kəpəklərin azaldılması və sebo-suppressiya
    • Seborreyalı nahiyələr daha tez-tez yuyulmalıdır (gündəlik).
    • Gel formasında əsas yerli məlhəmlərlə (məs. tərkibində propilen qlükol olan məhsullar) yuyulmalıdır və ya yuyulmadan sonra əsas yerli məlhəmlər tətbiq edilməlidir.
  • Üz və bədən
    • Yüngül və orta təsirə malik yerli qlükokortikoid tərkibli kremlər
    • Qlükokortikoid və azol qrupundan olan göbələk əleyhinə vasitələrin kombinasiyasından ibarət kremlər
    • Qlükokortikoid kremlər vaxtaşırı olaraq tətbiq edilir, məsələn, prosesin kəskinləşməsi dövründə 1-2 həftəlik kurs ərzində gündə bir və ya iki dəfə.
    • Tacrolimus məlhəmi və ya pimecrolimus kremi vaxtaşırı terapiya kimi 3-4 həftə ərzində gündə 1-2 dəfə və ya dəstəkləyici terapiya kimi həftədə bir və ya iki dəfə
    • Tərkibində yerli antifunqal vasitələr olan (ketokonazol, klotrimazol, mikonazol, tiokonazol) kremlər, gellər və ya şampunlar və yaxud terbinafin məlhəmi.
    • Antifunqal vasitələr resedivin kəskin bir şəkildə başlaması zamanı 1-2 həftə ərzində gündə bir və ya iki dəfə tətbiq edilə bilər və onların həftədə bir və ya iki dəfə tətbiq edilməsi profilaktik dəstəkləyici terapiya üçün uyğun hesab edilir. Prosesin kəskinləşməsi zamanı tətbiq edilən digər müalicə variantlarına həm azole antifunqal vasitələrinin, həm də kortikosteroid və eləcə də ciclopirox-un kombinasiyasından ibarət məlhəmlər aid edilir. Allilamin qrupundan dərman preparatları (terbinafine) da həmçinin tətbiq edilmişdir, lakin onların effektivliyini göstərən dəlillərə az rast gəlinir. Resediv prosesinin kəskin şəkildə başlaması zamanı 1-2 həftə ərzində gündə iki dəfə və ya profilaktik dəstəkləyici terapiya kimi həftədə bir və ya iki dəfə tətbiq edilə bilər.
    • Metronidazole və ya azelaik turşusu (azelaic acid)   həm krem, həm də gel şəklində 3-4 həftəlik kurs və ya lazım gəldikdə, dəstəkləyici terapiya kimi həftədə 1-2 dəfə tətbiq edilə bilər.
    • İltihabın müalicəsi: yerli yüngül və orta dərəcəli təsirə malik kortikosteroid kremlər; Kortikosteroid və azole antifunqal vasitələrinin kombinasiyasından ibarət kremlər. Prosesin kəskinləşməsi zamanı 1və ya 2 həftə ərzində gündə bir və ya iki dəfə istifadə olunurlar. Tacrolimus məlhəmi və ya pimecrolimus kremi isə gündə bir və ya iki dəfə.
  • Baş dərisi
    • Baş dərisində qırmızı qabıqlı qalın ləkələr  (plagues) axşamlar 3-5%-li salisil turşusundan (salicylic acid) ibarət məlhəmlə yumşaldıla, səhər isə yuyularaq təmizlənə bilər .
    • Baş, ketokonozol şampunu və ya selenium sulfid şampunu ilə yuyula bilər
    • Kəllə dərisi üçün (Sinif I-III) qlükokortikoid məhlulları (ekvivalent dozalar) 
    • Digər müalicələyə cavab verməyən xəstələr həftədə iki dəfə ketokonazol şampununu həftədə iki dəfə kortikosteroid şampunu ilə növbələşdirərək kombinə olunmuş terapiyadan istifadə edə bilər.
    • Müalicəyə rezistent hallarda 3-4 həftəlik qlükokortikoid şampunundan ibarət kurs ardıcıl müalicə proqramı şəklində istifadə edilə bilər
    • Qulaq kanalı: yüngül və orta dərəcəli kortikosteroid kremlər''?>
  • Qulaqlar və qulaq kanalları
    • Yüngül və orta təsir gücünə malik qlükokortikoid məlhəmləri və məhlulları gündə 1-2 dəfə olmaqla 1-2 həftəlik kurs şəklində
  • Büküş bölgələri
    • Yüngül və orta təsir gücünə malik qlükokortikoid məlhəmləri
    • Qlükokortikoid və azol qrupu antifunqal vasitələrinin kombinasiyasından ibarət məlhəmlər
    • Büküş bölgələri antiseptik məhlullarla işlənilə bilər, lakin əksəriyyəti dərinin rəngini dəyişdiyinə görə nadir hallarda tətbiq edilir. Toz tərkibli vasitələrin tətbiqi, məsələn, azol antifunqal vasitələrin səhərlər və kortikosteroid məlhəmlərinin gece vaxtı yuyunmadan sonra 1-2 həftə ərzində. Sistem şəkilli antifunqal vasitələrin tətbiqi ağır hallarda təyin edilə bilər, məsələn, fluconazole 50 mq gündə bir dəfə və ya 150 mq həftədə bir dəfə (2-4 həftə ərzində) və yaxud itraconazole 100 mq gündə iki dəfə (1-2 həftə ərzində)''?>
    • Tacrolimus məlhəmi və ya pimecrolimus kremi periodik olaraq gündə 1-2 dəfə 3-4 həftəlik kurs şəklində və ya dəstəkləyici terapiya olaraq həftədə 1-2 dəfə olmaqla tətbiq edilə bilər.
    • İsti və nəm mühitin təsiri, səhər yuyunmasından sonra talk və ya azol tərkibli tozların, gecə yuyunmasından sonra isə sink pastasının istfadəsi nəticəsində azala bilər.

Konsultasiya

  • Ağır hallarda və müalicəyə cavab verməyən hallarda dermatoloq konsultasiyasına müraciət etmək lazımdır.

Adiyyatı mənbələr

Warshaw EM, Wohlhuter RJ, Liu A et al. Results of a randomized, double-blind, vehicle-controlled efficacy trial of pimecrolimus cream 1% for the treatment of moderate to severe facial seborrheic dermatitis. J Am Acad Dermatol 2007;57(2):257-64. Seckin D, Gurbuz O, Akin O. Metronidazole 0.75% gel vs. ketoconazole 2% cream in the treatment of facial seborrheic dermatitis: a randomized, double-blind study. J Eur Acad Dermatol Venereol 2007;21(3):345-50. Cicek D, Kandi B, Bakar S et al. Pimecrolimus 1% cream, methylprednisolone aceponate 0.1% cream and metronidazole 0.75% gel in the treatment of seborrhoeic dermatitis: a randomized clinical study. J Dermatolog Treat 2009;20(6):344-9. Ortonne JP, Nikkels AF, Reich K et al. Efficacious and safe management of moderate to severe scalp seborrhoeic dermatitis using clobetasol propionate shampoo 0·05% combined with ketoconazole shampoo 2%: a randomized, controlled study. Br J Dermatol 2011;165(1):171-6. Naldi L, Diphoorn J. Seborrhoeic dermatitis of the scalp. BMJ Clin Evid 2015;2015():.