Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Hiperventilyasiya

Mündəricat

Hiperventilyasiya

EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 20.03.2017
UllaHodgson

Əsasları

  • Hiperventilyasiyanın qeyri-psixogenik səbəblərini müəyyən edin və müalicə edin.
    • Böyüklərdə psixogenik səbəblərə cavanlarla müqayisədə daha az hallarda təsadüf edilir.
  • Psixogenik hiperventilyasiyanı sinə ağrısı və ya səbəbi məlum olmayan nevroloji əlamətlərin səbəbi olaraq qəbul edin və simptomların xoşxassəli olmasını xəstəyə izah etməyə çalışın.

Tərif

  • Hiperventilyasiya, arterial qanda pCO2 -nin azalmasına səbəb olan artmış alveolyar ventilyasiya deməkdir, hansı ki öz növbəsində nevroloji simptomlara və vazokonstruksiya ilə əlaqədar təzahürlərə səbəb olur.
    • Hiperventilyasiya tipli simptomların qan qazlarının dəyişiklikləri ilə əlaqəli olması mütləq deyildir: məs. panik pozuntular zamanı xəstə, kifayət qədər hava qəbul etmədiyi hissinə qapıla bilər və bu səbəblə də o, nəfəs almaq üçün tez-tez nəfəs alıb verməyə başlayar, lakin həqiqətdə o, hiperventilyasiyaya malik deyildir.
  • Praktikada hiperventilyasiya sindromu adətən panik pozğunluqlarla əlaqəli olan psixogenik hiperventilyasiya mənasına gəlir. Panik pozğunluğun tərifinə hiperventilyasiyanın bir çox əlamətləri aid edilir. Bununla yanaşı hiperventilyasiya həmçinin bir çox somatik xəstəliklərin simptomu ola bilər.

Patofiziologiya

  • Ağciyər səbəbləri
    • Pnevmoniya
    • Pnevmotoraks
    • Ağciyər emboliyası
    • Astma və xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)
    • Ağciyərin parenximası xəstəliyi
  • Digər səbəblər
    • Psixoloji narahatlıq, panik pozuntu 
    • Ürək çatışmazlığı
    • Metabolik asidoz
    • Nevroloji xəstəliklər (beyin kökünün şişləri)

Simptomlar

  • Sinə ağrısı
    • Adətən sol tərəfdə bıçaq batma hissi
    • Hiperventilyasiya koronar spazma səbəb ola bilər, bu isə öz növbəsində EKQ-də ST və T-dalğalarında dəyişikliyin də daxil olduğu stenokardiyaya (lat. angina pectoris) zəmin yarada bilər.
  • Taxikardiya
  • Nevroloji simptomlar
    • Ürəkbulanma, huşun itməsi
    • Zəiflik, tremor
    • Paresteziyalar
    • Natarazlıq
    • Diqqətin cəmlənməsində çətinliklər
    • Tetaniya (periferik sinirlərdə oyanıqlığın artmasının təzahürü)
  • Psixoloji simptomlar
    • Təşviş, narahatlıq, panik tutma
    • Depersonalizasiya

Diaqnoz

  • Xəstəlik tarixi: psixogenik səbəblər anamnezlə artıq müəyyənləşmiş olmalıdır.
  • Hiperventilyasiya testi
    • Əgər könüllü hiperventilyasiya oxşar simptomlara səbəb olursa, diaqnoz dəstəklənir və xəstə simptomların patofiziologiyasını daha yaxşı başa düşə bilir.
  • Döş qəfəsinin rentgenoloji müayinəsi
  • Klinik nəzarət altında EKQ
  • Ağciyər embolizmindən şübhələndikdə: məqalənin araşdırma strategiyası bölməsinə nəzər salın

Müalicə

  • Hiperventilyasiyaya səbəb olan problemlərin müalicəsi
  • Kəskin hiperventilyasiyanın müalicəsi
    • Xəstəni sakitləşdirmək və xəstəni danışmağa vadar etmək adətən faydalı olur.
    • Əgər xəstə təstiqlənmiş, residivləşən, fiziki fəaliyyəti ağır şəkildə məhdudlaşdıran hiperventilyasiyadan əziyyət çəkirsə, ilkin tibbi yardım tədbiri olaraq xəstəyə bir kağız torbasına nəfəs almaq təlimatı verilə bilər.
      • Bütün hiperventilyasiya xəstələrinə kağız torbasına nəfəs almaq təlimatı rutin məsləhət olaraq verilməməlidir, çünki bu, bəzi hallarda təhlükəli ola bilər məs. ağciyər emboliyası və ya miokard infarktı zamanı.
    • Lazım gəldikdə peroral diazepam həm həb, həm də məhlul şəklində təyin edilə bilər.
    • Qıcıqlandırıcı faktorları müəyyən etməyə çalışın və xəstə üçün müalicə planı tərtib edin (xəstənin tənəffüsünü müşahidə edin, lazım gəldikdə nəfəsi saxlatdırın).
      • Xüsusi baxım zamanı xəstə, nəfəs təlimləri üçün psixoterapevtə göndərilə bilər.
  • Panik pozuntunun müalicəsi: nəzər yetirin