Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Endometrioz

Mündəricat

Endometrioz

EBM Klinik protokolları
02.07.2018 • Sonuncu dəyişiklik 21.09.2018
PäiviHärkki

Əsas məqamlar

  • Endometrioz estrogendən asılı xəstəlikdir və bu xəstəliyə adətən menopauza dövründən sonra artıq rast gəlinmir.
  • Endometriozla əlaqəli olaraq ortaya çıxan ağrılar yumurtalıqlarda estrogen sekresiyasını supressiya edən dərman preparatları ilə müalicə olunur.
  • Ağrını azaltmaq üçün istifadə olunan hormonal dərman vasitələri hamiləliyin qarşısını alır və onlar sonsuzluqdan əziyyət çəkən xəstələrə tövsiyə olunmur.
  • Cərrahi müdaxilə ağrıların azalmasını təmin edir və sonsuzluğu aradan qaldırmağa qabil olur.

Epidemiologiya

  • Endometrioz fertil yaş dövründə olan qadınlarda rast gəlinir: reproduktiv yaşda olan qadınların 10%-də və fertillik problemi mövcud olan pasiyentlərin 50%-ə qədərində müşahidə edilir.
  • Endometrioz zamanı uşaqlıq boşluğundan kənarda endometriuma bənzər toxuma aşkar edilir ki, bu da xroniki iltihabi reaksiyaya səbəb olur.
    • Periton səthlərində səthi endometrioz ocaqları,
    • Endometrioz mənşəli yumurtalıq kistaları (endometrioma),
    • Dərin (> 5 mm) endometrioz ocaqları- vagina və rektum nahiyəsində (rektovaginal endometrioz), sidik kisəsi və ya bağırsaqda rast gəlinən, digər orqanlarda isə daha nadir hallarda müşahidə edilən ocaqlar təyin edilir.
  • Patogenezi qeyri-müəyyən olaraq qalır. Endometrial toxuma Fallop boruları vasitəsilə periton boşluğuna miqrasiya edə bilər və ya periton hüceyrələri endometrial toxumaya bənzəyən bir formaya transformasiya oluna bilər.
  • Endometrioz estrogendən asılı bir patologiyadır və simptomlar menopauzadan sonra adətən müşahidə edilmir.
  • Yumurtalıqların sekresiya etdiyi estrogenlə yanaşı endometrioz ocaqlarının özləri də həm estrogen, həm də prostaqlandinlər sintez edirlər ki, bu da patoloji vəziyyətin qorunub saxlanmasına gətirib çıxarır.
  • Problemdən əziyyət çəkən şəxslərdə normal immun sistemi endometriozun inkişafına şərait yaradacaq şəkildə pozulmuş olur.
  • Qohumunda bu patologiyanın mövcudluğu halında bir şəxsdə endometrioz riski 7 dəfə yüksəlmiş olur.

Əlamətlər və simptomlar

  • Ən çox yayılmış simptom menstruasiya qanaxmasından bir neçə gün öncədən başlayan dismenoreyadır (ağrılı menstruasiya).
  • Dispareuniya (cinsi əlaqə zamanı üzə çıxan ağrı), qaçış və hoppanmaq zamanı yaranan ağrı;
  • Sidiyə getmə və ya defekasiya aktı zamanı qeyd olunan ağrı, nəcisdə qanın müşahidə olunması;
  • Qeyri-adi vaginal qanaxma, yorğunluq;
  • Sonsuzluq;
  • Qarının aşağı nahiyəsində kütlə palpasiya olunur 
  • Simptomlar adətən tsiklik xarakter daşıyır; xəstəliyin ağır formasında ağrı daimi xarakter daşıyır."?>

Diaqnoz

  • Anamnez çox əhəmiyyətlidir.
  • Mülayim gedişli xəstəlik zamanı ginekoloji müayinədə normal nəticələr əldə oluna bilər.
  • Ginekoloji müayinə zamanı uşaqlıq-oma bağında və uşaqlığın yanlarına doğru həssaslıq qeyd edilir; uşaqlıq tərpədildikdə həssasdır və bəzi hallarda uşaqlıq yolunda maviyə çalan endometrioz ocaqları müşahidə edilir.
  • Ultrasəs müayinəsi səthi yerləşən endometrioz ocaqlarını müəyyən etmir, lakin yumurtalığın endometrial kistaları, yəni endometriomaları, həmçinin sidik kisəsində və bağırsaqda olan dərin ocaqları asanlıqla aşkar edilir.
  • Diaqnoz laparoskopiya vasitəsilə təsdiqlənə bilər, lakin simptomlarla müayinə nəticələri arasında heç də hər zaman korrelyasiya mövcud olmur.
  • Xəstədə sidiyə getmə və ya defekasiya aktı zamanı ağrı qeyd olunursa sistoskopiya və siqmoidoskopiya tələb oluna bilər.
  • Çanağın MRT müayinəsi yalnız dərin ocaqların diaqnostikası üçün vacibdir.

 Differensial diaqnostika

  • Adenomioz
  • Yumurtalıq şişləri
  • Sidik yollarının infeksiyaları
  • Qəbizlik, anal çat
  • Qıcıqlanmış bağırsaq sindromu, interstisial sistit
  • Sümük toxuması ilə bağlı səbəblər
  • Psixosomatik səbəblər

Müalicə''?>

  • Endometrioz zamanı ya ağrı, ya da sonsuzluq müalicə olunur; hər ikisini eyni vaxtda müalicə etmək çətin ola bilər.
  • Simptomsuz endometriozda müalicəyə ehtiyacı yoxdur.
  • Hər hansı bir radikal müalicəsi (curative treatment ) mövcud deyildir.
  • Farmakoterapiyanın məqsədi estrogenin endometrial toxumaya təsirinin qarşısını almaq və tsiklik menstrual qanaxmaların dayanmasını təmin etmək, beləliklə də, endometrioz ocağın ölçüsünü kiçiltməkdir. Müalicə dayandırıldıqda pasiyentlərin yarısında simptomlar geri qayıdır.
  • Laparoskopiya ilə diaqnozun təsdiqlənməsindən öncə simptomlar əsasında farmakoterapiyaya başlamaq olar.
  • Cərrahi müalicənin məqsədi hər hansı bir ektopik endometrial toxumanı bütövlükdə xaric etmək və normal anatomik quruluşu bərpa etməkdir.''?>

Ağrının müalicəsi''?>

  • Yüngül dərəcəli xəstəliklərdə qeyri-steroid iltihab əleyhi dərman preparatları ilkin seçimdir.
  • Kombinə olunmuş oral kontraseptiv preparatlar, həmçinin kontraseptiv vaginal halqalar və dəri plastırları yumurtalıq fəaliyyətini supressiya edir. Bu vasitələr tsiklik olaraq və ya 3-6 ay müddətində fasiləsiz (continuously without a break ) istifadə edilə bilər.
  • Yalnız Progestin Tərkibli Həblərin (mini həblər) və ya digər progestin (norethisterone 5-10 mq/ gün, dienogest 2 mq/ gün, medroxyprogesterone acetate 10-50 mq/ gün, lynestrenol 5-10 mq/ gün) preparatlarının fasiləsiz tətbiqi yumurtalığın aktivliyini supressiya edir.
  •  Levonorgestrel-ifraz edən uşaqlıq daxili vasitə (UDV) endometriumun, qismən də yumurtalıqların aktivliyini supressiya edir.
  • QnRH-ın (qonadotropin-rilizinq hormonunun) aqonistləri menopauzaya müvafiq olan hipoestrogen bir mühit yaradırlar, lakin menopauza simptomlarının və osteoporozun qarşısının alınması üçün müalicəyə estrogen- progestin əvəzləyici və ya kombinə olunmuş oral kontraseptiv preparatları da əlavə olunur.
  • Yuxarıda qeyd edilən bütün hormonal müalicələr ağrının aradan qaldırılmasında eyni dərəcəli təsirə malikdir. Müalicə fərdi şəkildə seçilir və bununla əlavə təsirlərdən yayınmaq mümkün olur.
  • Aromataza inhibitorları yumurtalıqdan kənar estrogen sintezinin qarşısını alır və cavan pasiyentlərdə oral kontraseptiv /progestin/ QnRH aqonisti preparatları ilə birlikdə istifadə edilə bilir; həmçinin radikal cərrahi əməliyyatdan və ya menopauzadan sonra təklikdə də istifadə edilə bilər.''?>
  • Endometrioz ocaqlarının laparoskopik üsulla ləğv edilməsi ağrını bariz şəkildə azaldır.''?>
  • Əməliyyat sonrası hormonal müalicə residiv riskini azaldır və buna görə də, əməliyyatdan sonrakı dövrdə bir neçə il müddətində hormonal terapiya tövsiyə olunur.''?>''?>
  • Cərrahi müalicə pasiyentlərin 20%-də fayda vermir və xəstələrin 20-30%-də xəstəlik beş il ərzində təkrarlanır.''?>
  • Çox ağır endometrioz hallarında histerektomiya (uşaqlığın çıxarılması) və ovariektomiya (yumurtalığın çıxarılması), zəruri hallarda isə həm də sidik kisəsinin və ya bağırsağın rezeksiyası nəzərdə tutulur. Həmçinin istinadlara nəzər yetirin''?>.

Sonsuzluqdan əziyyət çəkən pasiyentlərdə endometriozun müalicəsi

  • Ağrını aradan qaldırmaq üçün istifadə olunan hormonal dərman preparatları qadında hamiləliyin qarşısını alacaqdır və buna görə də sonsuzluq problemi olan pasiyentlər üçün tövsiyə olunmur.
  • Fertillik problemi mövcud olan pasiyentdə endometrioza şübhə vardırsa, laparoskopiya göstəriş hesab edilir.
  • Yüngül dərəcəli endometriozun laparoskopik üsulla müalicəsi pasiyentin hamiləlik ehtimalını artırır.
  • Yumurtalıq endometriomasının ( > 5-7 sm) kapsulasının çıxarılması hamiləlik şansını artıra bilər, lakin cərrahi müdaxilənin yumurtalıq funksiyasını pozmaq ehtimalı da vardır.
  • Ağır dərəcəli endometriozun cərrahi müalicəsi hamiləlik şansını artırır.
  • Sonsuzluq probleminin uzandığı və ya xəstəliyin proqressivləşdiyi təqdirdə ekstrakorporal mayalanma (EKM, İVF-in vitro fertilizasiya) məsləhət görülür.
  • Hamiləlik simptomları azalda və hətta bəzi hallarda doğuşdan sonra tamamilə yox edə bilər. Həmçinin istinadlara nəzər yetirin.''?>

Adiyyatı mənbələr

  • Koxran nəzəriyyələri
  • Digər dəlillər icmalı
  • Klinik təlimatlar
  • Ədəbiyyat

Giudice LC. Clinical practice. Endometriosis. N Engl J Med 2010;362(25):2389-98. Farquhar C. Endometriosis. BMJ 2007 Feb 3;334(7587):249-53. Kennedy S, Bergqvist A, Chapron C, D’Hooghe T, Dunselman G, Greb R, Hummelshoj L, Prentice A, Saridogan E. ESHRE guidelines for the diagnosis and treatment of endometriosis. Hum Reprod 2005;20:2698-2704 Marcoux S, Maheux R, Bérubé S. Laparoscopic surgery in infertile women with minimal or mild endometriosis. Canadian Collaborative Group on Endometriosis. N Engl J Med 1997 Jul 24;337(4):217-22. Bulun SE. Endometriosis. N Engl J Med 2009 Jan 15;360(3):268-79. "?>Dunselman GA, Vermeulen N, Becker C et al. ESHRE guideline: management of women with endometriosis. Hum Reprod 2014;29(3):400-12. Practice Committee of American Society for Reproductive Medicine. Treatment of pelvic pain associated with endometriosis. Fertil Steril 2008 Nov;90(5 Suppl):S260-9. Vercellini P, Crosignani PG, Abbiati A, Somigliana E, Viganò P, Fedele L. The effect of surgery for symptomatic endometriosis: the other side of the story. Hum Reprod Update 2009 Mar-Apr;15(2):177-88. Vercellini P, Somigliana E, Viganò P, Abbiati A, Barbara G, Crosignani PG. Surgery for endometriosis-associated infertility: a pragmatic approach. Hum Reprod 2009 Feb;24(2):254-69. Seracchioli R, Mabrouk M, Manuzzi L, Vicenzi C, Frascà C, Elmakky A, Venturoli S. Post-operative use of oral contraceptive pills for prevention of anatomical relapse or symptom-recurrence after conservative surgery for endometriosis. Hum Reprod 2009 Nov;24(11):2729-35. Practice Committee of the American Society for Reproductive Medicine. Endometriosis and infertility: a committee opinion. Fertil Steril 2012;98(3):591-8. Leyland N, Casper R, Laberge P et al. Endometriosis: diagnosis and management. J Obstet Gynaecol Can 2010;32(7 Suppl 2):S1-32. Ferrero S, Gillott DJ, Venturini PL et al. Use of aromatase inhibitors to treat endometriosis-related pain symptoms: a systematic review. Reprod Biol Endocrinol 2011;9():89.