Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qeyri-ixtiyari hərəkətlər

Mündəricat

Qeyri-ixtiyari hərəkətlər

EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
SeppoKaakkola

 

  • Qeyri-ixtiyari hərəkətlər (diskineziyalar) çox vaxt ekstrapiramidal sistemdə zədə və ya pozuntudan yaranır, və ya degenerativ beyin pozuntusu ilə əlaqəlidir. 
  • Onların etiologiyası çox vaxt bilinmir. Bəzi pasientlərdə əsas səbəb genetik olur. 
  • Qeyri-ixtiyari hərəkətlər çox vaxt müalicəyə tabe olmur. 

 Fokus distoniyası

Servikal distoniya, və ya əyriboyunluq (spasmodic torticollis) 

  • Yetkin yaşda başlayır 
  • Baş, ilk öncə, bir trəfə dönür, əyilir və ya dartılır; yavaş-yavaş boyunun əyri vəziyyətdə qalmasına gətirib çıxarır. Boyunun arxa hissəsindəki ağrı, simptomla əlaqəli ola bilər. 
  • Müalicə üçün aktiv həddindən artıq aktiv olan əzələyə botulizm toksini inyeksiya edilir. İnyeksiya mini-EMG aparatı ilə həyata keçirilə bilər. İnyeksiyaların mənfi tərəfi əzələ zəifliyi yaratmasıdır, məsələn, disfaqiya. İnyeksiyanın təsiri 2-4 ay çəkir; buna görə, təkrar inyeksiyalar lazımdır. 
  • Farmakoloji müalicənin təsiri məhduddur. Ən çox istifadə edilən dərmanların tərkibi klonazepam, analgetiklər və antixolinergikdən ibarət olur. 
  • Fizioterapevtin təyinatına əsasən hazırlanmış gündəlik dartılma proqramı və həmçinin, digər idman hərəkətləri simptomların aradan qaldırılmasına kömək edir. 

Moqiqrafiya, və ya yazıçı spazmı  

  • Yazı yazan əldə əzələ spazmaları çox vaxt qələmlə yazı yazmağa, bəzən isə klaviaturadan istifadəyə mane olur. Oxşar simptomlar musiqiçilərdə, məsələn, piano və ya gitara ifaçılarında müşahidə oluna bilər (musiqiçi spazmı).
  • Bu vəziyyət daha çox, pasient stress altında çoxlu yazı yazmağa məcbur edildiyi hallarda baş verir. Əlin funksiyası isə normaldır, və sinir zədəsi müşahidə olunmur.
  • Bu hal çox vaxt, pasientin, onun spazmalarına səbəb olan işdən ayrılmasına gətirib çıxardır. Müalicə üçün botulizm toksinindən istifadə edilə bilər. İnyeksiyalar EMG aparatı ilə edilir. 

Blefarospazm 

  • Göz qapaqlarının məcburi bağlanması
  • Simptomu yüngülləşdirmək üçün botilizm toksini müalicəsindən istifadə edilə bilər. 
  • Botulizm toksini EMG aparatı ilə yeridilir. 

Oromandibular dystonia 

  •  Ağız, çənə və ya çeynəmə əzələlərinə təsir edir
  • Çox vaxt, pasientdə eyni vaxta blefarospazm da müşahidə olunur (Meige sindromu). 

Spazmodik disfoniya 

  • Gərgin və ya qırıq-qırıq səsə səbəb olan larinxeal əzələlərin sıxılması
  • Botilizm toksinilə müalicə müsbət nəticələr verir.
  • EMG ilə aparılan botulizm toksini bir çox xəstələrə kömək olur. 

 Üz spazmaları

  • Üz əzələlərinin qeyri-ixtiyari spazmı, bəzən üzün bir hissəsini əhatə edir (distoniya olaraq dəyərləndirilmir). 
  • Mümkün etioloji faktorlara, üz parezinin ağırlaşması, üz sinirinin degenerasiyası və ya onun uzunsov beyin nahiyəsində qan damarları ilə sıxılması aiddir (üzün bir tərəfini əhatə edən spazmalar). 
  • Botilizm toksinilə müalicə ən effektivdir. Bəzən, üz sinirlərinin dekompressiya üsulu ilə cərrahiyyəsi tətbiq olunur. 

Tipik distoniya 

  • Adətən genetik olur 
  • Uşaq yaşlarında başlayır 
  • Antixolinergik tərkiblər simptomları azalda bilər. Az dozada levodopa, Segawa sindromunda effektiv olur. 

Hemibalizm 

 

 

  • Daha çox, beyin infarktı nəticəsində, subtalamik nüvənin və ya onun ətraf hissələrinin zədələnməsilə yaranır. Belə hallarda, simptomların başlanğıcı ağır olur və adətən pasient yaşlı olur. 
  • Ballistik hərəkətlər, yuxarı və aşağı ətrafların proksimal əzələlərinə təsir edir; əllər və ayaqlar geniş şəkildə atılır.
  • Müalicəsi: gündə 3 dəfə 1-2 mq haloperidol sindromu əhəmiyyətli dərəcədə yüngülləşdirir. Gündə 800-1200 mq Valproate bəzi hallarda effektiv edə bilər. Ümumiyyətlə, hemibalizm bir neçə həftə ərzində azalır; lakin, simptomlar davamlı ola bilir. 

Xoreya və atetoz 

  • Xoreya, tez aritmik hərəkətlərlə və atetoz periferik qıvrılma, "soxulcanvari" qeyri-ixtiyari hərəkətlərlə müşaiyət olunur. Onlar eyni anda baş verirsə, bu hal xoreatetoz adlanır. 
  • Xoreatetoz, bazal nüvə daxil olmaqla, beyin iflicilə əlaqəli ola bilər. 
  • Revmatik xoreya, streptokok infeksiyasının ağırlaşması kimi təzahür edir və artrit, bazal nüvə sahəsində kiçik arterialara təsir edir. Pasientlər uşaq və ya yeniyetmələrdir. Bu xəstəlik, revmatik qızdırma və ya karditlə müşaiyət olunur. 
  • Huntington xəstəliyi (əvvəllər Huntington xoreaysı) əsasən genetik xəstəlik deyil və orta yaşlarda başlayan yaddaş pozğunluğu yaradır. Xoreya xəstəliyinin ciddiliyi müxtəlif olur və vəziyyətə uyğun aritmik, xüsusi tipik yerişə səbəb olur. 
  • Antipsixotik dərmanların istifadəsindən yaranan gecikmiş diskineziya və dopamin tərkibli dərmanların istifadəsindən yaranan diskineziyalar adətən xoreatikdir. 
  • Tetrabenazin xoreanı yüngülləşdirə bilər (simptomun adı  "Huntington xəstəliyində xorea"-dır). 

 Narahat ayaqlar sindromu 

 

  • Narahat ayaqlar sindromunda pasient, xüsusən gecələr, aşağı ətraflarda xoşagəlməz hiss və ya ağrı hiss edir. Pasient tez-tez yataqdan qalxıb ətrafda gəzişmək məcburiyyətində qalır. 
  • Simptomlar ya ilkin olur, ya da dəmir çatışmazlığı, uremiya, hamiləlik və ya nevropatiyayla əlaqələndirilir. 
  • Müalicə, dəmir çatışmazlığını aradan qaldırmaq, kiçik dozalarda dopamin tərkibli dərmanlar (məsələn, pramipexole, ropinirole, rotigotine), pregabalin, və ya daha ağır hallarda gabapentin və ya tramadoldan ibarət olur. 

Dərmanlar nəticəsində yaranan diskineziya 

Levodopa

  • Uzun müddətli Parkinson xəstəliyi olan pasientlərdə levadopa, xoreoatetoz hərəkətlər (diskineziya, bax) və ağrılı əzələ tutmalarına gətirib çıxarır (distonia). 

Antipsixotik dərmanlar

Digər qeyri-ixtiyari hərəkətlər 

  • Miokloniya qısa əzələ sıxılması ilə səciyyələnir. Bu, fizioloji ola bilər, məsələn, yuxuya gedərkən ətraflarda baş verən qıcolmalar və hıçqırıq. Bunlar genetik fenomen ola bilər və ya proqressiv mioklonik qıcolma və Creutzfeldt-Jacob xəstəliyi kimi, müxtəlif nevroloji pozğunluqla əlaqədar ola bilər. Bəzi hallarda piracetam ən effektiv müalicə vasitəsidir. 
  • Tik, daha çox üzdə və ya boyunda olan qısa, kompulsiv hərəkətdir. Bu, Tourette sindromu ilə əlaqədar ola bilər. 
  • Əsmə də hərəkət pozğunluğu kimi dəyərləndirilir. 

Əlaqədar mənbələr

  • Cochrane icmalı
  • Ədəbiyyat