Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
"Qamçı zərbəsi" tipli travma

Mündəricat

"Qamçı zərbəsi" tipli travma

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
TeemuLuoto

Əsas məqamlar

  • Kəskin qamçı zərbəsi tipli travma tipik olaraq avtomobil qəzası nəticəsində yaranır. 
  • Tipik vəziyyətlərdə xəstənin nevroloji və radioloji tapıntıları normal olur və onurğanın zədəsi qeyd edilmir. 
  • Ağrı xronik vəziyyət ala bilər və bəzi xəstələrdə qamçı-assosiasiyalı pozuntu inkişaf edə bilər. 
  • Travmadan öncəki boyun simptomları və xüsusi psixoloji faktorlar xronik simptomlar riskini artırır. 
  • Müalicənin əsasları uyğun instruksiya, boynun hərəkətliliyinin dəstəklənməsi və yaxşılaşması və ağrısızlaşdırmadır. 
  • Boyun yaxalığının istifadəsindən yayınmaq lazımdır. 

Qamçı zərbəsi tipli travma

  • Boynun qamçı zərbəsi tipli travması boynun qəfil və idarəedilmədən geriyə hərəkəti və bunun ardınca qüvvətli şəkildə önə hərəkəti nəticəsində yaranır. 
  • Travma adətən avtomobilin arxadan toqquşması nəticəsində baş verir, lakin digər səbəblərdən də ola bilər.  
  • Ağrının başlanması hadisənin baş verməsindən bir neçə saatdan bir neçə günə qədər sonra başlaya bilər. Radioloji müayinələrdə, boynun rentgenoqrafiyasında anomaliyalar tapıla bilmir. MRT də həmçinin qeyri-spesifikdir və onu interpretasiya etmək çətindir. Xəstələrin əksəriyyəti 3 ay ərzində bərpa olunur, lakin təxminən 10%-i sonrakı 12 ay ərzində simptomları hiss edirlər. Kəskin qamçı travmasında aktiv mobilizasiya effektiv müalicə ola bilər. Mobilizasiya ev idman proqramı kimi tətbiq edilə bilər. Kəskin fazada soyuqla müalicə və ya iltihab əleyhinə dərmanlar təyin edilə bilər. Boyun yaxalığının istifadəsini dəstəkləyən  sübutlar yoxdur. 

Qamçı zərbəsilə əlaqəli pozuntu (QZƏQ)

  • Qamçı zərbəsilə əlaqəli pozuntu travmatik hadisədə  qamçı zərbəsi tipli travma baş verməsindən sonra inkişaf edə bilər. 
  • Qamçı zərbəsilə əlaqəli pozuntu üçün meyarlar
    • Yuxarıda qeyd olunan kimi travma mexanizmi
    • Boyunda sınıq, fəqərəarası diskin prolapsı və ya onurğa beyninin zədələnməsi yoxdur
    • Obyektiv nevroloji defisit yoxdur
    • Radioloji tapıntılar yoxdur
  • QZƏQ ilə xəstələnmə tezliyinin göstəricisi illik olaraq hər 100000 nəfər üçün 28-834 nəfər kimi qeyd olunur. 
    • Onun tezliyi 20-24 yaşlı qadınlar arasında ən yüksəkdir. 
  • Əksər hallarda QZƏQ bir neçə həftə ərzində aradan qalxır, lakin 14-42% xəstələrdə simptomlar qalır. 
  • QZƏQ simptomlarının yaranması vaxtı hadisədən sonra bir neçə saatdan bir neçə günə qədərdir. 
    • Tipik simtomlara boyun/çiyin ağrısı (100%), baş ağrısı (78-86%), başgicəllənmə (41-48%) və yuxarı ətraflarda keyləşmə/cimildənmək hissi (38-46%) daxildir. 
    • Boyun sərt və hərəkət zamanı ağrılıdır. 
    • Nevroloji tapıntılar normaldır. 
  • Boynun rentgenoqrafiyası və KT müayinəsində anormal heç bir şey müşahidə olunmur.  MRT tapıntıları qeyri-spesifikdir və simptomların təbiəri və ya şiddətinə uyğun deyildir. 
  • QZƏQ-in inkişafının toxuma zədələnməsilə əlaqədar nosiseptiv prosessinqin güclənməsi və hissi hiperhəssaslığın inkişafı ilə əlaqəli olduğu düşünülür (məsələn, fibromialgiya). 
  • QZƏQ-in inkişafında psixoloji faktorlar (posttravmatik stress reaksiyası, zəif möhkəmlik, ağrıdan yayınma davranışı kimi) rol oynayır.  
  • QZƏQ üçün risk faktorları
    • Zədələnmədən birbaşa sonra şiddətli boyun və/ və ya baş ağrısı
    • Aşağı səviyyəli təhsil
    • Qadın cinsi
    • Zədələnmədən əvvəl boyun simptomları 
    • Katastrofik düşüncə və bərpa perspektivinə pessimistik baxış                                  Xronik qamçı zərbəsi travması üçün spesifik müalicə yoxdur. Aktiv həyat tərzinin tətbiq edilməsilə yardım edilə biləcəyi barədə sübutlar vardır. Reabilitasiyaya multidisiplinar yanaşma ağrını yüngülləşdirə və funksional qabiliyyəti yaxşılaşdıra bilər. Fiziki terapiiya və tibbi bərpa müaliəcəsilə yanaşı, məsələn, botulin inyeksiyası və radiotezlik denervasiya terapiyası yoxlanıldı, lakin onların faydasına dair sübutlar dəqiq deyildir. Cərrahiyyə fayda vermir. Xronik ağrı tez-tez sığorta-hüquqi problem yaradır. Ağrının avtomobil qəzasından sonra yarandığı və yerli diaqnostik ağrısızlaşdırma ilə təsdiqlənən, yuxarı ətraflara yayılan xronik boyun ziqapofizieal oynaq ağrısında radiotezlik denevrasiyasının qısamüddətli azad olunma verdiyinə dair bəzi sübutlar vardır. Uzunmüddətli effektə dair sübutlar yoxdur. Radiotezlik terapiyası invaziv müalicə növü olub heç də bütün ölkələrdə əlçatan deyildir. Botulin toksini həmçinin terapevtik məqsədlərlə istifadə edilmişdir, lakin hələ də onun effektivliyinə dair sübutlar kifayət deyildir. 

Müalicə

  • Əgər qamçı zərbəsi travmasının ardınca simptomlar qalırsa,onların müalicə edilə bilkən mümkün olan səbəblərin (sınıqlar, travmatik disk protruziyası, qeyri-stabil onurğanın boyun hissəsi) istisna edilməsi və diaqnozun təsdiqlənməsi vacibdir. 
    • Boyunun MRT-si adətən lazımdır. 
  • QZƏQ-in müalicəsində aktiv mobilizasiya və dəstəklənmə və boyun hərəkətliliyinin yaxşılaşdırması əsasdır. 
  • Problemin təbiətinə dair müvafiq instruksiya və təhlükəsiz mobilizasiya bərpaya kömək edir. 
  • Psixoloji dəstək məsələn, posttravmatik stress reaksiyasının əlamətləri olduqda həmçinin tətbiq edilməlidir. 
  • Mobilizasiya ev idmanı proqramı daxilində tətbiq edilə bilər; fizioterapevt proqramın planlaşdırılması və tətbiq ediməsində kömək edə bilər. 
  • Birinci seçim ağrıkəsici preaparatlar qeyri-steroid iltihab əleyhinə dərmanlar və parasetamoldur; ilkin mərhələdə şiddətli ağrısı olan xəstələrdə qısamüddətli mülayim opioidlərlə müalicə düşünülə bilər. 
  • Masaj, kinezioterapiya və onurğanın döş hissəsinin manipulyasiyası faydalı ola bilər.
  • Boyun yaxalığı, əzələ relaksantları və botulinum inyeksiyasından çəkinmək lazımdır.
  • Cərrahiyyə fayda vermir.
  • Xronik ağrı tez-tez sığorta hüquq problemi yaradır.

Müvafiq mənbələr

  • Koxran icmallar
  • Digər sübutların icmalı
  • Ədəbiyyat

Li Q, Shen H, Li M. Magnetic resonance imaging signal changes of alar and transverse ligaments not correlated with whiplash-associated disorders: a meta-analysis of case-control studies. Eur Spine J 2013;22(1):14-20. Michaleff ZA, Maher CG, Lin CW et al. Comprehensive physiotherapy exercise programme or advice for chronic whiplash (PROMISE): a pragmatic randomised controlled trial. Lancet 2014;384(9938):133-41. Walton DM, Macdermid JC, Giorgianni AA et al. Risk factors for persistent problems following acute whiplash injury: update of a systematic review and meta-analysis. J Orthop Sports Phys Ther 2013;43(2):31-43. Ferrari R, Russell AS, Carroll LJ et al. A re-examination of the whiplash associated disorders (WAD) as a systemic illness. Ann Rheum Dis 2005;64(9):1337-42. Styrke J, Stålnacke BM, Bylund PO et al. A 10-year incidence of acute whiplash injuries after road traffic crashes in a defined population in northern Sweden. PM R 2012;4(10):739-47. Carroll LJ, Holm LW, Hogg-Johnson S et al. Course and prognostic factors for neck pain in whiplash-associated disorders (WAD): results of the Bone and Joint Decade 2000-2010 Task Force on Neck Pain and Its Associated Disorders. Spine (Phila Pa 1976) 2008;33(4 Suppl):S83-92. Guidelines for the management of acute whiplash associated disorders for health professionals 2014