Laqoftalm (göz qapaqlarının tam bağlana bilməməsi)
EBM Klinik protokolları
24.08.2016 • Sonuncu dəyişiklik 22.11.2013
TeroKivelä
Əsasları
- Laqoftalmın müalicəsinə dərhal başlanılmalıdır.
- Əgər göz qapaqları göz qırpma və ya yatma zamanı tam bağlana bilmirsə, gözün buynuz qişası sürətlə quruya və iltihablaşa bilər. Göz hətta perforasiya edə bilər.
Simptomlar və əlamətlər
- Göz tamamilə bağlana bilmir. Gözün, xəstə aşağıya doğru baxdığı zaman bağlanıb bağlana bilmədiyini də müayinə edin.
- Səbəblərə aiddir
- huşun itməsi (məs. təcili yardım şöbəsindəki xəstələr)
- üz sinirinin parezi və ya üz zədələnmələri (orbikulyar əzələ funksiyası pozulmuşdur və ya çox sıx çapıq izi vardır)
- orbital şiş (mexaniki faktorlar, ekzoftalm)
- tiroid xəstəliyi (göz orbitində ödem)
- Konyuktiva qırmızı, qıcıqlanmış və şişmişdir.
- Buynuz qişa xoralaşmış, iltihablaşmış və bulanıqdır.
- Qoruyucu tədbirlər görülmədikdə, davamlı olaraq məruz qalma zamanı buynuz qişa perforasiyaya uğrayır.
Tənzimlənməsi
- Müalicəyə laqoftalm qeydə alındığı andan dərhal sonra başlanılmalıdır, əks təqdirdə normal görmə qabiliyyəti ömürlük olaraq itə bilər.
- Mümkün ikincili infeksiyaya qarşı müdaxiləni təmin edəcək nəmləndirici gelin bol və intensiv şəkildə tətbiqinə və ya antibakterial məlhəmin tətbiqinə buynuz qişanın xoralaşmasının artıq baş verməsi zamanı bir mənalı olaraq ehtiyac duyulur.
- Bir plastik qapaq, gözün üstünə bantla bağlanır və ya göz qapaqlarının gecə ərzində bantla bağlanması həyata keçirilir.
- Əgər laqoftalmın uzun bir müddət ərzində davam edəcəyi güman edilirsə, oftalmoloq göz qapaqlarını hissəvi olaraq bir-birinə tikə bilər (tarsorrafi). Laqoftalmın səbəbini aradan qaldırıldıqdan sonra göz qapaqları asanlıqla bir-birindən ayrıla bilər.
- Daimi iflicin səbəb olduğu laqoftalm, gözün üst qapağın daxilinə qızıl implantların yerləşdirilməsi ilə korreksiya edilir.