Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda təzəcə diaqnozu qoyulmuş tip 1 diyabet

Mündəricat

Uşaqlarda təzəcə diaqnozu qoyulmuş tip 1 diyabet

EBM Klinik protokolları
31.05.2018 • Sonuncu dəyişiklik 20.09.2018
PäiviMiettinen MariPulkkinen

Əsaslar

  • Əlamətlərin və simptomların, erkən mərhələdə aşkar edilməsinə nail olmaq lazımdır: susuzluq hissi və sidiyə tez-tez getmək, təzəlikcə tualet təlimi keçmiş uşaqda enurez (qeyri-iradi sidik ifrazı), yorğunluq, abdominal ağrı və qusma (qeyd edin: qastroenteritlə fərqi, ishalın olmamasıdır), qeyri-mütənasib dehidratasiya və çəkidə azalma. Körpələrdə yeganə əlamət, astma tutmalarını xatırladan tənəffüs çətinliyinin müşahidə edilməsidir.
  • Müdaxilələr dərhal həyata keçirilməlidir: qlükometrin köməyilə qanda qlükozanın analizi (plazma qlükozası) və ya reagent test stripləri vasitəsiylə sidikdə qlükoza analizi.
  • Laboratoriya, uşağın qanında qlükozanın konsentrasiyası yüksəlmiş olduqda və ya sidik testində qlükoza positiv olduqda, müalicəyə vaxt itirmədən başlamaq məqsədiylə müalicə həkimi dərhal məlumatlandırmalıdır.

Diaqnoz

  • Əgər uşaqda diyabetdən şübhələnilirsə, tədbirlərə hələ həmin gündən başlanılmalıdır. Laborator cavabları əldə etmək üçün heç vaxt həftə sonlarının keçməsini gözləmək lazım deyildir.
  • Əgər uşağın sidiyində qlükoza pozitivdirsə, onun qanı dərhal analiz edilməlidir.
  • Asimptomatik uşaqlarda təsadüfi bir şəkildə aşkarlanmış qlükozuriyanın araşdırılması, yalnız qanda qlükozanın səviyyəsinin norma daxilində olduğu təqdirdə ilkin yardımda aparıla bilər.

Müalicənin başlanğıcı

  • Əgər qanda qlükozanın dəyərləri yüksəlmişdirsə ( və ya qanda qlükoza analizinin nəticələrini dərhal əldə etmək mümkün deilsə) uşaq, uşaq həkimiylə əlaqə yaradaraq yerli pediatrik xəstəxanaya və uşaq xəstəlikləri müəssəsinə təcili bir şəkildə yerləşdirilməlidir.
  • 6 aydan aydan kiçik və ya hələ danışmayan və yeriməyən uşaqların ilkin müalicəsi, geniş imkanlara sahib (tədris) xəstəxanalarda aparılmalıdır.
  • Rehidratasiyaya və insulin terapiyasına, pediatrik xəstəxanaya gedilən yolun əsaslı dərəcədə uzaq olması halında ilkin yardımda başlanılmalıdır.
  • Dehidratasiyanı tənzimləmək məqsədiylə maye köçürülmə terapiyasına, xəstəxananın təcili yardım bölməsində başlanılmalıdır və prosesə ketoasidozun tamamilə dəyişməsi halına qədər xüsusi palatada davam etdirilməlidir.
  • İnsulin terapiyası, ilkin maye köçürülməsi prosesi ilə birlikdə başlanılmalı ya da intravenoz infuziya və ya fasiləli dərialtı inyeksiyaların davamı kimi tətbiq edilməlidir (amma adətən xəstəxanaya yerləşdiriləndən sonra).
  • Ailəyə və uşağa, diyabet və onun müalicəsi haqqında əsaslı məlumatlar təxirə salınmadan hələ palata daxilində verilməlidir. İkin hospitalizasiya müddəti əksər hallarda təqribən bir həftə çəkir, lakin bu dövr ərzində diyabetin evdə müalicəsi artıq başlanılmış olur.
  • Həmçinin nəzər yetirin.

Adiyyatı mənbələr

  • "Cochrane" nəzəriyyələri