Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Lakrimal kanal (göz yaşı vəzi kanalı) stenozu

Mündəricat

Lakrimal kanal (göz yaşı vəzi kanalı) stenozu

EBM Klinik protokolları
22.05.2018 • Sonuncu dəyişiklik 06.03.2017
Editors

Əsaslar

  • Yenidoğulmuşların lakrimal kanal stenozunda simtomlar əziyyətverici (dakriosistit [gözyaşı kisəsinin iltihabı], blefarit [göz qapaqlarının xroniki xəstəliyi]) olmadığı təqdirdə ən azı bir ay spontan sağalmanı gözləyin.

Simptomlar

  • Təxminən 6-20% yenidoğulmuşlar lakrimal kanal stenozu simptomlarına malik olur.
  • Simptom bilateral (ikitərəfli) ola bilər (15-30% hallarda).
  • Adətən sağlam uşaqlarda müşahidə edilir; müxtəlif tip sefalik malformasiyalar eləcə də Daun sindromu risk faktoru rolunu oynaya bilər.  
  • Simptomlar əksər hallarda 2-4 həftəlikdən başlaya bilər.
    • Gözlərin davamlı olaraq və ya vaxtaşırı sulanması
    • Konyuktiva asanlıqla təsirlənə bilər və nəticədə gözdən ifrazat gələ bilər.
    • Gözyaşı meniskusunun artmış yüksəkliyi
    • Göz ətrafında qızartı
  • Stenoz iki həftəlik yaşdan etibarən gözlərin sulu olmasına səbəb olur''?> Stenoz körpəni konyuktivitə meyilli edir.''?>

Müayinələr

  • Gözün müayinəsi: göz qapaqları; kipriklər; lakrimal nöqtələri görmək mümkündürmü; konyuktivit əlamətlərinə təsadüf edilirmi; buynuz qişanın vəziyyəti.
  • Flüoresent test: gözə damızdırılan flüoresent  boya damcısı gözdən 5 dəqiqə ərzində yox olmalıdır və boya güclü lakrimal drenaj sisteminin bir əlaməti olaraq eyni istiqamətdə burun boşluğunda meydana gəlməlidir.

Müalicə

  • Bir yaşdan kiçik uşaqlar simptomlar əziyyətverici (residivləşən dakriosistit və ya blefarit) olmadığı təqdirdə valideynlərinə lakrimal kanalın masaj edilməsi təlimatları verilərək müalicə edilir.
  • Lakrimal kanalın masajı.
    • Gözün medial küncünü pambıq uclu çubuq və ya kiçik barmaqla (dırnaqlar qısa kəsilmək şərtilə) gündə 4-5 dəfə basın, nəticədə lakrimal kanaldan ifraz olunan ifrazatı silin.
    • Lakrimal kisənin basılması adətən uşaq yatarkən və ya maye içərkən yuxarıya doğru olduqda həyata keçirilərsə uğurlu nəticə əldə etmək olar.
    • Adətən yalnış yerə təzyiq göstərən valideynlərə lakrimal kisənin düzgün yerini göstərin. Lakrimal kisə gözün medial küncündə yerləşən liqamentin (bağın) altında yerləşir, ona görə də tətbiq edilən təzyiq kifayət qədər böyük olmalıdır.
    • Yerli antibakterial maddələr, birincili xloramfenikol yalnız gözdən aşkar şəkildə ifrazatın gəldiyi hallarda tətbiq edilir.
    • Müalicə hər dəfə göz sulanmağa və ya irinli ifrazat ifraz etməyə başladıqda təkrarlanır.
  • Əgər gözün sulanması və irinli ifrazatın gəlməsi uşağın bir ildən yuxarı yaşında da davam edirsə, uşaq oftalmoloqa göndərilməlidir.
    • Ambulator şöbədə, anesteziyanın təsirilə zondlama aparılır.
    • Mürəkkəb hallarda: lakrimal kisəyə silikon borunun salınması; boyük uşaqlarda dakriosistorinostomiya.zondlama üçün. Proses ambulator şöbədə anesteziyanın təsirilə həyata keçirilir.''?>

Böyüklərdə lakrimal stenoz Böyüklərdə lakrimal stenozun səbəbi infeksiya, yavaş axın səbəbindən lakrimal kisənin aşağı hissəsində çöküntünün toplanması və bəzən zədələnmə və ya şiş ola bilər. Çöküntünün kənarlaşdırılması məqsədilə oftalmoloq tərəfindən yuyulma (eng.''lavage'') yolu ilə həyata keçirilən müalicə kifayət edə bilər. İnfeksiyanın səbəb olduğu çapıq problemə səbəb ola bilər. Dakrosistit üçün nəzər yetirin''?>.