Beyker kistası
EBM Klinik protokolları
17.09.2018 • Sonuncu dəyişiklik 17.09.2018
Editors
Əsas məqamlar
- Dizin arxa hissəsində sinovial şişkinlik olub, uşaqlarda anadangəlmə, böyüklərdə isə çox zaman zədə, artrit yaxud osteoartrit və ya hidrops nəticəsində ikincilidir.
- Kista birincilidirsə diz oynağı ilə əlaqələnmir, lakin ikincili olduğu halda bu əlaqə mövcuddur.
Simptomlar
- Əksər kistalar kiçik və simptomsuzdur. Kista, diz oynağının hər hansı digər səbəblə əlaqədar görüntüləmə müayinəsi keçirildiyi zaman təsadüfi aşkarlana bilər. Dizin osteoartriti ilə olan pasiyentlərin 40%-ə qədərində Beyker kistası aşkarlanır.
- Çox zaman diz büküşündə sadəcə simptomsuz şişkinik kimi mövcud olur.
- Böyük kista yerli gərginlik və dizdə hərəkətlərin məhdudlaşmasına səbəb ola bilər.
- Fiziki aktivlik simptomları ağırlaşdıra bilər.
- Çox zaman simptomlar bilavasitə kistanın özü ilə deyil, daha çox dizdəki əsas xəstəlik (osteoartrit, travma) ilə əlaqədar olur.
Diaqnoz
- Klinik diaqnoz adətən yetərlidir.
- Şişkinlik, pasiyent dizin tam açılması ilə ayaq üstə dayandıqda maksimal aydın görünür və pasiyent dizini bükdükdə zəifləyir.
- Kista asanlıqla ultrasonoqrafiyada təyin edilə bilir.
- Diz oynağının rentgen müayinəsi əsas xəstəlik kimi potensial artrozun təyin edilməsi üçün zəruri ola bilər.
- MRT kista və diz oynağı arasında əlaqəni, həmçinin əsas xəstəliklə bağlı oynaqdaxili dəyişiklikləri (məs., meniskin və ya bağın cırılması) aşkar edə bilər.
Diferensial diaqnoz
- Dərin venaların trombozu ilə Beyker kistasının cırılması arasında xeyli oxşarlıq ola bilər. (aşağıda bax).
- Lipoma; limfoma və sarkoma kimi bədxassəli proseslər
- Dizaltı arteriyanın anevrizması; adətən arteriyanın pulsasiyası aydın qeyd olunur
Müalicə
- Təsadüfi aşkarlanmış simptomsuz kista müalicə tələb etmir.
- Uşaqlarda, kista çox zaman spontan şəkildə sorulur. Cərrahi müalicəyə çox nadir hallarda ehtiyac yaranır.
- Çox zaman, aşırı sinovial mayenin tədricən sorulmasına imkan verilməsi üçün, diz oynağına düşən yükü müvəqqəti (bir həftədən uzun sürməməklə) azaltmaq yetərlidir.
- Simptomatik müalicədə soyuq kompreslər, oral və ya yerli QSİƏP istifadə edilə bilər.
- Diz ortozu faydalı ola bilər.
- Kista ultrasəs nəzarəti altında şprislə aspirasiyanın aparılması ilə bilavasitə drenaj edilə bilər (qan damarları və incik sinirini zədələməmək üçün diqqətli olun!). Eyni iynədən istifadə etməklə metilprednizolon (methylprednisolone) və ya triamsinalon (triamcinolone) drenaj edilmiş kistaya inyeksiya oluna bilər.
- Böyük yaşlı pasiyentdə simptomatik kista diz oynağının punksiyası və ardınca oynaqdaxili qlükokortikoid inyeksiyası ilə müalicə edilə bilər. Hər üç pasiyentdən təxminən ikisində müdaxilənin müsbət effekti bir həftə ərzində aydın şəkildə qeyd olunur. "?> Lakin, əldə edilən bu fayda, adətən, sadəcə müvəqqətidir, belə ki, pasiyent hərəkət etdikdə kistaya yeni sinovial maye toplanır.
- Həmçinin kista ultrasəs nəzarəti altında şprislə aspirasiya vasitəsilə bilavasitə drenaj edilə bilər (damarların punksiyasına yol verməmək). Eyni iynədən istifadə ilə metilprednizolon (methylprednisolone) və ya triamsinolon (triamcinolone) drenaj edilmiş kistanın daxilinə inyeksiya oluna bilər."?>
- Cərrahi müalicədən sonra, diz oynağındakı əsas xəstəliklə əlaqədar, residiv verməyə meyllik güclüdür. Müalicə həmin əsas səbəbi hədəfə almalıdır.
Beyker kistasının cırılması
- Cırılmış Beyker kistası baldırın arxasında şişkinliyə və dərin venoz trombozu xatırladan ağrıya səbəb ola bilər.
- Anamnezdə Beyker kistasının olması məlumdursa və dizaltı venanı keçiriciliyi dopler stetoskopu ilə təsdiq oluna və ya venoz tromboz D-dimer testi ilə istisna edilə bilirsə, venoqrafiyaya ehtiyac yoxdur.
- Diaqnostik ultrasəs müayinəsi diaqnozu təsdiqləyir.
- Cırılmış Beyker kistası üçün spesifik müalicəyə ehtiyac yoxdur, lakin pasiyentə müalicə prinsiplərinin izah edilməsi və erkən mobilizasiya tələb olunur.
Handy JR. Popliteal cysts in adults: a review. Semin Arthritis Rheum 2001;31(2):108-18.