Pediatrik dəri problemləri
EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 02.02.2017
AlexanderSalava
Əsas xüsusiyyətləri
- Uşaqlarda olan dəri problemlərinin klinik forması və növləri yetkinlərdən fərqli olur.
- Diaqnoz əsasən xəstəlik keçmişinə və klinik formasına görə qoyulur. Bunun üçün dərinin vəziyyətini hərtərəfli şəkildə analiz etmək lazımdır (dəri, baş dərisi, dırnaqlar, ovuclar və ayaq pəncələri, ağız boşluğu).
- Dəri problemini ağırlaşdıran və azaldan müəyyən xarici faktorları nəzərə almağı unutmayın ( Məsələn: içki, hobbilər və döymə kimi müxtəlif vərdişlər).
- Əgər hər hansı bir dəri infeksiyası müəyyən olunubsa, xəstənin təmasda olduğu mühitdə (ailə, baxça, məktəb və.s.) olan dəri problemləri araşdırılmalıdır.
Diaqnoz
- Problem kəskin və ya xronikidir?
- Xəstədə qızdırma və ya qızılca kimi dəri xəstəliklərinin sistemli simptomları vardır?
- Xəstənin əvvəllər atopik dermatit kimi hər hansı bir dəri narahatlıqları olubmu?
- Həstəliyi ağırlaşdıran hər hansı bir xarici amillər var (hobbilər, baxça, məktəb, heyvanlarla təmas)?
- Xəstənin təmasda olduğu şəxslərin hər hansı bir dəri narahatlıqları varmı (qaşınma, impetiqo (sarı yara), saçqıran, çiçək xəstəlikləri)?
- Səyahət keçmişi
- Bədənin hər hansı bir zədələnmiş hissəsində qaşıntı varmı (atopik dermatit, qaşınma)?
- Əsas nahiyyələr daxil olmaqla dərinin vəziyyətini hərtərəfli şəkildə analiz edin (baş dərisi, ovuclar, ayaq qəncələri, ağız boşluğu, dırnaqlar).
Ən çox rast gəlinən səbəbləri
- Atopik dermatit ; formaları
- Xəstəliyin klinik forması xəstənin yaşından asılı olaraq dəyişir
- Uşaqlarda əsasən üz, boyun və ya bilək, dirsək və diz nahiyyələrində rast gəlinir
- Sızanaqlar; Forması
- Tipik yaş
- Üzdə
- Pilinq və kolpanlar onun əsas diaqnozlardır.
- Adətən ailənin hər hansı bir üzvündə bu xəstəliyə rast gəlinir.
- Seboreik dermatit
- Ən çox körpələrdə rast gəlinir
- Əsasən baş dərisi, diz və qulaq nahiyyələrində
- Əksər hallarda eritrema və diş daşı təmizliyi (detertraj) aşkar olunur
- İrritant dermatit, irritant kontakt dermatit ; forması
- Mexaniki qıcıqlanma, maserasyon, dodaq dişləməsi
- Əl eqzeması, uşaq dermatiti, və.s.
- Impetiqo (Sarı yara); forması
- Adətən ilk başda kiçik zədələrlə müşahidə olunsa da daha sonra geniş şəkildə yayılır.
- Sarı qabıqla örtülmüş eroziyalı səthlər açıq şəkildə aşkar olunur.
- Adətən az simptomlarla müşahidə olunur
- Qaşınma yaradan kiçik gənə və bitlərin səbəb olduğu dəri yaraları kimi eqzemanalar ikinci dərəcədə yoluxa bilər ki, bu da klinik şəkildə ona oxşar olan impetiqoya səbəb olur.
- Malariya
- Xüsusi ilə körpə uşaqlarda rast gəlinir
- Maserasyona səbəb olan isti, isti şərait, həddindən artıq qalın paltarlar və isti iqlim bədəndə və bədən nahiyyələrində yoluxu sızanaqlara səbəb olur.
- Qaşınma; formaları
- Gecə vaxtı kəskin qaşınmalar başlayır
- Balaca uşaqlarda əsasən suluqlar ilə müşahidə olunur
- Əsasən ovuclarda və ayaq pəncələrində dəri zədələnmələri
- Yaşca böyük uşaqlarda barmaqların arasında və biləklərdə yaralar , eyni zamanda böyürlərdə, biləklərdə, topuqlarda, sinə hissəsində və cinsi nahiyyədə isə dəri zədələri ortaya çıxır.
- Bitlər (Pediculus capitis)
- Əsas simptomu başın və boyunun arxa hissəsində müşahidə olunan qaşınmadır.
- Baş dərisi və boyun nahiyyəsi tez-tez qaşıntıdan alovlanır və qaşınma səbəbi ilə dəridə zədələr əmələ gəlir.
- Boyun və qulaqlardakı limfa düyünləri şişə bilər
- Allergik reaksiyalar
- Məsələn qidaya qarşı həddindən artıq həssaslıq
- Adətən üz və bədən nahiyyəsində sürətlə qızarmağa başlayan eritem kimi, nadir hallarda isə ürtikeri kimi müşahidə olunur.
- Xəstəliyi ağırlaşdıran amillər ilə müvəqqəti olaraq açıq şəkildə təmasda olmaq
- Bəzi uşaqlarda atopik dermatitin daha gec ağırlaşması müşahidə oluna bilər.
- Uşaqlarda ekzantem və çiçək xəstəlikləri
- Qeyri-səciyyəvi viruslu ekzantem daha geniş yayılmışdır.
- Xəstənin peyvənd olunmasını və təmasda olduğu mühiti analiz etməyi unutmayın.
Nisbətən az rast gəlinən dəri problemləri
- Pityriasis versicolor (Rəngbərəng dəmrov)
- Yaşca böyük uşaqlarda
- Belin yuxarı hissəsində, çiyinlərdə və kürəkdə rast gəlinən asimptomatik, hipo və ya hiperpiqmentli, olduqca kiçik yaralar
- Pityriasis alba (Ağ dəmrov xəstəliyi)
- Üz, bədən və ətraflarda hipogiqmentli kiçik yaralar
- Dermatitin, xüsusilə də atopik dermatitin nəticəsində yaranır
- Folikulit
- Kiçik saç foliküllarının iltihabı
- Əsasən maserasyon, mexaniki qıcıqlanma və yağlı müalicə nəticəsində yaranır
- Dermatofitoz
- Kənar nahiyyələrdə yeniş yayılmış açıq şəkildə müşahidə oluna bilən eritema.
- Adətən baş dərisində saçın tökülməsi və kəpəyin yaranması ilə müşahidə olunur.
- İkinci dərəcəli bakteriya infeksiyası mümkündür.
- Ürtiker
- Adətən kəskin ürtiker infeksiya, dərman və ya allergik reaksiya nəticəsində yaranır.
- Keçəllik
- Heç bir yara və ya eritema olmadan baş dərisində saçların asemptomatik və qeyri-bərabər şəkildə tökülməsi
- Psoriaz; forması
- Həmçinin uşaqlarda da baş verə bilər
- Eqzemaya oxşayan yüngül yaralar
- Yetkinlərdə nisbətən daha geniş şəkildə müşahidə olunur.
- Streptokokus infeksiyası nəticəsində yaranan guttate psoriaz (qırmızı rəngli səpgilər) kliniki şəkildə geniş yayılmış bir forma ala bilər
- Alergik kontakt dermatit
- Adətən kəskin, qaşıntılı, klinik şəkildə eqzemalı dermatit.
- Uşaqlarda da həmçinin kontakt alergiyalar müşahidə oluna bilər.
- Borrelia infeksiyası
- Bədən nahiyyəsində və ətraflarda müşahidə olanan eritrema səpgiləri (forması)
- Adətən qulaq diblərində və cinsi nahiyyələrdə müşahidə olunan daha nadir hallarda rast gəlinən borrelial limfalar
Sadə dəri yaraları (lezyonları)
- Ziyillər
- Adətən barmaqlarda və ayaqlarda müşahidə olunur
- Geniş şəkildə yayılmış hamar ziyillər əllərdə və üzdə yarana bilər
- Molyusklar; forması
- Geniş şəkildə baş verə bilir
- Əsasən atopik dermatit olan insanlarda rast gəlinir
- Xal (anadangəlmə piqmentli xallar, hemangiomalar, və.s.)
- Dəri şişləri
- Adətən zərərsiz olurlar ki, müntəzəm olaraq yoxlanışa getmək kifayətdir
- Bədxassəli şişlərin yaranması mümkündür, lakin uşaqlarda çox nadir hallarda rast gəlinir.
Araşdırılması
- Əgər impetiqo və ya folikulitin empirik mikrob əleyhinə müalicəsinə olan cavab zəifdirsə və ya buna qarşı müqavimət mövcüddürsa, vacib olduğu halda bakteriyanın tərkibini öyrənmək lazımdır
- Kontakt alergiyalarına nadir hallarda uşaqlarda rast gəlinir. Kontakt alergiyası kəskin şəkildə müşahidə olunduğu halda, cild üzərində testlər aparmağa ehtiyac yaranır (pediatrik epikutanyoz testi batareyaları analiz edir).
- Keçəllik şübhəsi yarandıqda, mikroskopik və göbələk analizləri tələb olunur.
- Seboreik eqzemanada, mikroskopik analiza göndərilmiş nümünələrdə Malessezia mayaları aşkar olunsa da, göbələyin mövcüdlüğü hələ də mənfi ola bilər. Diaqnoz klinik xüsusiyyətlərə əsaslanmalıdır.
- Dəri şişinin bədxassəli olduğu şubhəsi yarandığı halda, tarixi analizi yerinə yetirin(məsələn, punksion biopsiyası aparatları vasitəsilə periferik arteriya xəstəliyinin analizi)
Müalicə
- Qıcıqlandırıcı amillərdən (rütubət, çirk, toz, dişləmək(dodağı), qaşımaq) yayınılmalıdır.
- Eqzema xəstəliyi olan balaca uşaqlar üçün (2 yaşdan aşağı) ilkin olaraq yüngül müalicələrdən, and yaşca nisbətən böyük üşaqlar üçün isə (2 yaşdan yuxarı) yüngül və ya orta glukokortikoidlərdən fasilələrlə 1-2 həftə istifadə edin. Qeyri-tibbi məlhəmlərin müntəzəm olaraq istifadəsi xəstəliyin təkrar qayıtmasının və ya kəskinləşməsinin qarşısını ala bilər.
- Uşaqlarda üzdə olan eqzema yalnız 1%-lik hidrokostizon məlhəmi kimi yüngül kortikoidlərlə müalicə olunmalıdır.
- Xüsusi inqibitor həmçinin atopik eqzemanın müalicəsində effektiv hesab olunurlar (0.03% tacrolimus məlhəmi və ya pimecrolimus məlhəmi; hər ikisi 2 yaşdan yuxarı uşaqlar üçün 1-2 həftəlik fasiləli müalicə kimi istifadə oluna bilər; baxın).
- Sızanaqların müalicəsində antimikrob məhsulları ilə yanaşı əsas comedolytic məhlulları da istifadə olunmalıdır. Daha kəskin hallarda isə, vacib olduqda əsas müalicəyə sistemli antimikrob əleyhinə müalicə də əlavə oluna bilər. 8 yaşdan aşağı olan uşaqlara tetracyclines məhsulları məsləhət görülmür çünki onlar diş minasını zədələyə bilərlər.
- Seboreik eqzemanın müalicəsində baş dərisinə tətbiq olanaq yüngül və orta costicosteroidlər və dəriyə tətbiq olunan məhlullar faydalıdırlar. Axşam yumaqdan öncə dəridə olan nəmlik baş dərisindəki qabıqları təmizləmək üçün istifadə oluna bilər. Əsas azol antigöbələk məhsulları(clotrimazole, miconazole, tioconazole, ketoconazole, şampun, maz və ya məlhəmlər) da həmçinin faydalıdır.
- Psoriaz xəstəliyi olan uşaqlar üçün yüngül və ya orta cortocosteroid məhlulu 1-2 həftə müddətində fasilələrlə istifadə olunmalıdır.
- Uşaq dermatiti müntəzəm yumaq və uşağı təmiz saxlamaqla müalicə olunmalıdır, məsələn, zinc kremi və ya talk pudrası hər səhər və axşam istifadə oluna bilər. Əlavə olaraq, antimycotit məhlulu, miconazole pudrası , yüngül corticosteroid məhlulu və ya antimycotic məhlulu ilə birlikdə gündə 2 dəfə olmaqla 1-2 həftə müddətində fasilələrlə müalicə tətbiq oluna bilər.
- İmpetiqo. daha az hissəni əhatə edən impetiqo üçün mikroba qarşı olan hər hansı bir məlhəmlə müalicə kifayət etsə də, daha geniş yayılmış ciddi növü üçün isə mikroba qarşı sistemli müalicə tələb olunur.
- Folikulit üçün, mikroba qarşı müalicə (məsələn, clindamycin) və ya hər hansı bir məhlul (məsələn, fusidic turşusu) və ya antiseptik məhsullarla (məsələn, benzoyl peroksid) yumaq . Xəstəliyin daha ciddi və geniş yayılmış formaları üçün isə, cephalexin kimi məhlullarla mikroba qarşı sistemli müalicəyə ehtiyac ola bilər.
- Ürtiker üçün, desloratadine kimi antihistamine məhsulu ilə uzun müddətli simptomatik müalicə nəzərdə tutulur.
- Malariya üçün, açıq havada vanna və ya duş qəbul etmək, yüngül corticosteroid məhlulu ilə fasilələrlə malicə və ya gündə 1-2 dəfə olmaqla 1-2 həftə ərzində yüngül costicosteriod və antiseptik məhlulunun qəbul edilməsi kimi simptomatik müalicə tətbiq olunur.
- Pityriasis versicolor (Rəngbərəng dəmrov) üçün gündə 1 və ya 2 dəfə olmaqla 1-3 həftəlik müddət ərzində fasilələrlə istifadə olunan azole və ya ketoconazole (5 gün ərzində gündə 1 dəfə olmaqla həmin nahiyyəni yumaq) kimi göbələyə qarşı olan məhsullar effektivdir.
- Baş qaşınmasının ilkin müalicəsi permethrin məlhəmi və baş bitləri üçün isə permethrin şampunudur.
- Dəri borreliozunun ilkin formaları kliniki əsaslarla diaqnoz oluna bilər. Uşaqlarda tətbiq olunacaq ilkin müalicə amoxicillindir(amoksilin).
Mütəxəssis məsləhəti
- Müalicəyə cavab verməyən hər hansı bir daimi dəri probleminiz varsa, dermatoloq ilə məsləhətləşin.
- Uşaqda sistemik xəstəlik nəticəsində yaranan dəri yaralarının (lezyonların) olduğu müəyyən olunubsa, pediatr ilə məsləhət olunmalıdır.
- Xəstənin vəziyyətinin pisləşdiyi və ya ciddi infensiyanın olduğu müşahidə olunursa, təcili olaraq xəstəxanaya müracət olunması məsləhət görülür.
Sethuraman G, Bhari N. Common skin problems in children. Indian J Pediatr 2014;81(4):381-90. Allmon A, Deane K, Martin KL. Common Skin Rashes in Children. Am Fam Physician 2015;92(3):211-6. Hamm H, Höger PH. Skin tumors in childhood. Dtsch Arztebl Int. 2011 May;108(20):347-53