Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Allergik rinit

Mündəricat

Allergik rinit

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
JuraNumminen

Əsas məqamlar

  • Rinit və bronxial astma arasında yaxınlıq və qarşılıqlı əlaqə nəzərə alınmalıdır,  müayinələr və müalicə mümkün olduğu qədər hər iki vəziyyəti əhatə etməlidir.
  • Allergenlərlə təmasdan yayınmaq cəhdi əvəzinə, pasiyentin allergenlərə qarşı tolerantlığı müxtəlif yollarla yaxşılaşdırılmalıdır. Simptomların şiddətli olduğu durumda allergenlərlə kontaktdan çəkinmək tələb olunur, lakin vəziyyət yüngülləşən kimi tolerantlığı gücləndirən metodların tətbiqi tərcih edilməlidir.
  • Simptomlar ağır olduqda və müalicəyə cavab alınmadıqda, allergen-spesifik immunoterapiya (desensibilizasiya) nəzərdən keçirildikdə və ya peşə rinitinə şübhə yarandıqda, LOR mütəxəssisi tərəfindən müayinə aparılması tələb edilir.

Əlamətlər və simptomlar

  • Bax cədvəl 
Hiperhəssaslıqla şərtləndirilən rinitin müxtəlif formaları zamanı əlamətlər və simptomlar
  Allergik rinit Qeyri-allergik rinit
    Eozinofilik Qeyri-eozinofilik (vazomotor)
İrsi meyllik Bəli (atrofiyaya meyllik) Xeyr Xeyr
Başladığı yaş Uşaq yaşları Orta yaşlar (30–50 yaş) Orta yaşlar (çox zaman > 40 yaş)
Simptomların meydana çıxması Mövsümi, həmçinin il boyu davam edən ola bilər İl boyu İl boyu
Bronxial astma Təxminən 20% hallarda Təxminən 30–40% hallarda Nadir
Poliplər Bəzən Tez-tez Nadir hallarda
Prik/RAST testləri müsbət Bəli Xeyr Xeyr
Sekretor eozinofiliya Tez-tez Pasiyentlərin hamısında müəyyən bir mərhələdə (diaqnostik meyar) Xeyr

Epidemiologiyası

Müayinələr və onların nəticələri

  • Pasiyentin diqqətlə tərtib edilmiş anamnezi
  • Pasiyent burun tutulmasından şikayət edirsə - rinoskopiya aparılır, tərcihən alınüstü işıqlandırıcı və yerli nazal dekongestant istifadəsi ilə (ilk həkim qəbulu ərzində tam otorinolarinqoloji müayinənin aparılması göstərişdir).
    • Məqsəd burun poliplərini aşkar etməkdir .
    • Göyümtül-solğun boz rəngli və ya maviyə çalan selikli qişalar (allergik reaksiyaya işarə edir, lakin müayinə zamanı başqa mənzərənin müşahidə edilməsi allergiyanı istisna etmir)
    • İfrazatlar şəffaf suludan - selikliyə qədər dəyişə bilir.
  •  Ultrasəs müayinəsi, simptomlar kəskin bakterial rinosinusitə işarə etdiyi halda, üst çənə ciblərində ifrazatın mövcudluğunu yoxlamaq üçün həyata keçirilə bilər.
  • Burunətrafı ciblərin rentgen müayinəsi xroniki sinusitlərlə bağlı dəyərləndirmənin aparılması üçün, xüsusilə simptomların uzun müddət ərzində dayanıqlıq göstərdiyi halda (bir neçə aydan bir neçə ilədək) əhəmiyyət kəsb edir.
    • Uşaqlarda, rentgen müayinəsi yalnız diqqətli təhlil aparılmasından sonra ixtisaslaşmış tibb müəssisəsində və tərcihən burunətrafı ciblərin  konus-şüalı KT istifadəsilə həyata keçirilməlidir. 
  • Zərdabda IgE müayinələri və/və ya dəri prik-testləri müalicə planının tərtibi üçün, allergen-spesifik immunoterapiya (desensibilizasiya) haqda qərar qəbulu məqsədilə və potensial peşə rinitinin diaqnostikası üçün göstərişdir .

Növbəti müayinələr

ARIA klinik protokolları

  • ARIA (Allergik rinit və onun bronxial astmaya təsiri "?>) klinik protokolları , ekspertlər qrupu tərəfindən, ÜST ilə birgə əməkdaşlıq şəraitində  hazırlanmış, ümumi praktika həkimləri və mütəxəssislər üçün  tədqiqat və müalicəyə dair rəhbər prinsiplərdir"?>.  Burada "vahid tənəffüs yolu, vahid xəstəlik" konsepsiyası vurğulanır. Rinit və bronxial astma arasında yaxınlıq və qarşılıqlı əlaqə nəzərə alınmalıdır, müayinələr və müalicə mümkün olduğu qədər hər iki vəziyyəti əhatə etməlidir.

Müalicə

Rinitin müxtəlif növləri zamanı farmakoterapiya

Mövsümi allergik rinit

İl boyu davam edən allergik rinit

Eozinofiliya sindromlu qeyri-allergik rinit (ing. NARES)

Qeyri-allergik, hiperhəssaslıqla şərtləndirilən rinit, vazomotor rinit

 

Müvafiq resurslar

 

Brozek JL, Bousquet J, Baena-Cagnani CE et al. Allergic Rhinitis and its Impact on Asthma (ARIA) guidelines: 2010 revision. J Allergy Clin Immunol 2010;126(3):466-76. V

Seidman MD, Gurgel RK, Lin SY et al. Clinical practice guideline: Allergic rhinitis. Otolaryngol Head Neck Surg 2015;152(1 Suppl):S1-43.