Resuscitation in accidental hypothermia
EBM Klinik protokolları
19.02.2016 • Sonuncu dəyişiklik 19.02.2016
JouniKurola
Əsas müddəalar
- Təsadüfi hipotermiyası olan pasiyentləri, hətta həyat əlamətlərinin uzun müddətli itirilməsi güman edilən hallarda, kardiopulmonar reanimasiya tədbirlərinin davamiyyətli tətbiqi yolu ilə etməklə xilas etmək olar.
- Əgər pasiyent aşkar edilərkən aşağıdakılar olubsa, hipotermiyadan şübhələnin:
- Xəstə evdən bayırda olmuşdur və soyuğa məruz qalmışdır,
- Xəstənin evdə olmuşdur və lakin, soyuq temparaturlu binada hərəkətsiz qalmışdır.
Xəstənin vəziyyətinin təcili olaraq qiymətləndirilməsi və lazımi reanimasiya tədbirlərinin aparılması
- Həyat əlamətləri olmasını yoxlayın.
- Xəstənin cavab reaksiyalarını yoxlayın.
- Tənəffüsün olmasını yoxlayın.
- Qan dövarnının mövcudluğunu yoxlayın, karotid sahədə nəbzin olmasını tapmağa daha uzun müddət ərzində cəhd edin (1 dəqiqə).
- Pasiyentdə həyat əlamətlərinin olmadığına baxmayaraq, onun həyata qayatrılmasının mümkünsüzlüyünü ehtiva edən ikincili ölüm əlamətləri yoxdursa, kardio-pulmonar reanimasiyaya başlayın.
- oksigen maskası vasitəsi əlavə oksigen verilməsinə başlayın.
- Ürək ritmini yoxlayın və ya xəstəni avtomatlaşdırılmış defibrilyatora qoşun.
Asistoliya
- Əgər xəstədə həyat əlamətləri yoxdursa, o, ölmüş sayıla bilər.
- Əgər kollaps müşahidə edilirsə, nəbzsiz elektrik fəaliyyəti halları üçün aşağıda verilən proseduru yerinə yetirin.
Elektromexaniki ürək dissosiasiyası və ya ürək faəliyyətinin nəbzsis elektrik aktivliyi
- Həyat əlamətləri müəyyən edilmirsə də belə, KPR davam etdirilir. Əgər hipotermiyaya məruz qalmış hər hansı bir xəstədə elektrik aktivliyi aşkar edilərsə, adətən bu (nəbzi) qan dövranı olmasını ehtiva edir.
- KPR-ni dayandırılmadan xəstə ən qısa müddətdə ekstrakorporal isitmə sistemi olan bir xəstəxanaya köçürülməlidir.
- Əgər larinqoskopla işləməyi bacarırsınızsa və bu sahədə təcrübəniz varsa, endotraxeal intubasiya edilməsinə cəhd edin. Əgər göstəriş varsa, laringal maskadan və laringal borudan istifadə etmək, digər uyğun olan alternativlərdir (ancaq onlardan istifadə təcrübəsinə malik olduqda).
- Pasiyentin monitorinqi davamiyyətli olaraq təşkil edilir; ventrikulyar fibrilasiyaya qarşı hazırlıq tədbirləri aparılır.
Ventrikulya fibrilyasiya
- KPR-tədbirlərini davam etdirin.
- Defibrilyator vasitəsi ilə bir dəfə defibrilyasiya edilir (ikifazalı defibrilyator 150-200 C); bundan sonra defibrilyasiya zərbələri hər 5 dəqiqədən tez olmayaraq veriləməlidir.
- Xəstə KPR dayandırlmadan ən qısa müddətdə ekstrakorporal isitmə sistemi olan bir xəstəxanaya köçürülməlidir.
- Əgər bacarığınız və təcrübəniz varsa, endotraxeal intubasiyaya cəhd edin. Əgər göstəriş varsa, laringal maskadan və laringal borudan istifadə etmək, digər uyğun olan alternativlərdir (lakin onlardan istifadə etmək təcrübəsinə və ya bacarığına malik olduqda).
- Ringer məhlulu (və ya ekvivalent) ilə vena daxili müalicə aparılır. Adrenalin (epinefrin) 1 mq, v/d, xeyli uzadılmış fasilələri ilə (10-15 dəq) vurulur. Vena daxilinə düşmək çətinlikləri heç vaxt dərman vurulmasını gecikdirməməlidir.
Sonrakı tədbirlər
- Mümkünsə xəstənin bədən temperaturu ölçülməlidir (temperaturunun qida borusunun daxilində ölçülməsinə üstünlük verilir).
- Adətən bədən temperaturu 28 ° C-dən aşağı olan xəstələrdə defibrilasiyaya reaksiya zəifdir.
Xəstəxanaya təxliyə edilməsi
- Təxliyəni təşkil etmək üçün yerli təcili yardım xidmətləri ilə əlaqə saxlanılmalıdır (göstəriş olduqda isə hava təcili yardımından / vertolyotdan istifadə etmək lazımdır).
- Qəbul şöbəsi həmişə qarşıdakı qəbul barədə əvvəlcədən məlumatlandırılmalıdır; kardio-pulmonar cihazları isitfadəyə hazırlamaq üçün vaxt lazımdır.
- Xilasedicilər döş qəfəsini xaricdən massaj edərkən bunu növbə ilə etməlidirlər.
- Perfuziya bərpa edilərsə, xəstənin həddindən artıq hərəkət etməsindən və udlaq nahiyəsində manipulyasiya edilməsindən çəkinmək lazımdır, çünki bunlar ventrikulyar fibrilasiyanı artıra bilər.
Əlaqədar mənbələr
- Klinik rəhbərliklər
- Ədəbiyyat