Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Səfərdən qayıdan səyahətçilərdə dəri problemləri

Mündəricat

Səfərdən qayıdan səyahətçilərdə dəri problemləri

EBM Klinik protokolları
20.07.2018 • Sonuncu dəyişiklik 09.03.2017
HeliSiikamäki MerjaKousaTinjaLääveri

Əsas məqamlar

  • Dəri problemləri xaricə səfər etdikdən sonra həkimə müraciət etmə səbəbləri arasında qızdırma və ishaldan sonra üçüncü yerdə gəlir.
  • Həşərat sancmalarına, həmçinin dərialtı bakterial və göbələk infeksiyalarına qarşı reaksiyalar səfərdən qayıdan səyahətçilərin ən çox əziyyət çəkdiyi dəri xəstəlikləridir. 
  • Tropik iqlim və günəş şüası rozasea və sistemli qırmızı qurdeşənəyi kimi mövcud dəri problemlərini pisləşdirə bilər.
  • Üzdə herpes infeksiyası güclü günəş şüası ilə aktivləşə bilər.

Günəş işığı ilə əlaqədar səpki

  • Həmçinin Fotodermatitə dair məqaləyə baxın.

Günəş yanması

  • Skandinaviya ölkələrinin ağ dərili sakinlərində ekvatorda günəş şüasına 5 - 10 dəqiqə məruz qaldıqda və qış aylarında Kanar adalarında 20 - 30 dəqiqə günəş şuasına məruz qaldıqdan sonra günəş yanması ola bilər.
  • Günəş şüasına məruz qaldıqdan yalnız 4 - 8 saat sonra simptomlar əmələ gəlir. Dəri qızarır (şəkil), toxunarkən tez zədələnir və ciddi hallarda ödem və qovuqlar yaranır.

Polimorf fotodermatoz

  • Fotodermatitin ən çox yayılmış növüdür.
  • Adətən günəş şüasına uzun müddət məruz qaldıqdan bir neçə saat sonra qəfil yaranır.
  • Simptomlara güclü qaşınan sızanaqlar və qovuqlu sızanaqlar daxildir (şəkil).
  • Simptomlar bir neçə gündən bir neçə həftəyədək mövcud ola bilər.
  • Yüngül formalarda dərinin günəşə qarşı dözümlülüyü tədricən artacaq.

Fototoksik və ya fotoallerjik dəri reaksiyası

  • Dəri ekzogen kimyəvi maddələr və ya daxilə qəbul edilmiş dərmanlar vasitəsilə ultrabənövşəyi şüalara qarşı həssas olur. 
  • Allergik fotokontakt dermatitinin ən çox rast gəlinən səbəblərindən biri kosmetik vasitələrin ətirlərində istifadə olunan maddələrdir. 
  • Fotodermatit kimi məlum olan qovuqların yaranması ilə əlaqədar olan fototoksik reaksiyalar (şəkil) dəri ilə təmasda olan bitkilərdə, xüsusilə də Umbelliferae  ailəsinin üzvlərində, ağ alışan (Dictamnus albus) və əncirdə (Ficus carica), həmçinin sitrus meyvə şirəsində rast gəlinən psoralenlərdən nəticələnir. 
  • Ən çox rast gəlinən fotohəssas dərmanlara tetrasiklik, sulfonamidlər, fluorokinolon, xlorpromazin, diuretiklər, həmçinin piroksikam və digər iltihabəleyhinə dərmanlardır. Əlavə olaraq, bir neçə digər dərmanlar da fotohəssaslığa səbəb ola bilər. 

Müalicə

  • Fotodermatit güclü təsirə malik kortikosteroid kremlər ilə müalicə edilir. Həmçinin yerli kalsinorin inhibitoru kremlərindən də (takrolimus, pimekrolimus) istifadə etmək olar..
  • Soyuducu sarğılar da ağrını bir qədər azalda bilər.
  • Daha ciddi fotoallergik reaksiyalarda sistematik kortikosteroidlər kursu tövsiyə olunur.

Proqnoz

  • Günəş şüasına həddən artıq məruz qalma dərinin vaxtından əvvəl yaşlanmasına gətirib çıxarır, günəş (aktinik) elastozuna, dərinin saraldığı, qırışdığı, bərkidiyi pozğunluğa səbəb olur və ya teleangiektaziya ilə, yəni genişlənmiş kapilyarlar ilə nazikləşir.
  • Günəş (aktinik) keratozu və ya bədxassəli dəri şişləri riski artır.

Profilaktika

  • Ən yaxşı profilaktika günorta saatlarında günəş şüalarına məruz qalmamaq, həmçinin dənizdə çimərkən belə qoruyucu geyim geyinmək və tədricən dərinin günəşə qarşı dözümlülüyünü artırmaqdır. 
  • Günəş şüasına qarşı geyim ilə, yanları enli şlyapa, gün eynəkləri və kifayət qədər yüksək günəşdən qoruma faktoru olan (SPF 30 - 50) günəş kremləri ilə təmin edilməlidir.
  • Dərinin mühafizəsi: həmçinin bax

Miliariya

  • Miliariya həmçinin isilik də adlanır və tər kanallarının bloklanması nəticəsində yaranır. 
  • İsti iqlimə məruz qalmış şəxslərin təxminən üçdə birində bu xəstəlik müşahidə edilir. Böyüklər ilə müqayisədə gənclərdə daha çox müşahidə edilir. 
  • İsti iqlimdə bir neçə gün qaldıqdan sonra yarana bilər.
  • Miliariyanın təzahürü bloklanmanın baş verdiyi səviyyədən asılıdır.
    • Ən səthi forması kristal miliariyadır və bu zaman epidermisin buynuz qatının altında tərin saxlanılması nəticəsində qovuqcuqlar yaranır (şəkil).
    • Daha dərin forması tropik miliariyadır və bu zaman epidermisin tər kanalları tutulur və dağılır. 
    • Ən dərin formasında dəri - epiderma birləşməsində dağılma baş verir .
  • Bu xəstəlik nəticəsində kiçik, qırmızı, iti uclu ləkələr əmələ gəlir, dəridə, xüsusilə də bədənin yuxarı hissəsində və qatlanan hissələrdə sancma hissinə səbəb olur.
  • Müalicə tərləmənin qarşısının alınması və mümkün olan ikincili bakterial infeksiyanın qarşısının alınmasından ibarətdir.
  • Kondisionerli yerdə hətta qısa müddət durma rahatlıq verəcək.

Həşarat dişləməsi və sancması

  • Tropik və subtropik ölkələrdə müxtəlif dişləyən və sancan həşaratlara rast gəlinir. Aralıq dənizi ölkələrində kanalizasiyalarda yetişən Culex cinsindən olan ağcaqanadlara rast gəlinir. 
  • Müəyyən qansoran həşaratlar da yoluxucu xəstəlik daşıyıcıları kimi çıxış edə bilər. 
  • Həmçinin həşərat dişləməsi və sancması məqaləsinə baxın.

Klinik təzahürləri 

  • Qıcıqlanma və ya dərhal allergiya həşaratın sancdığı yerdə suluğa səbəb olacaq, bu, gecikmiş allergiyanın nəticəsi olaraq sızanağa çevrilir və çox hallarda qaşınma səbəbindən infeksiyalaşmış olur.
  • Həşarat sancmasına qarşı gecikmiş reaksiya bir neçə gün sonra yarana və bir neçə həftə davam edə bilər.
  • İt və ya pişikdə olan gənənin və ya quşlarda olan gənənin sancması dərinin paltar ilə örtülü olan hissəsində bir neçə qaşındırıcı və eritematoz işarələrin toplamı kimi peyda olur. 
  • Taxtabitilər (Cimex lectularius) gecələr aktiv olur. Dəridə taxtabitilərin dişlədikləri yerlər qızartıya və əhatə edən hissədə qabarcıqlar ilə şişməyə səbəb ola bilər.

Müalicə

  • Həşarat sancması və ya dişləməsi tərkibində həşarat çöpləri olan tripelennamin və ya kortikosteroid krem və məlhəmlər ilə müalicə edilə bilər.
  • Qaşınma antihistaminlər ilə idarə edilə bilər.
  • Həşarat sancmaları ikinci dərəcəli bakterial infeksiyaya səbəb ola bilər və bu da mikrob əleyhinə preparatların qəbulunu labüd edir.

Profilaktika

  • Həşarat sancmalarının profilaktikası qoruyucu geyimlərin, dəriyə sürtülən repellentlərin və gecə vaxtı çarpayı üzərinə örtüyün çəkilməsindən ibarətdir (ağcaqanadlara qarşı tor).
  • Həşarat sancmalarına qarşı güclü reaksiya verən şəxslər profilaktik antihistaminlər qəbul etməlidir.

Dəniz heyvanlarının toksik təsiri

  • Tropik dəniz heyvanlarının dişləkləri və sancmaları həmçinin toksinlərdən ibarət ola və toksiki təsirləri dəridə gözlə görünə bilən deşik olmadan özünü biruzə verə bilər. İsti suda zədələnmiş dəri də asanlıqla yoluxa bilər.
  • Bu həşarat sancması və dişləkləri adətən ağrılı olur; qeyd olunan heyvanın toksikiliyindən asılı olmayaraq, ümumi simptomlar gözlənilməlidir.
  • Ölümcül nəticələri olan dişləyə və ya sanca bilən dəniz heyvanlarına aşağıdakılar daxildir: kubomeduza və irukanji meduza kimi meduza növləri, sifonofora, səkkizayaqlı ilbiz, bəzi konusvarfi qişası olan növlər, həmçinin xanı balığı kimi bəzi balıq növləri.

Profilaktika

  • Dalğıc, maska və çubuq ilə üzən şəxs və ya üzgüçü heç vaxt canlılara toxunmamalıdır!
  • Səfərdan qabaq tetanusa qarşı profilaktik tədbirlər görülməlidir.

Müalicə 

  • İlk yardım yaranın təmizlənməsindən və əgər mümkündürsə, yad cisimlərin çıxarılmasından ibarətdir (qeyd etmək lazımdır ki, xilasedici özünü zəhərli iynələrdən və həşaratların buynuzlarından qorumalıdır)
  • Mümkün toksinlərin neytrallaşdırılması: adətən yüngül sirkə məhlulundan istifadə edilir. Toksinlərin bəziləri istiliyə davamlı deyil və 30 dəqiqədən çox isti suda saxlanıldıqda (45°C-dən yüksək) ağrını azalda bilər.
  • İnfeksiya riski: zəhərlər toxumunun zədələnməsinə səbəb olur və tropik zonalarda dəniz sularında qram mənfi çöplər bol olur. İnfeksiyalaşmış yaranın müalicəsi geniş spektrli mikrobəleyhinə preparatların, məsələn, klindamisin + fluorokinolun qəbulunu (adətən birinci nəsil sefalosporin kifayət etmir) tələb edir.
  • Nümunənin əkilməsi tələbi formasında yaranın mənşəyinə dair məlumat daxil edilməlidir .

Göbələk xəstəlikləri

  • Göbələk infeksiyaları, xüsusilə də, dərinin göbələk ilə zədələnməsi səyahətçilər arasında ən çox rast gəlinən dəri xəstəlikləridir. 
  • Səyahətçilərdə dərin göbələk infeksiyaları nadir hallarda olur.
  • Dəridə göbələk xəstəliklərinin diaqnozu: bax

Pəncənin dermofitiyası 

  • Adətən səyahətçilər doğma ölkələrində infeksiyaya yoluxmuş olur. İsti havada tərləmənin artması infeksiyanı aktivləşdirir. 

Maya göbələyi

  • Büküş yerlərində, xüsusilə ayaq barmaqları və əl barmaqları arasında toxumanın yumşalmasına və sulanmasına səbəb olur
  • Kök insanlar, xüsusilə də, şəkərli diabeti olan insanlar maya göbələyi infeksiyalarına qarşı xüsusilə həssas olur.

Pullu dəmrov

  • Bax.
  • Malassezia maya göbələyinin səbəb olduğu səthi göbələk infeksiyası
  • Dərinin yerdə qalan hissəsi qaralmış olduğundan, göbələk pulcuqları ilə örtülü olan hissələr solğun qalacaq. Xallar vitiliqoya bənzəyə bilər. 
  • Malassezia maya göbələyi həmçinin, əsasən bədənin üst hissəsinə təsir edən səthi qaşıntılı follikulitlərə də səbəb ola bilər.

Sporotrixoz

  • Dərialtı mikoza isti və tropik iqlimdə rast gəlinir.
  • Törədici mikrob olan Sporotrichum schenckii torpaq və mamırlı ağaclarda mövcuddur. Dəriyə batmaqla infeksiyaya yoluxma baş verir. 
  • İnkubasiya dövrü bir neçə həftədən bir neçə aya kimi dəyişir.
  • İnfeksiyanın daxil olduğu yerdə dəri altında kiçik xora topası əmələ gəlir. Oxşar topalar limfa damarları boyu tədricən yayılmağa başlayacaq. 

Qızılböcək sürfələri (dəmrov) və dermatofitoz

  • Bədən və ətraflarda dəmrov (qızılböcək sürfələri) və Trichophyton və Microsporon genera (keçəl dəmrovlu xallar və xallar üzərində irinli lezyonlar) göbələklərinin səbəb olduğu dermatofitoz tropik və subtropik zonaların sakinlərində geniş yayılıb.
  • Həmçinin Aralıq dənizi ölkələrində də rast gəlinir.
  • Səyahətçi quduz it və ya pişikdən yoluxa bilər.

Göbələk infeksiyalarının profilaktikası

  • Səfərdən qabaq ayaq dərisinin lazımi müalicəsi 
  • Narahat ayaqqabıların geyinilməməsi, dəridə qıcıqlanmanın və çatlaqların olmaması
  • Hətta çimərlik yerlərində belə ayaqqabıların geyinilməsi
  • Xəstəliyin şiddətlənməməsi üçün göbələkəleyhinə toz və ya kremlərin olması 

Bakterial xəstəliklər

Piodermatoz

  • İsti iqlimdə çox rast gəlinir. 
  • Törədici maddə adətən Staphylococcus aureus və ya beta-hemolitik streptokokları və ya bunların birləşməsi olur.
  • Çirkin yaranması aşağıdakı formalarda özünü biruzə verə bilər 
    • sağlam dəri üzərində dəmrovla örtülü lezyon 
    • həşarat sancması, dişləməsi, dərinin cızılması, pəncənin göbələk nəticəsində zədələnməsi və ya qoturluq zamanı ikincili infeksiya 
  • Diaqnoz və müalicə: bax

Follikulit

  • Bax.
  • Səthi və follikul deşiyi ilə məhdudlaşmış və ya follikul kökünə kimi dərinləşmiş olur və sonuncu halda abses yarana bilər.
  • Qatı kremlərin və ya yağların (məsələn, qaralma üçün losyonlar) istifadəsi sızanağa bənzər follikulit yarada bilər.

Qızıl yel

  • Bax.
  • Piogen bakteriya, xüsusilə də beta-hemolitik streptokok dəridə və yumşaq toxumada dərin infeksiyaya səbəb ola bilər.
  • İnfeksiyaların giriş qapısı adətən dəridə olan sıyrıqlar və ayaqda olan çatlaqlıqlar olur.
  • Simptomlara yaxşı ayrılmış eritema, dəri ödemi, istilik və ağrı daxildir.
  • Adətən qızılyel özünü qəfil biruzə verir və yüksək temperatur ilə əlaqəsi olur.
  • Qızılyel ciddi septik infeksiyadır və adətən ilk olaraq parenteral mikrobəleyhinə preparatlar təyin edilir.

 

Mikobakterial infeksiyalar

Atipik mikobakteriya

  • Bu, bütün dünyada rast gəlinən ətraf mühitin bakteriyasıdır və məsələn, dəridə və yumşaq toxumada infeksiyalara səbəb olur.
  • İnfeksiya dərini və ya selikli qişanı zədələyən yara ilə və ya yaranın suda və ya torpaqda olan mikobakteriyaya yoluxması ilə əlaqələndirilir.
  • Simptomlar lokaldır və qırmızı və ağrısız şişlər olur.
  • Ən çox rast gəlinən növü üzgüçülük hovuzu və ya akvarium suyunun səbəb olduğu, üzgüçülərin qranuloması kimi məlum olan və Mycobacterium marinum bakteriyasının (şəkil) törətdiyi əl infeksiyasıdır.
  • Mycobacterium ulcerans, M. marinum və həmçinin M. tuberculosis tropik və subtropik ölkələrdə yaşamış şəxslərdə davam edən xoraların törədicisi ola bilər.
  • Diaqnoz dəri biolsiyasının histologiyasına, M. tuberculosis mikobakteriyasına görə  toxuma nümunəsinin əkilməsinə və PZR üsulu vasitəsilə mikobakteriya genomunun aşkarlanmasına əsaslanır.
  • Bu sahə üzrə mütəxəssis diaqnozun yoxlanılması və müalicəyə görə məsuliyyət daşıyır.
  • Müalicə şişlərin cərrahi yolla yarılması və mikrob əleyhinə preparatlar ilə uzunmüddətli müalicədən ibarətdir .

Cüzam

  • Bax.
  • Törədici Mycobacterium leprae-dir. Hədəfə alınan orqanlar dəri və periferik sinir sistemidir.
  • Adətən xəstəlik daşıyıcısı ilə uzunmüddətli yaxın təmas yoluxmaya səbəb olur. İnkubasiya dövrü bir neçə ildir .
  • Cüzam dəridə baş verən çoxlu sayda dəyişikliklər ilə əlaqədar ola bilər, məsələn, dərinin digər yerlər ilə müqayisədə daha açıq rəngdə olduğu ləkələr və hissiyyatın azalması və ya bədənin hər yerində düyünlərin qalınlaşması.
  • Səyahətçilərdə cüzama nadir hallarda rast gəlinir.
  • Bu sahə üzrə mütəxəssis diaqnozun yoxlanılması və müalicəyə görə məsuliyyət daşıyır.

Heyvan parazitlərinin səbəb olduğu dəridə dəyişikliklər

Bağırsaq qurdlarının səbəb olduğu səpkilər 

  • Bız qurdu anal dəlikdə qaşınmaya səbəb olur və bəzən də allergik səpkilərə təkan verə bilər.
  • Ayaqyalın gəzdikdə ankilostamoz (Ancylostoma duodenale və Necator americanus) və Strongyloides stercoralis insan dərisinə nüfuz edə bilər. Bu, dəridə qıcıqlanmaya səbəb ola və 1 - 2 həftə çəkə bilər.
  • İnsan orqanizmində yumru qurdların və ya nematodların miqrasiya fazası allergik səpki ilə nəticələnir.
  • Strongiloidoz anal bölgədə səpki və gəzişən sürfə sindromu (”racing larvae”) ilə müşayiət oluna bilər: peyda olunduğu yeri dəyişərkən qəfil əmələ gələn və itən xətti linear allergik səpki.
  • Şistosomoz (bilqarsioz) yoluxmadan bir neçə saat sonra qırmızı sızanaqlı qaşıntılı Svimmers sindromu ilə əlaqələndirilə bilər: səpkilər 7 - 10 günə sovrulur. Yoluxmadan təxminən 4 - 6 həftə sonra xəstədə kəskin şistosomoz yarana bilər və bu da özünü hərarət, ümumi simptomlar və allergik səpki ilə biruzə verir.

Dəridə gəzişən sürfə sindromu (dəridə qurd sürfələrinin parazitlik etdiyi dermatit)

  • Heyvan yuvalarında olan ankilostoma sürfəsi insan dərisinə nüfuz edə və sürfənin dərialtı toxumalara da yeriməsi ilə nəticələnə bilər (gəzişən sürfə sindromu).
  • İsti iqlim zonalarında, xüsusilə də uşaqlarda tez - tez rast gəlinir.

Klinik təzahür

  • İlk lezyon adətən dərhal və ya bir neçə həftə sonra sürfələrin hərəkət etməyə başladığı ayaqda kiçik eritematoz sızanaq kimi peyda olur.
  • Sürfənin gəzişdiyi yol dəridə kiçik qovuqlar ilə qeyd olunur və qalxmış, ilanvari izlər gözlə görünür və gün ərzində bir neçə santimetrədək qalxa bilər (şəkil).
  • Qaşıntı intensivləşə bilər.
  • İnfeksiya eozinofiliya ilə müşayiət oluna bilər.
  • Sürfə bir neçə həftə və ya ay ərzində öləcək və simptomlar da öz - özünə keçib gedəcək.

Diaqnoz

  • Kliniki diaqnoz qoyulur və klassik təqdimata əsaslanır.
  • Dəridə gəzişən sürfə sindromunu strongiloidozda dəri təzahürü olan gəzişən sürfə sindromunun digər növlərindən fərqləndirmək lazımdır və onlar daha sürətlə inkişaf edir və bir neçə saat ərzində yoxa çıxır.

Müalicə

  • Dəridə gəzişən sürfə sindromunun birinci xətt müalicəsi ağızdan ivermektin (150 - 500 µg/kq, müalicə müddəti 1 - 2 gün), və ya alternativ olaraq albendazol (400 mq gündə iki dəfə, müalicə müddəti 3 gün) preparatının qəbuludur.
  • Cərrahi yolla yarma tövsiyə olunmur.
  • Müalicə seçimləri ilə əlaqədar həkim infeksionist və ya mütəxəssis dermatoloqla məsləhətləşmək lazımdır.

Dəri leyşmaniozu

  • Bax.
  • Birhüceyrəli mikroorqanizmlərin keçirdiyi protozoy xəstəlikdir, mığmığa tərəfindən yayılır.
  • İnkubasiya dövrü adətən 2 həftədən 6 aya kimi çəkir, ancaq 2 il də davam edə bilər.
  • İlk öncə, mığmığanın sancdığı yerdə heç bir simptomu olmayan yara əmələ gəlir. Bu, tipik qalxmış kənarları olan xoraya çevrilir (şəkil). Xoranın dibi nəm ola və pullu qabıqla örtülə bilər.
  • Xoranın kənarından və ya düyündən götürülmüş biopsiya və ya toxumadan qaşınan nümunə əsasında diaqnoz qoyula bilər. Diaqnostik üsul Leyşman boyası ilə boyama, əkilmə və PZR analizidir.
  • Lezyonlardan və Leishmania növlərindən asılı olaraq, ya yerli, ya da dərmanlar ilə müalicə seçilir.  Amerikada leyşmaniozda parenteral dərman müalicəsi təyin edilir, belə ki, infeksiya selikli qişa - dəri leyşmaniozuna gətirib çıxara bilər.
  • Əgər dəri leyşmaniozundan şübhələnilərsə, mütəxəssis dermatoloq və ya həkim infeksionist ilə məsləhətləşmək lazımdır.

Qoturluq, bədəndə bit, qasıqda bit, başda bit

  • Bütün dünyada geniş yayılıb və buna görə də səfərdan qayıdan səyahətçilərdə də rast gəlinməsi mümkündür.
  • Simptomlara qaşıntı və sıyrıntı ilə əlaqəli ikincili infeksiya daxildir.
  • Həmçinin bax.

Tungioz

  • Tungioz qum birəsinin (Tunga penetrans) səbəb olduğu ağrılı dəri lezyonudur, əsasən ayaq barmaqları arasında və ya ayaq barmaqlarının ayaqətrafı nahiyələrində rast gəlinir (şəkil).
  • Tropik qumlu çimərlikdə ayaqyalın gəzişmək qum birəsinin insan ayağının dərisinə hücum etməsinə imkan verəcək.
  • Birə kapsul içərisində yumurtalarını qoyur və bu yumurtalar qaşınan noxud ölçüsündə tünd yaraya çevrilir. 
  • Klinik diaqnoz qoyulur. Yaranın tərkibi mikroskop altında təhlil edilə bilər.
  • Müalicə tam yumurta kisəsinin mexaniki üsulla çıxarılmasından və bundan sonra dərinin təmizlənməsindən ibarətdir.
  • Bəzi hallarda ikincili bakterial infeksiya yarana bilər.

Miazis

  • Dəri miazisi tropik və subtropik zonalarda geniş yayılıb. 
  • Adətən nəm paltarlarda birə yumurtalarını qoyduqda infeksiya yaranır və bu nəm paltardan birə sürfələri dəriyə nüfuz edir. Hətta birə açıq yara üzərində də sürfə qoya bilər (şəkil).
  • Böyüyən birə sürfəsi toxumalar və bədən mayesi ilə qidalanır.
  • Sürfə ətrafında absesə bənzəyən yara əmələ gəlir və dəri altında qalır. Hər bir lezyonda gözlə görünə bilən mərkəzi nöqtə olur və yetişmiş sürfə çölə çıxdıqda xəstə sürfənin hərəkətini izləyə bilər. 
  • Dəri miazisində sürfə bədənin digər bölgələrinə keçmir və infeksiya ağırlaşmalara səbəb olmur. Bəzi hallarda, ikincili bakterial infeksiya yarana bilər. 
  • Müalicə adətən məsələn, sıxmaqla mərkəzi hissədən sürfənin tamamilə çıxarılmasından ibarət olur. Sürfəni çölə çıxarmaq üçün mərkəzi hissəyə vazelin və ya digər okkluziv maddə sürtülə və bu da sürfənin kənarlaşdırılmasına kömək edə bilər.
  • Profilaktika paltarların, o cümlədən alt paltarlarının ütülənməsindən ibarətdir.

Həşarat və sürfələrin səbəb olduğu kimyəvi yanmalar

  • Şimali Amerika və Cənubi Amerika qitələrinin cənub hissələrində təxminən 20-dən çox sürfə növü mövcuddur və onlar dəridə ciddi qıcıqlanmaya səbəb ola bilər.
  • Nayrobi milçəkləri
    • Şərqi Afrikada ilk yağıntılardan sonra təxminən 1 sm uzunluqda olan bu qara və qırmızı həşaratlara rast gəlinir. 
    • Onlar dişləmir, ancaq dəri üzərində əzildikdə toksinlər buraxa bilər və bu da 12 - 24 saat sonra yanmaya və eritematoza, daha sonra qovuq və qabığın yaranmasına səbəb olur.

Səpki ilə müşayiət olunan febril sistemli infeksiyalar

  • Bir çox febril sistemli infeksiyalar dəri simptomları ilə müşayiət oluna bilər (cədvəl).
  • Damcı - damcı qanama, eksimoz və qanaxmalar meninqokok xəstəliyinin və ya insandan insana keçə bilən nadir hemorragik qızdırmanın (Krım Konqo hemorragik qızdırması, Ebola hemorragik qızdırması, Lassa qızdırması, Marburq hemorragik qızdırması) əlaməti ola bilər və bu xəstəliklərdən şübhələnildikdə xəstə və klinik nümunələr ilə adi prosedurlardan daha ciddi prosedurların icra edilməsi tələb oluna bilər. Damcı - damcı qanama və eksimoz Denqe qızdırması, səpgili yatalaq və leptospiroz kimi xəstəliklərin əlaməti ola bilər.
  • Xallı papulyoz səpki qızılca xəstəliyi, kəskin HİV infeksiyası, ikinci dərəcəli sifilis, leptospiroz və ya Zika virus infeksiyasının simptomu ola bilər.
  • Denqe qızdırması və ya çikunqunya qızdırması adətən qızılcaya oxşayan tutqun dəri eriteması ilə müşayiət oluna bilər; aşkarlamaq çətin ola bilər, ancaq səpki görünüşcə makulopapulyar ola bilər. Denqe qızdırması açıq rəngli dəri və səpkisiz ləkələr, ciddi hallarda isə qanaxma ilə xarakterizə olunur (şəkil).
  • Qarın yatalağı zamanı dəridə solğun çəhrayı rəngli ləkələr ola bilər (”çəhrayı ləkələr”).
  • Qasnaq və ya qara ləkə (a dark scab) gənəli səpgili yatalağın, yəni, rikketsioz (şəkil), karbunkul və Krım - Konqo hemorragik qızdırmasının tipik nəticəsi ola bilər.
  • Tulyaremiya irinli dəri xorası ilə xarakterizə olunur.
Bəzi xəstəliklərin dəri təzahürləri
Dəri təzahürünün görünüşü Mümkün diaqnoz
Makulopapulyar səpki
  1. Denge, digər arbovirus infeksiyalar
  2. Kəskin HIV infeksiyası
  3. Sifilis
  4. Qızılca
  5. Mononukleoz
  6. Sitomeqalavirus infeksiyası
  7. Rikketsioz, yəni, səpgili yatalaq
  8. Leptospiroz
  9. Zika virus infeksiyası
  10. Hemorragik qızdırma
Miqrasiya edən xroniki eritema
Qırmızımtıl düyün və ya şişmə (limfositoma)
  1. Borrelioz, yəni, Laymoborellioz
Çəhrayı ləkələr
  1. Qarın yatalağı
Civzələr
  1. Stafilakok infeksiyası
  2. Ümumi qonokok infeksiyaları
Damcı - damcı qanama, eksimoz, qanaxma
  1. Epidemik meningit
  2. Denge qızdırması
  3. Rikketsioz, yəni, səpgili yatalaq
  4. Leptospiroz
  5. Sarı qızdırma
  6. Hemorragik qızdırma
Qara ləkələr (eschar, tache noire)
  1. Rikketsioz, yəni, səpgili yatalaq
  2. Karbunkul
  3. Krım - Konqo hemorragik qızdırması
Xora
  1. Tulyaremiya
  2. Dəri difteriyası
  3. Sifilis
  4. Dəri leyşmaniozu
Allergik səpki
  1. Helmintoz infeksiyalarında dəriyə invaziya mərhələsi
  2. Kəskin şistosomoz

Müvafiq resurslar