Yeniyetmə psixozu
EBM Klinik protokolları
23.08.2017 • Sonuncu dəyişiklik 23.08.2017
PirjoMäki
Əsas məqamlar
- Psixoz və psixi pozuntular adətən yeniyetmə dövründə ortaya çıxır.
- Psixoz riski xüsusilə yaxın ailə üzvündə psixoz olmuş və özlərində psixi simptomlar yaranan və performansın zədələnməsi olan şəxslərdə vardır.
- Psixozdan öncə tez - tez uzunmüddətli qeyri - spesifik prodromal simptomlar olur.
- Bəzi hallarda psixoz qısamüddətli ola bilər, lakin o şizofreniyanın başlanğıcı, psixotik depressiya, bipolyar pozuntu və ya maddə təsirli psixozun əlaməti ola bilər.
- Psixozun pozitiv simptomlarına hallüsinasiya, sayıqlama və ya qarışıq danışıq və davranış daxildir. Şizofreniyanın əlavə olaraq neqativ simptomları ola bilər, bunlara izolyasiya və ya emosional sönüklük və əlavə olaraq ümidsizlik və intihar, koqnitiv pozuntu və funksional qabiliyyətin zədələnməsilə yanaşı inkişaf reqressiyası daxildir.
- Şizofreniyanın müalicəsi. Müalicəyə psixofarmakoloji dərmanlar, əgər lazımdırsa əhval - ruhiyyəyə təsir edən dərmanlarla yanaşı müxtəlif psixososial müalicə və reabilitasiya metodları daxildir.
Yeniyetmə və yaş məhdudiyyəti
- Yeniyetməlik uşaqlıqdan yetkinliyə fiziki və psixi olaraq inkişaf etmək dövrünü əhatə edir, hansı ki, orta hesabla 12 - 22 yaş arası yaş dövrünə təsadüf edir.
- Kiçiklərin, yəni uşaq və yeniyetmələrin qeyri - könüllü müalicəsi milli qanunvericiliklə tənzimlənir (məs, Finlandiyada Psixi Sağlamlıq Aktı və Uşaq Rifahı Aktı). Yerli qanunvericilikdən asılı olaraq kiçiklərin qeyri - könüllü müalicəsi onların psixotik olmasını tələb etmir, lakin bir neçə psixi pozuntular meyar ola bilərlər.
- Ümumi prinsip olaraq əgər kiçik xəstənin yaş və inkişaf səviyyəsi ona təklif edilən müalicəyə qərar verə bilmək imkanı verirsə, onunla qarşılıqlı razılıq əsasında yardım göstərilməlidir. Əgər kiçik xəstə ona təklif edilən müalicəyə dair qərara qəbul edə bilmirsə, onun qanuni nümayəndəsi və ya qəyyumu ilə qarşılıqlı razılıq əldə olunmalıdır.
- Praktikada əgər xəstənin 12 və daha çox yaşı varsa, müalicə xəstə ilə qarşılıqlı razılaşma əsasında təyin edilməlidir və ya əgər lazımdırsa xəstəxanaya qeyri - könüllü müalicəyə yönəldilməlidir.
Tərifi
- Psixoz xəstənin reallıq hissinin kobud şəkildə pozulduğu psixi xəstəlik mənasını verir.
- Psixotik xəstə üçün reallıqla reallıq olmayanı fərqləndirmək çətin olur.
- Yeniyetmələr müxtəlif növ psixozlardan əziyyət çəkə bilərlər. bunlara şizofreniya, psixotik depressiya vəziyyəti, bipolyar - affektiv pozuntu və psixoaktiv maddənin təsirindən yaranan psixoz daxildir, sayıqlama pozuntusu yeniyetmələrdə nadir hallarda olur.
- Diferensial diaqnostikada, somatik xəstəlik, intoksikasiya və ya dərmanların təsirindən yaranan psixozla yanaşı somatik təcili yardım şöbəsinə gətirilən deliriyi (qarışıqlıq halı) nəzərə almaq lazımdır.
Yayılması
- Yeniyetmələr arasında şizofreniyanın yayılma ehtimalı ən azı 0.5% olması hesablanır.
- Xəstələrin təxminən yarısında şizofreniya yeniyetmə dövründə başlayır.
- Bipolyar - affektiv pozuntu (tip I) yeniyetmələrdə az rast gəlinir. Finlandiyada 0.2%-dən bir qədər yuxarı yayılma tezliyi ilə müqayisədə digər ölkələrdə həyatı boyu yayılma tezliyi 0.6%-dir.
- Bütün xəstələrin təxminən yarısında bipolyar - affektiv pozuntu (tip I) təxminən 22 yaşda başlayır.
- Psixozun yayılmasında regional fərqlər vardır. Məs, Finlandiyada bu ölkənin şimal və şərq bölgələrində ən yüksəkdir.
Psixoz riskinin qiymətləndirilməsi
Erkən risk faktorları
- Ailə anamnezi
- Valideynləri şizofreniyadan əziyyət çəkən uşaqlarda xəstəlik riski 10 dəfə yüksəkdir.
- Yaxın ailə üzvlərində olan digər ciddi psixi xəstəliklər psixoza meyillilik yaradır.
- Anamnez toplayarkən ailədə psixi pozuntular, depressiya və ya psixoz, intihar və ya maddə asılılığı ilə əlaqəli xəstəliklərin olmasının tapılması vacibdir.
- Ətraf mühitdə erkən biopsixososial risk faktorları:
- perinatal ağırlaşmalar
- hamiləlik zamanı infeksiyalar (məsələn, qrip, tənəffüs infeksiyaları və ya rubella)
- hamiləlik zamanı stress
- yaxın ailə üzvündə psixoz olan uşaqların anasında hestasion depressiya
- neyromotor və ya koqnitiv inkişafın erkən pozuntuları
- uşaqlıqda psixi travma, cinsi zorakılıq kimi.
- Psixozun başlanğıcı genetik həssaslıq və biopsixososial stressin kombinasiyası kimi izah edilə bilər.
- Mərkəzi sinir sisteminin altda yatan inkişaf pozuntusu da ola bilər. Xəstənin artıq spesifik hərəki pozuntular və ya qarşılıqlı əlaqə problemləri kimi uşaqlıq xəstəliklərinin psixomotor əlamətləri ola bilər.
- Kannabis kimi psixoaktiv maddələrin yeniyetmə dövründə istifadəsi ən azından genetik olaraq psixoza həssas olan yeniyetmələrdə meyillilik yaradan faktordur.
- İntoksikasiya yaradan maddələrin istifadəsi araşdırılmalıdır.
Psixozun prodromal simptomları
- Yeniyetmələrdə müxtəlif psixi simptomların ardınca psixoz yarana bilər.
- Şizofreniya inkişaf edən xəstələrin bəzilərində sonradan prodromal simptomlar, yəni həqiqi psixozdan əvvəl gələn qeyri - spesifik simptomlar tapılmışdır.
- Prodromal simptomlar retrospektiv olaraq təsdiqlənə bilər.
- Psixozun prodromal simptomlarına aşağıdakılar daxil ola bilər, məsələn:
- təşviş
- depressiya, əhval - ruhiyyənin dəyişkənliyi, qıcıqlılıq
- apatiya
- diqqət toplamaq qabiliyyətinin olmaması
- yuxu pozuntuları
- neqativ simptomlar: davranışda dəyişiklik, funksional qabiliyyətin zədələnməsi və münasibətlərdən çəkinmə kimi
- pozitiv simptomlar, qavramanın təhrif olunması və şübhəlilik kimi.
- Buna baxmayaraq, heç də bütün prodromal simptomlardan psixoz inkişaf etmir.
- Psixoz riskini qiymətləndirmək üçün müxtəlif sorğular (Fin PROD5 psixi sağlamlıq skriniqi üçün ) və ixtisaslaşmış mərkəzlərdə istifadə olunan SİPS (Prodromal sindromlar üçün strukturlu müsahibə), CAARMS (Riskli psixi statusun ətraflı qiymətləndirilməsi) və BSABS (Əsas simptomların qiymətləndirilməsi üçün Bonn şkalası) müsahibə metodları tərtib edilmişdir.
- Xüsusilə yaxın ailə üzvündə psixoz olan və özlərində psixi simptomlar müşahidə olunmağa başlayan və perfomansda zədələnmə olan yeniyetmələr risk altındadırlar.
Simptomlar
- Pozitiv simptomlar
- Hallüsinasiyalar (şizofreniyada olan eşitmə hallüsinasiyaları, xüsusilə əmredici və ya mühakimə edici səslər və görmə hallüsinasiyaları, xüsusilə üzvi psixozlarda, psixoaktiv maddə təsirindən yaranan psixozlar)
- Sayıqlamalar (paranoya, özünüböyütmə sayıqlamaları, qısqanclıq sayıqlamaları, somatik sayıqlamalar)
- Nizamsız və ya başa düşülməyən nitq
- Yüksək nizamsız və ya katatonik davranış, hərəkətsizlik, stupor, qəribə duruş və hərəkətlər kimi
- Neqativ simptomlar
- Affektin sönməsi
- Kasad nitq
- Uzaqlaşma
- Əlavə olaraq, xəstədə təşviş və ya affektiv simptomlar ola bilər.
- Dərin tənhalıq, uyğun olmayan özünə zərərvermə, intihar fikirləri və cəhdləri, bəzən şiddət və ya təhdid.
- Koqnitiv defisit simptomları və inkişafın reqressiyası, xüsusilə şizofreniya xəstələrində ola bilər.
Diaqnostik müayinə
- Birinci psixotik epizoddan şübhələnərkən, xəstə təcili yardım şöbəsində somatik status qiymətləndirildikdən sonra müayinə üçün yeniyetmə və ya yetkin psixiatrik yardıma yönəldilməlidir, əgər lazımdırsa intensiv yardım kifayət qədər təcrübəli komanda tərəfindən ambulator və müvafiq yönəldilmə ilə xəstəxanadaxilində palatada göstərilməlidir.
- Onlar yeniyetmə psixiatriyası şöbəsində çox ixtisaslı komanda tərəfindən qiymətləndirilməlidir.
- Diaqnoz anamnez, klinik simptomlar və onların müddəti ilə yanaşı, yeniyetmənin psixiatrik və somatik müayinəsinə əsaslanmalıdır.
- Xəstələr onların tamamlanmamış fiziki və psixososial inkişafı nəzərə alınaraq qiymətləndirilməli və müalicə olunmalıdır, hansı ki, bu yaşda diaqnostik çətinlik yarada bilər.
- Yeniyetmələrdə yanaşı xəstəliklərin olmasına tez - tez rast gəlinir. Bir pozuntu adətən digərini istisna etmir. Psixoza əlavə olaraq yeniyetmədə təşviş, affektiv sindrom, davranış pozuntuları və ya intoksikasiya yaradan maddələrin sui - istifadəsi və bəzən həmçinin inkişafın pozulması və ya neyropsixiatrik pozuntu ola bilər.
- Hərtərəfli qiymətləndirməyə ehtiyac vardır. Psixotik yeniyetmələrdə həyatın bir çox sahələrində (özlərinə və ya öz bədənlərinə, ev və valideynlərə, həmyaşıdları, məktəb/təhsil, maraq və hobbilərlə əlaqədar) inkişaf qarışıqdır.
- Əsas müayinələrə şəxsi və ailə ilə müsahibə, məktəb və şagird sağlamlıq xidmətindən (xəstənin icazəsi ilə) məlumatların toplanması, sorğular, yarımstrukturlu diaqnostik müayinələr - SCİD-İ və ya kiçiklər üçün Kiddie-SADS (və əgər lazım olarsa psixoz riskini müayinə etmək üçün SİPS) daxildir.
- Somatik müayinələrə (ümumi vəziyyət, somatik və nevroloji status, laborator analizlər, dərman skrininqi; psixozun birinci epizodu zamanı kranial MRT, əgər lazım olarsa digər radioloji müayinələr və EEQ) əgər somatik xəstəlik şübhəsi varsa müvafiq (pediatrik) nevroloq - mütəxəssisin müayinəsinə ehtiyac vardır.
- Diferensial diaqnostikada nevroloji və somatik xəstəliklər nəzərə alınmalıdır: MSS xəstəlikləri (alın və gicgah pay epilepsiyası, beyin şişləri, hemorragiya və ya travma kimi), infeksiyalar, autoimmun xəstəliklər (məsələn, antitel ensefaliti, anti-NMDAR ensefaliti kimi), narkolepsiya və əlaqəli hipnaqoqik hallüsinasiyalar, metabolik xəstəliklər, intoksikasiya verən maddələrin istifadəsi, dərmanların yan təsirləri və intoksikasiya.
- Psixoza bənzər simptomlar və huşun alaqaranlıq halı pnevmoniya kimi sistem infeksiyalar, elektrolit və maye balansının pozulmaları, hipoqlikemiya və tiroid və paratiroid vəzilərin xəstəlikləri kimi endokrin pozuntularla yanaşı Vilson xəstəliyi və kəskin porfiriya səbəbindən ola bilər. Psixotik simptomlar əlavə olaraq Di Corc sindromu (hansı ki, şizofreniyaya meyillilik yaradır) kimi (velokardiofasial sinrom, 22q11.2 bölünməsi) xromosom xəstəlikləri səbəbindən ola bilər.
- Psixoz olan xəstələrdə əlavə olaraq çoxsaylı somatik xəstəliklər ola bilər.
- Əlavə olaraq, əgər lazım olarsa müayinələrə aşağıdakılar daxil olmalıdır: psixoloji (koqnitiv perormans) və neyropsixoloji müayinələr, kəskin psixoz zəiflədikcə psixoterapevt və ya əmək terapevti, musiqi və ya art terapevti tərəfindən qiymətləndirilmə, fizioterapevt tərəfindən qiymətləndirmə və sosial işçinin qiymətləndirməsi (gündəlik kompensasiya və reabilitasiyanın faydaları; kiçiklər üçün əgər lazım olarsa uşaq rifahı əlaqə yaratmaq və ya uşaq rifahı mərkəzinə məlumat göndərmək düşünülməlidir)
- Şizofreniya, bipolyar affektiv pozuntu, yeniyetmə depressiyası və yeniyetmələrdə psixoaktiv maddə ilə əlaqəli pozuntulara dair məqalələrə baxın.
Müalicə
Prodromal simptomların müalicəsi
- Müalicə simptomatikdir.
- Prodromal simptomların müalicəsi psixozun başlanmasını gecikdirə və hətta qarşısını ala bilər. Psixozun başlanmasının həyatın daha gec mərhələsinə qədər gecikməsi yeniyetmənin pozitiv inkişafına yaxşı kömək edə, sosial tənhalıq riskini azalda bilər.
- Prodromal mərhələdə kifayət qədər tez - tez və aktiv monitorinq vacibdir, məsələn, ilkin və ixtisaslı yardımla əlaqə.
- Yeniyetmələrin asanlıqla müalicə axtara bilməsi üçün aşağı - sərhədli şöbələrin olması vacibdir.
- Prodromal simptomların müalicəsi tərtib edilməmişdir.
- Erkən mərhələdə simptomatik qısa təsirli yuxugətiricilər, anksiolitiklər və ya əhval - ruhiyyəyə təsir edən dərmanlarla birlikdə koqnitiv və ya koqnitiv davranış terapiyası (KDT) istifadə oluna, lazım olduqda kombinasiya edilə bilər.
- Psixozun birbaşa inkişaf etmə riski olan xəstələrdə aşağı dozalı antipsixotiklər əgər lazım olarsa psixososial terapiyaya əlavə edilə bilər.
- Koqnitiv - davranış terapiyasının (KDT) 12 aylıq müşahidə zamanı psixozun inkişafını gecikdirməsində effektiv olduğu tapılmışdır. İnteqrasiya edilmiş psixoterapiya (məsələn, KDT, ailə görüşləri, psixoedukasiya) psixozun inkişafını azalda bilər.
- Doymamış omeqa-3 yağ turşuları psixozun qarşısının alınmasında rol oynayır, amma effekti çox əhəmiyyətsizdir.
Psixozun psixososial müalicəsi
- Kəskin psixozu olan yeniyetmələrə ixtisaslı yardım tələb olunur.
- Yeniyetmələrdə psixozun müalicəsi individual olaraq tənzimlənməlidir və onun bir çox formaları ola bilər. Xəstələr özləri onların qiymətləndirilməsi və müalicələrinin planlaşdırılmasını eşitməlidirlər. Əlavə olaraq, əgər xəstə evdə yaşayırsa onun valideyn/qəyyumları və digər yaxın sosial əhatəsi ilə əlaqənin yaradılması (yeniyetmə ilə razılaşma şəklində) düşünülməlidir.
- Müalicəyə adətən psixofarmakoloji müalicəyə əlavə olaraq vəziyyətin izah edilməsi olan şəxsi müzakirələr, psixoterapiya (koqnitiv) və ya musiqi terapiyası, digər yaradıcı və əmək terapiyası kimi psixososial müalicə və reabilitasiya ilə yanaşı psixoedukasiya, ailə üzvləri və xəstənin sosial əhatəsində olan insanlarla görüş daxildir.
- Müalicələr koqnitiv davranış terapiyası (KDT) və koqnitiv - analitik psixoterapiya ilə yanaşı koqnitiv remediasiya terapiyası kimi koqnitiv reabilitasiyaya əsaslanır. Koqnitiv əsaslı psixoterapiya ailə terapiyasının elementlərilə kombinasiya oluna bilər.
- Psixoedukasiya böyük ehtimalla müalicəyə riayət etməni artırır və psixozun yenidən ortaya çıxması və xəstəxanada müalicə müddətini azaldır.
- Fiziki aktivliyin artırılmasına dəstək və fizioterapiyaya da həmçinin ehtiyac ola bilər.
- Müalicə və reabilitasiyanın məqsədi simptomları yüngülləşdirmək və funksional qabiliyyəti yaxşılaşdırmaqla yanaşı yeniyetmənin müstəqillik istiqamətində inkişafını dəstəkləməkdir.
- Yeniyetmədə psixoz inkişaf edən kimi sosial işçi və uşaq rifahı tərəfindən müayinə olunması düşünülməlidir.
- Əmək təliminə hazırlamaq üçün əmək reabilitasiyası və ya reabilitasiya müavinətinə və ya yeniyetmələrin dəstəyi üçün müraciət lazım ola bilər. Dərman və reabilitasiya terapiyası üçün xüsusi müavinət və bəzi hallarda əlillik dərəcəsi üçün müraciət edilə bilər.
- Əlavə olaraq bəzi xronik psixozu olan yeniyetmələrin gündəlik həyatda daha çox müstəqilliyə nail olması üçün məsələn, yeniyetmələr üçün təşkil olunmuş ev reabilitasiyası cəmiyyətlərinə ehtiyacı ola bilər.
- Yeniyetmələrdə psixozun müalicə və reabilitasiyası üçün kifayət qədər uzun müddət lazım ola bilər, şizofreniyada bir neçə il. Xronik psixozda məqsəd davamlı, etibarlı terapevtik münasibətlərin yaradılmasıdır.
- Müalicə planına müntəzəm olaraq xəstə və adətən ona yaxın olan insanlarla birlikdə yenidən baxılmalıdır.
Psixozun famakoterapiyası
- Yeniyetmə psixozu adətən antipsixotiklərlə müalicə olunur. Əlavə olaraq əgər lazım olarsa psixotik depressiya üçün antidepressantlar və bipolyar affektiv pozuntu üçün əhval - ruhiyyə stabilizatorları (fertil yaşında olan qadınlara valproatlar məsləhət görülmür) təyin oluna bilər. Xüsusilə kəskin psixozda yuxugətiricilər və ya anksiolitiklər yanaşı olaraq təyin edilə bilər.
- Yeniyetmələrəadətən ikinci və ya üçüncü nəsil antipsixotiklər təyin edilir, lakin bunların metabolik effektlər və ya ekstrapiramid simptomlar kimi yan təsirləri ola bilər. Yeniyetmələrdə antipsixotiklərin uzunmüddətli istifadəsinə dair məlumatlar kifayət deyildir.
- Məsələn, Finlandiyada kiçiklərdə psixoz və ya affektiv pozuntuların müalicəsində az miqdarda dərmanlar təsdiqlənmişdir.
- Yeni antipsixotiklərdən aripiprazol Finlandiyada rəsmi olaraq 15 yaş və ya daha böyüklərdə şizofreniyanın və 13 və ya daha böyüklərdə orta və ya ağır dərəcəli maniakal fazası olan I tip bipolyar affektiv pozuntuda 12 həftədən çox olmayaraq istifadəsi təsdiqlənmişdir.
- Risperidon psixi inkişafdan qalma və ya intellektual çatışmazlığı olan 5 və ya daha böyük yaşlı uşaq və ya yeniyetmələrdə davranış pozuntuları ilə əlaqəli xronik aqressiyanın qısamüddətli simptomatik müalicəsi üçün təsdiq edilmişdir, lakin kiçiklərdə şizofreniyanın müalicəsi üçün rəsmi təsdiq olunmamışdır.
- Ziprazidon 10 - 17 yaşlı uşaq və ya yeniyetmələrdə bipolyar affektiv pozuntunun orta dərəcəli mania və ya qarışıq fazasının müalicəsi üçün təsdiqlənmişdir.
- Təcrübədə kiçiklərdə psixozun müalicəsi üçün kvetiapin kimi digər antipsixotiklərdən rəsmi olaraq göstəriş olmasa belə istifadə edilməsi lazım ola bilər.
- Daha öncəki antipsixotiklərdən məsələn haloperidolun yeniyetməlikdən əvvəlki yaşlarda şizofreniyanın müalicəsində effektiv olduğu tapılmışdır. Yeniyetmələrdə şizofreniyanın müalicəsində klozapinin haloperidol və ya olanzapinə nisbətən daha effektiv olduğu tapılmışdır. Buna baxmayaraq xüsusilə leykopeniya və aqranulositoz riskinə görə klozapinin istifadəsi məhduddur; Klozapin müalicəsinə baxın. Digər müalicələrə davamlı olan kəskin şizofreniyada klozapinin istifadəsi düşünülməlidir.
- Psixotik depressiyanın müalicəsində antidepressant və antipsixotiklərin kombinasiyası məsləhət görülür. Sübutlara əsasən 18 yaşından kiçik depressiyalı xəstələrdə ilkin seçim kimi fluoksetin məsləhət görülür, lakin uzunmüddətli yarımparçalanma dövrü və digər dərmanlarla mümkün qarşılıqlı təsiri nəzərə alınmalıdır. Antidepressantlar müalicənin, xüsusilə erkən mərhələsində özünə zərərvermə və ya zorakılıqla assosiasiya olunur.
- Psixoz olan yeniyetmələrdə farmakoterapiya digər müalicə formaları ilə kombinasiya olunmalıdır. Farmakoterapiyada monoterapiyaya üstünlük verilməlidir.
- Psixofarmokoloji vasitələrin istifadəsi yeniyetmələrin beyninin tam inkişaf etməməsi və digər bioloji böyümə və psixososial inkişafın da həmçinin tamamlanmaması səbəbindən ehtiyatla başlanmalıdır.
- Yeniyetmə və onların qəyyumları müalicə və onun yan təsirləri haqqında məlumatla təmin edilməli və bu onlarla müzakirə olunmalıdır.
- Xüsusilə antipsixotik dərmanların qəbulunun başlanğıcında xəstənin vəziyyəti və hər hansı yan təsirlər tez - tez monitorinq edilməlidir.
Yönəldilmə üçün meyarlar
- Əgər psixozdan şübhələnilirsə yeniyetmə gecikdirilmədən təcili və ya təxirəsalınmaz şəkildə ixtisaslı yardıma könüllülük əsasında və ya əgər xəstəxanada monitorinq edilməlidirsə qeyri - könüllü şəkildə yönəldilməlidir.
- Əgər yeniyetmənin vəziyyəti imkan verirsə intensiv ambulator yardıma (məsələn, yeniyetmələr üçün kəskin psixiatrik komanda) üstünlük verilməlidir, amma xəstədə məsələn, çaşqınlıq, kəskin sayıqlama və ya hallüsinasiya və ya intihar və ya zorakıllıq riski varsa təcili və təxirəsalınmaz şəkildə xəstəxanaya yönəldilməlidir.
Müvafiq resurslar
- Koxran icmallar
- Digər elmi sübutların xülasələri
-
-
-
-
- Paus T, Keshavan M, Giedd JN. Why do many psychiatric disorders emerge during adolescence? Nat Rev Neurosci 2008;9(12):947-57. Merikangas KR, Jin R, He JP et al. Prevalence and correlates of bipolar spectrum disorder in the world mental health survey initiative. Arch Gen Psychiatry 2011;68(3):241-51. Granö N, Karjalainen M, Anto J et al. Intervention to improve level of overall functioning and mental condition of adolescents at high risk of developing first-episode psychosis in Finland. Early Interv Psychiatry 2009;3(2):94-8. Mäki P, Riekki T, Miettunen J et al. Schizophrenia in the offspring of antenatally depressed mothers in the northern Finland 1966 birth cohort: relationship to family history of psychosis. Am J Psychiatry 2010;167(1):70-7. Stafford MR, Jackson H, Mayo-Wilson E et al. Early interventions to prevent psychosis: systematic review and meta-analysis. BMJ 2013;346():f185. Stafford MR, Mayo-Wilson E, Loucas CE et al. Efficacy and safety of pharmacological and psychological interventions for the treatment of psychosis and schizophrenia in children, adolescents and young adults: a systematic review and meta-analysis. PLoS One 2015;10(2):e0117166.