Yerimə pozğunluğu
EBM Klinik protokolları
09.03.2016 • Sonuncu dəyişiklik 09.03.2016
SeppoKaakkola
Əsas
- Cavan və ya əmək qabiliyyəti olan şəxslərdə yerimə pozğunluğu adətən xüsusi bir xəstəlikdən yaranır.
- Yaşlı şəxslərdə yavaş-yavaş irəliləyən yerimə pozğunluğu çox vaxt yanaşı gələn bir neçə başlıca xəstəliklərlə bağlı olur.
Yerimə pozğunluğunun qeyri-nevroloji səbəbləri
- Aşağı ətrafların sınması
- Oynaq simptomları, artrit, artroz
- Ümumi zəiflik
- Arterial təzyiqin aşağı düşməsi (ortostatik test; bütün müalicə üsullarını nəzərdən keçirin!)
- Aşağı ətraflarda qan dövranı çatışmazlığı (axsama, nəbzin zəifləməsi, dəridə dəyişiklik)
- Ayaqda/pəncədə yerli ağrı (döyənək, podaqra, yastıayaqlıq, və s.)
- Keçmiş zədələr
- Zəif görmə
Yerimə pozğunluğunun nevroloji səbəbləri
- Pasientin cavan olması, yerimə pozğunluğunun nevroloji etiologiyasını daha da mümkün edir.
- Onurğa beyninin sıxılması, paraparez
- Bel sinir köklərinin sıxılması və at quyruğu sindromu.
- Xüsusən də, gənc pasientlərdəki başlıca sindrom, ayağa doğru yayılan bel ağrısıdır. Bu hal yerimə pozğunluğu yox, işias adlanır.
- Yerimə zamanı çətinlik, onurğanın bel hissəsində xroniki stenoz simptomunun kəskinləşdiyi yaşlı şəxslərdə olur.
- Sfinkterin disfunksiyası və yanlarda hissiyatın itməsi ilə müşaiyət olunan hallar, məsələn, at quyruğu sindromu ciddi haldır və pasient mütləq xəstəxanaya yönləndirilməlidir.
- Subdural hematoma (xüsusən də ikitərəflidirsə)
- Simptomlara,aşağı ətraflarda zəiflik, çaşqınlıq, zəifləmiş və ya dəyişkən qavrama, və artan kəllədaxili təzyiq əlamətləri və ya yüngül hemifarez də aid edilə bilər.
- Xəstəlik tarixçəsində (yüngül belə olsa) başın zədələnməsi də göstərilə bilər.
- Risk qrupları: yaşlılar, alkoqoliklər, və qanın laxtalanmasına qarşı dərman vasitələri qəbul edən pasientlər.
- Beyində çoxsaylı lakunar infarktlar və ya damarların zəifləməsi (frontobasal)
- Yaşlılarda yavaş-yavaş artan yerimə pozğunluğunun ən ümumi səbəbi
- Tipik göstəricisi apraksik yerimə (ayaqlar kifayət qədər güclüdür, lakin pasient heç bir addım da ata bilmir, atsa da addımlar qısadır; ayaqlar "yerə yapışır").
- Yıxılmağa meyillilik
- Normal təzyiqli hidrosefaliya (NPH)
- Yaddaş zəifliyi
- Ataksik yerimə
- Sidik qaçırma
- Əsas səbəb CSF (beyin onurğa iliyi mayesi) axınının pozulmasıdır.
- Parkinson xəstəliyi və ya digər parkinsonizm
- Yerimə pozğunluğunun başladığı andan diaqnozu qoyula bilmir, çünki, xəstəliyin başladığı dövrdə pasientin addımlarınnı qısa olmasına baxmayaraq, simptom xəstəliyin son mərhələsinə çatmayanadək artmır.
- Alkoqolizm
- Beyincik degenerasiyası (yöndəmsiz yerimə, zəif balans, ataksiya, xüsusən də aşağı ətraflarda)
- Polineyropatiya, ayaqda, yeriməyi əngəlləyən kəskin ağrıdır (ağrıya qarşı yüksək həssaslıq, allodiniya)
- Miopatia (nadir hallarda)
- Poliradikulit
- Aşağı ətraflarda bir neçə gün ərzində artan və daha sonra yuxarı ətraflara yayılan keyləşmə ilə müşaiyət olunan zəiflik. Vətərlərin refleksi azalır və ya tamamilə yox olur.
- Mielit və MS
- Onurğa beyni iltihabı, aşağı ətraflarda bir neçə gün ərzində artan zəiflik və keyləşməyə səbəb olur. Simptomlara çox vaxt sfinkterin disfunksiyası da daxildir.
- Polinevropatiya
- Ən əsas səbəbi diabtedir.
- Sİmptomlar çox vaxt yavaş-yavaş artır. Ən çox təzahür edən hal, aşağı ətraflarda zəiflik və topuğadək keyləşmədir. Reflekslər ziəifləyir və ya tamamilə olmur.
- Digər nevroloji xəstəliklər də yerimə pozğunluğuna səbəb ola bilər (beyin və ya onurğa beynində şiş, virus infeksiyası, miopatia, ALS, beyincik disfunksiyası və s.). Yerimə pozğunluğunun səbəbi bilinmirsə, nevroloji müayinə aparılmalıdır.
Əlaqəli mənbələr
Giladi N, Horak FB, Hausdorff JM. Classification of gait disturbances: distinguishing between continuous and episodic changes. Mov Disord 2013;28(11):1469-73. John G. Nutt. Higher-level gait disorders: An open frontier. Mov Disord 2013 Sep 15;28(11):1560-5.