Xronik depressiya (distimiya)
EBM Klinik protokolları
01.08.2013 • Sonuncu dəyişiklik 01.08.2013
ErkkiIsometsä
Əsas məqamlar
- Distimiya mülayim lakin xronik (2 ildən çox) depressiv pozuntu formasıdır.
- Distimiyanın müalicəsi uzunmüddətli funksional qabiliyyətin azalmasının və sonradan kəskin depressiya dövrlərinin (hansı ki, bu xəstələrdə tez-tez rast gəlinir) qarşısını almağa kömək edir.
- Antidepressiv dərman müalicəsi və psixoterapiya distimiyanın müalicəsində faydalıdır.
Epidemiologiya və xəstəliyin proqressivləşməsi
- Distimiya kəskin depressiv vəziyyətdən əvvəl yaranır.
- Xronik depressiv pozuntunun yayılma tezliyi 2%-dir. Qadınlarda kişilərə nisbətən daha çox yayılmışdır.
- Distimiya təşviş pozuntuları, şəxsiyyət pozuntuları, psixoaktiv maddə asılılığı və gənc qadın pasiyentlərdə qida qəbulu pozuntuları ilə tez-tez birlikdə rast gəlinir.
Simptomlar və diaqnostika
- Xəstələrin yarısında simptomlar 25 yaşdan əvvəl yaranır.
- Simptomlar gənc yaşda başlayarkən pasiyent onları həyatın təbii bir hissəsi kimi düşünə və illərlə yardım üçün müraciət etməyə bilər.
Əsas diaqnostik meyarlar
- Ən azı iki il ərzində əksər vaxtlarda depressiv əhval-ruhiyyə və ən azı iki aşağıdakı simptomlar əlavə olunur:
- enerjinin və ya fəaliyyətin azalması
- yuxusuzluq
- özünü qiymətləndirmənin enməsi və ya natamamlıq hissi.
- diqqətini toplamaqda çətinlik
- tez-tez ağlayır
- cinsi əlaqə və ya digər həzz alma mənbələrinə marağın itirilməsi
- tənhalıq və ya ümidsizlik hissi
- gündəlik həyatın çox ağır olması hissi
- keçmiş haqqında pessimistik fikirlər və ya keçmişə görə kədərlənmənin davam etməsi
- sosial əlaqələrdən uzaqlaşma
- ünsiyyətin azalması.
Tapıntılar
- Depressiv pozuntudan fərqli olaraq distimiyanın simptomları zamanın əksər hissəsində mövcuddur və xüsusi xəstəlik dövrləri müşahidə olunmur. Sonrakı nəzarət zamanı kəskin depressiya ortaya çıxa bilər.
- Distimiya tez-tez onun uzunmüddətli davam etməsinə görə funksional qabiliyyətin pisləşməsinə səbəb olur. İşləmək qabiliyyəti çox vaxt azalır.
Müalicə
- Həmçinin baxın A .
- Xəstələrin təxminən yarısı uzunmüddətli (> 6 ay) antidepressantlarla müalicədən faydalanırlar. Əgər dərman terapiyası faydalıdırsa iki ilə qədər davam edən uzunmüddətli dərman müalicəsi məqsədəuyğundur. Qısamüddətli dərman müalicəsi adətən müalicədən sonra simptomların residivinə gətirib çıxarır.
- Xəstələrin əksəriyyəti stabil, dəstəkləyici həkim-xəstə münasibətlərdən faydalanır.
- Psixoterapiyalar, xüsusilə farmakoterapiya ilə kombinasiyada da həmçinin faydalı olması sübut olunmuşdur.