Babasil
EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 28.03.2017
MattiV.Kairaluoma
Əsas məqamlar
- Babasil anal kanal ətrafındakı anal yastıqlar adlanan və qan damarları ilə zəngin olan yumşaq toxumaların genişlənməsi və sallanmasının nəticəsidir.
- Babasil ilə bağlı simptomlara geniş rast gəlinir və bu simptomlar adətən özbaşına keçir, lakin residivləşməyə meyillidirlər.
- Cərrahi əməliyyatlar yalnız sallanmış (IV dərəcəli) babasil olan pasiyentlər üçün göstərişdir.
Simptomlar
- Rektal qanaxma ən çox yayılmış şikayətdir (hematoxezia). Xəstədən qanamanın növü (tualet kağızında görünür, alt paltarı bulaşır, defekasiyadan sonra qan damlası gəlir) barədə soruşun. Nəcisə qan qarışması bəzən şiş olmasını düşündürür.
- Digər simptomlara: diskomfort hissi, qaşınma və ya şəxsi gigiyena problemləri daxildir. Əksər hallarda ağrının perianal hematomanın, trombozlu hemorroyların və ya anal dəliyin çatlarının olması səbəbindən baş veridiyi ehtimal olunur.
Diaqnoz
- Vizual nəzarət
- Dəridə ziyillərin mövcudluğunu, anal dəliyin görünüşünü, şişlərin olmasını yoxlayın.
- Barmaqla rektal müayinə aparın
- Sakit halda bağırsağın tonusuna, kontraktura qüvvəsinə və şişlərin olmasına nəzər yetirin.
- Proktoskopiya
- Həkimə müraciət zamanı və bağırsaqda hər hansı bir hazırlıq aparmadan həyata keçirilir. Babasil düyünlərinin böyümə dərəcəsini proktoskopu yerində saxlayaraq xəstədən gücənməsini xahiş etməklə qiymətləndirmək olar. Xəstə gücəndiyi vəziyyətdə proktosop çıxarılır və hər hansı hemorroidal düyün olarsa, o, anal dəlikdən düşür.
- Siqmoidoskopiya/kolonoskopiya
- Hər hansı bir müalicəni başlamazdan əvvəl bütün pasiyentlərə siqmoidoskopiya edilməlidir; yaşı 50-dən yuxarı olan pasiyentlərdə karsinoma və adenomanı istisna etmək üçün kolonospiya edilməsi məsləhər görülür. Melena üçün bax___
Diferensial diaqnoz
- Anal çatlar
- Çox ağrılıdır, dorsal yerləşir; rektal barmaq müayinəsi zamanı palpasiya edilə bilər (müayinə zamanı lidokain (lidocaine) gelindən istifadə etmək lazımdır.
- Perianal abses
- Əsasən ümumi anesteziya altında yarılır.
- Perianal fistula
- Əksər hallarda cərrahi müdaxilə göstərişdir.
- Selikli qişanın sallanması
- Rektal selikli qişanın anal kanaldan sallanması. Diaqnozun qoyulması babasildə olduğu kimidir. Viziual baxış zamanı radial olan selikli qişa qırışları görünür.
Dərəcələrə ayrılması
- I dərəcə: durğunluq (yığılmış) olan anal yastıqlar
- II dərəcə: gücənmə zamanı anal dəliyin ağzından çıxırlar, lakin özbaşına olaraq anal kanala qayıda bilirlər
- III dərəcə: anal kanaldan bayıra çıxır və manual olaraq daxilə qaytarılır
- IV dərəcə: anal dəlikdən xaricdə sallanaraq qalır (şəkil)
Müalicə
- Simptomlar yoxdur: heç bir xüsusi müalicə lazım deyil
- Kiçik simptomlar: yerli müalicə
- Şəxsi gigiyena çox mühümdür
- Yerli məlhəmlər
- Qəbizliyin aradan götürülməsi vacibdir (həcm artıran işlədici dərman vasitələri)
- Qanaxması olan babasil: lateks həlqələrin bağlanması
- Sallanan babasil: cərrahi əməliyyat
- Müalicə strategiyalarının xülasəsi bu cədvəldə verilmişdir.
Müalicə strategiyaları
| Dərəcə |
Müalicə |
Alternativ olan üsullar |
| Asimptomatik babasil |
Müalicə lazım deyil |
|
| Simptomatik I–II dərəcə |
Lateks həlqənin qoyulması |
Məlhəmlər, tərkibində liflər olan pəhriz |
| Simptomatik III dərəcə |
Lateks həlqənin qoyulması × 3 –4 |
Oturaq vannaları, tərkibində lif olan pəhriz , cərrahi yolla kəsib atma |
| Simptomatik IV dərəcə |
Cərrhahi yolla kəsib atma |
|
|
Babasil qanaxması və ya qaraciyər sirrozu və ya koaqulopatiyası olan pasiyentlər
|
Lateks həlqənin qoyulması |
Skleroterapiya, (cərrahi müalicə) |
Lateks halqa ilə liqasiya edilməsi
- Video
- Ümumi praktika həkimi tərəfindən həyata keçirilə bilər.
- Sorucusu olan liqasiya alətindən istifadə edin (forsepdən deyil).
- İşıq mənbəyi kimi başa bərkidilmiş işıq lampasından istifadə edilə bilər.
- Protoskop vasitəsi ilə alətin sorucu başlığı (kasası) 3 sm olaraq rektuma daxil edilir (dişli xəttən təxminən 1 sm yuxarı) və ya babasil üzərinə və yaxud əgər babasil daha aşağıdadırsa ona yaxın proksimal bir yer üzərində yerləşdirilir. Anal dəliyə daha yaxın qoyulmuş liqatura ağrılıdır və onun bu cür qoyulmasından çəkinmək lazımdır.
- Alətin kasasını düzgün yerləşdirdikdən sonra sorucunu işə salın və tərkibində babasil olan mukoz qatı soraraq kasaya daxil edin. Liqasiya edici lenti işə salın. Sorucunu dayandırın və sorma kateterini cihazdan ayırın. Cihazı proktoskopla birlikdə ehtiyatla çıxarın.
- Proktoskopu təkrarən rektuma daxil edərək, rezin halqanın düzgün yerləşdirilməsini yoxlayın (prosedur uğurlu olduqda "qaragilə meyvəsi" görünə bilər).
- Eyni zamanda üçə qədər babasil düyünü bağlana bilər.
- Bağlanmış babasil düyünləri və ya mukozal qıvrımlar bir həftə içərisində düşəcək və liqaturadan aşağıda qalan hər hansı bir düyün venoz birləşmə ilə əlaqəsi kəsildiyindən atrofiyaya uğrayır.
- Əgər qalıq düyünlər varsa, prosedur bir ay ara verməklə 3 - 4 dəfə təkrarlana bilər. Bundan sonra simptomlar hələ də davam edərsə, cərrahi əməliyyat nəzərdən keçirilməlidir.
- Ağırlaşmalar nadir hallarda olur, ancaq bəzən qanaxma və ətrafdakı rektal toxumaların infeksiyalaşması ola bilər.
Stranqulyasiya olmuş babasil
Perianal hematoma ("trombozlaşmış babasil")
Düz baqırsağın sallanması
- Rektal sallanma, düz bağırsağın əzələ divarlarının tamlıqla anal dəlikdən bayıra çıxmasıdır. Sallanma ağrı, selikli ifrazat və qanaxma ilə müşayiət olunur.
- Belə hallar əsasən 60 - 70 yaşlı şəxslər arasında müşahidə olunur. Bu cür pasiyentlərin əksəriyyəti qadınlardır.
- Bu vəziyyət bir çox hallarda ginekoloji sallanmalar ilə müşayət olunur və buna görə də ginekoloji müayinə aparılması vacibdir. Rektal sallanma üçün edilən əməliyyat zamanı yanaşı olaraq ginekoloji sallanma da müalicə edilə bilər.
- Düz bağırsağın sallanmasına meyilliliyi yaradan faktorlara əzələ toxumasının zədələnməsi və degenrasiyası, hamiləlik və doğuşlar, nevroloji funksiyanın alterasiyası və birləşdirici toxuma dəyişikliyi daxildir. Hormonal faktorların da təsiri var.
- Yaşlı insanlarda düz bağırsağın tam olaraq sallanması özbaşına keçmir və cərrahi əməliyyat tələb edir. Düz bağırsağın selikli qişasının təklikdə sallanmasını rezin bant qoymaqla (lateks halqa ilə liqasiya) müalicə etmək olar.
Müvafiq resurslar
- Koxran icmalları
- Ədəbiyyat