Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Parkinson xəstəliyi zamanı demensiya və Levi cisimcikli demensiya

Mündəricat

Parkinson xəstəliyi zamanı demensiya və Levi cisimcikli demensiya

EBM Klinik protokolları
01.09.2017 • Sonuncu dəyişiklik 01.09.2017
JuhaRinne TimoErkinjuntti

  • Baxın:  Mərkəzi sinir sisteminin yavaş inkişaf edən virus infeksiyaları

Əsaslar

  • Parkinson xəstəliyi zamanı demensiya diqqətin azalması, icra funksiyalarının enməsi, eləcə də təşəbbüskarlıq qabiliyyətinin azalması kimi davranış simptomları ilə müşayiət olunur.
  • Levi cisimcikli demensiya koqnitiv simptomlardan əlavə olaraq vizual halüsinasiyaların, ekstrapiramidal simptomların, eləcə də ayıqlıq səviyyəsi və koqnitiv funksiyalarda enmə və qalxmaların təkrarlanması ilə müşayiət olunur.

Parkinson xəstəliyi zamanı demensiya

  • Parkinson xəstələri arasında proqressiv yaddaş pozğunluğunun yaranması ümumi əhali arasındakı nisbətdən 4-6 dəfə yüksəkdir.  Hazıki tədqiqatlar Parkinson xəstələrinin 60-70%-ində yaddaş pozğunluğunun olduğunu bildirir.
  • Parkinson xəstəliyi zamanı demensiyanın yaranmasına səbəb olan amillər bunlardır: yüksək yaş həddi, bradikineziyalı ağır parkinsonizm, postural dayanıqsızlıq və yerişin pozulması, eləcə də yaddaşdan erkən şikayətlər.
  • PXD üçün meyarlar:
    • proqressiv sürətdə koqnitiv qabiliyyətin enməsindən əvvəl ən azı bir il müddətində Parkinson xəstəliyi diaqnozunun qoyulması
    • koqnitiv simptomlar: diqqətin, icra funksiyalarının, vizual-məkan funksiyalarının və yaddaşın pozulması
    • davranış simptomları:  təşəbbüskarlığın olmaması, şəxsiyyət dəyişiklikləri, halüsinasiyalar, deluziyalar, gündüz vaxtları həddindən artıq yuxu.
  • Patologiya kortikal levi cisimiklərinin mövcudluğuna, bununla yanaşı Altsheymer xəstəliyi zamanı dəyişikliklərə, fərqli neyromadiator sistemlərin pozulmasına və yabu prosseslərin kombinasiyasına əsaslanır.  Koqnitiv simptomlar xolinergik sistemlərin fəaliyyətinin enməsi ilə də əlaqəlidir.
  • Asetilkolinesteraza inhibitorları PXD-nın müalicəsi üçün ilkin mərhələdir. Rivastiqmin bu qrupda  PXD-nın rəsmi göstəricisi olan yeganə dərmandır.

Dementia with Lewy bodies (DLB)   Levi cisimcikli demensiya (LCD)

  • Parkinson xəstəliyi zamanı levi cisimciklər adətən beynin qara maddə adlanan törəmələrində və subkortikal düyünlərdə ortaya çıxır. LCD xəstələrinin yarısında Altsheymer xəstəliyi üçün xarakterik olan serebral dəyişikliklər müşahidə olunur.
  • Müxtəlif formaları daxil olmaqla LCD 75 yaşdan yuxarı şəxslərə təxmini 5% təsir edir.
  • İlkin mərhələ ləng inkişaf edir və xəstəliyin ortalama müddəti 8 ildir.
  • Əsas xüsusiyyətlər (LCD-nin diaqnozu üçün ikisi əsas şərtdir.)
    • diqqət və ayıqlıq funksiyalarındakı dəyişiklik ilə koqnitiv funksiyalarda baş verən enmə və qalxmalar
    • təkrarlanan vizual halüsinasiyalar
    • ekstrapiramidal simptomlar, bu parkinsonizmin xüsusiyyətləridir. (sərtləşmə, ləngimə, yerişin pozulması, bəzən tremor)
  • LCD-nı dəstəkləyən xüsusiyyətlər: 
    • REM yuxusu davranış pozğunluğu
    • Antipsikotiklərə həssaslıq
    • subkortikal düyünlərə bağlanan azaldılmış dopamin daşıyıcısı
  • İlkin mərhələ üçün yaddaş pozğunluğu səciyyəvi deyil.   LCD xüsusiyyətləri ilə birlikdə epizdik yaddaşın fəaliyyətinin erkən artan enməsi Altsheymer xəstəliyinin yaranması üçün təşviqedici rol oynayır.
  • Bu xəstələr antipsikotiklərə qarşı həssasdırlar və hətta kiçik doza konfuziyaya və yerimə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
  • İkinci nəsil antipsikotiklərin (klozapin, risperidon, quetiapin) köməyi ilə konfuziya və vizual halüsinasiyaları nəzarətdə saxlamaq mümkündür.
  • Asetilkolinesteraza inhibitorlarının (donepezil, qalantamin, rivastiqmin) LCD zamanı ortaya çıxan diqqət pozğunluğu və davranış simptomları üçün faydalı olduğu göstərilmişdir. Effektivliyinə baxmayaraq asetilkolinesteraza inhibitorları LCD-də istifadə üçün lisenziyaya malik deyil.  LCD/AX zamanı diaqnoz qoyulur.
  • Hərəkətliliyi qorumaq üçün fizioterapiya və gəzinti məşqlərinə erkən başlanılmalıdır.

Əlaqədar mənbələr