Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Strategies and priorities in screening for dyslipidaemia

Mündəricat

Strategies and priorities in screening for dyslipidaemia

EBM Klinik protokolları
09.08.2017 • Sonuncu dəyişiklik 09.08.2017
TimoStrandberg HannuVanhanen

Əsas müddəalar​

  • İşemik ürək xəstəliyi və ya digər aterosklerotik pozğunluqlar (serebral və ya periferik arterialarda) olan hallarda və həmçinin, diabet olan bütün xəstələrdə, dislipidaemiyanın effektiv müalicəsi yolu ilə ikincili profilaktika aparılmalıdır.
  • Ailəvi hiperxolesterolemiya olan xəstələr aktiv olaraq aşkara çıxarılır və müalicəyə cəlb edilirlər.
  • Birincili profilaktika risk faktorları yüksək olan şəxslər arasında aparılır: bura yüksək arterial təzyiqi olanlar, siqaret çəkənlər, diabet və ya metabolik sindromu kimi bir neçə risk faktoruna malik əmək qabiliyyətli şəxslər aiddirlər.  

 İ-ci faza: Yüksək risk qrupuna malik şəxslər

  • Hiperlipidemiyanın müalicəsinin faydalı olması- işemik ürək xəstəliyi, digər arterial və ya şəkərli diabet olan xəstələrdə bir sıra uzunmüddətli tədqiqatlar, xüsusən də statinlər ilə aparılan tədqiqatlarda sübut edilmişdir"?>. Statinlərlə aparılan tədqiqat qruplarında edilən müşahidələr göstərir ki, belə müalicə zamanı ölüm və ağırlaşma halları  xeyli dərəcədə aşağı düşür və həmçinin, insultların sayı azalır.
  • Ailəvi hiperxolesterolemiyası olan şəxslər aşkar edilməlidirlər:
    • aterosklerotik pozğunluqlar olan şəxslər (işemik ürək xəstəliyi, serebrovaskulyar xəstəliklər və ya aşağı ətraflarında işemiya müşahidə edilən şəxslər (yaşı 55 aşağı olan kişilər, qadınlar üçün 65 yaşdan aşağı);
    • işemik ürək xəstəliyi olan cavan yaşlı şəxslərin yaxın qohumları (uşaqları, qardaş və bacıları);
    • əvvəllər plazmasında xolesterolunun yüksək konsentrasiyası tapılan şəxslər (ən azı 8 mmol / l, lakin bəzi hallarda konsentrasiya aşağı da ola bilər);
    • Plazmasında xolesterol konsentrasiyası əhəmiyyətli dərəcədə artmış olan şəxslərin yaxın qohumları.

Skrininqin həyata keçirilməsi

  • Həmçinin, olan qadınlar və ahıl yaşda şəxslər və xüsusilə riskin ehtimalı daha çox olan pasiyentlə rmüayinədən keçirilir.
  • Pasiyent hər hansı bir səbəbdən cərrahi əməliyyata məruz qalcaqsa, bütün lipid göstəricilərinin (plazma xolesterolu, YĞL/HDL xolesterol, AÖL/LDL xolesterol və trigliseridlər) yoxlanılması təklif edilir.
  • Pasiyentlərin kompüterləşdirilmiş qeydiyyat sənədlərində və xəstəliyə aid digər sənədlərində olan  sonuncu lipid göstəriciləri yoxlanılmalıdır. (Onun sənədlərin) Növbəti gəliş zamanı lipid konsentrasiyasını təyin etmək üçün bir xatırlatma əlavə edilir.
  • İndeks xəstə (xəstəlik aşkarlanmış ilkin xəstə) vasitəsi ilə qohumlar və ailə üzvləri ilə əlaqə saxlana bilərlər.

II Faza: digər risk faktorları olan şəxslər

  • Aterosklerotik xəstəliklərin qarşısının alınmasının əsas məqsədi bütün populyasiyada lipid səviyyəsinin müayinəsinin aparılması deyildir. Əsas məqsəd cəmiyyətin diqqətini sağlam qidalanma (məsələn, restoranlarda) və sağlam həyat vərdişlərinin təbliğinə yönəltməkdir.
  • Skrininq planlaşdırıldıqda diqqət risk faktorları olan yaşlı şəxlərə yönəldilməlidir:
    • Çəki artıqlığı (bədən kütləsi indeksi> 25 kq / m2; proqrama baxın). Xüsusilə, mərkəzi piylənmə ilə bağlı metabolik sindrom olan pasiyentlər aşkar olunmalıdırlar;
    • Siqaret çəkənlər;
    • Hipertenziyası olan şəxslər;
    • Ailəsində erkən başlamış koronar ürək xəstəliyi olan şəxslər (diqqət mərkəzində saxlanılmalıdr).
  • Bütün əmək qabiliyyətli kişilərdə lipid səviyyəsinin müayinə edilməsi məqsədəuyğundur. Riskin qiymətləndirməsi yaşa  və dövri tibbi müayinələrin nəticələrinə əsaslanaraq həyata keçirilə bilər (SCORE şkalası; 2-ci tip diabet, məsələn 40 yaşlılar arasında). Gənc yaşda olan şəxslərin 10 illik dövr üçün risk kalkulyatorları ilə hesablanmış risk parametrləri doğru nəticə verməyə bilər, ona görə ömür boyu olan risklərin qiymətləndirilməsi, müalicə aparılması üçün əsas olaraq təklif edilmişdir.

Skrininqin həyata keçirilməsi

 

 

Wilkins JT, Ning H, Berry J et al. Lifetime risk and years lived free of total cardiovascular disease. JAMA 2012;308(17):1795-801.