Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi xəstəliyi (QAQPX) və qeyri-alkoqol mənşəli steatohepatitlər (QASH)

Mündəricat

Qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi xəstəliyi (QAQPX) və qeyri-alkoqol mənşəli steatohepatitlər (QASH)

EBM Klinik protokolları
13.04.2015 • Sonuncu dəyişiklik 04.12.2015
HanneleYki-JärvinenPerttuArkkila

Əsas məqamlar

  • QAQPX (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi)  qərb ölkələrində ən çox yayılmış qaraciyər xəstəliyidir. Finlandiyada qaraciyərin funksional göstəricilərinin yüksək səviyyəsi (45-69 yaşlı xəstələrdə) 75% hallarda  QAPQX ilə əlaqələndirilir. Bu xəstələrin təxminən 5%-də steatohepatit mövcuddur (QASH, qeyri-alkoqol mənşəli steatohepatit).
  • QAQPX və metabolik sindrom bir-biri ilə yaxın əlaqəli patalogiyalardır. 
  • Piyli qaraciyər tip 2 şəkərli diabet və koronar arteriya xəstəliyi artmış riski ilə əlaqələndirilir.
  • Piyli qaraciyərin müalicəsinin ilkin mərhələsi sağlam həyat tərzinə nəzarəti təmin edilməsindən (artıq çəkidən azad olmaq, şirniyyat və bəzi spirtsiz içkilər kimi tərkibində sadə şəkərlər olan qidalar, içkilərdən yayınmaq) və nəticələrə nəzarət edilməsindən ibarət olur.
  • Ambulator şöbədə QASH-a sahib olanları müəyyən etmək məqsədilə pasiyentləri izləmək lazımdır (müayinə və diaqnoz bölməsinə baxın). QASH-dan şübhələnirsinizsə, bu sahədə ixtisaslaşmış bir ambulator klinika ilə məsləhətləşin. Piyli qaraciyərin diaqnozu üçün funksional diaqnostika üsullarına və ya yalnız piyli qaraciyərin aşkarlanması halında mütəxəssis müayinəsinə ehtiyac duyulmur.

Tərifi

  • NAFLD hər iki mənada işlədilir:
    • yalnız az riskli sirrozun müşahidə olunduğu xalis piyli qaraciyər (QAQPX - qeyri-alkoqol mənşəli piyli qaraciyər) və ya
    • Qaraciyərin piylənməsi ilə yanaşı qaraciyər hüceyrələrinin zədələnməsinin də mövcud olduğu QASH (steatohepatit, bütün halların 5%-ini təşkil edir)
      • QASH-da patoloji halların ağırlaşması riski vardır, xəstələrin 10%-də 10 il ərzində qaraciyərin sirrozu inkişaf edir.
      • QASH-a sahib olan xəstələrdə hepatosellülar karsinoma riski də yüksəlmiş olur (həmçinin baxın).
  • QAQPX üçün diaqnostik meyarlar
    • Piyli qaraciyərin mövcud olması. Bu, əksər hallarda ultrasonoqrafiya və ya digər funksional diaqnostika metodlarının (MRT/ KT) tətbiqi zamanı təsadüfən aşkarlanır. Yalnız piyli qaraciyəri aşkarlamaq məqsədilə hər hansı bir funksional diaqnostika metodunu tətbiq etməyə ehtiyac yoxdur.
    •  Alkoqol qəbulu kişilərdə 21 q/gün, qadınlarda isə 14 q/gün miqdarından daha az olmalıdır.
    • Piyli qaraciyərin digər səbəbləri istisna edilmişdir.
    • Virus hepatiti və ya autoimmun qaraciyər xəstəliyi kimi diaqnozu qoyulmuş və ya məlum olan digər hər hansı bir qaraciyər xəstəliyi mövcud deyildir.
  • QASH diaqnozunun qoyulması məqsədilə qaraciyər biopsiyası tələb olunur. Bu bizə piylə yanaşı qaraciyərdə başda nekrotik hepatositlər olmaqla başqa patologiyanın mövcudluğunu da (balon degenerasiya) göstərəcəkdir. QASH riskini fibrozun dərəcəsinə əsasən qeyri-invaziv olaraq qiymətləndirmək mümkündür.

Müayinə və diaqnoz

Xəstədə metabolik sindrom vardırsa

  • Metabolik sindromu olan xəstələr adətən piyli qaraciyərə və eləcə də koronar arteriya xəstəliyinin, tip 2 şəkərli diabetin, QASH-ın yüksəlmiş riskinə və bu səbəblə də hepatosellülyar karsinomaya malik olurlar. Xəstədə metabolik sindromu qeydə alındıqda QASH riski də nəzərə alınmalı və aşağıdakı tədbirlər həyata keçirilməlidir:
    • QASH riskini qiymətləndirin. Aşağıdakı amillər riski artırır: yaş amili; qanda trombosit və ya zərdabda albumin səviyyəsinin normanın aşağı həddində və ya bu həddən də aşağı olmağı; plazmada ALT və ya AST səviyyəsinin normanın yuxarı həddində və ya bu həddən də yuxarı olmağı.
    • QASH-dan şübhələnirsinizsə, ambulator bazada aşağıda göstərilən əlavə differensial diaqnostik analizlərin aparılmasına göstəriş verin: zərdabda ümumi HAV, zərdab HbsAg-i, zərdab HCV anticismləri, HIV-Ag/Ac, zərdab IgG, IgM və IgA-sı, saya əzələyə qarşı anticismlər, antimitoxondrial anticismlər, antitransqlutaminaza anticismləri, plazmada dəmir, plazma transferrin saturasiyası, zərdab ferritini, TSH, sərbəst T4. Bundan sonra əgər qaraciyər biopsiyasına ehtiyac duyularsa qastroenteroloqa müraciət edin.
    • Xəstədən alkoqol istifadə edib-etmədiy barəsində məlumat toplayın. Xəstədə eyni zamanda həm QAPQX, həm də alkoqol mənşəli piyli qaraciyər xəstəliyi (APQX) mövcud ola bilər.
    • Qaraciyərin piy tərkibini qiymətləndirmək istəyirsinizsə, siz bunu xəstədə metabolik sindromun və/ və ya tip 2 şəkərli diabetin olub-olmadığını bildiyiniz zaman, aclıq insulin səviyyəsinin, plazmada AST və ALT -nin təyin olunması zamanı hesablaya bilərsiniz. 5,6%-dən yüksək səviyyə piyli qaraciyərə işarə edir. QASH proqressivləşdikcə AST/ ALT nisbəti də yüksəlir.
    • Yüksək insulin tələbatı (150 vahiddən daha çox) əksər hallarda piyli qaraciyərin olduğunu göstərir.

Əgər piyli qaraciyər təsadüfən aşkarlanan bir əlamətdirsə və ya plazma ALT səviyyəsi yüksəlmişdirsə

  • Funksional diaqnostika metodlarının tətbiqi zamanı (ultrasonoqrafiya, KT, MRT) təsasdüfi olaraq piyli qaraciyərin aşkarlanması və ya plazma ALT konsentrasiyasının yüksəlməsi (kişilərdə 50-dən, qadınlarda 35-dən artıq) xəstədə aşağıda sadalanan hallardan hər hansı birinin mövcud olmasını araşdırmaq üçün bir səbəb sayılır:
    • Metabolik sindrom və ya diabet üçün risk faktorları
      • Piyli qaraciyər bədən kütlə indeksi (BMİ) və ya alkoqol qəbulundan asılı olmayaraq metabolik sindrom riskini əhəmiyyətli dərəcədə artırır.
      • QAPQX-a sahib olan xəstələrin  artıq çəkidən azad olmaqları xüsusilə mühüm sayılır, çünki bu, həm ürək-damar xəstəliyi riskini, həm də QAPQX-nin daha ağır qaraciyər xəstəliyinə (QASH) proqressivləşməsi riskini azalda bilər.
      • Piyli qaraciyərə sahib olan pasiyentlərin çoxunda qaraciyər fermentlərinin konsentrasiyası norma hüdudları daxilində olur.
      • Qaraciyər fermentlərinin konsentrasiyasının davamlı olaraq yüksək səviyyədə qalmağı xəstədə sadəcə piyli qaraciyərin deyil, daha ciddi proqnoza malik olan QASH-ın olub-olmadığını öyrənmək üçün ətraflı müayinələrin aparılmasına göstəriş sayılır.
    • QASH (yuxarıda QASH riskinin qiymətləndirilməsi bölməsinə baxın)
    • Alkoqol, dərman və s. kimi qaraciyər fermentlərinin yüksək konsentrasiyasının digər səbəbləri (həmçinin baxın)
      • məsələn, Finlandiyada xəstələrdə qaraciyər fermentlərinin konsentrasiyasının yüksək olmasının 75% hallarda səbəbi QAPQX olur.
      • AUDİT testi ( "Alcohol Use Disorders İdentification Test" -Alkoqol istifadəsi pozğunluqlarının identifikasiyası testi) və laborator testlərlə alkoqol qəbulunu müəyyənləşdirin və zəruri hallarda "kiçik müdaxilə" təklif edin.
  • Birinci sıra analizlər
    • Plazma ALT-si, plazma qələvi (alkalin) fosfatazası, plazma bilirubini, plazmanın konyuqasiya olunmuş (düz) bilirubini, plazma aclıq qlükozası, lipidlər
    • Diabet riski testinin nəticələrinə əsasən qlükozaya tolerantlıq testi
    • Qanın ümumi analizi, trombosit sayı, AHTZ (aktivləşdirilmiş hissəvi tromboplastin zamanı) və ya INR (beynəlxalq normallaşdırılmış nisbət) və serum albumini
    • Daha əvvəl aparılmadığı təqdirdə epiqastral nahiyyənin ultrasonoqrafiyası   
  • Sadə karbohidratlardan uzaq durduqdan və artıq çəkidən azad olduqdan sonra ( həmçinin mümkün qədər alkoqoldan, qaraciyəri yükə salan dərmanlar və / və ya təbii məhsullardan uzaq durmaqla) qaraciyər fermentləri hələ də yüksək səviyyədə qalarsa, zərdabda ümumi HAV, zərdab HbsAg-i, zərdab HCV anticismləri, HİV-Ag/Ac, zərdab IgG, IgM ve IgA-ları, saya əzələyə qarşı anticismlər, antimitoxondrial anticismlər, antinuklear anticismlər, antitransqlutaminaza anticismlər, plazma dəmiri, plazma transferrin saturasiyası, zərdab ferritini, TSH, sərbəst T4 analizlərinin aparılmasına göstəriş verin.

Müalicə ​

  • Artıq çəkidən azad olmaq. Hədəf ildə 10% olmaqla təyin olunur.
  • Xüsusən fruktoza ilə şəkərləndirilmiş (qaraciyərə xüsusilə zərərlidir) qidalardan, bəzi şəkərli spirtisiz içkilərdən, şirniyyatlar kimi sadə karbohidratlı qida məhsullarının qəbulundan uzaq durmaq. Karbohidrat qəbulunun azaldılması kərə yağı kimi doymuş yağların qəbulunun artırılmasına yol açmamalıdır.
  • Artıq çəkidən azad olmaq üçün təşkil olunmuş xüsusi proqramlarda iştirak etmək və ehtiyac olarsa, bariatrik cərrahi əməliyyat üçün müraciət etmək (həmçinin bax)
  • Alkoqoldan, qaraciyərdə piy toplanmasına şərait yaradan dərman və ya təbii məhsullardan uzaq durmaq.

Müvafiq resurslar

  • Koxreyn icmalları

Chalasani N, Younossi Z, Lavine JE et al. The diagnosis and management of non-alcoholic fatty liver disease: practice guideline by the American Gastroenterological Association, American Association for the Study of Liver Diseases, and American College of Gastroenterology. Gastroenterology 2012;142(7):1592-609.