Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Poisoning in children

Mündəricat

Poisoning in children

EBM Klinik protokolları
21.08.2018 • Sonuncu dəyişiklik 21.08.2018
KalleHoppu

 Əsas müddəalar

  • Hətta kiçik miqdarda belə (uşaqlar üçün)  təhlükəli olan maddələrə tənəffüs yollarına  (təsadüfi olaraq) düşən neft məhsulları / karbohidrogenlər, alkoqol əvəzediciləri kimi istifadə olunan birləşmələr, yüksək korroziv xüsusiyyətə malik maddələr və böyüklər üçün istifadə edilən bəzi dərman preparatları aiddirlər.
  • Xoşbəxt sonluğu olan zəhərlənmə hadisələri valideynlərə gələcəkdə görüləcək profilaktik tədbirlər barəsində məsləhət vermək imkanı yaradır. Bütün təhlükəli məişət maddələri uşaqlar üçün  əlçatmaz olmalıdır. Tibbi məqsədlər üçün istifadə edilən ağac kömürünün evdə saxlanması müalicənin başlanğıcını ən az 15-30 dəqiqə  tezləşdirə bilər və bu isə simptomların inkişafının qarşısının alınmasında və proqnoz üçün əhəmiyyətli rol oyanya bilər.

Yayılması

  • Uşaq normal inkişafında elə bir mərhələdən keçir ki, hər şeyi ağızına almağa çalışır. Buna görə də zəhərlənmə hadisələrinə görə şübhələr həmişə, təhlükəli vəziyyətlər isə nadir hallarda olur.
  • Məktəb yaşından başlayaraq, uşaqlarda zəhərlənmələr yaşlılarda olanlara bənzəyir və əksər hallarda bu hadisələr uşaqların intoksikasiya edici maddələrdən istifadə etmək və təcrübədən keçirmək cəhdləri ilə bağlıdır.  (Bu yaşlarda) İntihar cəhdləri də mümkündür.

Hadisə yerində zəhərlənməyə qarşı tədbirlər

  1. Kəskin təhlükəni minimuma endirin- uşağın ağzın təmizlə və zəhərli substansiyanı kənarlaşdırın
  2. Təxirəsalınmaz ilk yardım olaraq tənəffüs yollarını və qan dövranını yoxlayın
  3. Zəhərlənməyə nəyin səbəb olduğunu təyin edin: tərkibi, adı, kimyəvi xüsusiyyətləri
  4. Zəhərin miqdarını qiymətləndirin - uşaq hər hansı bir maddə udmuşdurmu, udulmuş maddənin minimum və maximum miqdarını qiymətləndirin
  5. Zəhərlənmədə ilkin yardım zəhərin absorbsiyasının qarşısını almaqdır
  6. Əgər simptomlar çox ağırdırsa, təxirəsalınmaz tibbi yardıma kömək üçün müraciət edin
  7. Əgər mümkündürsə, zəhəri və onun qabını tibbi heyətə göstərmək üçün götürün.

Risklərin qiymətləndirilməsi

  • (Zəhərli) substansiyanın nədən ibarət olduğunu və uşağın ondan nə qədər qəbul etdiyini müəyyənləşdirin.
  • Bəzi xəstəliklər (pika, inkişaf anomaliyaları) uşağın qeyri-normal maddələrin əhəmiyyətli miqdarını qəbul etmə ehtimalını yaradır.
  • Uşaqlar  oynadıqları vaxt bir-birilərinə çoxlu miqdarda dərman preparatları və bitkilər yedizdirə bilərlər, hansıları təklikdə belə çox miqdarda qəbul etməzdilər.
  • Ayrı-ayrı maddələrin toksikliyi və zəhərlənmə zamanı görülməli olan tədbirlər barədə məlumatlar milli zəhərlənmə mərkəzlərində mövcuddur, bax yuxarıda.
  • Yalnız bir neçə maddə (məs., aspirasiya edilmiş hidrokarbonlar, korroziv maddələr və qıcıqlandırıcı maddələr ) var ki, onlarla zəhərlənmə simptomları dərhal  üzə çıxır.

Mühüm (əhəmiyyətli) toksikoloji zəhərlənmələrdə ilk yardım

  • Əgər zəhərlənmə per oral olmuşdursa, zəhərin absorbiyasını azaltmaq üçün ilkin olaraq aktivləşdirilmiş kömür verilməlidir.
    • Uşaqlar üçün kömürün dozası 1 və ya 2 qram/kq-dır, böyüklər isə 50-100 qram qəbul etməlidirlər.
    • Aktivləşdirilmiş kömür dəmiri və tərkibində alkohol olan maddələri bağlamaqda effektiv deyil. Belə bir vəziyyətdə, mədə lavajının həyata keçirilməsi və ya ipekakuana miksturasından (bəzi ölkələrdə yalnız xüsusi lisenziya əsasında buraxılır) istifadə edərək qusma əmələ gətirmək lazımdır. Müalicə metodu qəbul edilmiş substansiyasından, yardımın sürəti və  uyğunluğundan asılı olaraq seçilir.
    • Aktivləşdirilmiş kömür zəhəri dərhal birləşdirir və beləliklə onun absorbsiya sürətini əhəmiyyətli dərəcədə azaldır və o, ipekakuana miksturasına nisbətən daha effektlivdir, lakin bu effektlilik müalicə gecikdikcə aşağı düşür. 
  • Absorbsiyanı azaltma tədbirləri zəhər qəbulundan sonra nə qədər tez həyata keçirilirsə, bir o qədər effektiv olurlar, ancaq 30 dəqiqədən çox gecikmə (fəsadlaşma üçün) mühüm ola bilər. Buna görə də, uşağın hadisədən sonra ən qısa zamanda xəstəxanaya çatdırılması deyil, ona aktivləşdirilmiş kömür verilməsi daha vacibdir.
  • Əgər qəbul edilmiş substansiya korrozivedicidirsə və ya neft məhsuludursa, nə kömür verilməlidir, nədə qusma məcbur edilməlidir.
  • Dəriyə və ya gözə  düşmüş hər hansı bir zəhər çoxlu miqdarda su ilə yuyulmalıdır.
  •  

Tərcümə etdi-Xanlar Haciyev

mail: hanlar2003@yahoo.com 

tel +994507948239