Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Böyüklərdə qəbizlik Obstipation in the adult

Mündəricat

Böyüklərdə qəbizlik Obstipation in the adult

EBM Klinik protokolları
27.04.2017 • Sonuncu dəyişiklik 27.04.2017
PerttuArkkila

Əsas müddəalar

  • Kəskin bağırsaq keçməməzliyini/okklyuziyasını (tam keçməməzlik, ağrı, qusma,  peristaltikaının müşahidə edilməsi, köpmə) istisna edin.
  • Organ patologiyası şübhəsi olan xəstələri əlavə müayinənərə göndərin (ağrı, qanlı nəcis, bağırsaq boşalması ritmin dəyişməsi, ümumi simptomlar, gənc olan pasiyentlərin xroniki qəbizliyi).
  • Qəbizlik hallarında olan “Keçməməzlik ishalını” ayırd etmək lazımdır. 
  • Dərman prepartları qəbulundan qaynaqlanan qəbizliyi təyin edin.
  • Güclü opioidlər alan xəstələrə ağrını azaltmaq üçün qəbizlik əleyhinə dərmanların verilməsini başlayın.
  • Təlimatlar yazılı olaraq verilməlidir.

Tərifi

  • Defekasiya tezliyinin azalması və defekasiya prosesinin çətinləşməsi . Normada defekasiya 8-72 saatlıq intervalla baş verir.

Epidemiologiyası

  • Qəbizlik sağlam olan yetkin yaşlı şəxslərin 1-6% -də baş verir.
  • Hərəkəti məhdudlaşmış yetkin yaşlı insanların 80% -ə qədərində qəbizlik müşahidə edilir.

Etiologiya

  • Həyat tərzi
    • fiziki aktivliyin olmaması
    • Tərkibində lifli maddələr az olan pəhriz
    • Maye qəbulunun aşağı səviyyədə olması
    • Təbii olan defekasiya hissinə laqeydiklə yanaşma (orduda qulluq, məktəb şəraiti)
  • Dərman preparatları
    • Opioidlər
    • Antixolinergik dərmanlar (neyroleptiklər, antidepressantlar, sidik qovucu maddələr, parkinsonizm əleyhinə dərmanlar)
    • Qəbizlik əleyinə dərmanlardan uzunmüddətli istifadəsi
    • Sukralfat (Sucralfate), antasidlər
    • Diuretiklər
    • Dəmir preparatları
    • Verapamil və digər kalsium antaqonistləri (nisbətən az dərəcədə)
  • Metabolik və endokrinoloji səbəblər
    • Dehidratasiya
    • Hiperkalemiya
    • Hipotiroidizm
    • Hipokalemiya
    • Şəkərli diabet
    • Uremiya
  • Nevroloji xəstəliklər
    • Onurğa beyni zədəsi
    • Parkinson xəstəliyi
    • Dağnıq  skleroz
    • Serebrovaskulyar xəstəliklər
    • Şişlər
  • Psixogen səbəblər
    • Nevroloji anoreksiya
    • Depressiya
    • Psixoz
  • Struktur səbəblər
    • Bağırsaq keçməzliyi, şişlər, divertikullar, bağırsaq çevrilməsi/dolaşması, strikturalar, bağırsaqda çatlar olması
  • Funksional səbəblər
    • Qıcıqlanan bağırsaq sindromu
    • Çanaq boşluğunun/dibinin/ mialgiyası
    • Bağırsaq möhtəviyyatını bağırsaqdan keçməsinin yavaş olması

Anamnez

  • Xəstədə olan problemin dəqiq təyin edilməsi çox vacibdir
    • Defekasiya tezliyi
    • Nəcisin konsistensiyası
    • Defekasiya prosesində problemlər
    • Xəstənin istifadə etdiyi bütün dərmanları öyrənin.
    • Problemin müddəti
    • Qida qəbulu vərdişləri və fiziki fəaliyyət
    • Xəstədə ara-sıra ishal olurmu?

Qəbizliyin vərdiş hal olmasına dəlalət edən simptomlar

  • Bağırsağı faəliyyətində və ya ümumi simptomatikada digər dəyişikliklər yoxdur
  • Uzun bir qəbizlik tarixi var

Orqan patologiyasını sübut edən simptomlar

  • Qarın nahiyəsində ağrıların artması
  • Defekasiya ilə əlaqəli ağrı
  • Bağırsaq fəaliyyətinində dəyişikliklər
  • Melena və ya anal qanaxma
  • Ümumi simptomatika (arıqlamaq, zəiflik)
  • Ailə anamnezi yoğun bağırsaq xərçəngi

Müayinələr

  • Qarın nahiyəsi: müayinə (çapıqlar), palpasiya
  • Rektumun barmaqla müayinə edilməsi, proktoskopiya: hemorroy, çatlar, nəcis tıxacı
  • Zəruri hallarda ümumi fiziki müayinə
  • Əgər simptomlar orqan patologiyasını olduğunu göstərirsə, aşağıdakı araşdırmalar kömək edə bilər:
    • Bağırsaq keçməzliyi və ya bağırsaq iflicindən/parezindən şübhələnildikdə qarın nahiyəsinin ümumi rentgenoqrafiyası
    • Rektoskopiya
    • Orqan patologiyası olduğuna şübhə olan təqdirdə isə kolonoskopiya.

Müalicə

  • Müalicə o vaxt təyin edilir ki, qəbizlik müəyyən bir simptomatika yaratsın

Müvəqqəti qəbizlik

  • Qəbizlik əleyhinə maddələr qısa müddət ərzində istifadə edilə bilərlər.
  • Mini imalə ağır qəbizliyi aradan qaldırır.

Xronik qəbizlik

  • Pəhrizin korreksiya eddilməsi, tərkibində liflər olan maddələrin və mayelərin əlavə edilməsi. Yazılı təlimat verin.
    • Lifli maddələr  hamiləlik dövründə də effektiv olur
  • Bədən tərbiyəsi məşqlərini artırmaq
  • Müntəzəm olaraq defekasiya (məsələn, hər gün səhər yeməyindən sonra)
  • Qəbizliyə səbəb olan dərmanlar dayandırılır və ya dozaları azaldılır.
  • Bağırsaq möhtəviyyatının həcmini artıran qəbizlik əleyhinə dərmanlar (həcm artıran preparatlar)
  • Natrium pikosulfat bağırsaq hərəkəliliyini və suyun (bağırsağa doğru) absorbsiya edilməsini artırır. Effektivdir, ancaq qısa müddətli istifadə üçün tövsiyə olunur.
  • Osmotik laksativlər (məsələn, laktuloza, polietilen glikol/makroqol), nəcisdəki suyun miqdarını artırır və bağırsağı mexaniki olaraq təmizləyir. Çox effektiv olurlar. Lazım gələrsə, nazogastrik boru vasitəsilə verilə bilər və uzun müddətli istifadə üçün uyğundur, lakin nisbətən bahadır. Lazımı dozanı vermək üçün xüsusi dozalanmış paketlər mövcuddur, lakin bağırsağın təmizlənməsi üçün nəzərdə tutulmuş dərman məhlulları da istehsal edilir.
  • Mini-imalə ağır keçməməzliyi aradan qaldırır. Lazım gələrsə, böyük həcmli su imaləsindən istifadə edilə bilər, ancaq azacıq da olsa, perforasiya riski var.
  • Kiçik bir miqdarda verilmiş senna yataq xəstələrində həcm artıran laksativlərin effektivliyini artıra bilər.
  • Neyrogen qəbizlik
    • Onurğa sütunun aşağı səviyyəli zədələnməsi zamanı əmələ gələn qəbizliyi həcm artıran laksativlərlə müalicə etmək olmaz, lakin bağırsağı 4-6 günlük intervalla müntəzəm olaraq mini-imalə və ya barmaqla boşaltmaq lazımdır.
    • Daha yüksək səviyədə olan zədələrin səbəb olduğu qəbizlik bağırsaqların məşq etdirilməsi, barmaqla boşaldılma və həcm artıran laksativlərin istifadəsi yolu ilə aradan qaldırıla bilər.
  • ​Opioid təsirli qəbizliyin müalicəsində adi laksativlərin tətbiqinə kifayət qədər reaksiya əldə edilmədikdə, müalicənin alternativi olaraq ya nalokson hidroxlorid + opioid birləşməsi tabletləri və ya metilnalrekson-bromid inyeksiyasından istifadə edilir.
  • böyüklərin qəbizliklə yanaşı gedən orta və ya ağır dərəcəli qıcıqlanmış bağırsaq sindromunda linakloprid (linaklotide) və ya prukaloprid (prucalopride) simptomatik müalicə vasitəsi kimi istifadə edilə bilər.
  • Defekasya prosesində problemlər varsa, fizioterapevtlər tərəfindən aparılan bioloji feedback-əks-əlaqə təlimi faydalı ola bilər.
  • Yuxarıda göstərilən müalicələr kifayət qədər nəticə vermədikdə rektal lavaj, sinir stimullaşdırılması və ya cərrahi müalicə tətbiq edilə bilər.

Əlaqədar resurslar

  • Koxran icmalları
  • Ədəbiyyat