Narahat ayaqlar və akatiziya
EBM Klinik protokolları
19.02.2016 • Sonuncu dəyişiklik 19.02.2016
HannuLauerma
Təsvir
- Narahat ayaqlar sindromu, xəstənin gecələr aşağı ətraflarında, onların hərəkəti zamanı hiss etdiyi xoşagəlməz hislərlə xarakterizə olunur. Bu vəziyyət, ciddi yuxu problemlərinin yaranmasıyla nəticələnə bilər.
- Dopaminin fəaliyyətini blokə edən dərman preparatları akatiziyaya səbəb ola bilərlər.
Təşviqedici amillər
- Hamiləlik, yaşlanma, dəmir deposu defisiti və idiopatik simptomlu ailə keçmişi, narahat ayaqlar sindromunun qeydə alınan səbəblərinə aid edilirlər.
- Akatiziya, adətən təşviqedici dərman preparatının qəbulundan dərhal sonra və ya bir neçə həftə ərzində öz əlamətlərini göstərməyə başlayır.
Testlər
- Aşağı ətrafların klinik müayinəsi (ödem, varikoz genişlənmə, varikozdan səbəblənən ekzema, arteriyaların keçiriciliyi, taktil hissiyyatı, əzələ atrofiyası)
- Narahat ayaqlar sindromundan şübhələnildikdə plazma ferritini yoxlanılmalıdır.
- Əgər konsentrasiya, anemiya müayinələrində normal qəbul edilən referans aralığının ən aşağı səviyyəsindədirsə dəmir yüklənməsi faydalı ola bilər.
- Ehtiyac duyulduqda plazma kreatinini yoxlanılmalıdır.
- Dopaminergik dərman preparatlarının qəbulu nəzərdə tutulduqda, xəstəyə erkən psixotik simptomların yaranma mümkünlüyü və psixoza qarşı həssaslığın qiymətləndirilməsinin aparılması haqqında məlumat verilməlidir.
Müalicə
- Yuxu vərdişlərinin yaxşılaşdırılması isitqamətində verilən təlimatlar və dəmir yüklənməsi, hər zaman narahat ayaqları sakitləşdirmək üçün kifayət etmir. Yüngül hallarda hipnotik və ya aşağı dozalı benzodiazepin faydalı ola bilər, lakin onun əks təsirləri faydalarını üstələyə bilər. Potent, qısa təsirli benzodiazepinlərin istifadəsindən qaçınılmalıdır.
- Müsbət təsirlər aşağı axşam dozalı dopaminergik dərman preparatları vasitəsiylə əldə edilmişdir (pramipeksol 0.09 - 0.36 mq, ropinirol 0.25 - 3 mq). Uzunmüddətli terapiyanın əks təsirlərinə təsadüf edilməmişdir.
- Müsbət terapevtik nəticələr, 300 mq-lıq pregabalinin tətbiqi ilə əldə edilmişdir. Gabapentin, ağrının müşahidə edildiyi hallarda xüsusilə faydalı ola bilər.
- Ağır hallarda axşamlar 50 - 100 mq tramadol kimi opioidlər istifadə edilmişdir.
- Akatiziyadan şübhələnildikdə, təşviqedici dərman preparatının dozası azaldılmalı və yaxud da daha güclü 5-HT2 reseptor blokatorlarına dəyişdirilməlidir. Ehtiyac duyulduqda qısa kurslu propranoldan 20 mq × 3 və ya aşağı dozalı benzodiazepindən istifadə edilə bilər.
Adiyyatı mənbələr
Garcia-Borreguero D, Kohnen R, Silber MH et al. Narahat ayaqlar sindromunun uzun müddətli müalicəsi/Willis-Ekbom xəstəliyi: sübutlara əsaslanan təlimatlar və ən yaxşı təcrübi təlimatların klinik konsensusu:Beynəlxalq narahat Ayaqlar Sindromu Tədqiqat Qrupunun hesabatı. Sleep Med 2013;14(7):675-84. Allen RP, Chen C, Garcia-Borreguero D et al.Narahat ayaqlar sindromu üçün pregabalinlə pramipeksolun müqayisəsi N Engl J Med 2014;370(7):621-31.